Loratadin 10 mq N10 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Н -histamin reseptorlarının antaqonistləri.1 |
| İstehsal ölkəsi | Şimali Makedoniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,81 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Preparatı qəbul etməzdən öncə içlik vərəqi diqqətlə oxuyun – İçlik vərəqi saxlayın, ona yenidən ehtiyacınız ola bilər. – Əlavə sualınız olduğu halda həkim və ya əczaçıya müraciət edin. – Preparat sizin üçün nəzərdə tutulmuşdur. Onu başqalarına ötürməyin. Simptomlar eyni olduğu halda belə o digərləri üçün zərərli ola bilər. – Simptomların ağırlaşdığı və ya bu içlik vərəqdə daxil edilməmiş müşahidə etdiyiniz hər hansı əlavə təsirlər barədə həkiminizi və ya əczaçını məlumatlandırın. LORATADİN 10 mq tabletlər LORATADINE Beynəlxalq patentləşdirilməmiş adı: Loratadine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq loratadin vardır. Köməkçi maddələr: laktoza monohidrat, kopovidon, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium-stearat.
Təsviri
Loratadin birformalı, dairəvi, ağ rəngli, hamar səthə malik, fasetli (kənarları kəsik) və bir tərəfində bölmə xətti olan tabletlərdən ibarətdir.
Farmakoterapevtik qrupu
Н -histamin reseptorlarının antaqonistləri.1 ATC kodu: R06AX13.
Farmakoloji xüsusiyyətləri
LORATADIN antihistamin preparatlar adlanan dərmanlar qrupuna aiddir. Antihistaminlər orqanizmdə yaranan və histamin adlanan maddənin təsirlərinin qarşısını almaqla allergik simptomların aradan qaldırılmasına köməklik edir.
İstifadəsinə göstərişlər
Loratadin tabletləri allergik rinitlə əlaqəli yaranan asqırma, selikli və ya qaşınan burun, qaşınan və ya yanan gözlər kimi simpomların yüngülləşdirilməsi üçün istifadə olunur. Preparat həmçinin xroniki idiopatik övrənin aradan qaldırılması üçün də istifadə edilə bilər.
Əks göstərişlər
Aşağıdakı hallarda Loratadin istifadə etməyin; • Loratadinə və ya preparatın hər hansı digər inqrediyentinə qarşı yüksək həssaslıq. • Hamiləlik və laktasiya dövrü. Xüsüsi göstərişlər və ehtiyat tədbirləri Qaraciyər xəstəlikləri olan pasiyentlər Loratadin tabletlərindən istifadə etməzdən öncə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Laborator testlər Allergiyanın təyini üçün hər hansı dəri testlərinin keçirilməsinə göstəriş olduğu halda 2 gün müddətində Loratadin tabletlərindən istifadə edilməməlidir. Loratadınin bəzi inqrediyentləri barədə vacib məlumatlar Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla qəbul etdiyiniz hər hansı dərman barədə həkiminizi məlumatlandırın. CYP3A4 və ya CYP2D6 inhibitorları ilə yanaşı istifadə əlavə təsirlərin güclənməsinə səbəb olur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məsləhət görülən dozada LORATADIN tabletləri yuxululuq yaratmır. Lakin nadir hallarda bəzi şəxslərdə nəqliyyat vasitələrini və ya cihazları idarəetmə qabiliyyətinə təsir edən yuxululuq müşahidə edilir.
İstifadə qaydası və dozası
Dəqiq dozanın verilməsinə əmin olmaq üçün uşağınızın bədən çəkisini bilməyiniz vacibdir. Əmin olmadığınız halda uşağın bədən çəkisini müəyyənləşdirin və aşağıdakı cədvəldə qeyd edilmiş göstərişə riayət edin. Tabletləri 6 yaşdan kiçik və ya bədən kütləsi 30 kq-dan az olan uşaqlara verməyin. Yaş Sayı Gün ərzində qəbulu Böyüklər və 12 yaşdan böyük 1 x tablet Gündə bir dəfə uşaqlar Bədən kütləsi 30 kq-dan çox 1 x tablet Gündə bir dəfə olan 6-12 yaşlı uşaqlar Kəskin qaraciyər problemləri olduğu halda böyüklər və bədən çəkisi 30 kq-dan artıq olan uşaqlar 10 mq dozanı günaşırı qəbul edə bilərlər. Loratadıni qəbul etməyi unutduğunuz halda Loratadin tabletini qəbul etməyi unutduğunuz halda, xatırladığınız qədər onu tez qəbul edin və tabletlərin qəbulunu adi dozalanma cədvəlinə uyğun olaraq davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat doza qəbul etməyin. Loratadini qəbul etməyi dayandirdiğiniz halda Preparatın istifadəsinə dair hər hansı suallarınız olarsa, həkimə və ya əczaçıya müraciət edin. Loratadinin qida və içkilərlə birgə qəbulu Loratadin tabletləri yemək zamanı və ya hər hansı vaxt qəbul edilə bilər. Prepartın spirtli içkilərlə birgə qəbulu məsləhət görülmür.
Əlavə təsirləri
Bütün dərman maddələri kimi Loratadın də müəyyən əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Pasiyentlərdə çox nadir hallarda preparatın istifadəsindən sonra tənəffüsün çətinləşməsi, sifətin, boynun, dilin, boğazın ödemii kimi hiperhəssaslıq reaksiyaları baş verə bilər. Qeyd edilən əlavə təsirlərdən hər hansı birini müşahidə etdiyiniz halda preparatın qəbulunu dayandırın və həkimə və ya əczaçıya müraciət edin. 2-12 yaşlı uşaqlarda qeyd edilən ümumi əlavə təsirlərə başağrısı, əsəbilik və yorğunluq aiddir. Böyüklərdə və yeniyetmələrdə rast gələn ümumi əlavə təsirlərə yuxululuq, başağrısı, iştahanın artması, yuxuyagetmənin çətinləşməsi aiddir. Nadir hallarda rast gələn əlavə təsirlərə başgicəllənmə, qeyri-müntəzəm və ya sürətli ürək döyüntüləri, ürəkbulanma (özünü xəstə kimi hissetmə), ağızda quruluq, mədədə həzmin pozulması, qastrit, qaraciyər problemləri, saçın tökülməsi, səpgilər və yorğunluq aiddir. Çox nadir hallarda rast gələn əlavə təsirlərə qıcolma, angioödem və anafilaksiya daxil olmaqla, yüksək həssaslıq reaksiyaları və çəkinin artması aiddir. Əlavə təsirlərin ağırlaşdığı və ya bu içlik vərəqədə qeyd edilməmiş hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkimi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Doza həddinin aşılması hallarında ciddi problemlər müşahidə edilməmişdir. Lakin məsləhət görüləndən artıq miqdarda tablet qəbul etmisinizsə həkimə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
10 tablet blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
o 25 C-yə qədər otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman maddələri çirkab sularına və ya məişət tullantılarının içərisinə atılmamalıdır. Lazım olmayan dərmanın necə atılmasına dair həkiminizlə məsləhətləşin. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək etmək üçündür.
Yararlılıq müddəti
3 il. Qutunun üzərində qeyd edilmiş yararlılıq müddəti bitdikdən sonra Loratadin dən istifadə etməyin. Yararlılıq müddəti qeyd edilən ayın sonuncu gününə aid edilir. Tabletlərin görünüşündə hər hansı dəyişiklik müşahidə etdiyiniz halda preparatdan istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
REPLEK FARM Ltd. Skopje, 188 Kozle str., 1000 Skopje, Republic of Macedonia.
Qeydiyyat vəsiqəsinin sahibi
REPLEK FARM Ltd. Skopje, 188 Kozle str., 1000 Skopje, Republic of Macedonia.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.