Lantigen B 18 ml damcı

Dərman formasıDamcı
Farmakoloji təsirBakterial lizatlar.
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,28 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LANTİGEN B daxilə qəbul üçün damcı, suspenziya LANTIGEN B Beynəlxalq patentləşdirilməmiş adı: Branhamella catarrhalıs; Haemophılus ınfluenzae b; Klebsıella pneumonıae; Streptococcus pyogenes; Staphylococcus aureus; Streptococcus pneumoniae

Tərkibi

Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində aşağıdakıların antigen substratları vardır: Streptococcus pneumoniae 3 63,2 A.V tipi; Streptococcus pyogenes A 126,2 A.V qrupu; Branhamella catarhalis 39,9 A.V.; Staphylococcus aureus 79,6 A.V.; Haemophylus influenza 50,2 b A.V. tipi; Klebsiella pneumoniae 39,8 A.V. Köməkçi maddələr: polisorbat 80, xlorheksidin diasetat, natrium metilparahidroksibenzoat, təmizlənmiş su.

Təsviri

Ağ rəngli, duru, dadsız suspenziyadır.

Farmakoterapevtik qrupu

Bakterial lizatlar. ATC-kodu: J07AX.

Farmakoloji xüsusiyyətləri

Lantigen B tənəffüs (respirator) infeksiyasının inkişaf etməsinə səbəb olan bəzi bakterial ştamların (S. pneumoniae, S. pyogenes, B. catarrhalis, S.aureus, H. influenzae, K. pneumoniae) autoliz prosesi nəticəsində əldə olunmuş bakterial antigenlərdən ibarət olan suspenziyadır. Ağız boşluğuna, dil altı tətbiq edilən digər vasitələr kimi, bakterial antigenlər ağız boşluğu və udlağın selikli qişasından sorularaq yerli immun prosesləri stimullaşdırır. Bu, tənəffüs sisteminin selikli qişasının müdafiəsini təmin edən sekretor IgA –S immunoqlobulinlərin konsentrasiyasının artması ilə nəticələnir. Lantigen B-nin istifadəsi zamanı: -ağız suyunda sekretor və zərdab İgA, İgM, İgG immunqlobulinlərin səviyyələrinin yüksəlməsi; – infeksion xəstəliklərin intensivliyinin və rast gəlmə epizodlarının sayının azalması; – antibakterial vasitələrin istifadəsinin azalması in-vivo tədqiqatlarda təsdiq olunmuşdur. Farmakokinetik xüsusiyyətləri Vasitənin bioloji vasitələr qrupuna aid edilməsi səbəbindən farmakokinetik araşdırmalar aparılmamışdır.

İstifadəsinə göstərişlər

Böyüklər: yuxarı tənəffüs yollarının residivləşən infeksiyalarının profilaktikası və müalicəsi. Uşaqlar: yuxarı tənəffüs yollarının residivləşən bakterial infeksiya epizodlarının profilaktikası və müalicəsi. Dərman vasitəsi infeksion epizodların sayının və intensivliyinin azaldılmasında faydalı ola bilər.

Əks göstərişlər

Tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq. Autoimmun xəstəliklər, kəskin bağırsaq infeksiyaları.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik və ana südü ilə qidalandırma dövründə əks göstərişlər məlum deyil. Lantigen B-nin hamilə qadınlarda istifadəsinə aid məlumatlar yoxdur və ya çox məhdud sayda məlumatlar əldə olunmuşdur. Ehtiyat üçün yaxşı olar ki, Lantigen B hamiləlik zamanı istifadə olunmasın. Xüsusi tədqiqatlar aparılmadığı və kifayət qədər məlumatlar olmadığı üçün, ehtiyat tədbiri kimi dərman vasitəsinin ana südü ilə qidalandırma zamanı istifadə edilməsindən çəkinmək lazımdır. İstifadədən öncə silkələyin. Hətta silkələdikdən sonra suspenziyada aqlomeratların olması məhlulun təhlükəsizliyinə və effektivliyinə təsir etmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri öyrənilməmişdir. Lantigen B ilə müalicənin sona çatması və vaksin istifadəsi arası interval 4 həftə olması tövsiyə edilir. İmmunosupressiv müalicə və yaxud qlükokortikoidlərin müalicədə istifadəsi fonunda qazanılmış və anadangəlmə immundefisit olan subyektlərdə (xəstələrdə) immun cavab ləngiyə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Lantigen B –nin hamiləlik dövründə olan qadınlarda istifadəsinə aid məlumatlar mövcud deyil və yaxud çox məhdud sayda əldə olunmuşdur. Ehtiyat tədbirlərinə riayət edilməsi məqsədi ilə Lantigen B-nin hamiləlik zamanı istifadə olunmasına üstünlük verilir. Lantigen B –nin ana südü ilə qidalandırma (laktasiya) dövründə olan qadınlarda istifadəsinə dair xüsusi araşdırmalar keçirilməmişdir, və mövcud deyildir, ehtiyat tədbirlərinə riayət edilməsi məqsədi ilə istifadə olunmasına üstünlük verilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

müşahidə olunmamışdır. İstifadə qaydası Damcıların ağız boşluğunda, xüsusilə dil altında udmadan bir qədər saxlanması vacibdir. Bu tüpürcək sekresiyasının ağız boşluğu –faringeal selikli qişasına paylanmasına şərait yaradaraq absorbsiyanı sürətləndirir. Kiçik yaşlı uşaqlarda Langiten B yatdıqları zaman, dodaqla damaq arasındakı sahəyə damızdıraraq istifadə oluna bilər. Təsir sahəsini genişləndirmək məqsədilə dilaltı istifadədən əlavə, Lantigen B-ni 1-2 damcı hər burun deşiyinə gecə yatmazdan öncə damızdırmaq tövsiyə olunur. Dozalama qaydası 2 yaş-10 yaşda olan uşaqlar: 15 damcı səhər (yeməkdən əvvəl) və ya 7 damcı (yarım doza) səhər və 7 damcı axşam (gecə yatmazdan əvvəl). 10 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 damcı (bir doza) səhər (yeməkdən əvvəl) və 15 damcı (bir doza) axşam (gecə yatmazdan əvvəl). Terapevtik sikl Bir müalicə siklinə tələb olunur: · müvafiq göstərişi olan böyüklərə 2 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara 1 flakon təyin olunur · müalicə 2-3 həftə ərzində aparılmalıdır. · dəstəkləyici müalicə üçün, müvafiq göstərişi olan böyüklərə 1 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara yarım flakon təyin olunur. Soyuq aylar ərzində qoruyucu təsirin təsis olunması və saxlanılması üçün terapevtik sikli soyuq ayların əvvəlində başlanması və 3-4 aydan sonra təkrarlanması vacibdir. Pediatrik praktikada istifadəsi: kiçik uşaqlarda Lantigen B uşaqların yatdığı zaman istifadə oluna bilər. Bu zaman damcılar aşağı dodaq ilə aşağı damaq arasına damcılana bilər. Düzgün istifadə üçün göstərişlər A. Flakonun açılması və istifadəsi üzrə təlimat – Flakonu silkələyin və qoruyucunu aşağıdakı qaydada açın: qapağın ortasında olan plastik zolağı tutun, və flakonun tam ətrafı üzrə xarici istiqamətdə dartın – Qapağı çıxarın və flakonu çevirin. Lazımı sayda damcılar tökülənə qədər baş və şəhadət barmaqlarla flakonu basın. B. Dozalanma üzrə təlimat – Böyüklər üçün təyin olunmuş bir doza 15 damcı təşkil edir. – Uşaqlar üçün təyin olunmuş yarım doza 7-8 damcı təşkil edir. İstifadədən sonra qapaqla bağlanmalıdır.

Əlavə təsirləri

İlk təyindən sonra əlamətlərin müvəqqəti pisləşməsi müşahidə oluna bilər (burun tutulması, rinoreya). Bu reaksiyalar nadir hallarda rast gəlinir və ağır olmur. Nadir rast gələn (1000 xəstədən 1-də rast gəlir), çox nadir hallarda rast gələn (10000 xəstədən 1-də rast gəlir). Tənəffüs sistemi, döş qəfəsi və divararalığı tərəfindən pozulmalar: burun tutulması və rinoreya. Bu əlamətlər nadir hallarda və ümumilikdə zəif olur. Burada qeyd olunmayan əlavə təsirlər qeyd olunarsa pasiyent həkim və ya farmasevtə müraciət etməlidir.

Doza həddinin aşılması

Müşahidə olunmamışdır.

Buraxılış forması

18 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yüksək olmayan temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BRUSCHETTİNİ s.r.l.- Genova (İtaliya).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Lantigen B 18 ml damcı” üçün ilk rəyi siz yazın.