Kordiamin 25 % 2 ml N10 inyeksiya Zdorovye
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Tənəffüs analeptikləri. Niketamid |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KORDİAMİN-ZDOROVYE inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq niketamid vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya bir qədər rəngli, xarakterik qoxulu məhluldur.
Farmakoterapevtik qrupu
Tənəffüs analeptikləri. Niketamid. ATC kodu: R07АВ02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qarışıq təsirli analeptikdir. Preparatın təsir mexanizmi 2 komponentdən ibarətdir: mərkəzi və periferik. Mərkəzi komponent uzunsov beyinin damar-hərəkət mərkəzinə birbaşa təsiri ilə əlaqəlidir ki, bu da onun oyanmasına və nəticədə sistem arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır (xüsusilə, həmin mərkəzin əvvəlcədən tormozlanması olduqda). Periferik komponent karotid sinusun xemoreseptorlarının oyanması ilə əlaqədardır ki, bu da tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin artmasına gətirib çıxarır. Kordiamin mərkəzi sinir sistemini stimullaşdırır, tənəffüs və damar-hərəkət mərkəzlərinin reflektor yolla oyanmasına səbəb olur ki, bu da ümumi periferik müqavimətin artmasına və arterial təzyiqin yüksəlməsinə (bu effekt arterial təzyiq aşağı olduqda meydana çıxır) gətirib çıxarır. Ürəyə birbaşa stimullaşdırıcı təsirə və damardaraldıcı effektə malik deyil. Preparatın təsirinin davametmə müddəti 15-60 dəqiqədir. Farmakokinetikası Yeridilmə yolundan asılı olmayaraq, preparat yaxşı absorbsiya olunur. Qaraciyərdə, qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə sürətli metabolizmə məruz qalır. Böyrəklər vasitəsi ilə sürətlə eliminasiya olunur.
İstifadəsinə göstərişlər
– Kollaps və asfiksiya (o cümlədən, yenidoğulmuşlarda); – cərrahi müdaxilələr zamanı və əməliyyatdan sonrakı dövrdə baş verən şok vəziyyətləri; – kəskin və xroniki qan dövranı pozğunluqları; – infeksion xəstəliklər zamanı və sağalma dövründə damar tonusunun aşağı düşməsi və tənəffüsün tormozlanması; – yuxugətirici və analgetik preparatlarla zəhərlənmələr (kompleks müalicənin tərkibində).
Əks göstərişlər
Niketamidə qarşı yüksək həssaslıq, qıcolmalara meyllik, epilepsiya, anamnezdə epileptik tutmaların olması, porfiriya, uşaqlarda hipertermiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı yalnız stasionar şəraitdə, həkim nəzarəti altında istifadə etmək lazımdır. Vena daxilinə yeridildikdə, qısamüddətli təsir göstərir. Preparatın dəri altına və əzələ daxilinə yeridilən inyeksiyalarının ağrılı olmasını nəzərə alaraq, ağrını azaltmaq məqsədi ilə inyeksiya nahiyəsinə əvvəlcədən novokain (böyüklərə – 1 ml 0,5 %- li məhlul, uşaqlara – yaş dozalarına müvafiq) yeritmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
PAST-ın (paraaminosalisil turşusunun), salüzidin, fenotiazin törəmələrinin (aminazinin) təsiri altında niketamidin analeptik təsiri aşağı düşür. Aminazin və rezerpin niketamidin qıcolma törədən təsirini gücləndirə bilər. MAO fermenti inhibitorlarının təsiri altında niketamidin pressor effekti yüksəlir. Niketamid ftivazidə qarşı dözümsüzlüyün inkişaf etməsinə səbəb olur. Psixostimulyatorların, antidepressantların effektlərini gücləndirir. Narkotik analgetiklərin, yuxugətiricilərin, antipsixotik, qıcolmaəleyhinə preparatların, anksiolitiklərin təsirlərini zəiflədir. Dərin narkoz fonunda kordiamin təsir göstərmir. Uyuşmazlıq. Turşuların və qələvilərin təsirindən preparat inaktivləşir. Yalnız tövsiyə olunan həlledicidən istifadə etmək olar. Digər dərman preparatları ilə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində nəqliyyat vasitələrini idarə etməkdən və ya yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat dəri altına, əzələ daxilinə, vena daxilnə yeritmək üçün nəzərdə tutulmuşdur. Göstərişlərdən və pasiyentin yaşından asılı olaraq, preparatın birdəfəlik və sutkalıq dozaları, istifadəsinin tezliyi həkim tərəfindən fərdi qaydada müəyyən olunur. Vena daxilinə yeritmək üçün preparatın birdəfəlik dozasını 10 ml 0,9 %-li natrium xlorid məhlulunda həll etmək və 1-3 dəqiqə müddətində yeritmək lazımdır. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara preparatı, sutkada 1-3 dəfə 1-2 ml dozada təyin etmək lazımdır. Böyüklər üçün yüksək dozalar: birdəfəlik – 2 ml, sutkalıq – 6 ml. Zəhərlənmələr zamanı böyüklər üçün dəri altına və vena daxilinə yeritmək üçün birdəfəlik yüksək dozası – 5 ml təşkil edir. Uşaqlara dəri altına, yaşdan asılı olaraq, preparatı aşağıdakı birdəfəlik dozalarda, sutkada 1-3 dəfə təyin etmək lazımdır: 1 yaşa qədər – 0,1 ml; 1-4 yaş – 0,15-0,25 ml; 5-6 yaş – 0,3 ml; 7-9 yaş – 0,5 ml; 10-14 yaş – 0,75 ml. Uşaqlar. Pediatrik təcrübədə preparatı yaşdan asılı olaraq müəyyən edilmiş dozalarda yeritmək olar. Hipertermiya zamanı preparatın istifadəsi əks göstərişdir.
Əlavə təsirləri
Sinir sistemində baş verən pozğunluqlar: narahatlıq, yüksək oyanıqlıq, həyəcan. Həzm traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma. Ürək-damar sistemində baş verən pozğunluqlar: aritmiya, arterial hipertenziya, taxikardiya. Dayaq-hərəkət aparatında baş verən pozğunluqlar: əzələ dartınmaları (ağızın dairəvi əzələsindən başlayır), tremor, əzələlərin rigidliyi. Dermatoloji pozğunluqlar: üz nahiyəsinin şişkinliyi və ya qızarması, dərinin qaşınması və/və ya qabıqlanması. Ümumi pozğunluqlar: hipertermiya, tər ifrazının yüksəlməsi. Allergik reaksiyalar: hiperhəssaslıq reaksiyaları, o cümlədən, övrə, angionevrotik ödem, generalizəolunmuş papulyoz səpgilər. Yeridilmə nahiyəsində reaksiyalar: infiltrasiya, ağrı hissi, hiperemiya, qaşınma, yeridilmə nahiyəsində ağrı hissi.
Doza həddinin aşılması
Simptomları: preparatın əlavə təsirlərinin güclənməsi; yüksək dozalarda preparat generalizəolunmuş toniki-kloniki qıcolmalara, şüur və tənəffüs pozğunluqlarının və qıcolma zamanı apnoenin inkişaf etməsinə səbəb ola bilər; ölümlə nəticələnən halları istisna etmək olmaz. Müalicəsi: qıcolmaəleyhinə preparatların istifadəsi, sürətləndirilmiş diurez; zərurət yarandıqda – süni tənəffüs.
Buraxılış forması
2 ml, ampulda. 10 ampul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pharmaceutical company “Zdorovye” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.