Korvalol 25 ml damcı

Dərman formasıDamcı
Farmakoloji təsirSedativ vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,08 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KORVALOL daxilə qabul üçün damcı Beynəlxalq patentləşdirilməmiş adı: Menthae piperitae oleum+Phenobarbital+Ethylbromisovalerinate

Tərkibi

Təsiredici maddələr:1000 ml məhlulun tərkibində 20,00 q etilbromizovalerianat (α-bromizovalerian turşusunun etil efiri), 18,26 q fenobarbital, 1,42 q nanə yarpaqlarının yağı vardır. Köməkçi maddələr: natrium hidroksid , 95%-li etil spirti (etanol), təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, spesifik qoxulu mayedir.

Farmakoterapevtik qrupu

Sedativ vasitə. ATC kodu: N05CM.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kombinəolunmuş preparat olub, təsiri tərkibində olan maddələrin xüsusiyyətləri ilə əlaqədardır. Sedativ və spazmolitik təsir göstərir. Təbii yuxunun baş verməsini yüngülləşdirir. Etilbromizovalerianat sedativ (pişikotunun effektinə bənzər) və spazmolitik təsirə malikdir, bu da, əsasən ağız boşluğunun və burun-udlaq reseptorlarının qıcıqlanması, mərkəzi sinir sisteminin şöbəsində reflektor oyanıqlığın zəifləməsi və baş beynin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormazlanmanın güclənməsi ilə, eləcə də, mərkəzi damar-hərəkət mərkəzinin aktivliyinin azalması ilə və saya əzələlərə qarşı bilavasitə yerli spazmolitik təsiri ilə əlaqədardır. Fenobarbital digər komponentlərin təsirini gücləndirir, mərkəzi sinir sisteminin (MSS) qıcığlanmasının zəifləməsinə səbəb olur və yuxunun baş verməsini yüngülləşdirir. Nanə yağı reflektor vazodilatasiyaedici, spazmolitik, yüngül ödqovucu, antiseptik təsir göstərir. Təsir mexanizmi ağız boşluğunun selik qişasının “soyuq” reseptorlarının qıcıqlanma qabiliyyəti və əsasən ürək və baş beyin damarlarını reflektor genişləndirmə ilə əlaqədardır. Mədə-bağırsaq traktının (MBT) selikli qişasının reseptorlarını qıcıqlandırma hesabına meteorizm əlamətlərini aradan qaldırır, bağırsaqların peristaltikasını gücləndirir. Farmakokinetikası Etilbromizovalerianat və istiotlu nanənin komponentlərinin farmakokinetikası üzrə məlumat yoxdur. Fenobarbital daxilə qəbul edildikdə, ləng, lakin, tamamilə sorulur. Qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra aşkar edilir, plazma zülalları ilə birləşməsi 50%, yenidoğulmuşlarda 30-40%-dir. Qaraciyərdə metabolizmə uğrayır, qaraciyər mikrosomal fermentlərini CYP3A4, CYP3A5, CYP3A7 (fermentativ reaksiyanın sürəti 10-12 dəfə artır) izofermentlərilə induksiya edir. Orqanizmdə kumulyasiya olunur. Yarımxaricolma dövrü 2-4 gün təşkil edir. 25%-dək dəyişilməmiş qlükuronid şəklində böyrəklər vsitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

Ürək-damar sisteminin funksional pozulmalarında, yüksək qıcıqlanma ilə müşayiət edilən nevrozabənzər vəziyyətlərdə, yuxuyagetmənin pozulmasında, taxikardiyada, ifadəedilmiş vegetativ təzahürlü vəziyyətdə simptomatik (sakitləşdirici və damargenişləndirici) kimi; spazmolitik vasitə kimi bağırsaq spazmları zamanı.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; böyrək və/və ya qaraciyər funksiyalarının ifadəedilmiş pozulması; alkoqolizm; kəllə-beyin travması, baş beyin xəstəlikləri; hamiləlik, laktasiya dövrü; 3 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda ehtiyatla istifadə etmək lazımdır: 3 yaşdan yuxarı uşaqlar. Qaraciyərin, böyrəklərin funksiyasının pozulması. Preparatın 1 damcısında 0,009 xalis etil spirti vardır. Preparatın birdəfəlik dozasında (50 damcı) 0,46 q, maksimal sutkalıq dozada (150 damcı) 1,38 q xalis etil spirti vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

MSS-in zəifləməsinə səbəb olan dərman vasitələri preparatın təsirini gücləndirir. Fenobarbital (mikrosomal oksidləşmənin induktoru) qaraciyərdə metabolizmə uğrayan dərman vasitələrinin effektivliyini azaldır (o cümlədən, kumarin törəmələrinin, qrizeofulvinin, qlükokortikosteroidlərin, peroral kontraseptivlərin); yerli anesteziyaedici, analgeziyaəedici və yuxugətirici dərman vasitələrinin təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Korvalol preparatının istifadəsi əks göstərişdir, belə ki, preparatın tərkibində fenobarbital vardır ki, bu da, plasentadan keçir və teratogen təsir göstərir, dölün formalaşmasına və yenidoğulmuşun MSS-in sonrakı funksiyasına mənfi təsir göstərir, ana südünə nüfuz edir, yenidoğulmuşda fiziki asılılığın inkişafı mümkündür. Laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın tərkibində 58 həcm faizi etanol və fenobarbital vardır, bu səbəbə görə Korvalol preparatının qəbulu zamanı nəqliyyat vasitəsini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərindən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Yeməkdən əvvəl, əvvəlcədən bir qədər suda (30-50 ml) həll edilərək, daxilə qəbul edilir. Doza və istifadə müddəti həkim tərəfindən fərdi təyin edilir. Böyüklərdə birdəfəlik doza 30 damcıdır, ehtiyac olduqda (məsələn, ifadəedilmiş taxikardiya zamanı) maksimal birdəfəlik doza 40-50 damcıya qədər artırıla bilər. Böyüklər üçün istifadə sayı sutkada 2-3 dəfədir. 3 yaşdan yuxarı uşaqlarda həyatının hər yaşına 1 damcı sutkada 1 dəfə təyin edilir. Təkrar dozanın istifadəsinin vacibliyini xəstəliyin klinik təsvirindən asılı olaraq, həkim müəyyən edir.

Əlavə təsirləri

Yuxululuq, başgicəllənmə, ürək ritminin ləngiməsi, diqqəti toplama qabiliyyətinin azalması, allergik reaksiyalar. Uzun müddət istifadəsi zamanı-bromizm, vərdişolma, dərman asılılığı, “ləğvetmə” sindromu.

Doza həddinin aşılması

Simptomları MSS-in zəifləməsi, nistaqm, ataksiya, arterial təzyiqin enməsi, oyanıqlıq, bromla xroniki intoksikasiya (depressiya, apatiya, rinit, konyunktivit, hemorragik diatez, hərəkət koordinasiyasının pozulması). Müalicəsi Simptomatik müalicə, MSS-in zəifləməsi zamanı-kofein, niketamid.

Buraxılış forması

Daxilə qəbul edilən damcı. 25 ml məhlul, damcısalanı olan narıncı rəngli flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

1 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Ünvan/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Korvalol 25 ml damcı” üçün ilk rəyi siz yazın.