Kokaviteks 2 ml inyeksiya
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Vitaminlər və metabolik vasitələr |
| İstehsal ölkəsi | Gürcüstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,42 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KOKAVİTEKS inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz (həlləedici ilə) Beynəlxalq patentləşdirilməmiş adı: Nicotinamide + Cocarboxylase + Cyanocobalamin + Disodium adenosintriphosphate trihydrate
Tərkibi
Təsiredici maddə: 1 ampulda 20 mq nikotinamid, 50 mq kokarboksilaza, 0,5 mq sianokobalamin, 10 mq dinatrium adenozintrifosfat trihidrat vardır. Köməkçi maddələr:qlisin, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, inyeksiya üçün su. Həlledici: lidokain hidroxlorid.
Təsviri
Toz Çəhrayı rəngli tozdur. Həlledici Şəffaf rəngsiz və ya azacıq rəngli mayedir.
Farmakoterapevtik qrupu
Vitaminlər və metabolik vasitələr. ATC kodu: A11DA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat metabolik maddələrdən və vitaminlərdən ibarət olan rasional seçilmiş kompleksdir. Nikotinamid – PP vitamininin hüceyrələrdə oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən formalarından biri olaraq, karbohidrat və azot mübadiləsini yaxşılaşdırır, toxuma tənəffüsünü tənzimləyir. Kokarboksilaza – orqanizmdə, xaricdən daxil olan tiamindən (B vitaminindən) əmələ gələn1 kofermentdir. Ketoturşuların karboksilləşməsini və dekarboksilləşməsini katalizə edən karboksilaza fermentinin tərkibinə daxildir. Dolayı yolla nuklein turşularının, zülalların və lipidlərin sintezinə səbəb olur. Orqanizmdə süd və piroüzüm turşularının konsentrasiyalarını aşağı salır, qlükozanın mənimsənilməsinə səbəb olur. Sinir toxumasının trofikasını yaxşılaşdırır. Sianokobalamin (B vitamini) orqanizmdə metilkobalaminə və 5-dezoksiaadenozilkobalaminə12 çevrilir. Metilkobalamin pirimidin və purin əsaslarının (və deməli, DNT və RNT) metabolizminin əsas reaksiyalarında – homosisteinin metioninə və S-adenozilmetioninə çevrilmə reaksiyalarında iştirak edir. Göstərilən reaksiyada vitaminin çatışmazlığı qeyd olunduğu halda, onu metiltetrahidrofol turşusu əvəz edə bilər və bu zaman, folabənzər metabolizm reaksiyalarının pozğunluğu müşahidə olunur. 5-dezoksiadenozilkobalamin karbohidrat və lipid metabolizminin mühüm reaksiyası olan L- metilmalonil-KoA-nın suksinil-KoA-ya izomerləşməsi reaksiyasının kofaktorudur. B vitamini hüceyrələrin inkişafı və replikasiyası üçün tələb olunur. Həmin vitamin yüksək12 bioloji aktivliyə malikdir və karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Toxumaların regenerasiyasını yüksəldir, qanyaranma prosesini, qaraciyərin və sinir sisteminin funksiyalarını normalaşdırır. Orqanizmdə kofaktora – kobamidə çevrilir ki, bu da çoxsaylı fermentlərin, o cümlədən, fol turşusunun tetrahidrofol turşusuna qədər bərpa olunmasına səbəb olan reduktaza fermentinin tərkibinə daxildir. Kobamid metil və digər birkarbonlu fraqmentlərin daşınmasında iştirak edir və bu səbəbdən, dezoksiribozanın və DNT-nin, metioninin, S-adenozilmetioninin, homosisteinin və kreatinin əmələ gəlməsi üçün onun mövcudluğu tələb olunur; kobamid lipotrop faktorlar tərəfindən xolinin sintezində iştirak edir, metilmalon turşusunun mielinin tərkibinə daxil olan kəhrəba turşusuna çevrilməsinə səbəb olur. B vitamininin çatışmazlığı qanyaradıcı toxumanın və epitel toxumasının sürətlə bölünən12 hüceyrələrinin proliferasiyasının pozulmasına və eləcədə, neyronların mielin örtüyünün əmələ gəlməsinin pozğunluqlarına gətirib çıxarır. Dinatrium adenozintrifosfat trihidrat adenozin törəməsi olub, metabolik prosesləri stimullaşdırır. Damarlara, o cümlədən, koronar və beyin arteriyalarına vazodilatasiyaedici (damargenişləndirici) təsir göstərir. Toxumaların metabolizmini və enerji təminatını yaxşılaşdırır. Hipotenziv və aritmiya əleyhinə təsirlərə malikdir. Parenteral yolla yeridildikdən sonra orqanların hüceyrələrinə nüfuz edir və burada, enerjinin azad olması ilə adenozinə və qeyri-üzvi fosfata parçalanır. Gələcəkdə parçalanma məhsulları ATF sintezində iştirak edir. ATF-in təsiri altında arterial təzyiqin aşağı düşməsi, saya əzələlərin boşalması və sinir impulslarının keçirilməsinin yaxşılaşması müşahidə olunur. Farmakokinetikası Nikotinamid – orqanizmin bütün toxumalarına sürətlə paylanır. Plasentar baryerdən nüfuz edir və ana südünə daxil olur. Qaraciyərdə nikotinamid-N-metilnikotinamidin əmələ gəlməsi ilə metabolzmə məruz qalır. Böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur. Qan plazmasından yarımxaricolma dövrü təxminən 1,3 saat təşkil edir, stasionar paylanma həcmi təxminən 60 litrdir, ümumi klirensi təxminən 0,6 l/dəqiqədə təşkil edir. Kokarboksilaza – əzələ daxilinə yeridildikdən sonra sürətlə absorbsiya olunur. Orqanizmin toxumalarının əksəriyyətinə nüfuz edir. Metabolik parçalanmaya məruz qalır. Metabolizm məhsulları əsasən böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur. Sianokobalamin – qanda sianokobalamin transkobalamin I və II ilə birləşir və bunların vasitəsi ilə toxumalara nəql olunur. Əsasən qaraciyərdə depolaşır. Qan plazmasının zülalları ilə birləşməsi 90 % təşkil edir. Əzələ daxilinə və dəri altına yeridildikdən sonra sürətlə və tam sorulur. Əzələ daxilinə yeridildikdən sonra maksimal konsentrasiyası 1 saatdan sonra əldə olunur. Qaraciyərdən ödlə birlikdə bağırsağa xaric olunur və sonra yenidən qana sorulur. Yarımxaricolma dövrü 500 gün təşkil edir. Böyrək funksiyaları normal olduqda – 7-10 %-i böyrəklər, təxminən 50 %-i bağırsaqlar vasitəsi ilə xaric olunur. Böyrək funksiyaları aşağı olduqda – 0-7%-i böyrəklər və 70-100 %-i bağırsaqlar vasitəsi ilə xaric olunur. Plasentar baryerdən nüfuz edir və ana südünə daxil olur. Dinatrium adenozintrifosfat trihidrat – parenteral yolla yeridildikdən sonra orqanların hüceyrələrinə nüfuz edir və burada, enerjinin azad olması ilə adenozinə və qeyri-üzvi fosfata parçalanır. Gələcəkdə parçalanma məhsulları ATF sintezində iştirak edir.
İstifadəsinə göstərişlər
• Diabetik polineyropatiyanın simptomatik müalicəsi. • Nevralgiya. • Radikulit. • Mialgiya, işias. • Bursit və tendinit. • Reyno xəstəliyi. • Ürəyin işemik xəstəliyi, miokardit və kardiomiopatiya. • Hamiləlik toksikozu, döldə hipoksiya. • B qrupu vitaminlərinin defisiti, xroniki xəstəliklərin kompleks müalicəsi.
Əks göstərişlər
• Preparatın istənilən komponentinə və ya həllediciyə qarşı hiperhəssaslıq. • Ürək-damar xəstəlikləri: kəskin miokard infarktı, nəzarət olunmayan arterial hipertenziya, arterial hipotenziya, bradiaritmiyanın ağır forması, II-III dərəcəli AV blokada, xroniki ürək çatışmazlığı (NYHA üzrə III-IV mərhələ), kardiogen şok və şokun digər növü, QT intervalının uzanması sindromu, tromboemboliya, hemorragik insult. • Ağciyərlərin iltihabi xəstəlikləri, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma. • Hamiləlik (toksikoz halından başqa), laktasiya dövrü. • Hiperkoaqulyasiya (o cümlədən kəskin tromboz zamanı), eritremiya, eritrositoz. • Kəskinləşmə mərhələsində mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. • Podaqra. • Hepatit, qaraciyər sirrozu. • 18 yaşadək uşaqlarda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Stenokardiya zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır. Görmə sinirinin irsi atrofiyası zamanı xəstəliyin inkişafının erkən dövründə sianokobalamin istifadə edilməməlidir. Mövcud xəstəliyin simptomları ağırlaşdıqda və ya 9 gün müddətində preparatın effekti qeyd olunmadığı təqdirdə, müalicə kursunun korreksiyası aparılmalıdır. Kokaviteks preparatından istifadə etdikdə, hipoqlikemik dərman preparatının dozasını müvafiq şəkildə seçmək və şəkərli diabetin gedişinə müvafiq nəzarət etmək tələb olunur. Hazırlanmış məhlulun rəngi çəhrayı olmalıdır. Məhlulun rəngi dəyişdiyi halda, preparat istifadə edilməməlidir. Məhlul hazırlandıqdan dərhal sonra istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Biquanidlər qrupundan olan hipoqlikemik preparatlardan (metformindən) istifadə edən pasiyentlərdə sianokobalaminin mədə-bağırsaq traktından sorulmasının pozulmasını nəzərə alaraq, qanda sianokobalaminin konsentrasiyasının aşağı düşməsi müşahidə oluna bilər. Digər hipoqlikemik dərman preparatları ilə qarşılıqlı təsirləri təsvir edilməmişdir. Sianokobalaminin askorbin turşusu, ağır metal duzları, tiamin bromid, piridoksin, riboflavin, fol turşusu ilə eyni zamanda istifadəsi uyğun deyildir. Sianokobalamin qanın laxtalanma qabiliyyətinin yüksəlməsinə səbəb olan preparatlarla eyni zamanda istifadə edilə bilməz. Bundan əlavə, sianokobalaminin və xloramfenikolun eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Aminoqlikozidlər, salisilatlar, epilepsiya əleyhinə dərman preparatları, kolxisin, kalium preparatları sianokobalaminin absorbsiyasının zəifləməsinə səbəb olur. Dinatrium adenozintrifosfat trihidrat tərkibli preparatları dipiridamol ilə eyni zamanda istifadə etdikdə, dipiridamolun təsiri, xüsusilə, vazodilatasiyaedici təsiri güclənir. Dipiridamol dinatrium adenozintrifosfat trihidratın effektinin güclənməsinə səbəb olur. Preparatın purin törəmələri (kofein, teofillin) ilə eyni zamanda istifadəsi müddətində müəyyən antaqonizm meydana çıxır. Ürək-damar sistemində arzu olunmayan reaksiyaların inkişaf etmə riskinin güclənməsini nəzərə alaraq, preparatı yüksək dozalarda ürək qlikozidləri ilə eyni zamanda istifadə etmək olmaz. Ksantinol nikotinatla eyni zamanda istifadə edildikdə, preparatın effektivliyi aşağı düşür. Nikotinamid sedativ preparatların, trankvilizatorların və eləcə də, hipotenziv preparatların təsirlərinin güclənməsinə səbəb olur. Uyuşmazlığı Yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Kokaviteks preparatını hamiləlik dövründə (toksikoz halından başqa) istifadə etmək məsləhət görülmür. Preparatla müalicə dövründə ana südü ilə qidalandırmanı müvəqqəti dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Kokaviteks preparatının uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Mərkəzi sinir sistemində baş verən əlavə təsirlərin (başgicəllənmə, şüurun dumanlanması) yaranması zamanı nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməkdən çəkinmək məsləhət görülür.
İstifadə qaydası və dozası
Preparat əzələdaxili dərinə (sağrı əzələsinə) yeridilir. Güclü ağrı sindromu zamanı müalicəni kəskin simptomlar aradan qalxana qədər sutkada 1 ampul (2 ml) əzələdaxili yeridilmə ilə başlamaq məqsədəuygundur. İstifadə müddəti 9 gündür. Simptomlar aradan qalxdıqdan sonra və ya polineyropatiyanın mülayim simptomları zamanı 2-3 həftə ərzində həftədə 2-3 dəfə 1 ampul təyin edilir. Xəstəliyin ağırlığından asılı olaraq müalicə kursu 3-9 inyeksiya məsləhət görülür. Müalicənin müddəti və təkrar kursun aparılması xəstəliyin xarakterindən və ağırlığından asılı olaraq həkim tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi ÜST-ün təsnifatı üzrə aşağıdakı kimi qeyd edilir: çox tez-tez (≥ 1/10); tez- tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000), ayrı-ayrı hallara daxil olmaqla; məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozuntular: nadir hallarda – allergik reaksiyalar (dəri səpgisi, çətin nəfəsalma, anafilaktik şok, Kvinke ödemi). Sinir sistemində baş verən pozuntular: ayrı-ayrı hallarda – başgicəllənmə, başağrı, oyanıqlıq, şüurun dumanlanması. Ürəkdə baş verən pozuntular: çox nadir hallarda – taxikardiya; ayrı-ayrı hallarda – bradikardiya, aritmiya; məlum deyil – ürək nahiyəsində ağrı. Damarlarda baş verən pozuntular: məlum deyil – sancma və yanma hissilə üz dərisinin və bədənin yuxarı hissəsinin dərisinin qızarması, “qan axını”. Mədə-bağırsaq sistemində baş verən pozuntular: ayrı-ayrı hallarda – qusma, ishal. Dəridə və dərialtı toxumada baş verən pozuntular: çox nadir hallarda – yüksək tərləmə, akne, qaşınma, övrə. Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: çox nadir hallarda – qıcolma. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: çox nadir hallarda – inyeksiyanın yeridilmə nahiyəsində qıcıqlanma, ağrı və yanma hissi yarana bilər, zəiflik. Qeyd edilən istənilən əlavə təsirlərdən biri ağırlaşdırda və ya təlimatda qeyd edilməyən istənilən digər əlavə təsir yarandıqda, bu barədə həkimə məlumat vermək vacibdir. Əlavə təsirlərin güclü inkişafı zamanı preparatın istifadəsi ləğv edilir.
Doza həddinin aşılması
Kokaviteks preparatının tərkibinə daxil olan komponentlər geniş terapevtik diapazona malikdir. Doza həddinin aşılmasının simptomları Nikotinamid: yüksək dozalarda istifadə edildikdə, hiperpiqmentasiya, sarılıq, ambliopiya, zəiflik, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi müşahidə olunmuşdur. Uzunmüddətli istifadəsi zamanı steatohepatozun inkişaf etməsi, qanda sidik turşusunun konsentrasiyasının yüksəlməsi, qlükozaya qarşı tolerantlığın pozulması qeyd olunmuşdur. Kokarboksilaza: tövsiyə olunan dozadan 100 dəfə yüksək dozalarda istifadə etdikdən sonra, aşağıda göstərilən simptomlar barədə məlumatlar daxil olmuşdur – baş ağrısı, əzələ spazmları, əzələ zəifliyi, iflic, aritmiya. Sianakobalamin: parenteral yolla yüksək dozalarda istifadə edildikdən sonra ekzematoz dəri pozğunluqları və aknenin (sızanaq xəstəliyinin) xoşxassəli forması müşahidə olunmuşdur. Yüksək dozalarda istifadə edildikdə, hiperkoaqulyasiyanın, purin mübadiləsi pozğunluqlarının inkişaf etməsi ehtimal edilir. Dinatrium adenozintrifosfat trihidrat: maksimal sutkalıq dozanın (yetkin yaşlı insan üçün 600 mq təşkil edir) aşılması aşağıda göstərilən simptomların inkişaf etməsinə gətirib çıxara bilər: başgicəllənmə, arterial təzyiqin azalması, şüurun qısamüddətli itirilməsi, aritmiya, II və III dərəcəli atrioventrikulyar blokada, asistoliya, bronxospazm, mədəcik pozğunluqları, sinus bradikardiyası və taxikardiya. Müalicəsi Preparatın istifadəsi dərhal dayandırılmalıdır, simptomatik, o cümlədən, desensibilizasiyaedici müalicə təyin edilməlidir.
Buraxılış forması
Liofilizə olunmuş toz ampulda. 2 ml lidokain hidroxlorid (həlledici) ampulda. 3 ampul toz və 3 ampul həlledici PVX örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.
Qeydiyyat vəsiqəsinin sahibi
OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.