Kordiamin 250 mq 30 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Analeptik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,94 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KORDİAMİN daxilə qəbul üçün damcı Beynəlxalq patentləşdirilməmiş adı: Nikethamide
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq niketamid (dietilamid nikotin turşusu) vardır. Köməkçi maddələr:təmizlənmiş su.
Təsviri
Şəffaf və ya zəif opalessensiyaedici, rəngsiz və ya azacıq sarımtıl və ya yaşılımtıl rəngli, xarakterik qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Analeptik vasitə. ATC kodu: R07AB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Analeptik təsirə malikdir. Mərkəzi sinir sistemini stimullaşdırır: uzunsov beynin damar-hərəkət mərkəzinə oyadıcı təsir göstərir (xüsusilə bu mərkəzin zəifləməsi zamanı) ki, bu da, sistem arterial təzyiqin yüksəlməsinə səbəb olur. Sinokarotid refleksogen zonanın xemoreseptorlarına stimullaşdırıcı təsirinin hesabına tənəffüs mərkəzini oyadır ki, bu da, tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin artmasına səbəb olur. Preparat ürəyə birbaşa stimullaşdırıcı təsirə və birbaşa damardaraldıcı effektə malik deyil. Farmakokinetikası İstənilən yeridilmə üsulunda yaxşı sorulur. Qeyri-aktiv metabolitlərin əmələ gəlməsilə qaraciyərdə sürətli biotransformasiyaya məruz qalır, əsasən böyrəklər vasitəsilə ekskresiya olunur.
İstifadəsinə göstərişlər
Kollaps, arterial təzyiqin enməsilə müşayiət olunan hallar, damar tonusunun azalması və infeksion xəstəliklər zamanı və sağalma dövründə tənəffüsün zəifləməsi.
Əks göstərişlər
Niketamidə qarşı yüksək həssaslıq, epilepsiya, qıcolmaya meyillilik, anamnezdə qıcolma, uşaqlarda hipertermiya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uşaqlarda preparatı, yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rezerpin kordiaminin qıcolma təsirini gücləndirir; tənəffüs mərkəzinin oyanma effekti ümumi anesteziya üçün vasitələrlə aradan qaldırılır; aminosalisil turşusu və opiniazid preparatın təsirini zəiflədir; analeptik effektə və qıcolma təsirinin zəifləməsinə xlorpromazin və fenotiazinin digər törəmələri səbəb olur. Psixostimulyatorların və antidepressantların effektini gücləndirir. Narkotik analgetiklərin, yuxugətiricilərin, neyroleptiklərin, trankvilizatorların, qıcolmaəleyhinə vasitələrin təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə kordiaminin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə yüksək diqqət və sürətli psixomotor reaksiyalar (nəqliyyat vasitələrini idarə etmək, hərəkət edən mexanizmlərlə iş, dispetçer, operator işi) tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir. Böyüklər Gündə 2-3 dəfə 15-40 damcı. Böyüklər üçün yüksək birdəfəlik doza 60 damcı, sutkalıq doza 180 damcıdır. 10 yaşa qədər uşaqlar Gündə 2-3 dəfə, 1 qəbuldakı damcı sayı yaşın sayına bərabər olmalıdır. 10 yaşdan yuxarı uşaqlar Gündə 2-3 dəfə 10 damcı. Preparatın kurs istifadəsinin məqsədəuyğunluğunu müəyyən etmək üçün həkimlə məsləhətləş- mək lazımdır.
Əlavə təsirləri
Sinir sistemində baş verən pozğunluqlar: narahatlıq, həyəcan. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma. Ürək-damar sistemində baş verən pozulmalar: ürək ritminin pozulması. Dayaq-hərəkət aparatında baş verən pozğunluqlar: əzələ dartılması (ağızın həlqəvi əzələlərindən başlayan), tonik-klonik qıcolmalar. Dəri örtüyündə baş verən pozğunluqlar: dəri qaşınması, üzün hiperemiyası.
Doza həddinin aşılması
Simptomları Dozadanasılı əlavə təsirlərin güclənməsi, tonik-klonik qıcolmalar. Müalicəsi simptomatikdir.
Buraxılış forması
Daxilə qəbul üçün 25%-li məhlul. 25 ml, 30 ml məhlul, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Ünvan/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.