Kodelak N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirÖskürək əleyhinə kombinəolunmuş dərman vasitəsi (öskürək əleyhinə opioid dərman vasitəsi + bəlğəmgətirici dərman vasitəsi)
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,89 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KODELAK tabletlər

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 8 mq kodein, 20 mq termopsisotu, 200 mq natrium hidrokarbonat, 200 mq biyan kökü vardır. Köməkçi maddələr: kartof nişastası, əvvəlcədən jelatinləşdirilmiş nişasta, natrium karboksimetilnişasta (natrium nişastaqlikolyatı), mikrokristallik sellüloza, talk.

Təsviri

Yastı silindrik, kənarları kəsik və bir üzündə bölmə üçün xətti olan, yaşılımtıl-sarıdan – bozumtul- qəhvəyiyə qədər rəngdə, daha tünd ya daha açıq ləkələrlə, spesifik iyli tabletlərdir.

Farmakoterapevtik qrupu

Öskürək əleyhinə kombinəolunmuş dərman vasitəsi (öskürək əleyhinə opioid dərman vasitəsi + bəlğəmgətirici dərman vasitəsi). ATC kodu: R05FA02.

Farmakoloji xüsusiyyətləri

Kombinəolunmuş preparatdır; öskürək əleyhinə və bəlğəmgətirici təsir göstərir. Kodein öskürək mərkəzinin qıcıqlanmasını zəiflədir və uzunmüddətli öskürək yaradan refleksləri dayandırır, analgetik və sedativ təsir göstərir. Tövsiyə olunan terapevtik dozalarda tənəffüs mərkəzinin ləngiməsinə səbəb olmur, kirpikli epitelin funksiyasını pozmur və bronxial sekresiyanı azaltmır. Termopsisotunun tərkibində aktiv maddə kimi izoxinolin alkoloidləri var. Tənəffüs mərkəzini qıcıqlandırır və qusma mərkəzini stimulə edir. Güclü bəlğəmgətirici təsirə malikdir: bronxial vəzilərinin sekretor funksiyasını yüksəldir, kirpik epitelinin aktivliyini artırır və sekretin xaric olmasını sürətləndirir; mərkəzi vaqotrop effekti nəticəsində bronxların saya əzələlərinin tonusunu artırır. Tərkibindəki bioloji aktiv maddələr qanqlioblokator təsirə malikdir. Natrium hidrokarbonat bronxial seliyin pH-nı qələvi tərəfə yönəldir, bəlğəmin qatılığını azaldır. Kirpikli epitelin və bronxiolların motor funksiyasını gücləndirir. Biyan kökü bəlğəmgətirici, iltihab əleyhinə və spazmolitik təsir göstərir. Bəlğəmgətirici təsiri biyan kökünün tərkibində olan və traxeya və bronxlarda kirpikli epitelin aktivliyini artıran, həmçinin yuxarı tənəffüs yollarının selikli qişalarının sekretor funksiyasını gücləndirən qlisirrizin ilə əlaqədardır. Saya əzələlərə antispazmolik təsiri tərkibindəki flavon birləşmələri ilə əlaqədardır (ən aktiv – likviritoziddir). İltihab əleyhinə təsir histamin, serotonin və bradikinin təsiri ilə baş verən iltihablı reaksiyaların aradan qaldırılmasında özünü göstərir. Orqanizmdə metabolik çevrilmələrə məruz qalan qlisirrizin turşusu qlükokortikosteroidəbənzər təsir göstərir.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda kəskin respirator xəstəlikləri zamanı qeyri-produktiv (bəlğəmsiz) və az produktiv öskürək.

Əks göstərişlər

Hiperhəssaslıq, tənəffüs çatışmazlığı, astmatik status, 12 yaşa qədər uşaqlar. Preparat tənəffüs sisteminin patologiyası (məsələn, bronxial astma və digər xroniki tənəffüs xəstəlikləri) olan 12 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələrə əks-göstərişdir. Sitoxrom P (CYP2D6) fermentinin yüksək aktivliyi olan xəstələrə mısləhət görülmür.450

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək funksiyasının pozulması olan xəstələrdə kodeinin xaric olması ləngiyir və buna görə preparatın qəbulu arasında intervalı uzatmaq məsləhət görülür. Preparatın qəbulu zamanı alkoqoldan istifadə etmək olmaz. İdmançılar nəzərə almalıdır ki, preparatın tərkibində olan kodein dopinqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakodinamik: Xloramfenikol kodeinin qaraciyərdə metabolizmini tormozlayır və bununla orqanizmdə onun təsirini gücləndirir. Mərkəzi sinir sistemini zəiflədən dərman vasitələri ilə (yuxugətirici, antipsixotik və s.) birgə istifadəsi zamanı tənəffüs mərkəzinə sedativ və tormozlayıcı təsir güclənə bilər. Farmakokinetik: Kodeinin yüksək dozaları ürək qlikozidlərinin təsirini gücləndirir, belə ki zəif peristaltika nəticəsində onların sorulması arzalır. Adsorbentlər, büzüşdürücü və bürüyücü vasitələr preparatın tərkibində olan kodein və alkaloidlərin mədə-bağırsaq traktından sorulmasını azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Aşağıda göstərilən hallarda preparat ehtiyatla təyin edilir: düşük təhlükəsi, hamiləlik (xüsusən I və III trimestr, laktasiya dövrü (kodeinin plasentar və hematoensefalik baryerlərdən yaxşı keçməsi ilə əlaqədər olaraq uşaqda tənəffüsün ləngiməsi təhlükəsi). Nəqliyyat vasitələri, mexanizmləri idarə etmək qabiliyyətinə təsiri Sedativ təsirin əmələ gəlməsi ilə əlaqədər müalicə zamanı sürətli psixi və hərəki reaksiyalar, yüksək diqqət konsentrasiyası tələb edən fəaliyyət növləri ilə məşğul olmaq məsləhət görülmür.

İstifadə qaydası və dozası

Daxilə, gündə 2-3 dəfə 1 tablet qəbul edilir. Müalicənin maksimal müddəti (həkimin məsləhəti olmadıqda) 5 gün təşkil edir.

Əlavə təsirləri

Allergik reaksiyalar (dəridə qaşınma, övrə), ürəkbulanma, qusma, baş ağrısı, yuxuya meyillilik ola bilər. Nəzarətsiz uzunmüddətli istifadə zamanı kodeinə qarşı dərman asılılığı əmələ gələ bilər.

Doza həddinin aşılması

Əlamətlər: qusma, qəbizlik, sidik ifrazının ləngiməsi, baş ağrısı, yuxululuq, göz almalarının hərəkətinin koordinasiyasının pozgunluğu, mioz, tənəffüs mərkəzinin ləngiməsi. Müalicə: aktivləşdirilmış kömür, kalium permanqanat ilə mədənin yuyulması. Tənəffüs analeptikləri, atropin və nalokson (kodeinin fizioloji konkurent antaqonisti) yeridilməsi.

Buraxılış forması

Tabletlər. 10 tablet, konturlu-yuvalı qablaşdırmada. 1 qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

ASC “Farmstandart – Leksredstva”. 305022, Rusiya, Kursk şəh., 2-ci Aqreqatnaya küç., 1a/18. Tel.:/Faks: (4712) 34-03-13 , www.pharmstd.ru Qeydiyyat vəsiqəsinin sahibi/istehlakçıların iradlarını qəbul edən təşkilat: ISC “OTISIFARM”, Rusiya 123112, Moskva şəh., Testovskaya küç., ev 10 Tel.: +7(800) 775-98-19. Faks: +7(495) 221-18-02. www.otcpharm.ru

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kodelak N10 tablet” üçün ilk rəyi siz yazın.