Kurantil 25 mq N120 tablet
| Dərman forması | Tablet |
|---|---|
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu preparat hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomların olmasına belə baxmayaraq, preparat onun üçün zərərli ola bilər. Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir (bax: “Əlavə təsirləri”). KURANTİL N 25 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Dipiridamol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq dipiridamol vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza monohidrat, nişasta qlikolyatın natrium duzu (A tipi), jelatin, susuz kolloid silisium, maqnezium stearat, hipromelloza, talk, makroqol 6000, titan dioksid (E 171), xinolin sarısı (E 104), simetikon emulsiyası.
Təsviri
Sarı rəngli, girdə, yastı-silindrik, demək olar ki, yastı-paralel səthə malik, örtüklü tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
N 25 preparatı trombositlərin aqreqasiyasına tormozlayıcı təsir göstərir və mikrosirkulyasi-Kurantil yanı yaxşılaşdırır. Preparat yüngül damargenişləndirici təsirə malikdir və immun sistemi aktivləşdirir.
İstifadəsinə göstərişlər
– İşemik tipli beyin qan dövranı pozğunluğunun müalicəsi və profilaktikası; – dissirkulyator ensefalopatiya; – arterial və venoz trombozun, həmçinin onun ağırlaşmalarının profilaktikası; – ürək qapaqlarının protezləşdirilməsi əməliyyatından sonra, tromboemboliyanın profilaktikası; – ağırlaşmış hamiləlik zamanı plasentar çatışmazlığın profilaktikası; – mikrosirkulyasiya pozğunluğu zamanı, kompleks terapiyanın tərkibində; – qripin və tənəffüs yollarının kəskin infeksiyalarının müalicəsi və profilaktikası üçün interferon stimulyatoru və immunomodulyatoru kimi.
Əks göstərişlər
– Dipiridamola və ya preparatın tərkibində olan (bax: “Tərkibi”) hər hansı digər komponentə qarşı allergiya; – yaxın zamanlarda keçirilmiş miokard infarktından sonra; – qeyri-stabil stenokardiya; – koronar arteriyaların yayılmış stenozlaşan aterosklerozu; – subaortal stenoz; – dekompensasiya olunmuş ürək çatışmazlığı; – arterial hipotenziya, kollaps; – ürək ritminin ağır dərəcəli pozulması; – hemorragik diatez; – qanaxmalara meyilliliklə müşayiət olunan xəstəliklər (mədə və onikibarmaq bağırsaq xoraları və s.) olduqda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kurantil N 25 preparatının qəbuluna başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Uşaqlar N 25 preparatını 12Kifayət qədər klinik istifadə təcrübəsinin olmadığını nəzərə alaraq, Kurantil yaşdan kiçik uşaqlarda istifadə etmək tövsiyə olunmur. Kurantil N 25 preparatının tərkibində laktoza vardır. Hər hansı şəkər növlərinə qarşı dözümsüzlük müəyyən olunduğu halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Hal-hazırda qəbul edilən/istifadə edilən dərman vasitələri barədə və ya bir müddət əvvəl qəbul edil- miş/istifadə edilmiş preparatlar barədə və ya qəbulu/istifadəsi ehtimal edilən dərman preparatları ba- rədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Aşağıda göstərilən hər hansı dərman preparatının qəbulu barədə həkimi və ya əczaçını məlumatlan- dırmaq təkidlə tövsiyə olunur: – arterial təzyiqi aşağı salan dərman preparatları; – ksantin törəmələri (məsələn, qəhvənin və çayın tərkibində olan); – asetilsalisil turşusu (aspirin) və ya klopidoqrel (qanı durulaşdıqmaq üçün); – varfarin və ya qanın laxtalanmasının qarşısını alan digər preparatlar; – xolinesteraza fermentinin inhibitorları (əzələ zəifliyi zamanı); – antasid preparatlar (dispepsiya zamanı); – adenozin (ürək xəstəlikləri və ya kardioloji tədqiqatlar zamanı); – diqoksin (ürək xəstəlikləri zamanı); – fludarabin (bəzi leykoz növlərində).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik zamanı, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. N 25 preparatını, yalnız həkim tərəfindən preparatınHamiləlik və laktasiya dövründə Kurantil istifadəsinin fayda və risk nisbəti qiymətləndirildikdən sonra istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Hətta lazımi istifadə olunduqda, Kurantil N 25 preparatı, dolayı yolla nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər, çünki qan təzyiqinin aşağı düşməsi nəticəsində, reaksiya pozula bilər.
İstifadə qaydası və dozası
Göstərilən dərman preparatını həkimin tövsiyələrinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə olunan doza Trombositlərin aqreqasiyasını azaltmaq məqsədi ilə, bir neçə qəbula bölünmüş, sutkada 75-225 mq dipiridamol (3-9 örtüklü tablet Kurantil N 25 preparatı) qəbul etmək tövsiyə olunur. Ağır hallarda dozanı sutkada 600 mq dipiridamola qədər yüksəltmək olar. Beyin qan dövranı pozğunluqlarının müalicəsi və profilaktikası üçün sutkada 3-6 dəfə (225-450 mq dipiridamol), 3 örtüklü tablet Kurantil N 25 preparatı qəbul etmək tövsiyə edilir. Dipiridamolun maksimal dozası 450 mq təşkil edir (18 örtüklü tablet Kurantil N 25 preparatına müvafiqdir). Qripin və digər kəskin respirator virus infeksiyalarının, xüsusilə epidemiyalar zamanı, profilaktikası üçün, preparatın aşağıdakı qəbul rejimi tövsiyə olunur: 4-5 həftə müddətində 7 gündə 1 dəfə sutkada 50 mq dipiridamol (2 örtüklü tablet Kurantil N 25 preparatı). Tez-tez respirator virus infeksiyalarına yoluxan pasiyentlərdə təkrar xəstəliklərin profilaktikası üçün Kurantil N 25 preparatını aşağıdakı qaydada qəbul etmək tövsiyə olunur: 8-10 həftə müddətində, həftədə 1 dəfə sutkada 100 mq dipiridamol (2 saatlıq intervalla, 2 dəfə 2 örtüklü tablet Kurantil N 25 preparatı). Uşaqlarda istifadəsi N 25 preparatını 12Kifayət qədər klinik istifadə təcrübəsinin olmadığını nəzərə alaraq, Kurantil yaşdan kiçik uşaqlarda istifadə etmək tövsiyə olunmur. Müalicəni tədricən artan dozalardan başlamaq lazımdır, örtüklü tabletləri acqarına, bölmədən, maye ilə birlikdə qəbul etmək lazımdır. Müalicənin davametmə müddətini və preparatın dozasını fərdi tələbatdan və keçirilmədən asılı olaraq, müəyyən etmək lazımdır. Müalicənin müddəti N 25 preparatı uzunmüddətli müalicə üçün yararlıdır.Kurantil Kurantil N 25 preparatının qəbul edilməsi ötürüldükdə Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur. N 25 preparatını terapevtik dozalarda istifadə etdikdə meydana çıxan arzuolunmayanKurantil dərman reaksiyaları, bir qayda olaraq, yüngül və keçici xarakter daşıyırlar. Bəzən aşağıdakı hallar baş verə bilər: qusma, ishal, həmçinin başgicəllənmə, ürəkbulanma, baş ağrısı (damar mənşəli baş ağrısı daxil olmaqla) və əzələ ağrıları kimi simptomlar daxil olmaqla. Adətən, bu N 25 preparatını uzun müddət ərzində istifadə etdikdə, aradan qalxırlar.cür əlavə effektlər Kurantil N 25 preparatı yüksək dozalarda, xüsusiləPotensial damargenişləndirici təsiri nəticəsində Kurantil də digər damargenişləndirici preparatlar qəbul edən pasiyentlərdə arterial təzyiqin aşağı düşməsinə, istilənmə hissinə və ürək çırpınmasının artmasına səbəb ola bilər. Qısamüddətli dəri səpgiləri və övrə tipli yüksək həssaslıq reaksiyalarının meydana çıxması mümkündür. Cərrahi əməliyyatlar zamanı və ya onlardan sonra, tək-tək hallarda qanaxmalara meylliliyin yüksəlməsi müşahidə olunmuşdur. Dipiridamolun öd kisəsi daşlarının tərkibinə daxil ola bilməsi göstərilmişdir. Aşağıda göstərilən əlavə təsirlərin tək-tək halları qeydə alınmışdır: – ürəyin işemik xəstəliyinin kəskinləşməsi; – stenokardiya; – miokard infarktı. Əlavə təsirlər barədə məlumatlar Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumat verdikdə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.
Doza həddinin aşılması
Göstərilən preparatı tələb olunduqdan daha çox miqdarda qəbul etdikdə, dərhal həkimə və ya xəstəxanaya müraciət etmək lazımdır. Dərman preparatının qablaşmasında, hətta tablet qalmadıqda belə, pasiyent qablaşmanı özü ilə götürməlidir.
Buraxılış forması
120 tablet, polietilen silfonla təchiz edilmiş yivli polietilen tıxaclı 30 ml-lik rəngsiz şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını kanalizasiyaya və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz. Lazım olmayan dərman preparatının utilizasiyası barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Berlin-Hemi AG. Tempelxofer Veq 83. 12347 Berlin, Almaniya. Menarini-Fon Heyden QmbX. Leypsiger Ştrasse7-13. 01097 Drezden, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Berlin-Hemi AG (Menarini Qrup) Qliniker Veq 125 12489 Berlin Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.