Kompliteks B 2 ml N5 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirB qrupu vitaminlər
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,06 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KOMPLİTEKS B əzələdaxili inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 1 ampulda (2 ml) 100 mq tiamin hidroxlorid, 100 mq piridoksin hidroxlorid, 20 mq lidokain hidroxlorid, 1 mq sianokobalamin vardır. Köməkçi maddələr: benzil spirti, natrium polifosfat, kalium heksasianoferrat, 1 M natrium hidroksid məhlulu, inyeksiya üçün su.

Təsviri

Özünəməxsus spesifik qoxuya malik, çəhrayımtıl-qırmızı rəngli şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

B qrupu vitaminlər. ATC kodu: A11EX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası B qrupuna məxsus neyrotrop vitaminlər dayaq-hərəkət sistemi və sinirlərin iltihabi və degenerativ xəstəliklərin müalicəsində effektiv təsir göstərir. Onlar vitamin çatışmazlıqları zamanı istifadə edilməklə yanaşı, yüksək dozalarda analgetik təsirə malik olur, qan dövranını sürətləndirir, sinir sisteminin işini və qanyaranma prosesini (B vitamini) normaya salır. Tiamin (B ) sinir12 1 toxumasinin mübadilə proseslərində həlledici əhəmiyyətə malik karbohidrat mübadiləsində iştirak edir, eləcə də Krebs siklində tiaminpirofosfat və adenozintrifosfat sintezi ilə nəticələnən proseslərdə əsas rol oynayır. Piridoksin (B ) zülal və qismən karbohidrat və yağ mübadiləsində iştirak edir. Hər6 iki vitamininin (B və B ) fizioloji funksiyası bir-birinin təsirini stimulə etmələri ilə əlaqədardır və1 6 bu da son nəticədə sinir, sinir-əzələ və ürək-damar sisteminin funksiyalarına müsbət təsir göstərir. Sianokobalamin (B ) mielin qişasının sintezində iştirak edir, hemopoezi stimulə edir, periferik sinir12 sisteminin zədələnməsi ilə əlaqədar olaraq meydana çıxan ağrı hissiyyatını azaldır, fol turşusunu aktivləşdirməklə nuklein mübadiləsini stimulə edir. Lidokain – yerli anesteziyaedici vasitədir. Farmakokinetikası Əzələdaxili inyeksiya zamanı tiamin inyeksiya nahiyəsindən tez absorbsiya olunur və qan dövranına daxil olur (484 nq/ml – ilk gün 50 mq dozada yeridildikdən 15 dəqiqə sonra) və orqanizmdə qeyri-bərabər paylanır: 15% leykositlərdə, 75% eritrositlərdə və 10% qan plazmasında. Orqanizmdə vitamin ehtiyatı kifayət dərəcədə olmadığı üçün tiamin orqanizmə hər gün daxil olmalıdır. Tiamin hematoensefalik və plasentar baryerləri keçir və ana südünə nüfuz edir. Orqanizmə yeridildikdən sonra sidik vasitəsilə xaric olur: alfa fazasında 0,15 saat sonra, beta fazasında 1 saat sonra, terminal fazada 2 gün ərzində. Əsas metabolitləri bunlardır: tiaminkarbon turşusu, piramin və digər metabolitlər. Bütün digər vitaminlərlə müqayisədə tiamin orqanizmdə daha az miqdarda saxlanılır. Yetkin insan orqanizmində 30 mq tiamin olur: 80% tiamin pirofosfat, 10% tiamin trifosfat və 10% tiamin monofosfat şəklində. Əzələdaxili inyeksiya zamanı piridoksin qan dovranına sürətlə daxil olur və 5-ci vəziyyətdə olan CH OH qrupunun fosforilləşmə2 reaksiyasından sonra koenzim rolunu oynayır. Vitaminin 80%-i plazma zülalları ilə birləşir. Piridoksin bütün orqanizmə paylanır, plasentar baryerdən keçir, ana südünə nüfuz edir. Qaraciyərdə depolaşır, 4-piridoksin turşusuna qədər oksidləşir və absorbsiyadan maksimum 2-5 saat sonra sidiklə ekskresiya olunur. İnsan orqanizmində B vitamininin miqdarı 40-150 mq, gündəlik6 eliminasiya sürəti 1,7-3,6 mq, bərpa olunma sürəti 2,2-2,4%-ə bərabərdir.

İstifadəsinə göstərişlər

Sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri və sindromlarının müalicəsi zamanı patogenetik və simptomatik vasitə kimi istifadə olunur: neyropatiyalar və polineyropatiyalar (diabetik, alkoqol mənşəli və s.); nevrit və polinevrit, o cümlədən retrobulbar nevrit; periferik parezlər, o cümlədən üz siniri mənşəli; nevralgiya, o cümlədən üçlü sinir və qabırğalararası sinirlər mənşəli; pleksopatiyalar, qanqlionitlər (kəmərləyici dəmrov da daxil olmaqla); onurğada osteoxondrozun nevroloji əlamətləri (radikulopatiya, lyumboişalgiya, əzələ-tonik sindromlar).

Əks göstərişlər

preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; dekompensəolunmuş xroniki ürək çatışmazlığının ağır və kəskin formaları; ürək keçiriciliyinin kəskin pozulması; hamiləlik və laktasiya dövrü; uşaq yaşları (tədqiqatların olmaması səbəbindən); qaraciyər və böyrək çatışmazlığı; lidokainə aid əks göstərişlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı yalnız əzələdaxili yeritmək lazımdır və onun damara düşməsinə imkan vermək olmaz. Təsadüfən venadaxili yeridilərsə, pasiyent ciddi həkim nəzarətində olmalıdır və ya simptomların ağırlığından asılı olaraq hospitalizasiya olunmalıdır. 6 aydan daha uzun müddətdə istifadə etdikdə preparat neyropatiyalara səbəb ola bilər. Preparatın tərkibində benzil spirti vardır Benzil spirti körpələrdə və 3 yaşınadək uşaqlarda toksik və anafilaktik reaksiyalara səbəb ola bilər. Çox miqdarda benzil spirtinin yeridilməsi nəticəsində toplanma və toksiklik (metabolik asidoz) riski ehtimalı vardır. Qaraciyər və böyrək funksiyalarının pozğunluqları olan pasiyentlərdə, həmçinin hamilə qadınlarda və laktasiya dövründə Kompliteks B preparatından istifadə etmək olmaz. Bir ampul preparatın tərkibində 1 mmol (23 mq) natrium vardır, demək olar ki, tərkibində natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

B vitamin (tiamin) tərkibində sulfitlər olan məhlullarda tam parçalanır. Nəticədə tiaminin1 parçalanma məhsulları digər vitaminlərin təsirini inaktivləşdirir. B vitamininin (piridoksin) terapevtik dozaları ilə eyni zamanda istifadə etdikdə levodopanın6 təsirini zəiflədir (levadopanın parkinson əleyhinə təsiri azalır). Həmçinin sikloserin, penisillin, izoniazid ilə qarşılıqlı təsirləri müşahidə olunmuşdur. Piridoksinin antaqonistləri (məsələn, izoniazid, hidralazin, pensillamin və ya sikloserin), peroral kontraseptivlər ilə eyni vaxtda istifadə olunduqda B vitamininə tələbat arta bilər.6 Kompliteks B preparatının tərkibində lidokain olduğunu nəzərə alaraq, adrenalin və noradrenalinin yanaşı istifadəsi zamanı ürəyə əlavə təsirlərin artması ehtimal olunur. Yerli anesteziyaedici vasitələrlə doza həddinin aşılması zamanı əlavə olaraq adrenalin və noradrenalindən istifadə etmək olmaz. B vitamini (siankobalamin) askorbin turşusu, ağır metal duzları ilə uyğunlaşmır.12

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kompliteks B nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Kəskin ağrı sindromu zamanı müalicəni dərin əzələdaxili inyeksiya ilə başlamaq məqsədəuyğundur: 5-10 gün ərzində gündə 1 dəfə 2 ml. Daha sonra müalicə daxilə qəbulla və ya həftədə 2-3 dəfə olmaqla əzələdaxili inyeksiya şəklində (2-3 həftə ərzində) istifadə ilə davam etdirilə bilər.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemi tərəfindən pozğunluqlar Çox nadir hallarda: yüksək həssaslıq reaksiyaları (səpgi, təngnəfəslik, şok, angionevrotik ödem) Tezliyi məlum deyil: benzil spirti allergik reaksiyalara səbəb ola bilər. Ürək tərəfindən pozğunluqlar Çox nadir hallarda: taxikardiya, arterial təzyiqin yüksəlməsi/enməsi, ürəkdə ağrı; tezliyi məlum deyil: bradikardiya, aritmiya. Sinir sisteminə tezliyi məlum deyil: başgicəllənmə, huşun alatoranlığı, narahatlıq, baş ağrısı, yuxu pozğunluğu, huşun pozulması, yuxululuq, Mədə-bağırsaq sisteminə tezliyi məlum deyil: qusma, ürəkbulanma, ishal, qarında ağrı, mədə şirəsinin turşuluğunun artması. Dəriyə və dərialtı toxumalara çox nadir hallarda: tər ifrazının artması, akne, qaşınma, övrə, generalizəolunmuş eksfoliativ dermatit, angionevrotik ödem. Tənəffüs sistemində: təngnəfəslik, rinit, tənəffüsün ləngiməsi. İstifadə nahiyəsində ümumi pozğunluqlar və reaksiyalar Tezliyi məlum deyil: preparatın yeridilmə nahiyəsində qıcıqlanma meydana çıxa bilər. Sürətli yeridildikdə (məsələn, təsadüfən damardaxilinə və ya qan ilə zəngin təchiz olunmuş toxumaya yeridildikdə) və ya doza həddinin aşılması zamanı başgicəllənmə, şüur qarışıqlığı, qusma, bradikardiya, aritmiya, yuxululuq və qıcolmalar daxil olmaqla sistem reaksiyalar inkişaf edə bilər.

Doza həddinin aşılması

Simptomları: preparatın çox sürətli yeridilməsi zamanı sistem reaksiyalar (başgicəllənməsi, aritmiya, qıcolmalar) müşahidə edilə bilər, bu doza həddinin aşılması nəticəsində də baş verir. Müalicəsi: simptomatik terapiya.

Buraxılış forması

Əzələdaxili inyeksiya üçün məhlul. 2 ml məhlul, işıqdan qorunan şüşədən hazırlanmış, rəngli sındırma halqası yaxud nöqtəsi və çərtmə yeri olan ampulda. Ampullara əlavə olaraq bir, iki və ya üç rəngli halqa və/və ya ikiölçülü ştrix-kod və/və ya hərf-rəqəm kodlaşması işarə olunur yaxud əlavə halqalarsız, ikiölçülü ştrix-kod, hərf- rəqəm kodlaşması işarə olunur. 5 ampul, polivinilxlorid örtüklü və polimer örtüklü və ya örtüksüz konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Saxlanma qaydası 2-8˚C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Saxlanılma və daşınma zamanı temperatur 2˚C-dən aşağı olmamalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi QSC “FarmFirma”Soteks”. 141345, Rusiya, Moskva vilayəti, Sergievo-Posadskiy rayonu, Belikovo qəsəbəsi, ev 11. Tel.:/Faks: (495) 956-29-30.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kompliteks B 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.