Kalium orotat 500 mq N10 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ümumi istifadə üçün anabolik vasitə. Qeyri-steroid anabolik vasitə |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,33 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KALİUM OROTAT tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Potassium orotate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100% quru maddə hesabı ilə 500 mq kalium orotat vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat, sorbit (E 420)
Təsviri
Yastı-silindrik formalı, ağ rəngli, üzərində bölmə xətti olan tabletlər.
Farmakoterapevtik qrupu
Ümumi istifadə üçün anabolik vasitə. Qeyri-steroid anabolik vasitə. ATX kodu: A14B.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kalium orotat mübadilə proseslərinə ümumi stimuləedici təsir göstərir, zülal və karbohidrat mübadiləsində iştirak edir. Kalium orotatın əsas struktur elementi orot turşusudur. Orot turşusu nuklein turşularının sintezi prosesində pirimidin əsaslarının (urasil, timin, sitozin) sintezini təmin edir, protein molekullarının sintezində iştirak edir. Orotat turşusunun karbohidrat mübadiləsində iştirakı onun qalaktoza mübadiləsinə normallaşdırıcı təsiri ilə əlaqədardır. Kalium orotat anabolik vasitə kimi zülal mübadiləsi pozğunluğunun bərpası və metabolizm proseslərini stimulə etmək məqsədilə istifadə edilir. Farmakokinetikası Araşdırılmamışdır.
İstifadəsinə göstərişlər
Kalium orotat aşağıdakı kompleks müalicələrin tərkibində istifadə olunur: • Kəskin və xroniki intoksikasiyaların törətdiyi qaraciyər və öd yollarının xəstəlikləri (assitlə gedən qaraciyər sirrozu istisna olmaqla); • Miokardın distrofiyası; • Miokard infarktı; • II-III dərəcəli xroniki ürək çatışmazlığı; • Aritmiyalar (ekstrasistoliya); • Uşaqlarda alimentar və alimentar-infeksion hipotrofiyalar; • Proqressivləşən əzələ distrofiyası; • Anemiyalar; • Qalaktozemiya; • Dermatozlar. Həmçinin ağır fiziki işlərdən sonra və ağır xəstəliklərdən sonrakı bərpa dövründə də istifadə olunur.
Əks göstərişlər
• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; • Assitlə müşayət olunan qaraciyər sirrozu; • Kəskin və xroniki böyrək çatışmazlığı; • Limfoqranulomatoz; • Qanyaradıcı orqanların bədxassəli xəstəlikləri; • Hiperkaliemiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kalium orotatdan kaliuməvəzedici müalicə kimi istifadə etmək olmaz. Qidanın komponentləri ilə qarşılıqlı təsirdə olma ehtimalı olduğundan onu yemək vaxtı qəbul etmək məsləhət deyildir.Preparat laktoza ehtiva edir,buna görədə,onun istifadəsi nadir irsi şərtləri olan, yəni qalaktoza qarşı dözümsüzlük, laktazanın çatışmazlığı, qlükoza-qalaktoza malabsorsiya sindromu olan xəstələrə tətbiq edilə bilməz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kalium orotatın effektivliyi fol turşusu və siankobalaminlə birgə istifadə zamanı artır. Kalium orotat ürək qlükozidlərinə (məs., diqoksin, selanid) tolerantlığı yaxşılaşdırır. Kalium- qoruyucu diuretiklərlə, AÇF-inhibitorları ilə eyni vaxtda istifadə edildikdə hiperkaliemiyanın inkişafı mümkündür. Preparatı vitaminlərlə, kardiotonik vasitələrlə birgə istifadə etmək olar. Büzücü və bürüyücü vasitələr (məs., de-nol, sukralfat, algeldrat, maqnezium hidroksid) kalium orotatın mədə- bağırsaq traktından sorulmasını zəiflədə bilər. Qlükokortikosteroidlər, insulin, miorelaksantlar, peroral kontraseptivlər ilə eyni vaxtda istifadə olunduqda orotat turşusunun effektivliyi azalır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə o vaxt icazə verilir ki, ana üçün güman olunan fayda döl üçün potensial riskdən yüksək olsun. Preparatdan istifadə edərkən ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Kalium orotat yeməkdən 1 saat əvvəl və ya yeməkdən 4 saat sonra daxilə qəbul edilir. Tabletlər çeynənmədən, 150-200 ml su ilə udulur. Böyüklərə 250-500 mq dozada gündə 2-3 dəfə. Gündəlik doza 500-1500 mq təşkil edir. Ayrı- ayrı hallarda terapevtik effektin artırılması lazım olduqda, böyüklər üçün doza 3000 mq-a qədər artırılır. Müalicə kursu 3-5 həftədir. Lazım olan hallarda müalicə kursu 1 aydan sonra təkrarlana bilər. 5 yaşdan yuxarı uşaqlarda kalium orotat gündə 10-20 mq/kq dozada təyin edilir. Qeyd edilən gündəlik doza 2-3 qəbul üçün bərabər bölünür. Uşaqlar 5 yaşa qədər olan uşaqlara məsləhət görülmür.
Əlavə təsirləri
Preparata tolerantlıq adətən yaxşıdır. Ayrı-ayrı hallarda allergik (dermatit, dəri səpgiləri) və dispeptik (ürəkbulanma,qusma,ishal) pozğunluqlara rast gəlinir ki, bunlar da preparatın qəbulu dayandırıldıqdan sonra keçir. Az proteinli pəhriz fonunda yüksək dozalarda istifadə edərkən qaraciyərin piy distrofiyasının inkişafı mümkündür. Paresteziya ilə müşayət olunan və EKQ-də dəyişikliklər törədən hiperkaliemiyanın inkişafı mümkündür.
Doza həddinin aşılması
Uzunmüddətli istifadəsi ilə desensitizasiya terapiyası tələb edən allergik dermatozlar müşahidə olunur: hiperkaliemiya, preparatın ləğv edilməsinə tələb olunan. Aşağı zülallı pəhriz fonunda yüksək dozalarda istifadə edərkən qaraciyərin distrofiyasının inkişafı mümkün ola bilər, bu preparatın dayandırılmasını və müvafiq terapiya tələb edir. Əlavə təsirləri artıra bilər
Buraxılış forması
10 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, qablaşdırıldığı qutuda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“EİM Borşaqovskiy Kimya-əczaçılıq Müəssisəsi İSC” Ukrayna. Məhdud məsuliyyətli cəmiyyət “Agrofarm”, Ukrayna. İstehsalçının ünvanı Ukrayna, 03131, Kiyev ş. , Mir küç 17. 08200, Ukrayna, Kiyev vilayəti, Irpen şəh.., Sentralnaya küç, 113-A.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.