Kloderm SK 15 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirKortikosteroidlər və digər kombinasiyaları
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KLODERM SK xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone Dipropionate + Salicylic Acid

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,05% h/h betametazon dipropionat, 3,00% h/h salisil turşusu, tələb olunan miqdarda məlhəm əsası vardır. Köməkçi maddələr: yüngül maye parafin, ağ yumşaq parafin.

Təsviri

Ağımtıl və ya açıq-sarı rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Kortikosteroidlər və digər kombinasiyaları. ATC kodu: D07XC01

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kloderm SK iltihabəleyhinə və keratolitik təsir göstərən kombinəolunmuş məlhəmdir. Betametazon qlükokortikosteroid olub iltihab prostaqlandinlərin sintezini blokada edərək dəridəki qızartı, ödem və qaşınma hissini aradan qaldırır. Salisil turşusu keratolitik maddə olub keratinin toplanmasının qarşısını alır, dəridən ölü hüceyrlərin xaric olmasını və dərinin yumşaqlığını təmin edir. Salisil turşusu həmçinin betametazonun dəridən sorulmasını sürətləndirir. Farmakokinetikası Yerli istifadəsi zamanı yalnız tamlığı pozulmamış dəridən sorulur. Salisil turşusu yalnız yerli təsir göstərir. Betametazon dəridən sorulduqdan sonra sistem təsir göstərən kortikosteroidlərə bənzər farmakokinetik təsir göstərərək bu və ya digər dərəcədə plazma zülallarına bağlanır, əsasən qaraciyərdə metabolizmə uğrayır və böyrəklərlə xaric olur.

İstifadəsinə göstərişlər

Kloderm SK iltihabəleyhinə, keratolitik və qaşınmaəleyhinə təsir göstərək aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur: − İltihablı dermatozlar − Baş dərisinin psoriazı (əl və ayaqlarda xroniki pullu dəmrov (psoriaz) istisna olmaqla) − Hiperkatotik və quru dermatozlar

Əks göstərişlər

Rosacea, akne ,perioral dermatit, genital və perianal qaşınma, preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq halları, dərinin vərəmli və xüsusən də sadə herpes, vacinia, varicella kimi viral lezyonları zamanı istifadəsi əks göstərişdir. Göbələk və bakterial dəri infeksiyalarında uyğun paralel infeksiyaəleyhinə müalicə olmadan istifadə edilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Okklüziv sarğılardan istifadə edilməməlidir, çünki bu şəraitdə salisilik turşusunun keratolitik təsiri steroidin daha yaxşı sorulmasına səbəb ola bilər. Lokal və sistem toksikliyi, xüsusən zədələnmiş dərinin polietilen okklüziv sarğılı geniş nahiyələrində uzunmüddətli davamlı istifadədən sonra müşahidə olunmuşdur. Uşaqlarda və ya üz dərisində istifadəsi 5 gün ilə məhdudlaşdırılmalıdır. Yaşından asılı olmayaraq bütün xəstələrdə uzunmüddətli davamlı müalicələrdən qaçınmaq lazımdır. Preparatın göz və selikli qişalarla təmasından çəkinmək lazımdır. Bədənin böyük nahiyələrin və ya dəri qıvrımları uzunmüddətli və ya həddindən artıq miqdarda steroidlə müalicə olunarsa, betametazon dipropionat və salisil turşusunun sistem absorbsiyası arta bilər. Bu hallarda, xüsusən də körpələr və uşaqlarda müvafiq tədbirlər görülməlidir. Preparata qarşı artan dəri qıcıqlanması və həssaslıq reaksiyaları inkişaf edərsə və həddindən artıq quruluq yaranarsa müalicə dayandırılmalıdır. Sistem və yerli kortikosteroid istifadəsi zamanı görmə pozğunluqları yarana bilər. Pasiyentdə görmə bulanıqlığı və ya digər görmə pozğunluqları kimi simptomlar varsa, katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya (CSCR) kimi nadir görmə pozğunluqlarının səbəblərini qiymətləndirmək üçün pasiyent oftalmoloqa mküraciət etməlidir. Qan dövranı pozğunluğu ilə müşayiət olunan dəri xəstəlikləri və venoz durğunluqla əlaqədar dermatitlərdə müvafiq tədbirlər həyata keçirilməlidir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə yalnız potensial fayda döl üçün potensial riskdən yüksək olduğu təqdirdə istifadə olunmalıdır. Laktasiya: kortikosteroidlərin yerli tətbiqinin ana südündə aşkar edilə bilən miqdarda əmələ gəlməsi üçün hansı müddətdə və hansı miqdarda istifadəsi məlum deyil. Bu səbəbdən laktasiya dövründə tətbiqi və ya tətbiq olunmamasına dair ana üçün əhəmiyyətini nəzərə alaraq qərar verilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın tətbiqi nəqliyyat vasitələrini və digər diqqət tələb edən mexanizmlərin idarəetmə qabiliyyətinə təsir göstərməsi haqqında məlumat yoxdur.

İstifadə qaydası və dozası

Böyüklər və uşaqlara: məlhəm nazik təbəqə ilə gündə bir və ya iki dəfə, səhər və gecə olmaqla zədələnmiş dəri nahiyəsinə yumşaq masajla yeridilməlidir. Preparatın iki həftə müddətində təyin edilməsi tövsiyə olunur. Həftəlik maksimum dozası 60 q-ı aşmamalıdır. Uşaqlarda istifadəsi 5 gün ilə məhdudlaşdırılmalıdır.

Əlavə təsirləri

Kortikosteroidlərin yerli istifadəsi zamanı yanma hissi, qaşınma, qıcıqlanma, quruluq, follikulit, hipertrixoz, sızanaqlı səpgilər, hipopiqmentasiya, perioral dermatit, allergik kontakt dermatiti kimi yerli əlavə təsirlər meydana çıxa bilər. Həmçinin sistem kortikosteroidlərin təyini zamanı yaranan əlavə təsirlərdən bəziləri yerli kortikosteroidlərin tətbiqi zamanı da meydana çıxa bilər. Okklüziv sarğıların istifadəsi zamanı dəri maserasiyası, ikincili infeksiya, dəri atrofiyası və striyalar əmələ gələ bilər. Salisil turşusunun yerli tətbiqi dərinin qızarması, qabıqlanması, qaşınma və yanma hissi yarada bilər. Uzunmüddətli istifadəsi dermatitə səbəb ola bilər. Salisil turşusuna qarşı hiperhəssaslıq müşahidə oluna bilər.

Doza həddinin aşılması

Preparatın yüksək dozada və uzunmüddətli qəbulu hipofiz-böyrəküstü sistemin funksiyanın pozulmasına səbəb olaraq ikincili böyrəküstü vəzi çatışmazlığına gətirib çıxara bilər ki, nəticədə hiperkortisizm, Kuşinq xəstəliyi, eşitmə və görmənin müvəqqəti pozulması, yuxululuq, ürəkbulanma meydana çıxa bilər. Bu halda preparatın istifadəsini simptomlar yox olanadək dayandırmaq lazımdır. Salisil turşusu tərkibli preparatların doza həddinin aşılması zamanı “salisilizm” yarana bilər. Müalicə müvafiq olaraq simptomatik aparılmalıdır. Kəskin hiperkortikoid simptomlar adətən geridönəndir. Xroniki toksiklik müşahidə olunarsa kortikosteroidlərin istifadəsi tədricən dayandırılmalıdır.

Buraxılış forması

15 q məhəm, qatlanan alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər istifadədən sonra qapağı kip bağlayın.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mfg. At. Trimul Estate, Khatraj Tal: Kalol Dist: Gandhinagar, India.

Qeydiyyat vəsiqəsinin sahibi

G-203, Shri Kabir Enclave, Ghuma, Opp. Homiyopethic College, Bopal Gam Road, Ahmedabad- 380058, İndia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kloderm SK 15 q məlhəm” üçün ilk rəyi siz yazın.