Klotrimazol 10 mq 20 q krem Aflofarm

Dərman formasıKrem
Farmakoloji təsirPreparatın tərkibinə daxil olan təsiredici maddə – klotrimazol – insan orqanizmində infeksiyaların meydana çıxmasına səbəb olan bir çox göbələklərin məhv edilməsinə səbəb olur
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,15 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni sona qədər diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Dərman preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət etməklə istifadə edilməlidir. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, əczaçıya müraciət etmək lazımdır. Pasiyentdə hər hansı əlavə effektlər, o cümlədən, göstərilən içlik vərəqədə qeyd olunmayan istənilən əlavə effektlər meydana çıxdığı halda, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. “Əlavə təsirlər” bölməsinə bax. 7 gün keçdikdən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya pasiyent özünü daha da pis hiss etdiyi halda, həkimə müraciət etmək lazımdır. KLOTRİMAZOL AFLOFARM 10 mq/q yerli istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq klotrimazol vardır. Köməkçi maddələr: setil spirti, stearil spirti, setilpalmitat, oktildodekanol, sorbitan stearat, polisorbat 60, benzil spirti, təmizlənmiş su.

Təsviri

Ağ rəngli kremdir.

Farmakoterapevtik qrupu

Preparatın tərkibinə daxil olan təsiredici maddə – klotrimazol – insan orqanizmində infeksiyaların meydana çıxmasına səbəb olan bir çox göbələklərin məhv edilməsinə səbəb olur. ATC kodu: D01AC01.

Farmakoloji xüsusiyyətləri

Klotrimazol Aflofarm preparatı – yalnız yerli istifadə üçün nəzərdə tutulmuş kremdir. Preparat patogen maya göbələklərinə və dərini zədələyən dermatofitlərə təsir göstərir.

İstifadəsinə göstərişlər

Preparat xaricə istifadə üçün nəzərdə tutulmuşdur: − dermatofitlərin törətdikləri ikincili infeksiya ilə müşayiət olunan pəncələrin göbələk xəstəlikləri (məsələn, idmançılarda pəncələrin göbələk xəstəlikləri), qasıq epidermofitiyası, bədənin hamar dərisinin göbələk xəstəlikləri, barmaqarası dermatit; − xarici cinsiyyət orqanlarının dəri və selikli qişalarının patogen maya göbələkləri tərəfindən törədilən kandidozu (kandidoz vulvit və balanit); − kəpəklənən dəmrov.

Əks göstərişlər

Aşağıda göstərilən vəziyyətlərdə preparatın istifadəsi əks göstərişdir: − Klotrimazola və ya dərman preparatının tərkibinə daxil olan hər hansı digər komponentə (“Tərkibi” bölməsinə bax) qarşı allergiya (hiperhəssaslıq) qeyd olunduğu halda; − böyrək funksiyalarının pozğunluqları qeyd olunduğu hallarda; − hamiləlik dövrünün birinci trimestrində; − 11 yaşa qədər uşaqlarda; − vaginal vasitə şəklində və ya gözlərin müalicəsi məqsədi ilə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən vəziyyətlərdə Klotrimazol Aflofarm preparatının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır: − immun sistemin funksiyalarına tormozlayıcı təsir göstərən preparatlardan (orqanların transplantasiyasından sonra və ya məsələn, atopik dermatit zamanı pasiyentlərdə istifadə edilən və immunodepressantlar adlandırılan preparatlardan) istifadə edən pasiyentlərdə; − kimyaterapiya qəbul edən pasiyentlərdə; − diabet qeyd olunan pasiyentlərdə; − İİV (insan immun çatışmazlığı virusu) infeksiyası mövcud olan pasiyentlərdə; − itrakonazola, flukonazola və ya mikonazola (patogen göbələklər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə edilən preparatlara) qarşı allergiya qeyd olunan pasiyentlərdə. Dərman preparatının tərkibində setil spirti, stearil spirti və benzil spirti vardır. Setil spirti və stearil spirti Dərman preparatı yerli dəri reaksiyalarının (məsələn, kontakt dermatitin) meydana çıxmasına səbəb ola bilər. Benzil spirti Dərman preparatının hər bir qramının tərkibində 10 mq benzil spirti vardır. Benzil spirti allergik reaksiyaların və ya yerli qıcıqlanmanın meydana çıxmasına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və ya son müddət ərzində istifadə edilən dərman preparatları və eləcə də, istifadəsi planlaşdırılan bütün dərman preparatları barədə pasiyent həkimi və ya əczaçını məlumatlandırmalıdır. Klotrimazol Aflofarm preparatını aşağıda göstərilən preparatlarla eyni zamanda istifadə etmək olmaz: − xaricə istifadə üçün nəzərdə tutulmuş polien antibiotiklər (nistatin və natamisin), çünki, klotrimazol həmin preparatların təsirlərinin ləngiməsinə səbəb ola bilər; − iltihabın müalicəsi üçün nəzərdə tutulmuş xaricə istifadə edilən qlükokortikosteroidlər (steroidlər adlandırılan preparatlar), çünki onlar klotrimazolun təsirinin pisləşməsinə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə və ya qadın hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmağı planlaşdırdığı halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövrünün birinci trimestrində Klotrimazol Aflofarm preparatının istifadəsi əks göstərişdir. Preparatın hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində istifadəsinin məqsədəuyğun olub-olmaması barədə qərar yalnız son dərəcədə zərurət yarandığı hallarda və müstəsna olaraq, həkim tövsiyəsi əsasında hər bir halda fərdi qaydada qəbul edilməlidir. Laktasiya dövründə qadınlar preparatı yalnız həkim təyinatı əsasında istifadə edə bilərlər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Göstərilən preparat hər zaman həkim və ya əczaçı təyinatına və ya içlik vərəqədə təsvir edilən tövsiyələrə dəqiq riayət etməklə istifadə edilməlidir. Hər hansı sual meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın tövsiyə edilən dozası Dərman preparatı dərinin zədələnmiş nahiyəsinə və zədələnmiş nahiyəni əhatə edən sahələrə nazik təbəqə ilə gündə 2 dəfə (səhər və axşam) çəkilməlidir. İstifadə qaydası Preparat yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur. Dərman preparatını istifadə etməzdən əvvəl dəri təmiz yuyulmalı və qurudulmalıdır. Müalicənin davametmə müddəti Göbələk mənşəli dəri infeksiyalarının müalicəsi – 4 həftədən az olmayan müddət ərzində və eləcə də, xəstəliyin bütün simptomları aradan qalxdıqdan sonra. Göstərilən tövsiyəyə riayət edilmədiyi təqdirdə, infeksiyanın residivi meydana çıxa bilər. Müalicəyə başladıqdan təxminən 1 həftə sonra xəstəliyin kəskin simptomları aradan qalxır. Xarici cinsiyyət orqanları selikli qişalarının göbələk mənşəli infeksiyalarının müalicəsi – 1 həftədən 2 həftəyə qədər müddət ərzində. İnfeksiya simptomları pisləşdiyi halda və ya preparatın istifadəsindən sonra bir həftə müddətində yaxşılaşma qeyd olunmadığı təqdirdə, həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar və yaşlı pasiyentlər 11 yaşa qədər uşaqlarda və yaşlı (65 yaşdan yuxarı) pasiyentlərdə dərman preparatı yalnız həkim təyinatı əsasında istifadə edilə bilər. Klotrimazol Aflofarm preparatının istifadəsinin ötürülməsi Preparatın istifadəsi, növbəti doza artırılmadan davam etdirilməlidir. Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə preparatın ikiqat dozası istifadə edilməməlidir. Klotrimazol Aflofarm preparatının istifadəsinin dayandırılması Xəstəlik simptomları aradan qalxdıqdan sonra, preparatın istifadəsi dayandırılmamalıdır. Preparatın istifadəsi ilə müalicənin dayandırılması infeksiyanın residivləşməsinə gətirib çıxara bilər. Preparatın istifadəsi ilə hər hansı digər suallar meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi göstərilən preparat da əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu effektlər hər pasiyentdə müşahidə olunmur. Preparatdan istifadə etdikdə, pasiyentin vəziyyəti tibbi yardımın aparılmasını tələb edə bilər və bu səbəbdən, pasiyentdə aşağıda göstərilən simptomlardan hər hansı biri müşahidə olunarsa, həkimlə məsləhətləşmək və ya ən yaxında yerləşən xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır: − ümumi hiperhəssaslıq reaksiyası (xüsusilə, səpgilər, tənəffüsün, nitqin və ya udma qabiliyyətinin çətinləşməsinə səbəb olan üz, ağız və ya boğaz nahiyəsinin şiddətli ödemi, arterial təzyiqin aşağı düşməsi, nəbzin yavaşıması və ya sürətlənməsi, solğunluq, narahatlıq, tər ifrazının yüksəlməsi, başgicəllənmə, şüurun itirilməsi, tənəffüs və ürək fəaliyyətinin dayanması ilə meydana çıxır). Bundan əlavə, aşağıda göstərilən əlavə effektlər də müşahidə oluna bilər: − eritema (dərinin güclü qızarması); − səpgilər (dəri üzərində qaşınan, qırmızı ləkələr); − övrə (dəri üzərində çəhrayı, qaşınan suluqlar); − yerli qızarma, qaşınma, sızanaqların meydana çıxması, ödemlər. Yuxarıda göstərilən simptomlar meydana çıxdığı halda, preparatın istifadəsi dayandırılmalıdır və pasiyent həkimlə məsləhətləşməlidir. Əlavə effektlər barədə məlumatlar Hər hansı əlavə effektlərin, o cümlədən, göstərilən içlik vərəqədə qeyd olunmayan ehtimal edilən əlavə effektlərin meydana çıxması barədə həkim və ya əczaçı və ya tibb bacısı məlumatlandırılmalıdır. Eyni zamanda, əlavə effektlər barədə pasiyent həmçinin, bilavasitə Qoşma V qeyd edilən Milli məlumatlar sistemi vasitəsi ilə xəbər verə bilər. Əlavə effektlər barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmək olar.

Doza həddinin aşılması

İnsanlarda klotrimazolun istifadəsi ilə əlaqəli doza həddinin aşılması halları barədə heç bir məlumat yoxdur. Preparatı tövsiyə edilən dozadan daha yüksək dozada istifadə etdikdə, dərhal həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

20 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Orijinal qablaşmada, 25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Tub ilk dəfə açıldıqdan sonra yararlılıq müddəti: 28 gün. Tubun və qutunun üzərində qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Dərman preparatlarını kanalizasiyaya və ya məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərə tullamaq olmaz. Lazım olmayan dərman preparatının ləğv olunması barədə məlumatı əczaçıdan almaq lazımdır. Göstərilən tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Aflofarm Farmacja Polska Sp. z o. o., Poland. Partyzancka street 133/151, 95-200 Pabianice, Poland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Klotrimazol 10 mq 20 q krem Aflofarm” üçün ilk rəyi siz yazın.