Irs 19 20 ml sprey
| Dərman forması | Sprey |
|---|---|
| Farmakoloji təsir | Bakteriya lizatları əsasında immunostimullaşdırıcı preparat |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,16 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
“İRS 19” nazal sprey “IRS 19” Beynəlxalq patetentləşdirilməmiş adı: Bakteriya lizatlarının qarışığı [Streptococcus pneumoniae, type I + Streptococcus pneumoniae, type II + Streptococcus pneumoniae, type III + Streptococcus pneumoniae, type V + Streptococcus pneumoniae, type VIII + Streptococcus pneumoniae, type XII + Haemophilus influenzae, type B + Klebsiella pneumoniae ss pneumoniae + Staphylococcus aureus ss aureus + Acinetobacter calcoaceticus + Moraxella catarrhalis + Neisseria subflava + Neisseria perflava + Streptococcus pyogenes group A + Streptococcus dysgalactiae group C + Enterococcus faecium + Enterococcus faecalis + Streptococcus group G]
Tərkibi
Təsiredici maddə: 100 ml spreyin tərkibində vardır: Bakteriya lizatları *…………………43,27 ml * Bakteriya lizatlarının tərkibi: Streptococcus pneumoniae, type I ………………………………………………………………………… 1,11 ml Streptococcus pneumoniae, type II ……………………………………………………………………….. 1,11 ml Streptococcus pneumoniae, type III ………………………………………………………………………. 1,11 ml Streptococcus pneumoniae, type V ……………………………………………………………………….. 1,11 ml Streptococcus pneumoniae, type VIII ……………………………………………………………………. 1,11 ml Streptococcus pneumoniae, type XII …………………………………………………………………….. 1,11 ml Haemophilus influenzae, type B …………………………………………………………………………… 3,33 ml Klebsiella pneumoniae ss pneumoniae ………………………………………………………………….. 6,66 ml Staphylococcus aureus ss aureus ………………………………………………………………………….. 9,99 ml Acinetobacter calcoaceticus …………………………………………………………………………………. 3,33 ml Moraxella catarrhalis…………………………………………………………………………………………… 2,22 ml Neisseria subflava ………………………………………………………………………………………………. 2,22 ml Neisseria perflava……………………………………………………………………………………………….. 2,22 ml Streptococcus pyogenes group A ………………………………………………………………………….. 1,66 ml Streptococcus dysgalactiae group C ……………………………………………………………………… 1,66 ml Enterococcus faecium …………………………………………………………………………………………. 0,83 ml Enterococcus faecalis …………………………………………………………………………………………. 0,83 ml Streptococcus group G…………………………………………………………………………………………1,66 ml Köməkçi maddələr: qlisin, natrium mertiolyat, nerol əsaslı aromatizator **, təmizlənmiş su. ** Nerol əsaslı aromatizatorun tərkibi: linalol, alfa-terpineol, qeraniol, metil antranilat, limonen, qeranilasetat, linalilasetat, monoetil efir dietilenqlikol, feniletil spirti.
Təsviri
Xüsusi zəif qoxuya malik şəffaf (rəngsiz) və ya sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Bakteriya lizatları əsasında immunostimullaşdırıcı preparat. ATC kodu: R07AX. İmmunoloji xüsusiyyətləri “İRS 19” spesifik və qeyri-spesifik immuniteti artırır. “İRS 19” spreyinin püskürdülməsi zamanı burunun selikli qişasını örtən kiçik dispersiyalı aerozol yaranır və bu da yerli immun reaksiyasının sürətlə baş verməsinə səbəb olur. Spesifik müdafiə selikli qişada infeksiya törədici mikrobların fiksasiyası və artmasının qarşısını alan və yerli yaranan A tipli sekretor immunoqlobulin sinfindən olan anticisimlərlə şərtlənir. Qeyri-spesifik immun müdafiəsi isə makrofaqların faqositar aktivliyi və lizosimin tərkibinin artmasıdır.
İstifadəsinə göstərişlər
• Yuxarı tənəffüs yollarının və bronxların xronik xəstəliklərinin profilaktikası. • Yuxarı tənəffüs yollarının və bronxların rinit, sinusit, laringit, faringit, tonzillit, traxeit, bronxit kimi kəskin və xronik xəstəliklərinin müalicəsi. • Qrip və digər virus infeksiyalarından sonra yerli immunitetin bərpası. • LOR orqanlara planlaşdırılan cərrahi müdaxiləyə hazırlıq və əməliyyatdan sonrakı dövr. “İRS 19” preparatını böyüklərə və yaşı üç aylıqdan çox olan uşaqlara təyin etmək olar.
Əks göstərişlər
• Anamnezdə preparata və ya onun hər hansı komponentinə qarşı yüksək həssaslıq. • “İRS 19” preparatını autoimmun xəstəliklərindən əziyyət çəkən pasiyentlərə təyin etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nadir hallarda müalicənin başlanğıcında temperaturun qalxması (≥ 39°C) müşahidə oluna bilər. Bu halda müalicəni dayandırmaq lazımdır. Lakin bu vəziyyəti LOR orqanları xəstəliklərinin baş verməsi ilə əlaqədar ola bilən və halsızlıqla müşayiət olunan bədən temperaturunun artmasından fərqləndirə bilmək lazımdır. Bakterial infeksiyaların klinik əlamətləri mövcud olduqda, sistem antibiotiklərin təyin olunmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək lazımdır. Bronxial astma xəstələrində immun sistemini stimullaşdırmaq məqsədi ilə bakteriya lizatları əsasında preparatların təyin olunması zamanı astmatik tutmalar baş verə bilər. Bu zaman müalicəni dayandırmaq və gələcəkdə bu sinifdən olan preparatları qəbul etməmək lazımdır. Ehtiyat tədbirləri : flakon-sprey • 50ºC-dən yuxarı temperaturda qızmadan və birbaşa günəş işığından qorumaq lazımdır. • Flakonu deşmək olmaz. • Flakonu (hətta boş olarsa) yandırmaq olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə mənfi qarşılıqlı təsir halları məlum deyil. Bakterial infeksiyaların klinik simptomları baş verdikdə, “İRS® 19” preparatının qəbulu ilə yanaşı antibiotiklər də təyin oluna bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə dölə və ya südəmər uşağa potensial teratogen və ya toksik təsiri barədə kifayət qədər məlumat yoxdur, buna görə də hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri “İRS 19” preparatının qəbulu avtomobil, habelə digər maşın və mexanizmlərin idarə olunması ilə bağlı olan psixomotor funksiyalara təsir etmir.
İstifadə qaydası və dozası
Preparat 1 dozanın (1 doza = püskürdücünün 1 dəfə qısa sıxılması) aerozol yeridilməsi ilə burun boşluğuna daxil edilir. Böyüklər və 3 aylıqdan böyük uşaqların profilaktikası üçün İki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza (müalicə kursuna xəstəliyin gözlənilən inkişafından 2-3 həftə əvvəl başlamaq tövsiyə olunur). Yuxarı tənəffüs yolları və bronxların kəskin və xroniki xəstəliklərinin müalicəsi üçün – 3 aylıq – 3 yaşa qədər olan uşaqlara gündə iki dəfə hər burun dəliyinə bir dozada, seliyin ilkin ifrazından sonra infeksiya simptomlarının yox olmasına qədər. – 3 yaşdan böyük uşaqlar və böyüklərə gündə 2-5 dəfə hər burun dəliyinə bir dozada, infeksiya simptomlarının yox olmasına qədər. Uşaqlar və böyüklərdə qrip və digər respirator virus infeksiyalarından sonra yerli immunitetin bərpası üçün iki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza. Planlaşdırılan cərrahi müdaxiləyə hazırlıq və əməliyyatdan sonrakı dövrdə uşaqlar və böyüklərə iki həftə ərzində gündə iki dəfə hər burun dəliyinə 1 doza (müalicə kursuna planlaşdırılan cərrahi müdaxilədən 1 həftə əvvəl başlamaq tövsiyə olunur). Müalicənin başlanğıcında asqırıq və burun axıntılarının artması kimi reaksiyalar baş verə bilər. Bir qayda olaraq, bu cür reaksiyalar qısamüddətli xarakter daşıyırlar. Əgər bu reaksiyalar ağırlaşarsa, preparatın yeridilmə tezliyini azaltmaq və ya istifadəsini dayandırmaq lazımdır. Diqqət! Sprey yalnız aşağıdakı hallarda düzgün işləyir. -Başlığı flakona taxın, mərkəzə doğru hərəkət etdirin və zəif, güc sərf etmədən sıxın. Sprey artıq istifadəyə hazırdır. -Preparatın püskürdülməsi zamanı flakonu şaquli istiqamətdə tutun və başınızı əyməyin. -Əgər püskürtmə zamanı flakonu əysəniz, maddə bir neçə saniyə ərzində axacaq və sprey yararsız olacaq. -Preparatdan müntəzəm istifadə zamanı başlığı çıxarmaq tövsiyə olunmur. Preparat uzun müddət istifadə olunmadıqda, maye damcıları buxarlanaraq yaranan kristallar başlığın çıxış dəliyini tuta bilər. Bu cür hallar adətən başlığın çıxarılaraq (yuyulub qurudulmadan) flakonun yanında başı aşağı vəziyyətdə qablaşdırmaya qoyulması nəticəsində baş verir. Əgər başlıq tutulubsa, mayenin əlavə təzyiq altında keçə bilməsi üçün başlığı bir neçə dəfə sıxın. Heç bir nəticə əldə olunmadıqda isə, başlığı bir neçə dəqiqə isti suda saxlayın.
Əlavə təsirləri
“İRS 19” preparatının qəbulu zamanı preparatın təsiri ilə əlaqədar olan və olmayan aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər. Dəri reaksiyaları: nadir hallarda, yüksək həssaslıq reaksiyaları (övrə, angionevrotik ödem) və dəridə eritema və ekzema tipli reaksiyalar müşahidə oluna bilər. LOR orqanlar və tənəffüs orqanları tərəfindən: nadir hallarda – astmatik tutmalar və öskürək. Nadir hallarda müalicənin başlanğıcında aşağıdakı hallar müşahidə oluna bilər:aşkar səbəb olmadan temperaturun qalxması (≥ 39°C), ürəkbulanma, qusma, qarında ağrı, diareya, rinofaringit, sinusit, laringit, bronxit. Çox az halda trombositopenik purpura və düyünlü eritemaların baş verməsi barədə məlumat var. Yuxarıda qeyd olunan simptomların baş verməsi zamanı həkimə müraciət etmək tövsiyə olunur.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları məlum deyil.
Buraxılış forması
Burun üçün sprey. Rəngsiz şəffaf az qələvili şüşədən olan, plastik müdafiə qatı ilə örtülmüş, azot təzyiqi altında olan, daimi fəaliyyət klapanına malik 20 ml-lik aerozol balonu. Komplektə ağ rəngli yüksək sıxlıqlı polietilendən hazırlanmış başlıq daxildir. Balona özüyapışan yarlıq yapışdırılır və ya trafaret, yaxud quru ofset çapı üsulu ilə plastik müdafiə qatı nişanlanır. 1 balon başlıq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, tam şaquli vəziyyətdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Maylan Laboratories SAS”, Fransa. İstehsal ünvanı Rut de Belvil, Lye-di Mayar, 01400, Şatiyon sur Şalaron, Fransa. Hüquqi ünvan Ruje de Lisl, 42, 92150 Syuren, Fransa. Qablaşdırma firmasının adı və ünvanı ASC “Farmstandart-Tomskximfarm” Rusiya Federasiyası, 634009, Tomsk şəhəri, Lenin prospekti, 211. Tel.:/faks: (3822) 40 28 56. Preparata dair reklamasiyaları aşağıdakı ünvana göndərmək lazımdır ASC “Farmstandart – Tomskximfarm” Rusiya, 634009, Tomsk ş., Lenin prospekti, ev 211. Tel.:/faks: (3822) 40 28 56. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.