Intelecta 2 q 5 ml N6 inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Metabolik vasitə |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
25,69 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İNTELEKTA 1q, 2 q inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Levocarnitine
Tərkibi
Təsiredici maddə: 5 ml məhlulun tərkibində 1 q və 2 q levokarnitin hidroxlorid vardır. Köməkçi maddələr: inyeksiya üçün su, xlorid turşusu.
Təsviri
Rəngsiz, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Metabolik vasitə. ATC kodu: A16AA01.
Farmakoloji xüsusiyyətləri
İntelekta mənşəcə B qrupu vitaminlərinə yaxın təbii maddədir. Metabolik proseslərin kofaktoru olub, KoA- nın aktivliyini təmin edir. Anabolik təsirə malik olmaqla, əsas mübadiləni zəiflədir, zülalların və karbohidratların parçalanmasını ləngidir, uzunzəncirli yağ turşularının (palmitin və s.) mitoxondrilərin membranından keçərək parçalanmasına və asetil-KoA-nın əmələ gəlməsinə səbəb olur. Rəqabətə girərək, qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan (aerob qlikolizdən fərqli olaraq) metabolizminə yol açır, buna görə də beynin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektlidir. Həzm şirələrinin (mədə və bağırsaq) sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır. İntelekta artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır, qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətli sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, apoptozun qarşısını alır, zədələnmiş zonanı məhdudlaşdırır və sinir toxumasını bərpa edir. Böyüklərin və yuxarı yaşlı uşaqların qanında endogen karnitinin konsentrasiyası 50 mkmol/l-dir. Daxilə qəbul edildikdə yaxşı sorulur, 3 saatdan sonra plazmada konsentrasiyası maksimuma çatır və müalicəvi konsentrasiyası qanda 9 saat saxlanır. Venaya yeridildikdən 3 saat sonra qanda təyin olunmur. Qaraciyərə və miokarda yaxşı, əzələlərə isə ləng keçir. Əsasən asil efirləri şəklində böyrəklərdən xaric olur.
İstifadəsinə göstərişlər
Yenidoğulmuşların asfiksiyası və doğuş travmasının fəsadları, yenidoğulmuşların hipotrofiyası və hipotoniyası, yenidoğulmuşların respirator distress-sindromu, tam parenteral qidalanmada olan yarımçıqdoğulmuşlara qulluq zamanı və hemodializ olan uşaqlar, uşaqlarda və 16 yaşına qədər yeniyetmələrdə bədən kütləsinin defsiti, propion və digər üzvi asidemiyalar, birincili və ikincili karnitin çatışmazlığı, həmçinin hemodializdə olan xroniki böyrək çatışmazlığı olan xəstələr, tireotoksikozun yüngül formaları, ekzogen konstitusional piylənmə, psoriaz, seboreya, sklerodermiyanın dəri forması, kardiomiopatiya, miokardit, ÜİX (stenokardiya, kəskin miokard infarktı, postinfarkt vəziyyətlər), kardiogen şok zamanı baş verən hipoperfuziyalar, miopatiyalar, anoreksiya, xroniki hipoasid qastrit, ekzokrin funksiyaları pozulmuş xroniki pankreatitlər, qaraciyər xəstəlikləri, kəskin beyin qan dövranı pozğunluqları – işemik insult və tranzitor işemik vəziyyətlərin kəskin, yarımkəskin və bərpa dövrləri, dissirkulyator ensefalopatiyalar və baş beynin müxtəlif növ travmatik və toksik zədələnmələri, nevrasteniyalar, fiziki zəiflik zamanı köməkçi terapiya qismində.
Əks göstərişlər
Preparata qarşı fərdi həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyildir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın təsir mexanizmi tam öyrənilməmişdir. Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri Təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparat əzələ və venadaxili yeridililir. 2 q/5ml əsasən venadaxili yeridilir. Uşaqlara: 50-100 mq/kq/gün. Böyüklərə: 1-3 q/gün. Daha yüksək dozalar ehtiyatla istifadə edilməlidir. 1 q/gün dozadan başlayaraq, xəstənin reaksiyası və preparatı necə keçirməsi nəzərə alınmaqla dozanı tədricən 3 q/gün-ə çatdırmaq olar.
Əlavə təsirləri
Dispepsiya əlamətləri, epiqastral nahiyədə ağrı hissi. Çox nadir hallarda bədəndən qoxugəlmə müşahidə edilə bilər.
Doza həddinin aşılması
Levokarnitinin doza həddinin aşılması nəticəsində toksiki təsirin yaranması barədə heç bir məlumat yoxdur, yüksək dozaları diareyaya səbəb ola bilər.
Buraxılış forması
1 q/5 ml və 2 q/5 ml inyeksiya üçün məhlul. 5 ml məhlul, ampulda. 3 ampul, üzərinə alüminium folqa çəkilmiş konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti Yararlıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Uni-Pharma Kleon Tsetis Pharmaceutical Laboratories S.A., Greece. 14th km, National Road 1, GR -14564, Kifissia, Greece.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.