Indovasin 45 q gel

Dərman formasıGel
Farmakoloji təsirQeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP). Antirevmatik maddə. Sirkə turşusunun törəməsi. İndometasin birləşməsi
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,06 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İNDOVAZIN xaricə istifadə üçün gel

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 30 mq indometasin, 20 mq trokserutin vardır. Köməkçi maddələr: karbomer, dinatrium edetat, natrium benzoat, makroqol 400, izopropanol, dimetilsulfoksid, Fresco BM & GD R. 08.0932.1 aromatizatoru, təmizlənmiş su.

Təsviri

Ağ və ya demək olar ki, ağ şərbətəbənzər konsistensiyalı portağal və ya çiyələk ətirli suspenziya.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP). Antirevmatik maddə. Sirkə turşusunun törəməsi. İndometasin birləşməsi. ATC kodu: М01AB51.

Farmakoloji xüsusiyyətləri

İndovazin gel tərkibində indometasin və trokserutin olan kombinəedilmiş dərman vasitəsidir. İndometasin iltihab əleyhinə, analgeziyaedici və ödem əleyhinə güclü təsirə malik preparatdır. Trokserutin kapillyarların keçiriciliyini zəiflədir və venaların tonusunu yaxşılaşdırır. Gel dəriyə və dərialtı toxumalara asanlıqla sorularaq iltihabı azaldır və ağrını aradan qaldırır.

İstifadəsinə göstərişlər

− Xroniki venoz çatışmazlığının simptomatik müalicəsi – ödemlər, ayaqlarda ağırlıq hissi və ağrıların aradan qaldırılması; − səthi tromboflebit, flebit; − postflebit vəziyyətlər − babasilin kompleks müalicəsi; − yumşaq toxumaların revmatik zədələnməsi – tendovaginit, bursit, fibrozit, periartrit; − cərrahi əməliyyatlardan, kontuziyalardan, çıxıqlardan, vətərlərin zədələnməsindən sonra əmələ gələn ödemlər.

Əks göstərişlər

– preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq; – QSİƏP-ə (qeyri-steroid iltihabəleyhinə preparatlar) qarşı yüksək həssaslıq; Açıq yaralara, selikli qişalara, ağız boşluğuna, gözün konyunktivasına sürtmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İndovazin aşağıdakı hallarda ehtiyatla təyin olunur: − 14 yaşa qədər uşaqlara; − xəstənin anamnezində asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı yüksək həssaslıq olduqda; − anamnezdə bronxial astma, allergik rinit və digər atopik reaksiyalar olduqda; Pasiyentdə xora xəstəliyinin kəskinləşmə dövründə və qaraciyər və böyrəklərin ağır patologiyası olduqda, qanda fəal maddələrin konsentrasiyasının artması riskinin qarşısını almaq üçün preparatın uzunmüddətli və geniş sahələrə tətbiqini məhdudlaşdırmaq lazımdır. Gel 10 gündən artıq təyin olunarsa, qanda leykosit və trombositlərin miqdarının dəyişməsinə nəzarət etmək lazımdır. Preparatın tərkibində olan natrium benzoat dəriyə, gözlərə və selikli qişalara qıcıqlandırıcı təsir göstərə bilər; dimetilsulfoksid dəriyə qıcıqlandırıcı təsir göstərə bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Preparatı kortikosteroidərlə eyni vaxtda təyin etdikdə kortikosteroidlərin ulserogen təsiri güclənə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınların iştirakı ilə adekvat və düzgün nəzarət edilən tədqiqatlar aparılmamışdır. Hamiləlik və laktasiya dövründə, yalnız preparatın ana üçün gözlənilən müalicəvi təsiri döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallarda təyin edilə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

İndovazin gel, yalnız xaricə istifadə üçün nəzərdə tutulan preparatdır. Preparatı gündə 3-4 dəfə 4-5 sm ölçüdə nazik təbəqə ilə zədələnmiş nahiyəyə sürtürlər. Gelin ümumi sutkalıq miqdarı 20 sm-dən artıq olmamalıdır. Müalicə kursu 10 gündən artıq olmamalıdır. 14 yaşa qədər uşaqlara İndovazin gel təyin olunmur.

Əlavə təsirləri

1) Yerli reaksiyalar – dəri həssalığının yüksəlməsi ilə özünü büruzə verə bilər – kontakt dermatiti, qaşınma, dəridə qızartı (eritema), səpgilər, preparatın yeridildiyi nahiyədə istilik və yanğı hissi. 2) Sistem reaksiyalar – çox nadir hallarda uzunmüddətli və geniş sahələrə tətbiqi zamanı meydana çıxa bilər: − mədə-bağırsaq sisteminə – ürəkbulanma, qusma, mədə nahiyəsində ağrılar, qanda qaraciyər fermentlərinin miqdarının artması; − immun sistemə – hiperhəssaslıq simptomları – anafilaksiya, astma tutmaları, angioödem.

Doza həddinin aşılması

Yerli istifadə zamanı doza həddinin aşılması barədə məlumat yoxdur. Uzunmüddətli (10 gündən artıq) istifadə zamanı hepatotoksiklik əlamətləri və qansızmalar meydana çıxa bilər. Buna görə də, İndovazin 10 gündən artıq təyin olunarsa qanda leykosit və trombositlərin miqdarının dəyişməsinə nəzarət etmək lazımdır. Preparat təsadüfən daxilə qəbul edilərsə ağızda yanğı hissi, ağız suyu ifrazının güclənməsi, ürəkbulanma, qusma əlamətləri maydana çıxa bilər. Bu halı aradan qaldırmaq üçün ağız boşluğu və mədə yuyulur, lazım gəldikdə simptomatik müalicə təyin olunur. Preparat təsadüfən gözə, selikli qişalara, açıq yaralara düşdükdə yerli qıcıqlanma əlamətləri meydana çıxır – gözlərin sulanmasının artması, qızartı, yanğı və ağrı hissi. Bu halı aradan qaldırmaq üçün zədələnmiş nahiyə, su və ya fizioloji məhlulla ağrı hissi və diskomfort aradan qalxana qədər yuyulur.

Buraxılış forması

Xaricə istifadə etmək üçün gel. 45 q gel membranlı alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Tub açıldıqdan sonra 6 ay ərzində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Balkanfarma – Troyan AD, Bolqarıstan. 5600 Troyan, Krayreçna küç. № 1. Tel.: (+ 359) 0670 68 104. Faks: (+ 359) 0670 62 610.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Indovasin 45 q gel” üçün ilk rəyi siz yazın.