Influsid N40 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İNFLUSİD A tabletlər INFLUCID А Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 25 mq dərman kəpənəkçiçəyi (Aconitum trit.) D3, 25 mq helsemium (Gelsemium trit.) D3, 25 mq qusdurucu kök (Ipecacuanha trit.) D3, 25 mq fosfor (Phosphorus trit.) D5, 25 mq küstüşam (Bryonia trit.) D2, 25 mq dəlikyarpaq asırqalotu (Eupatorium perfoliatum trit.) D1. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, maqnezium stearat.
Təsviri
Yastı-silindrik formalı, iti qıraqlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir, xalların mövcudluğu mümkündür.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi.
Farmakoloji xüsusiyyətləri
Homeopatik müalicə xəstəliyin anlamına və dərman preparatlarının istifadəsinə görə ənənəvi təbabətdən nəzərə çarpacaq dərəcədə fərqlənir. Homeopatik preparatlar orqanizmin qoruyucu mexanizmlərini stimullaşdırır və beləliklə, orqanizmin özünü bərpa etmək qabiliyyətini aktivləşdirirlər. Orqanizmin homeopatik dərman preparatlarına qarşı reaksiyası çox fərdidir. Bu səbəblərdən, onların dozadan asılı spesifik farmakoloji effektlərini, farmakodinamik və farmakokinetik xüsusiyyətlərini müəyyən etmək mümkün deyil.
İstifadəsinə göstərişlər
Qızdırma ilə müşayiət olunan qripəbənzər infeksiyaların və yuxarı tənəffüs yollarının digər kəskin virus infeksiyalarının müalicəsi və profilaktikası. Qripin dəstəkləyici müalicəsi.
Əks göstərişlər
Dəlikyarpaq asırqalotu (adi asırqalotu) bitkisinə və ya astra/mürəkkəbçiçəklilər fəsiləsinin digər nümayəndələrinə, preparatın tərkibinə daxil olan digər təsiredici maddələrə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq. 1 yaşa qədər uşaqlara preparatın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Həkim pasiyentdə istənilən şəkər növünə qarşı dözümsüzlüyün mövcudluğunu müəyyən etdiyi halda, preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Dərman preparatının tərkibinə laktoza və buğda nişastası daxildir. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliklər qeyd olunan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Buğda nişastasının tərkibində yalnız çox az miqdarda qlüten ola bilər və bu səbəbdən, seliakiyadan əziyyət çəkən pasiyentlər üçün preparat təhlükəsiz hesab edilir. Buğdaya qarşı allergiya (seliakiyadan fərqli) qeyd olunan pasiyentlər preparatdan istifadə etməməlidirlər. Aşağıda göstərilən simptomlar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək tələb olunur: − pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya daha da pisləşdiyi halda; − əlavə şikayətlər meydana çıxdıqda; − bədənin yüksək temperaturu saxlanıldıqda və ya 39°C-dən yüksək olduğu halda.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə qarşılıqlı təsirləri müşahidə olunmamışdır. Bu homeopatik dərman preparatının istifadəsi, digər dərman preparatlarının istifadəsini istisna etmir. Pasiyentlərə hazırda və ya bir müddət əvvəl istifadə etdikləri və ya gələcəkdə istifadəsi nəzərdə tutulan digər dərman preparatları barədə həkimlə məsləhətləşmələri tövsiyə olunur. Qeyd. Neqativ həyat vərdişləri, məsələn, tütünün və ya alkoqolun istifadəsi, homeopatik dərman preparatlarının effektlərinə mənfi təsir göstərə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı yalnız, fayda və risk nisbətinin qiymətləndirilməsini nəzərə alaraq, istifadə etmək olar. Göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına riayət etmək vacibdir. Preparatın düzgün istifadəsinə dair hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Böyüklər Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet – gündə maksimum 12 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet. İnfeksiyaların profilaktikası məqsədi ilə, gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır. Uşaqlar 1 yaşdan 11 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, hər 2 saatdan bir 1 tablet – gündə maksimum 8 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1 tablet. Yaşı 12 və daha yuxarı olan uşaqlar Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet – gündə maksimum 12 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet. İnfeksiyaların profilaktikası məqsədi ilə, 1 yaşdan 11 yaşa qədər uşaqlara gündə 3 dəfə 1 tablet, yaşı 12 və daha yuxarı olan uşaqlara gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır. İstifadə qaydası Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır. Kiçik yaşlı uşaqlar üçün tabletləri az miqdar suda həll etmək olar. Preparatı qida qəbulundan ən azı yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır.
Əlavə təsirləri
Preparatın istifadəsi ilə əlaqəli əlavə təsirlər çox nadir hallarda (<1/10000) və ya məlum olmayan tezliklə (əldə olunan məlumatlar əsasında tezliyi qiymətləndirmək mümkün deyil) müşahidə olunur: hiperhəssaslıq reaksiyaları, məsələn, dəri üzərində səpgilər və mədə-bağırsaq pozğunluqları. Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır. Qeyd. Homeopatik preparatların istifadəsi ilə əlaqəli mövcud şikayətlər müvəqqəti pisləşə bilər (ilkin homeopatik kəskinləşmə). Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək tövsiyə olunur.
Doza həddinin aşılması
Müəyyən edilməmişdir.
Buraxılış forması
20 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Dr. Gustav Klein GmbH & Co. KG, Ştaynenfeld 3, 77736, Sel am Harmersbax, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Alpen Pharma GmbH, Ştaynenfeld 3, 77736 Sell am Harmersbax, Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.