Hepeel N50 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Öd və qaraciyər terapiyası |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,44 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HEPEL N tabletlər
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Chelidonium D6 30 mq; Nux moschata D4 30 mq; Phosphorus D6 15 mq; Veratrum D6 60 mq; Colocynthis D6 90 mq; Lycopodium D3 30 mq; China D3 30 mq; Carduus marianus D2 15 mq. Köməkçi maddələr: maqnezium stearat.
Təsviri
Ağdan narıncı-ağ rəngə qədər dəyişən, sporadik olaraq narıncı nöqtələr müşahidə edilən tabletlərdir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Öd və qaraciyər terapiyası. ATC kodu: A05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Qaraciyərin əsas və ikinci dərəcəli funksional pozulmaları; qaraciyərin zədələnməsi.
Əks göstərişlər
Tərkibində dəmrovotu (Chelidonium) olduğuna görə hamiləlik və laktasiya dövründə qəbul edilməməlidir. Adi alaqanqala (Carduus marianus) yaxud mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsindən digər bitkilərə və ya xininə hiperhəssaslıq olduğu halda istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər xəstəlikləri həmişə həkim diqqətini və müşahidəsini tələb edir. Heç bir tibbi müalicə qaraciyəri zədələyən səbəbləri aradan qaldırmanı (məs., alkoqol) əvəzləyə bilməz. Əgər Sizdə davamlı, qeyri-spesifik simptomlar varsa yaxud yeniləri yaranarsa, əgər Siz öd daşlarından, öd kanallarının tutulmasından yaxud sarılıqdan əziyyət çəkirsinizsə, həkimlə məsləhətləşin. Bu preparatın tərkibində laktoza vardır. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etməyin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşından kiçik: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6-11 yaş: 1 tablet gündə 2 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2 yaşından kiçik: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.
Əlavə təsirləri
Nadir hallarda tərkibində xinin olan preparatların qəbulundan sonra dəri allergiyası yaxud qızdırma kimi hiperhəssaslıq reaksiyaları baş verə bilər. Belə hallarda həkimə müraciət etmək lazımdır. Qeyd: xininə, yaxud xinidinə sensibilizasiya baş verə bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
50 tablet plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.