Heparin 25 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirYerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə + digər preparatlar.
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEPARİN MƏLHƏMİ xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Heparin sodium + Benzocaine + Benzylnicotinate

Tərkibi

Təsiredici maddələr:1 q məlhəmin tərkibində 100 BV natrium heparin (0,833 mq natrium heparinin aktivliyi 120 BV/mq), 40 mq benzokain, 0,8 mq benzilnikotinat vardır. Köməkçi maddələr: qliserol, vazelin, stearin turşusu 50, şaftalı yağı, emulqator №1, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, təmizlənmiş su.

Təsviri

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər məlhəmdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə + digər preparatlar. АТC kodu: C05BA53.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsiri tərkibinə daxil olan komponentlərin xüsusiyyətlərilə əlaqədar olan, xaricə istifadə üçün kombinəedilmiş preparatdır. Heparin birbaşa təsirli antikoaqulyant olub, ortamolekullu heparinlər qrupuna aiddir. Xaricə istifadə zamanı yerli antikoaqulyant, ekssudat əleyhinə, mülayim iltihab əleyhinə təsir göstərir. Trombinin yaranmasını blokada edir. Heparin iltihab prosesini azaldır və antikoaqulyant təsir göstərir, mikrosirkulyasiyanı dolayı yolla yaxşılaşdırır ki, bu da hematomaların və trombların aradan qalxması prosesinə və toxumaların ödeminin azalmasına səbəb olur. Benzilnikotinat periferik vazodilatasiya vasitəsidir, mikrosirkulyasiyanın yaxşılaşmasına səbəb olur. Heparinin nüfuz etməsinin yaxşılaşdırılması üçün adyuvant qismində istifadə edilir. Benzokain yerli ağrıkəsici təsir göstərir. Natrium ionları üçün hüceyrə membranının keçiricilik qabiliyyətini azaldır, kalsium ionlarını membranının daxili səthində yerləşən reseptorlardan çıxarır, sinir impulslarının keçməsini blokada edir. Hissi sinir uclarında ağrı impulslarının yaranmasına və onların sinir lifləri ilə keçməsinə mane olur. Farmakokinetikası Heparin dərinin səthindən əhəmiyyətsiz dərəcədə sorulur. Plazma züllaları ilə birləşməsi 95%-dək, paylanma həcmi 0,06 l/kq-dır. Plasentaya və ana südünə nüfuz etmir. Endotel hüceyrələri və mononuklear-makrofaqal sistemin hüceyrələrilə intensiv şəkildə tutulur, qaraciyər və dalaqda toplanır. Qaraciyərdə N-desulfamidazanın və trombositlərin daha sonrakı mərhələsində heparinin metabolizminə qoşulan heparinazasının iştirakı ilə metabolizə olunur. Desulfatlaşmış molekullar böyrəklərin endoqlikozidazasının təsiri altında kiçik molekullu fraqmentlərə çevrilir. Yarımxaricolma dövrü (T1/2) 1-6 saat (orta hesabla 1,5 saat); piylənmə zamanı, qaraciyər və/və ya böyrək çatışmazlığı zamanı artır; ağciyər arteriyasının tromboemboliyası, infeksiyalar, bədxassəli şişlər zamanı azalır. Əsasən qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olunur. Hemodializ vasitəsilə xaric olmur. Benzilnikotinat dərinin bütün qatlarına nüfuz edir. Sistem qan dövranına praktik olaraq daxil olmur. Benzokain xaricə istifadə zamanı praktik olaraq, absorbsiya olunmur.

İstifadəsinə göstərişlər

Səthi venaların tromboflebiti, səthi periflebit; dərialtı hematoma; postinyeksion və postinfuzion flebit; səthi mastit; lokalizə olunmuş infiltratlar və ödemlər, travmalar və əziklər (o cümlədən, əzələ toxumasının, vətərlərin, oynaqların); xarici babasil, doğuşdan sonrakı babasil düyünlərinin iltihabı; limfödema (fil xəstəliyi), limfangit.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; zədələnmiş nahiyənin dəri səthlərinin tamlığının pozulması (əsasən açıq infeksiyalı yaralar, xoralı-nekrotik proseslər); 1 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Qanın laxtalanma sisteminin pozulması, trombositopeniya. Heparin məlhəminin geniş nahiyələrdə uzun müddət istifadəsi və eyni zamanda qanın laxtalanma sisteminə və/və ya qanyaratmaya təsir edən peroral dərman vasitələrinin qəbulu zamanı laxtalanma vaxtına və protrombin vaxtına nəzarət etmək lazımdır. Hamilə qadınlarda və 65 yaşdan yuxarı qadınlarda uzun müddətli müalicə kursuna ehtiyac olduqda və zədələnmə sahələri geniş olduqda da analoji nəzarət məsləhət görülür. İrinli proseslər zamanı açıq yaralara sürtmək olmaz. Dərin venoz trombozu zamanı məlhəmin istifadəsi məsləhət görülmür. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Məlhəmi qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), tetrasiklinlərlə, H1-histamin reseptorlarının blokatorları ilə eyni vaxtda təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heparin plasentar baryerdən keçmir və ana südü ilə ifraz olunmur. Preparatın digər komponentlərinin ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Heparin məlhəmini hamiləlik və laktasiya dövründə (ana südü ilə qidalanma), yalnız o zaman istifadə edilir ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəm nazik təbəqə ilə zədələnmiş nahiyəyə çəkilir (diametri 3-5 sm olan sahəyə 0,5-1 q (2-4 sm məlhəm) hesabı ilə) və dəriyə ehtiyatla hopdurulur. Məlhəm iltihab əlamətləri aradan qalxanadək, orta hesabla 3-7 gün ərzində hər gün gündə 2-3 dəfə istifadə edilir. Daha uzun müddətli müalicə kursunu keçirmək imkanı həkim tərəfindən müəyyən edilir. Xarici babasil düyünlərinin trombozu zamanı rektal tamponlar istifadə edilir, məlhəm bez və ya kətan parçaya çəkilir ki, bu da bilavasitə tromblanmış düyünlərin üzərinə qoyulur və fiksə edilir. Məlhəmə hopdurulmuş tampon arxa girişə daxil edilir. Məlhəm hər gün, simptomlar aradan qalxanədək orta hesabla 3-14 gün ərzində istifadə edilməlidir.

Əlavə təsirləri

Preparatdan uzun müddət istifadəsi zamanı dərinin hiperemiyası, istifadə nahiyəsində həssaslığın azalması, allergik reaksiyalar (dəri səpgisi, qaşınma) şəklində yerli reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Əhəmiyyətsiz sistem absorbsiyası ilə əlaqədar doza həddinin aşılması az ehtimal edilir.

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm 100 BV/q + 40 mq/q + 0,8 mq/q. 25 q məlhəm, alüminium və ya polietilen laminat tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

о 25 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradlar qəbul edən təşkilat “NİJFARM” SC, Rusiya. 603105, Nijniy Novqorod ş., Salqanskaya k., 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Heparin 25 q məlhəm” üçün ilk rəyi siz yazın.