Genopril Plus 2,5 mq / 12,5 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzinçevirici ferment inhibitorları (AÇF) və diuretiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,76 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəni saxlayın. Daha sonra onu təkrar oxumağa ehtiyaç duya bilərsiniz. Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. Bu dərman xüsusi olaraq Sizin üçün yazılmışdır, onu başqalarına vrməyin. Bu dərmandan istifadə zamanı həkimə və ya xəstəxanaya müraciət etsəniz həkiminizə bu dərmandan istifadə etdiyinizi söyləyin. Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasını artıraraq və ya azaldaraq istifadə etməyin. GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ramipril + Hydrochlorothiazide Ttick

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq ramipril və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: HPMC E5, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, natrium stearil fumarat.

Təsviri

Uzunsov və bir üzündə xətt olan ağ və ya ağa yaxın tabletlərdir.

Farmakoterapevtik qrupu

Angiotenzinçevirici ferment inhibitorları (AÇF) və diuretiklər. ATC kodu: C09BA05

Farmakoloji xüsusiyyətləri

Təsir mexanizmi Ramipril Ramiprilat, ramiprilin aktiv metaboliti olub, dipeptidilkarboksipeptidaza I fermentini inhibə edir. Plazmada və toxumada bu ferment angiotenzin I fermentininin aktiv damardaraldıcı substansiyaya- angiotenzin II-ə keçməsini, həmçinin əsas vazodilatator olan bradikininin parçalanmasını sürətləndirir. Angiotenzin II fermentinin əmələ gəlməsinin və bradikinin parçalanmasının zəifləməsi vazodilatasiyaya səbəb olur. Angiotenzin II fermenti aldosteronun azad olmasını stimulə etdiyi üçün, ramiprilat aldosteron sekresiyasının azalmasına səbəb olur. AÇF inhibitoru ilə monoterapiyaya cavab reaksiyası ağdərili xəstələrə nisbətən, qara dərili (Afrika-Karib adaları) hipertoniyalı xəstələrdə daha aşağı olmuşdur (adətən renin səviyyəsi aşağı olan hipertoniyalı xəstə qrupu). Hidroxlortiazid Hidroxlortiazid tiazid diuretikidir. Tiazid diuretiklərinin antihipertenziv təsir mexanizmi tam məlum deyil. O, distal borucuqlarda natrium və xloridin reabsorbsiyasını inhibə edir. Bu ionların böyrəklər vasitəsilə xaric olunmasının artması diurezin artması ilə müşayiət olunur (suyun osmotik birləşməsi nəticəsində). Kalium və maqneziumun xaric olunması artır, sidik turşusunun xaric olunması azalır. Hidroxlortiazidin ehtimal olunan antihipertenziv təsiri: natrium balansının dəyişməsi, hüceyrədənkənar su və plazma həcminin azalması, böyrəklərin damar müqavimətinin dəyişməsi, həmçinin norepinefrin və angiotenzin II fermentinə qarşı cavab reaksiyasının azalması.

İstifadəsinə göstərişlər

• Birdən çox dərmanla müalicə edilməsi lazım gələn yüksək təzyiqin (hipertenziyanın) müalicəsi.

Əks göstərişlər

• Ramiprilə, hidroxlorotiazidə, digər tiazid diuretiklərinə, sulfonamidlərə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Anamnezində angionevrotik ödem baş vermişdirsə. • Böyrək funksiyalarının ağır pozğunluğu varsa, • Dializ xəstəsisinizsə, • Renal arteriyanın hemodinamik təsirli stenozu, böyrək arteriyalarının ikitərəfli stenozu və ya yeganə böyrək arteriyasının stenozu, • Ürəyin sol mədəciyində qan axınında əhəmiyyətli dərəcədə çətinlik varsa (məs., aorta və ya mitral qapağın stenozu ), • Əgər Sizdə müalicədən sonra pisləşə biləcək elektrolit pozğunluğu varsa (məsələn, hipokaliemiya, hiponatriemiya və ya hiperkalsiemiya), • Şəkərli diabet və ya böyrək çatışmazlığınız varsa və aliskiren tərkibli yüksək qan təzyiqi dərmanından istifadə edirsinizsə, • Əgər diabetiksinizsə və bununla əlaqəli böyrək pozğunluğunuz varsa, bu preparatı angiotenzin reseptor antaqonisti olan qan təzyiqini azaldan dərmanlar ilə birlikdə istifadə etməyin. • Qaraciyərin ağır funksional pozğunluğu, • Hamiləlik dövrü, • Laktasiya dövrü. Pediatrik populyasiyada istifadəsi ilə əlaqəli kifayət qədər məlumat yoxdur. Preparat 18 yaşdan aşağı uşaq və yeniyetmələrdə istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

GENOPRİL PLYUS-dan aşağıdakı hallarda ehtiyatla istifadə edin. Müalicəyə başlamazdan əvvəl su itkisi, hipovolemiya və ya duz çatışmazlığı varsa, bu hallar aradan qaldırılmalıdır. Qan təzyiqinin arzuolunmaz azalması riski olarsa, monitorinqin keçirilməsi tövsiyə edilir. İlk dozadan sonra və daha sonra dozanın hər yüksəldilməsi zamanı qan təzyiqində qəflətən azalma müşahidə olunmayanadək qan təzyiqinin ölçülməsi təkrar etdirilməlidir. Qan təzyiqiniz arzu edilməyəcək dərəcədə azalarsa; kürəyiniz aşağı və ayaqlarınız havada olmaqla uzanıqlı vəziyyət almalısınız, digər tədbirlərlə yanaşı maye itkisi aradan qaldırılmalı və plazmaəvəzedicilər istifadə edilməlidir. GENOPRİL PLYUS ilə müalicənin gedişində zərdabda natriumun, kaliumun, kalsiumun, sidik turşusunun və qanda qlükozanın səviyyəsinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Müalicənin ilk həftələrində böyrəklərin funksional vəziyyətinə nəzarət edilməlidir. Renovaskulyar xəstəlik varsa və böyrək transplantasiyası həyata keçirilmişdirsə, ürək çatışmazlığının yanaşı mövcudluğu şəraitində qan təzyiqində daha aydın ifadə olunan azalma baş verərsə, GENOPRİL PLYUS ilə müalicənin gedişində böyrək funksiyalarında pozğunluq baş verə bilər. Ramipril qan zərdabında kaliumun səviyyəsinin artmasına, hidroxlorotiazid isə, əksinə, kaliumun səviyyəsinin azalmasına səbəb olur. Bu səbəbdən, GENOPRİL PLYUS ilə müalicə zamanı kaliumun səviyyəsində həm azalma, həm də artma müşahidə oluna bilər. Qan zərdabında kaliumun konsentrasiyasının artması, xüsusilə böyrəklərin funksional pozğunluğu olan xəstələrdə və kaliumqoruyucu diuretiklərlə və ya kalium duzları ilə birlikdə istifadə zamanı rast gəlir. Mayenin xaric olması artdığı zaman (xüsusilə yaşlı xəstələrdə) qanın qatılaşması və ya ağır hallarda tromboz müşahidə edilə bilər. Böyrək funksiyalarının pozulması baş vermişdirsə, qan zərdabında kaliumun səviyyəsinə daha tez-tez nəzarət etmək lazımdır. Kaliumqoruyucu diuretiklərlə (məs., spironolakton) və ya kalium duzları ilə müalicə olunmuş xəstələrə daha sıx nəzarət olunmalıdır. Qanın təsvirində aşağıdakı dəyişikliklər baş verə bilər: eritrositlərin sayında və hemoqlobinin miqdarında (eyni zamanda tək-tək hallarda hemolitik anemiya), trombositlərin və leykositlərin sayında (hətta neytropeniya kimi müşahidə olunan) zəifdən ağır gedişliyə qədər bir azalma kimi qan təsvirində dəyişikliklər. Aqranulositoz, sümük iliyi funksiyalarının zəifləməsi və pansitopeniya meydana çıxa bilər. Qan damarlarının iltihabı, mialgiya, oynaq ağrısı, qızdırma və eozinofiliya baş verə bilər. Ayrıca olaraq AÇF inhibitorları ilə antinuklear anticisimlərin yüksək səviyyələri müşahidə edilmişdir. Hidroxlorotiaziddən istifadə zamanı vaxt keçdikcə sistem qırmızı qurdeşənəyinin inkişaf etməsi barədə məlumat verilmişdir. GENOPRİL PLYUS ilə müalicə zamanı sidik turşusunun zərdab konsentrasiyasının artması baş verə bilər. Xüsusilə sidik turşusunun səviyyəsi yüksəlmiş xəstələrdə bu, podaqra tutmalarına səbəb ola bilər. Hidroxlorotiazid, qlükozaya qarşı tolerantlığı azalda bilər. Bu, şəkərli diabeti olan xəstələrdə metabolik nəzarətin pozulmasına səbəb ola bilər. Gizli diabet özünü ilk dəfə göstərə bilər. Hidroxlorotiazid qan zərdabında triqliseridlərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Leykopeniyanın olub-olmamasını müəyyən etmək üçün leykositlərin sayına müntəzəm olaraq nəzarət edilməlidir. Leykopeniya ilə bağlı immun çatışmazlığı simptomları və trombositopeniya ilə bağlı qanaxma riski gözlənilərsə, həkim tərəfindən qanın monitorinqi aparılmalıdır. Üz nahiyəsində, dildə şişkinlik və ya udma, nəfəsalma çətinliyi olarsa, növbəti dozanı qəbul etmədən dərhal həkimə müraciət etmək lazımdır, belə ki, bu, həyat üçün təhlükəli ola bilən angionevrotik ödem ola bilər. Qan təzyiqinin aydın ifadə olunan azalması və böyrəklərin funksional pozğunluğunun baş verə biləcəyi ehtimalı artarsa, aşağıdakı xəstə qruplarında müalicənin başlanğıcında və gedişində onlara nəzarət edilməlidir: • Ağır və xüsusilə bədxassəli yüksək qan təzyiqi varsa, • Yüksək qan təzyiqi ilə yanaşı ürək çatışmazlığı varsa, • Əgər maye və duz çatışmazlığı və ya onların meydana çıxma ehtimalı varsa, • Əgər əvvəlcədən diuretik dərmanlarla müalicə aparılmışdırsa, • Əgər hemodinamika ilə bağlı böyrək arteriyalarının stenozu meydana çıxmışdırsa, • Qaraciyərin funksional pozğunluğu zamanı preparat ehtiyatla istifadə olunmalıdır. • Vaskulyar böyrək xəstəliyi meydana çıxarsa, əvvəldən böyrəklərin funksional pozğunluğu mövcuddursa və böyrək transplantasiyası həyata keçirilmişdirsə, xəstəyə diqqətlə nəzarət edilməlidir. Bu hallar hətta keçmişdə olsa belə Sizə aiddirsə, lütfən həkiminizə bildirin. GENOPRİL PLYUS-un tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar GENOPRİL PLYUS-un tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığınız yoxdursa, bu maddələrlə bağlı arzuolunmaz təsir gözlənilmir. GENOPRİL PLYUS-un hər dozasında 0,035 mq natrium vardır. Bu miqdar yüksək dozadan (23 mq) aşağı olduğu üçün heç bir əlavə təsir gözlənilmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

GENOPRİL PLYUS ilə digər dərman vasitələrinin qarşılıqlı təsiri, xüsusilə sidikqovucu dərmanlardan hər hansı biri ilə müalicə zamanı çox önəmlidir: antihipertenziv təsirli digər dərman vasitələri (məs., nitratlar, trisiklik antidepressantlar, anestetiklər), duz, ağrı və iltihabla bağlı hallarda istifadə olunan müəyyən dərmanlar (asetilsalisil turşusu və indometasin kimi qeyri-steroid iltihabəleyhinə preparatlar), qan təzyiqini yüksəldən maddələr (məs., epinefrin), kortikosteroidlər, karbenoksolon (mədə və 12-barmaq bağırsaq xoralarının və peptik xoraların müalicəsi üçün istifadə olunur), çoxlu miqdarda biyan kökü (bəlğəmgətirici və spazmolitik), işlədici dərman vasitələri (uzunmüddətli istifadə zamanı) və digər kaliumuretik agentlər, kalium duzları, kaliumqoruyucu diuretiklər, heparin (antikoaqulyant), üskükotu preparatları (ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunurlar), litium duzları, allopurinol (qanda sidik turşusunun miqdarını azaltmaq üçün istifadə olunur), immunosupressiv dərmanlar (azatioprin, siklofosfamid), kortikosteroidlər (prednizolon), AKTH (böyrəküstü vəzinin qabıq maddəsinin düzgün fəaliyyət göstərib-göstərməməsinə nəzarət etmək üçün istifadə olunur), prokainamid (ürəyin aritmiyası zamanı istifadə olunur), sitostatiklər və qanın təsvirini dəyişdirən digər maddələr, metildopa (qan təzyiqini aşağı salan), antidiabetik preparatlar (insulin və sulfonilsidik cövhərinin törəmələri kimi şəkərin miqdarını azaldan dərmanlarla müalicə), enteral istifadə üçün iondəyişdiricilər, kolestiramin (qanda yağın miqdarını azaldır) kimi, kurareyəbənzər miorelaksantlar, alkoqol, barbituratlar və narkotiklər, paratiroid funksiya testləri. Ayrıca efedra, yoximbin, sarımsaq və jenşen preparatları ilə birlikdə istifadə etməyin. Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmanı hazırda istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Müalicə vaxtı hamiləlik təsdiq edilərsə, GENOPRİL PLYUS ilə müalicəni dərhal dayandırmalısınız. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Əgər uşaq əmizdirirsinizsə, GENOPRİL PLYUS qəbul etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

GENOPRİL PLYUS-dan istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən diqqətli olmaq lazımdır. Qan təzyiqinin azalması xəstənin diqqətini toplamasına, hərəkətinə və dolayısı ilə yol hərəkətində aktiv iştirakına mənfi təsir göstərə və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətini aşağı sala bilər. Bu təsir, xüsusilə müalicənin əvvəlində və alkoqoldan istifadə zamanı özünü daha aydın göstərir. Başgicəllənmə müşahidə olunduqda nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmlərin idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Həkiminiz başqa cür tövsiyə verməzsə, bu təlimata əməl edin. GENOPRİL PLYUS, oral qəbul üçündür, səhər yeməyindən əvvəl, yemək zamanı və ya yeməkdən sonra çeynənilmədən kifayət qədər su ilə (½ stəkana yaxın) udulmalıdır. Doza arzu edilən antihipertenziv təsirdən və xəstənin müalicəyə cavabından asılı olaraq seçilir. Ramipril ilə müalicə uzun sürən müalicədir, müalicə müddəti həkim tərəfindən müəyyən edilir. Aşağıda göstərilən xüsusi vəziyyətlər istisna olmaqla bu dozadan istifadə edilir: Adi başlanğıc doza: müalicə 1 ədəd GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tablet ilə başlanılır. Lazım gələrsə doza 2-3 həftəlik intervallarla yüksəldilə bilər. Yol verilən maksimum gündəlik doza: 4 ədəd GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tableti. Gündəlik doza səhərlər bir dəfəyə qəbul olunur. Çox zaman gündə 1 və ya 2 ədəd GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tabletin qəbulundan sonra qan təzyiqi kifayət qədər aşağı düşür. Lazım gələrsə, digər antihipertenziv dərman vasitələri ilə birlikdə istifadə oluna bilər. Müxtəlif yaş qruplarında istifadəsi Uşaqlarda istifadəsi Bu vaxta qədər GENOPRİL PLYUS-un uşaqlarda və yeniyetmələrdə istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Yaşlılarda istifadəsi Həkiminiz müalicənin başlanğıc dozasını azalda və müalicəni tədricən korreksiya edə bilər. Xüsusi pasiyentlər qrupunda istifadəsi Diuretik qəbul edən xəstələrdə istifadəsi GENOPRİL PLYUS ilə müalicəyə başlamazdan ən azı 2-3 gün əvvəl (diuretikin təsir müddətindən asılı olaraq) və ya daha uzun müddət əvvəl diuretiklə müalicə dayandırılmalı və ya ən azı diuretikin dozası azaldılmalıdır. Həkiminiz hər bir vaxt üçün bu tip dərman qəbulunun dayandırılmasının və ya dozanın azaldılmasının mümkün olub-olmadığına və bunun nə qədər davam edə biləcəyinə qərar verəcəkdir. Diuretikin qəbulunun dayandırılması mümkün deyilsə, müalicəyə sərbəst kombinasiyada ramiprilin mümkün olan ən aşağı dozası ilə başlamaq tövsiyə edilir. Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Müalicəyə gündə 1,25 mq ramipril ilə başlamaq lazımdır. Ramiprilin dozası tədricən artırıldıqdan sonra kombinəolunmuş müalicəyə mümkün olan ən aşağı doza ilə başlanılması tövsiyə edilir. Maksimal gündəlik doza 2 ədəd GENOPRİL PLYUS 2,5 mq/12,5 mq tabletdir. Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi Qaraciyərin zəif və orta dərəcəli funksional pozğunluğu olan xəstələrdə müalicəyə yaxından tibbi nəzarət altında başlanmalı və gündəlik maksimal dozası 2,5 mq ramipril və 12,5 mq hidroxlorotiaziddən ibarət olmalıdır. Ağır qaraciyər pozğunluğu zamanı əks göstərişdir. Əgər GENOPRİL PLYUS-un təsirinin çox güclü və ya zəif olduğu müşahidə edilərsə, müalicə həkimi ilə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. GENOPRİL PLYUS-un qida və içkilərlə birlikdə qəbulu Qida və içkilərin GENOPRİL PLYUS-un qəbuluna təsiri yoxdur. GENOPRİL PLYUS ilə müalicə alarkən eyni zamanda alkoqollu içkilər qəbul edilməməlidir. GENOPRİL PLYUS-u qəbul etməyi unutmusunuzsa Əgər GENOPRİL PLYUS qəbul etməyi unutmusunuzsa, əgər növbəti dozanı qəbul etmə zamanı deyilsə, xatırlayan kimi unutduğunuz dozanı qəbul edin. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. GENOPRİL PLYUS ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər Həkiminizin göstərişi olmadan GENOPRİL PLYUS-un istifadəsini dayandırmayın.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, GENOPRİL PLYUS-un tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. GENOPRİL PLYUS-dan istifadə zamanı ümumilikdə zəif, müvəqqəti xarakterli və müalicənin dayandırılmasını tələb etməyən əlavə təsirlər meydana çıxa bilər. Bunlar, adətən ramipril və hidroxlorotiazid üçün məlum olan əlavə təsirlərdir. Əlavə təsirlərin təxmini başvermə tezlikləri: Çox tez-tez: 10 xəstənin ən azı birində meydana çıxa bilir. Tez-tez: 10 xəstənin birindən azında , lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilir. Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda meydana çıxa bilir. Nadir hallarda: 1000 xəstənin birindən azında meydana çıxa bilir. Çox nadir hallarda: 10000 xəstənin birindən azında meydana çıxa bilir. Məlum deyil: əldə olan məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün olmur. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, GENOPRİL PLYUS-un qəbulunu dayandırın və DƏRHAL həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin: GENOPRİL PLYUS-a qarşı güclü allergiya olduğunu göstərən hallar varsa: • Üz, boğaz və dodaq nahiyəsində udmanı və nəfəsalmanı çətinləşdirəcək dərəcədə şişkinlik (ödem) və onunla birlikdə övrə və qızartı varsa, • Səpgi, ağız nahiysəində xora, mövcud dəri xəstəliklərinin pisləşməsi, qızartı, şişkinlik və dəri səpgiləri də daxil olmaqla ağır ciddi dəri reaksiyaları (Stivens-Conson sindromu, toksik epidermal nekroliz və ya multiformalı eritema) Bunların hamısı çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan biri sizdə mövcuddursa, bu, Sizin GENOPRİL PLYUS-a qarşı ciddi allergiyanızın olması deməkdir. Təcili tibbi müdaxilə və ya xəstəxanaya yerləşdirilməyiniz lazım gələ bilər. Bu çox ciddi əlavə təsirlərin hamısı olduqca nadir hallarda baş verir. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, dərhal həkiminizə məlumat verin və ya Sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin: • Ürək yığılmalarının tezliyinin artması, qeyri-ritmik və ya güclü ürək yığılmaları, döş qəfəsində ağrı, ürək çırpıntısı və ürək tutması və şok kimi ciddi hallar varsa. • Təngnəfəslik, iki-üç gün davam edən öskürək, toxluq hissi, ağciyər iltihabı da daxil olmaqla ağciyər problemlərinin simptomları ola bilər, • Dərinin asanlıqla göyərməsi və normadan artıq qanaxma, dişəti qanaxması və ya dəridə qançır və ya ləkə varsa, normadan daha tez-tez infeksiyaya yoluxursunuzsa, boğazda iltihab və istilik varsa, əzginlik hissi varsa və ya dəri solğundursa, bu simptomlar sümük iliyinə və qanazlığına aid problemləri göstərir. • Mədənizdə və ya kürəyinizdə güclü ağrı olarsa, bu, mədəaltı vəzinin iltihabının bir simptomu ola bilər. • Yüksək temperatur, yorğunluq, iştahasızlıq, qarın nahiyəsinin ağrısı, ürəkbulanma, dəridə və gözlərdə saralma (sarılıq) kimi simptomlar hepatit (qaraciyərin iltihabı) kimi qaraciyər problemlərinin ola biləcəyini göstərən simptomlar ola bilər. Bunların hamısı ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə lazım gələ bilər. Bu, çox ciddi əlavə təsirlər çox nadir hallarda baş verir. Aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə söyləyin: Tez-tez • Angina pektoris daxil olmaqla ürək döyüntüsünün sürətlənməsi, qeyri-müntəzəm ürək döyüntüsü, periferik ödem. • Baş ağrısı, halsızlıq və ya yorğunluq hissi • Başgicəllənmə • Quru öskürək və ya bronxit • Qanda şəkərin miqdarının çox olduğunu göstərən qan testinin nəticələri. Əgər şəkərli diabetiniz varsa, o daha da ağırlaşa bilər, • Qanda yüksək miqdarda sidik turşusunun və ya normadan çox yağ olduğunu göstərən qan testi nəticələri, • Oynaqlarda ağrı, qızartı və şişkinlik. • Yorğunluq, asteniya. Bəzən • Qabarıq şəkildə ifadə olunan və ya olunmayan dəri səpgiləri • Dərinin qızarması, bayılma, qəflətən oturduqda və ya ayağa qalxdıqda qan təzyiqinin aşağı düşməsi (anormal aşağı qan təzyiqi), • Qaşınma və keyləşmə, qarışqa gəzməsi hissi, sancma hissi, yandırıcı hiss kimi qeyri-normal dəri hissiyyatı, • Dadbilmə duyğusunda dəyişiklik/dadbilmənin itməsi, • Yuxunun pozulması, • Depressiya, həyəcan, normadan yuxarı əsəbilik və ya şübhə, • Burun tutulması, sinusit, təngnəfəslik, • Diş ətinin iltihabı, ağızda şişkinlik, • Gözlərin qızarması, qaşınması və şişməsi, • Qulaqlarda cingilti, • Dumanlı görmə, • Əzələlərdə ağrı, • Saçların tökülməsi, • Döş qəfəsində ağrı • Qəbizlik, mədə və bağırsaq ağrısı, • Həzmin çətinləşməsi, ürəkbulanma, • Sidik ifrazının gündəlik miqdarının artması, • Tər ifrazının artması və ya susuzluq hissi, • İştahanın azalması və ya itməsi (anoreksiya), aclıq hissinin azalması, • Qeyri-ritmik ürək döyüntülərinin artması, • Ayaqlarda və əllərdə şişkinlik, bu vəziyyət orqanizmdə normadan çox su olduğunu göstərir, • Qızdırma, • Kişilərdə impotensiya, • Qırmızı qan cisimciklərinin və ağ qan cisimciklərinin sayının və ya trombositlərin və ya hemoqlobinin miqdarının azalmasını göstərən qan testinin nəticələri, • Qanda normadan az kalium olduğunu göstərən qan testi nəticəsi. Çox nadir • Qusma, ishal və ya mədə qıcqırması, • Dilin qızarması və şişməsi, ağızda quruluq, • Qanda normadan daha çox kalium olduğunu göstərən qan testi nəticəsi Digər əlavə təsirlər • Diqqətin toplanmasının çətinləşməsi, narahatlıq və ya çaşqınlıq, • Soyuqda ayaq və əl barmaqlarında rəngin dəyişməsi, istidə isə ağrı və qarışqa gəzməsi hissi kimi simptomlar, bu simptomlar Reyno fenomeninin ola biləcəyini göstərir, • Kişilərdə döş qəfəsinin böyüməsi, • Qanın laxtalanması, • Hissetmənin pozulması, • Gözlərdə normadan aşağı sulanma, • Əşyaları sarı rəngdə görmə, • Orqanizmdə su itkisi, • Yanaqda şişkinlik, ağrı və qızartı varsa (ağızsuyu vəzilərinin iltihabı), • Qarın nahiyəsində ağrı, qusma və ishal kimi simptomlar intestinal angioödem adlandırılan bağırsaq şişkinliyinin simptomlarıdır, • Günəş şüalarına qarşı yüksək həssaslıq, • Dəridə güclü qabıqlanma, soyulma, qaşınma, övrə və ya üzdə və alında qırmızı səpgi kimi digər dəri reaksiyaları, • Dəridə səpgi və göyərmə, • Dəridə ləkələr, əllərdə və ayaqlarda soyuqluq, • Dırnaq problemləri (qopması və ya dırnaq ətindən ayrılması), • Əzələ-skelet sisteminin tonusunun yüksəlməsi və ya çənənin kilidlənməsi (tetanus), • Əzələ zəifliyi və ya spazmları, • Kişi və ya qadınlarda cinsi istəyin zəifləməsi, • Sidikdə qan görünməsi, bu vəziyyət böyrək probleminin bir simptomu ola bilər (interstisial nefrit), • Sidikdə şəkərin miqdarının normadan çox olması, • Ağ qan cisimciklərinin sayının artmasını göstərən qan testi nəticələri, • Qanda qan hüceyrələrinin miqdarının çox az olduğunu (pansitopeniya) göstərən qan testi nəticəsi, • Qanda natrium, kalsium, maqnezium və xlor duzlarının miqdarında dəyişikliyin olduğunu göstərən qan testi nəticəsi, • Reaksiyaların ləngiməsi və ya pozulması, • İybilmə duyğusunda dəyişiklik, • Nəfəsalmanın çətinləşməsi və ya astmanın ağırlaşması. Bunlar GENOPRİL PLYUS-un zəif əlavə təsirləridir. Əgər bu içlik vərəqədə (istifadə üçün təlimatda) qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Əgər lazım olduğundan həddindən artıq miqdarda GENOPRİL PLYUS qəbul edilərsə, dərmanın arzuolunmaz təsirləri və təsir gücü arta bilər. Əgər lazım olduğundan artıq miqdarda GENOPRİL PLYUS qəbul etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin.

Buraxılış forması

GENOPRİL PLYUS 2,5 mq/12,5 mq, 28 tablet blister qablaşdırmada təqdim edilir. Blisterlər içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər məhsulda və/və ya qablaşdırmada qüsur hiss edilərsə, GENOPRİL PLYUS istifadə olunmamalıdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., Türkiyə. ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013 Cad. No.24 Sincan/ANKARA.

Qeydiyyat vəsiqəsinin sahibi

Gen İlac ve Sağlık Ürünleri San. Ve Tic. A.Ş. Türkiyə. Mustafa Kemal Mah.2119 Sok.N:3 D: 2-3 06520, Çankaya/Ankara/Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Genopril Plus 2,5 mq / 12,5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.