Hifes 120 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirSimpatomimetiklər. Psevdoefedrin, kombinasiyaları
İstehsal ölkəsiMalayziya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HİFES şərbət HIFES Beynəlxalq patentləşdirilməmiş adı: Triprolidine hydrochloride, Pseudoephedrine hydrochloride, Guaifenesin

Tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 1,25 mq triprolidin hidroxlorid, 30 mq psevdoefedrin hidroxlorid, 100 mq qvayfenezin vardır. Köməkçi maddələr:natrium sitrat, sitrat turşusu, etil maltol, metil hidroksibenzoat, propilhidroksibenzoat, natrium saxarin, günəş qürubu sarısı, qliserin, propilenqlikol, öskürəkəleyhinə nanə aromatı, sadə şərbət, təmizlənmiş su.

Təsviri

Nanə tamlı, narıncı şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Simpatomimetiklər. Psevdoefedrin, kombinasiyaları. ATC kodu: R01BA52.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Triprolidin hidroxlorid – H1-reseptorlarının selektiv antaqonistidir. Alkilamin törəməsi olaraq minimal antixolinergik təsirə malikdir. Histaminin sintezi nəticəsində əmələ gələn qızartı və qaşınmanı aradan qaldırır. Birdəfəlik 2,5 mq doza qəbuldan sonra dəridə olan qabarma və qızartıya 1-2 saat müddətində təsir göstərir. Maksimal təsiri 3 saat ərzində göstərir, qeyd olunan müddətdən sonra antihistamin təsiri azalsada, yenidən qabarma və qızartı birdəfəlik dozanın qəbulundan 8 saat sonra baş verir. Psevdoefedrin simpatomimetikdir, alfa-adrenergik reseptorlara təsir göstərir, yuxarı tənəffüs yollarında ödeməleyhinə təsir göstərir. Efedrindən fərqli olaraq taxikardiya, sistolik arterial təzyiqin artması və sinir sisteminin oyanıqlığı kimi simptomlara səbəb olmur. Psevdoefedrin 30 dəqiqə ərzində tənəffüsü asanlaşdırır və 4 saat müddətində bu təsir davam edir. Qvayfenezin – bronxların selikli qişasında mukopolisaxaridlərin və polisaxaridlərin sintezini artıraraq, bəlğəmin özlülüyünü azaldır, həcmini artırır, bronxların siliar funksiyasını aktivləşdirir. Mukolitik təsir göstərir, bəlğəmin xaric olmasını asanlaşdırır. Farmakokinetikası Aktiv komponentlər mədə-bağırsaq traktından tez və tam sorulur. Yarımatılma dövrü minimum 4 saatdır, maksimum 6 saatdır. Triprolidin – maksimal konsentrasiyası (C ) 5.5nq/ml- 6nq/ml tabletin qəbulundan 2 saatmax (T ) sonra, siropun isə 1.5 saat müddətində əmələ gəlir.max Psevdoefedrinin maksimal konsentrasiyası (C ) 180 nq/ml tabletin qəbulundan 2 saat (T )max max sonra, siropun qəbulunda isə 1.5 saat müddətində əmələ gəlir. Qvayfenezin qəbuldan sonra MBT-dən yaxşı sorulur. Sağlam könüllülərdə, 600 mq qvayfenezinin qəbulundan 15 dəqiqə (T ) sonra C 1.4 mkq/ml təşkil edir.max max Psevdoefedrin T½ dövrü 5.5 saatdır. Psevdoefedrinin qaraciyərdə metabolizmi nəticəsində aktiv metabolit əmələ gəlir. Psevdoefedrin və onun metaboliti 55%-90% sidik vasitəsilə xaric olunur. Triprolidinin T½ dövrü 3.2 saatdır. Metabolizm nəticəsində bir necə metabolit əmələ gəlir, maddənin, təxmini, 1% -i dəyişilməmiş vəziyyətdə xaric olunur. Qvayfenezinin T½ dövrü təxminən 1 saatdır. Metabolizm nəticəsində həm oksidləşmiş, həm demetilləşmiş metabolitlər əmələ gəlir. Orta və ağır böyrək çatmazlığı olan xəstələrdə, sağlam insanlarla müqayisədə Cmax 1.5 dəfə, Tmax isə 3-12 dəfə artır.

İstifadəsinə göstərişlər

Preparat soyuqdəymə ilə əlaqədar yuxarı tənəffüs yollarının tutulması zamanı produktiv öskürəyi azaltmaq üçün və aşağı tənəffüs yollarını bəlğəmdən təmizləmək üçün istifadə olunur.

Əks göstərişlər

Psevdoefedrinə, triprolidininə və qvayfenezinə və köməkçi maddələr qarşı yüksək həssaslıq. Ağır böyrək çatmazlığı Ağır hipertenziya və ürək-damar xəstəlikləri. Digər simpatomimetik dərmanların qəbulu. Monoaminooksidaza inhibitorlarının qəbulu (2 həftədən sonra istifadəsi mümkündür).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat aşağıda sadalanan hallarda ehtiyatla təyin olunmalıdır: ürək-damar sisteminin xəstəlikləri, hipertenziya, hipertiroidizm, prostat vəzinin böyüməsi zamanı, gözdaxili təzyiq, həmçinin, qlaukoma, epilepsiya, astma, bronxoektaziya, orta ağır dərəcəli böyrək çatmazlığı, ağır qaraciyər çatmazlığı və feoxromositoma. Beta-blokator və digər təzyiq əleyhinə preparatların istifadəsi. Alkoqolun təsirini artıra bilər, bu səbəbdən birgə qəbul olunmamalıdır. HİFESin tərkibində etanol var. Bu səbəbdən hamiləlikdə, laktasiya dövründə, uşaqlarda və risk qrupu olan pasiyentlərdə preparatın istifadəsi dəyərləndirilməlidir. Qəbul zamanı qarında kəskin ağrılar, rektal qanaxma kimi işemik kolitin digər simptomları qeyd olunarsa dərhal həkimə müraciət edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

MAO inhibitorları ilə birgə istifadəsi və ya onların istifadəsi dayandırıldıqdan sonrakı 2 həftə müddətində istifadəsi hipertonik krizə səbəb ola bilər. Simpatomimetik preparatlarla birgə istifadəsi arterial təzyiqin artmasına səbəb ola bilər. Triprolidinin yuxugətirici, sakitləşdirici və anksiolitik dərmanlarla birgə istifadəsi yuxuluğu artırır. Psevdoefedrin hipertenziv preparatlarla antaqonizm yaradır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Psevdoefedrin, triprolidin və qvayfenezin hamilələrdə həkimin məsləhəti olmadan istifadə olumamalıdır. Baxmayaraq ki, uzun müddət psevdoefedrin, triprolidin və qvayfenezin hamilələrdə geniş istifadə olunur, maddələrin hamiləlik və laktasiya dövründə təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbdən, təyinat zamanı anaya olan fayda və dölə olan potensial risk qiymətləndirilməlidir. Psevdoefedrin, triprolidin və qvayfenezin laktasiya dövründə həkimin məsləhəti olmadan istifadə olunmamalıdır. Psevdoefedrin, triprolidin və qvayfenezin ana südünə təsiri müəyyən olunmayıb. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın qəbulu zamanı bəzi xəstəliklərdə yuxululuq və psixomotor reaksiyaların zəifləməsi müşahidə olunur. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməzdən qabaq preparata qarşı fərdi reaksiyanın olmamasına əmin olmaq lazımdır.

İstifadə qaydası və dozası

Dərman daxilə qəbul edilir. 7 gün müalicədən, sonra simptomları özündə qeyd edən xəstə, həkiminə müraciət etməlidir. Tövsiyə olunan doza həddini və ya qəbul tezliyini aşmayın. Digər histamin tərkibli preparatlarla, həmçinin, soyuqdəymə və öskürək əleyhinə vasitələrlə istifadə olunmamalıdır. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 10 ml hər 4-6 saatdan bir. Maksimal gündəlik doza 40 ml şərbət 24 saat müddətində. 6-11 yaş arası uşaqlar 5 ml hər 4-6 saatdan bir. Maksimal gündəlik doza: 20 ml şərbət 24 saat müddətində. 6 yaşdan kiçik uşaqlar üçün nəzərədə tutulmyıb (həkim tövsiyəsi istisna olmaqla). 2-5 yaş arası uşaqlar: Həkimin nəzarəti altında, ehtiyatla təyin olunur. 2,5 ml hər 4-6 saatdan bir Maksimal gündəlik doza: 10 ml şərbət 24 saat müddətində. 2 yaşdan aşağı uşaqlara istifadə edilməməlidir. Ahil yaş dövrü Psevdoefedrinin, triprolidinin və qvayfenezinin yaşlı insanlarda aparılan xüsusi tədqiqatları mövcud deyil. Çox nadir hallarda, triprolidin antixolinergik təsirlər yarada bilər. Qaraciyər çatışmazlığı Triprolidin qaraciyərdə metabolizmə uğrayır, bu səbəbdən ağır qaraciyər çatmazlığı olan xəstələrdə qəbul dozası azaldılmalıdır. Böyrək çatışmazlığı Psevdoefedrin böyük üstünlüklə böyrəklərlə xaric olduğu üçün, yüngül böyrək çatmazlığı olan xəstələrdə dozanın azaldılması tələb olunur, orta ağır gedişatlı böyrək çatmazlığı olan xəstələrdə isə təyin olunmur.

Əlavə təsirləri

Psevdoefedrinin qəbulu zamanı qeyd oluna bilən əlavə təsirlər: Psixo-nevroloji təsirlər Tez-tez (≥1/100 dən <1/10): əsəbilik, yuxusuzluq Bəzən (≥1/1,000 dən <1/100): oyanıqlıq, həyacan Nadir hallarda (≥1/10,000 dən <1/1000): hallüsinasiya (əsasən uşaqlarda) Sinir sisteminə Tez-tez (≥1/100 dən <1/10): başgicəllənmə Ürək-damar sisteminə Nadir hallarda (≥1/10,000 dən <1/1000): taxikardiya, ürək döyüntüsü, Təzyiqin yüksəlməsi. Mədə-bağırsaq sisteminə Tez-tez (≥1/100 dən <1/10): ağızda və burunda quruluq hissi, ürəkbulanma Dəriyə və yumşaq toxumaya Nadir hallarda (≥1/10,000 dən <1/1000): qızartı, allergik dermatit, bronxospazm, angioödem kimi sistem təzahürlərilə və ya onlarsız müxtəlif dəri allergik reaksiyaları. Böyrək və sidikçıxarıcı sistemə Bəzən (≥1/1,000 dən <1/100): dizuriya, sidik ifrazının ləngiməsi Triprolidin qəbulu zamanı qeyd oluna bilən əlavə təsirlər Sinir sisteminə Çox tez-tez (≥1/10): süstləşmə, yuxuluq Tez-tez (≥1/100 dən <1/10): diqqətin və hərəki funksiyanın pozulması, başgicəllənmə Məlum deyil: psixi pozuntular, paradoksal oyanıqlıq, qarabasmalar, halüsinasiya. Görmə orqanına Məlum deyil: dumanlı görmə. Respirator sistemə Məlum deyil: bronxial sekretin qatılaşması. Mədə-bağırsaq sisteminə Tez-tez (≥1/100 dən <1/10): ağızda, burunda və boğazda quruluq. Dəriyə və yumşaq toxumaya Məlum deyil: səpgi, övrə. Böyrəklərə Məlum deyil: sidiyəgetmənin ləngiməsi. Qvayfenezinin qəbulu zamanı qeyd oluna bilən əlavə təsirlər İmmun sisteminə Məlum deyil: allergik reaksiyalar, angioödem, anafilaktik reaksiya Tənəffüs sistemi tərəfindən Məlum deyil: dispnoe. Mədə-bağırsaq sisteminə Ürəkbulanma, qusma, abdominal diskomfort. Dəriyə və yumşaq toxumaya Qızartı, səpgi, övrə.

Doza həddinin aşılması

Psevdoefedrinin artıq dozada qəbulu sinir və ürək-damar sistemi tərəfindən həyacan, təzyiqin artması və aritmiya kimi simptomların ortaya çıxmasına səbəb ola bilər. Ağır hallarda psixoz, qıcolma, koma və hipertonik kriz yarana bilər. Triprolidinin artıq dozada istifadəsi yuxarıda sadalanan əlavə təsirlərə səbəb ola bilər, əlavə ataksiya, zəiflik, dəri quruluğu, tremor, taxikardiya, psixoz, qıcolma, hiperpireksiy və aritmiya yarana bilər. Qvayfenezinin artıq dozada istifadəsi ürəkbulanma və qusmaya səbəb ola bilər. Doza həddinin aşılmasının müalicəsində simptomatik və dəstəkləyici terapiyadan istifadə olunur.

Buraxılış forması

100 ml şərbət, şüşə flakonda. 60 ml, 100 ml, 120 ml plastik flakonda. 1 flakon, içlik vərəqəsi ilə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

HOVİD Bhd. 121, Jalan Tunku Abdul Rahman, 30010 İpoh, Malaysia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Hifes 120 ml sirop” üçün ilk rəyi siz yazın.