Fol turşusu 5 mq N50 tablet Lekxim
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antianemik vasitələr. Fol turşusu və onun törəmələri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FOL TURŞUSU tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində susuz maddəyə nəzərən 1 mq və ya 5 mq fol turşusu vardıtr. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat.
Təsviri
1 mq-lıq tabletlər – açıq-sarı rəngdən sarı rəngə qədər, yastısilindrik formalı, kənarları kəsik tabletlərdir; 5 mq-lıq tabletlər – sarıdan tünd-sarı rəngə qədər yastısilindrik formalı, kənarları kəsik tabletlərdir. Tabletlərin səthində əhəmiyyətsiz çillərə yol verilir.
Farmakoterapevtik qrupu
Antianemik vasitələr. Fol turşusu və onun törəmələri. ATC kodu: B03B B01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparatın qəbulundan sonra fol turşusu müxtəlif metabolizm proseslərində koferment kimi iştirak edən tetrahidrofol turşusuna qədər reduksiya olunur. O, meqaloblastların normal yetişməsi və normoblastların əmələ gəlməsi üçün zəruridir. Eritropoezi stimullaşdırır, amin turşularının (o cümlədən metioninin, serinin, qlisinin və histidinin), nuklein turşularının, purinlərin, primidinlərin sintezində iştirak edir, xolin mübadiləsində iştirak edir. Hamiləlik zamanı teratogen və zədələyici faktorlara münasibətdə dölü müdafiəedici funksiya rolu oynayır. Bundan başqa, plasentanın normal yetişməsinə və fəaliyyət göstərməsinə səbəb olur. Fol turşusu spermatozoidlərin yetişməsi prosesində mühüm rol oynayır və kişi sonsuzluğunun müalicəsi üçün istifadə oluna bilər. Fol turşusunun çatışmazlığı zamanı meqaloblast tipli qanyaranma inkişaf edir, hamilə qadınlarda bu, döldə anadangəlmə qüsurların inkişafına səbəb ola bilər (sinir borularının qüsuru, hidrosefaliya və s.). Fol turşusu çatışmazlığının mühüm nəticəsi zədələnmiş toxumaların bərpa olunma qabiliyyətini azaltmasından ibarətdir. Farmakokinetikası Peroral qəbulundan sonra fol turşusu mədə-bağırsaq traktından, başlıca olaraq 12-barmaq bağırsağın yuxarı şöbəsində yaxşı və tam sorulur. Demək olar ki, qan plazmasının zülalları ilə tam birləşir. Qaraciyərdə duhidrofolat-reduktazanın təsiri altında aktivləşərək tetrahidrofol turşusuna çevrilir. Qan plazmasında maksimal konsentrasiyası 50-60 dəqiqədən sonra yaranır. Böyrəklər vasitəsilə əsasən metabolitlər şəklində xaric olur; əgər qəbul edilən doza fol turşusuna olan gündəlik dozanı əhəmiyyətli dərəcədə aşarsa, o zaman böyrəklər vitamini dəyişilməmiş şəkildə xaric edir. Sidiklə yumaqcıq filtrasiyası yolu ilə xaric olur; 5 mq peroral qəbul edilmiş fol turşusu orqanizmdən 5 saat sonra xaric olur. Hemodializ zamanı qan dövranı sistemindən xaric olur.
İstifadəsinə göstərişlər
– Fol turşusunun çatışmazlığı ilə əlaqədar olan anemiyaların müalicəsi və profilaktikası: makrositar anemiyalar, dərman vasitələri və ya ionlaşdırıcı radiasiya tərəfindən törədilən anemiyalar və leykopeniyalar; meqaloblast anemiya, rezeksiyadan sonrakı anemiyalar, ahıl yaşlı pasiyentlərdə sideroblast anemiya; nazik bağırsaq xəstəlikləri, spru və malabsorbsiya sindromu ilə bağlı anemiyalar; – döldə anadangəlmə qüsurların inkişafının profilaktikası: sinir kötüyünün qüsurları, hidrosefaliyalar, qurdağzı, dovşandodaqlıq, beyin yırtıqları; – fol turşusunun antaqonistləri ilə (metotreksat, sulfametoksazol-trimetoprim kombinasiyası), qıcolma əleyhinə preparatlarla (fenitoin, primidon, fenobarbital) uzunmüddətli müalicə; – balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığı; – spermatogenezin azalması (oliqospermiya) nəticəsində baş verən kişi sonsuzluğunun müalicəsi; – polinevritlər və polineyropatiyalar, o cümlədən alkoqol mənşəli.
Əks göstərişlər
Fol turşusuna və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, B vitamin12 çatışmazlığı, bədxassəli yenitörəmələr, bədxassəli anemiyalar, müalicə olunmamış kobalamin çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Etiologiyası məlum olmayan anemiyalı pasiyentlərə preparat ehtiyatla təyin olunur, belə ki, fol turşusu xəstəliyin hemotoloji təzahürlərini yaxşılaşdırmaqla bədxassəli anemiyanın diaqnostikasına mane ola bilər və bununla da nevroloji fəsadların güclənməsi baş verə bilər. Pernisioz anemiyalar zamanı preparat yalnız sianokobalaminlə birlikdə istifadə olunmalıdır. Fol turşusunun uzunmüddətli qəbulu xüsusilə yüksək dozallarda tövsiyə olunmur, belə ki, bu zaman qanda sianokobalaminin konsentrasiyasının azlma riski mövcud olur. Preparatın tərkibində qlükoza vardır ki, bu da şəkərli diabeti və qlükozo-qalaktoza malabsorbsiya sindromu olan xəstələr tərəfindən nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Folat çatışmazlığı olan pasiyentlərdə fol turşusunun istifadəsi qan plazmasında fenobarbitalın, fenitoinin və primedolun səviyyəsini azalda və epileptik tutmaya səbəb ola bilər. Peroral kontraseptiv vasitələr, etanol, sulfasalazin, sikloserin, qlütetimid və metotreksat folatın metabolizminə təsir göstərə bilər. Analgetiklərlə, qıcolma əleyhinə preparatlarla, antasidlərlə, xolestiraminlə, sulfanilamidlərlə, antibiotiklərlə, sitostatiklərlə, xloramfenikolla, neomisinlə, polimiksinlərlə, tetrasiklinlərlə birlikdə istifadəsi zamanı fol turşusunun mənimsənilməsi azalır. Fol turşusu fenitoinin metabolizmini yüksəldir. Xolestiramin və fol turşusunun birlikdə istifadəsi zamanı absorbsiyanın azalması və ya dəyişməsi baş verə bilər. Buna görə də preparatı xolestiraminin qəbulundan 1 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı döldə sinir kötüyünün qüsurlarının inkişafınıın profilaktikası üçün tövsiyə olunan dozalarda istifadəsi göstərişdir. Laktasiya dövründə preparat tövsiyə olunan dozalarda istifadə oluna bilər. Fol turşusu ana südünə nüfuz edir ki, bu da uşaq üçün faydalıdır. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul olunur. Müalicə məqsədi ilə kişilərə və döşlə qidalandırma dövründə qadınlara gündə 5 mq-a qədər təyin edilir. Müalicə kursu 20-30 gün təşkil edir. 1 aylıq fasilə ilə 2-3 müalicə kursu keçirmək tövsiyə olunur. Preparatın uzunmüddətli istifadəsini B12 vitamininin (sianokobalaminin) qəbulu ilə kombinə etmək tövsiyə olunur. Döldə anadangəlmə qüsürların inkişaf riski olan qadınlara hamiləliyin başlanmasından əvvəl 4 həftə ərzində 5 mq təyin edilir və hamiləliyin ilk 3 ayı ərzində davam etdirilir. Balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığının profilaktikası üçün – gündə 1-5 mq. Müalicə kursu – 20-30 gün. 1 aydan sonra müalicə kursunu təkrar etmək tövsiyə olunur. Meqaloblast anemiya zamanı 4 ay müddətində gündə 5 mq fol turşusu təyin olunur. Spru xəstəliyi, makrositar anemiyası, bağırsağın iltihabi xəstəlikləri ilə malabsorbsiyası olan pasiyentlərə gündə 5-15 mq qəbul etmək tövsiyə olunur.
Əlavə təsirləri
Preparat yaxşı mənimsənilir. Mədə-bağırsaq traktına: ürəkbulanma, köp, meteorizm, ağızda acılıq hissi, anoreksiya. İmmun sistemə: allergik reaksiyalar, o cümlədən dərinin səpməsi, övrə, qaşınma, hipertermiya, arterial hipotoniya, bronxospazm nəticəsində tənəffüsün pozulması, anafilaktik reaksiyalar.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməmişdir. Həddindən artıq dozanın istifadəsi zamanı əlavə təsirlərin güclənməsi mümkündür. Fol turşusu ilə doza həddinin aşılması B12 vitamin çatışmazlığını gizlədə bilər.
Buraxılış forması
50 tablet, konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Texnoloq” ÖSC. Ünvan 20300, Ukrayna, Uman ş., Çerkasskiy vilayəti, Staraya Proreznaya küç, 8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.