Furasilin 20 mq N10 tablet Tatximfarm

Dərman formasıTablet
Farmakoloji təsirMikrobəleyhinə vasitə-nitrofuran
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,50 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FURASİLİN yerli və xaicə istifadə edilən məhlul hazırlamaq üçün tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nitrofural

Tərkibi

Təsiredici maddə:1 tabletin tərkibində 20 mq nitrofural vardır. Köməkçi maddə: natrium xlorid.

Təsviri

Dairəvi, yastı silindrik şəkilli, sarı və ya yaşılımtıl-sarı rəngli, hamar olmayan rənglənən səthə malik, iti kənarlı və xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Mikrobəleyhinə vasitə-nitrofuran. ATC kodu: D08AF01.

Farmakoloji xüsusiyyətləri

Mikrobəleyhinə vasitə olub, nitrofuran törəməsidir. Bakterial flavoproteinlər 5-nitroqrupu bərpa edərək, zülalların (o cümlədən, ribosomal) və digər makromolekulların konformasion dəyişikliyinə səbəb olan yüksək reaktivliyə malik amin törəmələri əmələ gətirməklə, bakterial hüceyrələrin məhvinə səbəb olur. Qrammüsbət və qrammənfi bakteriyalara (o cümlədən, Staphylococcus spp., Streptococcus spp., Escherichia coli, Clostridium perfringes) qarşı aktivdir. Preparata qarşı mikroorqanizmlərin davamlılığı tədricən inkişaf edir və yüksək dərəcəyə çatmır. Farmakokinetikası Yerli və xaricə istifadə zamanı sorulması əhəmiyyətsiz dərəcədədir. Histohematik baryerlərdən keçir və maye və toxumalarda bərabər paylanır.Metabolizminin əsas yolu-nitroqrupunun reduksiyasıdır. Böyrəklər vasitəsilə və qismən ödlə xaric olur.

İstifadəsinə göstərişlər

Xaricə: irinli yaralar, yataq yaraları, II-III dərəcəli yanıqlar, dərinin kiçik zədələnmələri (o cümlədən, sıyrıntı, cızıq, çapıq, kəsik). Yerli: blefarit, konyunktivit, osteomielit, əlavə burun boşluqlarının və plevranın empieması, sidikçıxarıcı yolların infeksiyası (boşluqların yuyulması), kəskin tonzillit, stomatit, qinqivit.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və/ya nitrofuran törəmələrinə qarşı yüksək həssaslıq, qanaxma, allerqodermatoz, böyrəklərin funksiyasının təzahürlü pozulması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Öyrənilməyib. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Öyrənilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini idarəetmə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmağa təsir etmir.

İstifadə qaydası və dozası

Yerli, xaricə istifadə edilir. 0,02%-li (1:5000) sulu məhlul şəkilndə istifadə edilir. Furasilinin məhlulu istifadədən bilavasitə əvvəl hazırlanır. 0,02%-li sulu məhlulu hazırlamaq üçün 1 tableti (20 mq) 100 ml distillə edilmiş və ya qaynanmış suda həll etmək lazımdır. Daha tez həll etmək üçün qaynar sudan istifadə məsləhət görülür. Sonra məhlul otaq temperaturuna qədər soyudulur. Xaricə İrinli yaralar, yataq yaraları, II-III dərəcəli yanıqlar zamanı yara furasilinin sulu məhlulu ilə isladılır və nəm sarğı qoyulur. Yerli Osteomielit zamanı əməliyyatdan sonra boşluq furasilinin sulu məhlulu ilə yuyulur və nəm sarğı qoyulur. Əlavə burun boluqlarının empieması (o cümlədən, haymorit zamanı) furasilinin sulu məhlulu ilə haymor və digər burunətrafı boşluqlar yuyulur. Plevranın empieması zamanı irin təmizləndikdən sonra plevra boşluğunun yuyulması aparılır və furasilinin 20-100 ml sulu məhlulu yeridilir. Blefarit, konyunktivit zamanı furasilinin sulu məhlulu konyunktival kisəyə instilyasiya edilir. Kəskin tonzillit, stomatit, qinqivit zamanı furasilinin 100 ml sulu məhlulu ilə ağız və boğaz gündə 2- 3 dəfə qarqara edilir. Müalicənin müddəti göstərişə uyğun zədələnmiş nahiyənin xarakterindən və lokalizasiyasından asılıdır. Preparatı, yalnız təlimatda qeyd edilən dozalarda istifadə etmək lazımdır. Ehtiyac olduqda, dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə məsləhət etmək lazımdır.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür. Xaricə istifadəsi zamanı- dəridə preparatın istifadəsinin müvəqqəti fasiləsini və ya dayandırılmasını tələb edən qaşınma, dermatit. İçlik vərəqədə qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlər baş verdikdə, dərhal həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları barədə məlumat verilməyib.

Buraxılış forması

20 mq-lıq yerli və xaricə istifadə edilən məhlul hazırlamaq üçün tabletlər. 10 tablet, konturlu-yuvasız qablaşdırmada. 2 konturlu-yuvasız qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Konturlu-yuvasız qablaşdırmalar, eyni sayda içlik vərəqə ilə birlikdə qrup qutusuna qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksəl olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Ünvan/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Furasilin 20 mq N10 tablet Tatximfarm” üçün ilk rəyi siz yazın.