Eskuzan 20 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Angioprotektorlar. Kapilyarların keçiriciliyini azaldan digər vasitələr |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,58 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ESKUZAN daxilə qəbul üçün damcı Beynəlxalq patentləşdirilməmiş adı: Hippocastani semen
Tərkibi
Təsiredici maddə: 1ml məhlulun tərkibində at şabalıdı toxumlarının 47,25 mq quru ekstarktı (5-7:1) (ekstragent: etanol 60% (H/H)), 5,0 mq tiamin hidroxlorid vardır. Köməkçi maddələr: etanol 96%, laktoza monohidrat, susuz kolloidal silisium dioksid, təmizlənmiş su.
Təsviri
Şəffaf və azacıq bulanıq, sarı rəngdən qırmızı-qəhvəyi rəngə qədər mayedir. Saxlanma prosesində çöküntünün əmələ gəlməsi mümkündür.
Farmakoterapevtik qrupu
Angioprotektorlar. Kapilyarların keçiriciliyini azaldan digər vasitələr. ATC kodu: C05CX03.
Farmakoloji xüsusiyyətləri
Dərman vasitəsi venotonuslandırıcı, antieksudativ təsirə malikdir. Lizosomal fermentlərin konsentrasiyasını azaldır ki, bunun nəticəsində kapilyarların divarı ətrafında mukopoli- saxaridlərin parçalanmasını azaldır. Preparat, kiçikmolekullu proteinlərin, elektrolitlərin və suyun hüceyrəarası mayeyə filtrasiyasının qarşısını alaraq, damarların keçiriciliyini azaldır. Transkapilyar filtrasiyanı azaldır və periferik ödemləri, ayaqlarda ağırlıq hissini, yorğunluğu, gərginliyi, qaşınmanı, ağrını azaldır. Farmakodinamikası At şabalıdı toxumlarının ekstraktının dəqiq təsir mexanizmi məlum deyil. Klinikayaqədər və klinik farmakoloji tədqiqatlar at şabalıdı toxumlarının ekstraktının (essinə görə stan- dartlaşdırılmış) venoz tonusa və kapilyar filtrasiya sürətinə təsir göstərməsini nümayiş etdirmişdir. 17 klinik tədqiqat meta-analizinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, at şabalıdı toxumlarının ekstraktı (essinə görə standartlaşdırılmış), plasebo ilə müqayisədə ödem, ağrı və qaşınma kimi xroniki venoz çatışmazlığın simptomlarını əhəmiyyətli dərəcədə azaldır. Farmakokinetikası Öyrənilməmişdir. Təhlükəsizliyi üzrə klinikayaqədər məlumatlar Klinikayaqədərki məlumatlar natamamdır. Çoxillik tibbi istifadə təcrübəsi at şabalıdı ekstraktının təhlükəsizliyini təsdiq etmişdir. Mutagenlik tədqiqatları (Eyms testi) essinin mutagen xüsusiyyətlərini aşkar etməmişdir. Kanserogenlik və reproduktiv toksiklik tədqiqatları aparılmamışdır.
İstifadəsinə göstərişlər
Xronik venoz çatızmazlığı və onun ağırlaşmaları, o cümlədən, qan təchizatının funksional pozulması (ödem, baldır əzələlərinin qıcolmaları, ayaqlarda ağrı və ağırlıq hissi, venaların varikoz genişlənmələri).
Əks göstərişlər
Dərman vasitəsinin istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyərin, böyrəklərin funksional xəstəliklərində, alkoqolizmdə, kəllə-beyin travmasında, baş beyinin xəstəliklərində və amtikoaqulyantlarla eyni vaxtda istifadəsi zamanı dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır. 4 həftəlik müalicə müddətində az və ya qeyri-qənaətbəxş simptomatik effekt olduğu halda, ödemlərin digər səbəbdən mümkünlüyü barədə həkimlə məsləhətləşməlidir. Güclü təzahür edilən venoz çatışmazlıq simptomlarının (ödem) qəflətən yaranması (xüsusilə bir ayaqda), dərinin rənginin dəyişməsi, gərginlik və ya istilik hissiyyatı, ağrı zamanı aşağı ətrafların venalarının trombozunu istisna etmək məqsədilə həkimə müraciət etmək lazımdır. Maksimal birdəfəlik dozada etanolun miqdarı 166 mq təşkil edir. Ürək və ya böyrək çatışmazlığı əlamətlərinin yaranması zamanı dərhal həkimə müraciət etmək lazımdır. Pasiyentlər, həkim tərəfindən müalicəvi kompress trikotajın (qolflar, corablar), islatmalar, aşağı ətrafların nahiyəsində sərin duş və s. kimi təyin edilən əlavə müalicə tədbirlərinə hökmən riayət etməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antikoaqulyantların təsirini gücləndirir. Tiaminin təsiri, sulfat tərkibli infuziya üçün məhlullarla eyni vaxtda istifadə edildikdə zəifləyir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsinin tərkibində etil spirti vardır. Məsləhət görülən dozalarda nəqliyyat idarə etmək və yüksək diqqət və hərəkətlərin dəqiq koordinasiyasını tələb edən fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Daxilə, yeməkdən əvvəl, 12-15 damcı az miqdarda maye ilə, gündə 3 dəfə qəbul edilir. İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır. Müalicənin müddəti, terapiyanın effektivliyindən və keçiriciliyindən asılı olaraq fərdi müəyyən edilir. Dərman vasitəsinin qəbulu, orta hesabla 4 həftədən az olmamaqla davam etdirilir. Daha uzun müddətli terapiyanın aparılması, həkim tərəfindən müəyyən edilir. Qaraciyər və böyrək funksiyası pozulmuş pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyasının vacibliyi barədə kifayət qədər məlumat yoxdur. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə dərman vasitəsini istifadə etmək olmaz.
Əlavə təsirləri
Mümkün əlavə təsirlərə mədə-bağırsaq pozulmaları, ürəkbulanma, başağrısı, başgicəllənmə, qaşınma və allergik reaksiyalar aiddir. Bu təsirlərin başvermə tezliyi məlum deyil. Tərkibində at şabalıdının ekstraktı olan dərman vasitəsinin istifadəsindən sonra bir allergik reaksiya halı qeyd edilmişdir. Yüksək həssaslığın (məsələn, dəridə səpgilər) ilk əlamətləri zamanı preparatın qəbulu dayandırmaq lazımdır. İçlik vərəqədə qeyd edilməyən əlavə təsirlərin yarandığı zaman həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
At şabalıdının tərkibinə daxil olan saponinlər, doza həddinin aşılması zamanı ürəkbulanma hissiyyatı kimi məlum əlavə təsirin güclənməsinə səbəb ola bilər, eləcə də, qusma və ishal yarada bilər. Bu simptomların aradan qaldırılması məqsədilə həkimə müraciət etmək lazımdır. Doza həddinin aşılmasının simptomları At şabalıdının qidanın tərkibində istifadə edilməsindən sonra aşağıdakı əlamətlər müşahidə edilmişdir: narahatlıq, güclü qusma və ishal, midriaz, yuxululuq, deliriya, tək-tək hallarda – 24-48 saatdan sonra tənəffüs yollarının iflici ilə əlaqədar ölüm. Doza həddinin aşılması zamanı tədbirlər və terapevtik vasitələr qismində əks təsir vasitələr məsləhət görülür: – Preparatın artıq miqdarının qəbulundan sonra qusma olmadıqda, mədənin yuyulması (məsələn, kalium permanqanatın 0,02%-li məhlulu ilə) və aktivləşdirilmiş kömür qəbul edilməsi məsləhət görülür; – digər hallarda simptomatik müalicə aparılır.
Buraxılış forması
20 ml məhlul, tıxaclı-damcısalanı olan və fırlanan plastmas qapaqlı tünd şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
8-25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz!
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Farma Verniqerode QmbH. Dornberqsveq 35. 38855 Verniqerode, Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.