Eufillin 150 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirTənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsi üçün sistem istifadə edilən digər vasitələr. Ksantinlər
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EUFİLLİN 150 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Aminophylline

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq aminofillin vardır. Köməkçi maddələr:povidon, maqnezium stearat, kartof nişastası.

Təsviri

Ağ rəngli və ya ağımtıl-sarımtıl çalarlı, yastı silindrik, iti tərəfli tabletlərdir.

Farmakoterapevtik qrupu

Tənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsi üçün sistem istifadə edilən digər vasitələr. Ksantinlər. ATC kodu: R03DA05.

İstifadəsinə göstərişlər

– Xroniki obstruktiv bronxit; – bronxial astma (bronxospazmın profilaktikası, fiziki gərginliklə bağlı astma zamanı seçim preparatı, astmanın digər formalarında əlavə vasitə kimi); – ağciyərlərin emfizeması; – paroksizmal gecə apnoesi (Pikvik sindromu); – xroniki ağciyər ürəyi.

Əks göstərişlər

– Eufillinə, eləcə də, digər metilksantin törəmələrinə qarşı yüksək həssaslıq; – kəskin fazada miokard infarktı; – taxiaritmiya; – hipertrofik obstruktiv kardiomiopatiya; – kəskinləşmə fazasında mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; – qaraciyər və/və ya böyrək funksiyalarının ağır pozulmaları; – hipertireoz; – epilepsiya; – efedrinin qəbulu (uşaqlarda); – 6 yaşa qədər uşaqlar; – yüksək turşuluqla müşayiət olunan qastrit; – ağır arterial hiper- və hipotenziya; – hemorragik insult; – gözün torlu qişasında qansızma.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ürəyin işemik xəstəliyi (stenokaridya), damarların geniş yayılmış aterosklerozu, tez-tez baş verən mədəcik ekstrasistoliyası, qıcolmaya yüksək hazırlıq, yüngül və mülayim dərəcəli qaraciyər və/ya böyrək çatışmazlığı, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (anamnezdə), anamnezdə yaxın günlərdə qeyd olunmuş mədə-bağırsaq qanaxması, nəzarət olunmayan hipotireoz (kumulyasiya mümkündür), uzunmüddətli hipertermiya, qastroezofageal reflüks, prostat vəzinin adenoması, hamiləlik, laktasiya dövrü, ahıl yaş dövrü, uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı eufillinin istifadəsi yenidoğulmuşun və dölün orqanizmində teofillin və kofeinin potensial təhlükəli konsentrasiyalarına səbəb ola bilər. Hamiləlik zamanı (xüsusən III trimestr) eufillin qəbul etmiş anaların yenidoğulmuşların metilksantinlərlə ehtimal edilən intoksikasiya simptomlarını nəzarət etmək üçün tibbi müşahidə olunmalarına ehtiyac vardır. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, uşaq üçün potensial riskin qiymətləndirilməsini tələb edir, preparatı yalnız ekstremal həyati göstərişlər üzrə təyin etmək olar. Geriartriya və neonatologiyada istifadəsi Preparatın qəbul üsulunun çətinliyi ilə əlaqədar olaraq, 6 yaşa qədər uşaqlarda eufillinin tablet şəklində istifadəsi məsləhət görülmür. 60 yaşdan yuxarı şəxslərdə eufillin kiçik dozalarda və eufillinin qan plazmasında konsentrasiyasının monitorinqi şəraitində istifadə olunmalıdır. Eufillin digər ksantin törəmələri ilə birlikdə istifadə edilmir. Müalicə zamanı tərkibində ksantin törəmələri olan məhsulların ya içkilərin (tünd çay, kofe, şokolad, kakao, mate) istifadəsindən çəkinmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicəvi dozaların daxilə qəbulu zamanı eufillin nəqliyyat vasitəsini və digər təhlükəli mexanizmlərini idarəetmə qabiliyyətinə təsir göstərmir. Dərman vasitəsi sinir sistemi tərəfindən baş verən əlavə təsirlərin yaranmasına səbəb ola bilər (başgicəllənmə, oyanıqlıq, tremor), pasiyentlərin nəqliyyat vasitəsini idarə edərkən və hərəkət edən mexanizmlərlə iş zamanı ehtiyatlı olmaları vacibdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qlükokortikosteroidlərin və mineralokortikosteroidlərin (hipernatriyemiya), ümumi anesteziya üçün vasitələrin (mədəcik aritmiyaların əmələ gəlməsinin riski artır), mərkəzi sinir sistemini oyandıran vasitələrin (neyrotoksiklik artır) əlavə təsirlərinin inkişafı riskini artırır. Diareyaəleyhinə preparatlar və enterosorbentlər aminofillinin sorulmasını azaldır. Mikrosomal oksidləşmənin induktorları olan rifampisin, fenobarbital, fenitoin, izoniazid, karbamazepin, sulfinpirazon, aminoqlutetimid, peroral estrogen tərkibli kontraseptivlər və morazisin aminofillinin klirensini artırır, bu isə dozanın artrılmasını tələb edə bilər. Makrolid qrupundan antibiotikləri, linkomisin, allopurinol, simetidin, izoprenalin, enoksasin,etanolun cüzi dozaları, disulfiram, ftorxinolon, rekombinant alfa interferon, metotreksat, meksiletin, propafenon, tiabendazolom, tiklopidin, verapamil ilə eyni vaxtda istifadəsi, eləcə də, qripə qarşı vaksinasiya zamanı aminofillinin təsirini artıra bilər, bu isə dozanın azalmasını tələb edə bilər. Beta-adrenostimulyatorların və diuretiklərin (o cümlədən, yumaqcıq filtrasiyasının artması hesabına) təsirini gücləndirir, litium preparatlarının və beta-adrenoblokatorların effektivliyini azaldır. Spazmolitiklərlə uyuşur, digər ksantin törəmələri ilə birlikdə istifadə etmək olmaz. Antikoaqulyantlarla birlikdə ehtiyatla təyin edilir.

İstifadə qaydası və dozası

Tabletlər yeməkdən sonra çoxlu miqdarda su ilə daxilə qəbul edilir. Dozanı klinik cavab və qan zərdabında eufillinin stabil konsentrasiyasını nəzərə almaqla hər pasiyentin fərdi xüsusiyyətlərinə müvafiq seçmək lazımdır. Doza ideal bədən çəkisinə əsaslanaraq hesablanır (belə ki, preparat piy toxumasında yayılmır). Böyüklərdə daxilə 150 mq gündə 3-4 dəfə istifadə edilir. 6 yaşdan yuxarı uşaqlara 7-10 mq/kq hesabı ilə sutkada 4 qəbul üçün təyin edilir. Böyüklər üçün eufillinin yüksək dozası 500 mq; sutkalıq dozası 1500 mq-dır. 6 yaşdan yuxarı uşaqlara ən yüksək dozaları: birdəfəlik 7 mq/kq; sutkalıq 15 mq/kq-dır. Müalicə kursunun müddəti xəstəliyin gedişatından və preparatın mənimsənilməsindən asılı olaraq, bir neçə gündən bir neçə aya qədər ola bilər. Eufillinin toksiki effektinin azaldılması məqsədilə minimal effektiv dozanı təyin etmək lazımdır.

Əlavə təsirləri

Sinir sistemində baş verən pozğunluqlar:başgicəllənmə, başağrı, yuxusuzluq, oyanıqlıq, həyəcan, qıcıqlanma, tremor. Ürək-damar sistemində baş verən pozğunluqlar:ürəkdöyünmə, taxikardiya (o cümlədən, döldə hamiləliyin III trimestrində istifadə etdikdə), aritmiya, kardialgiya, arterial təzyiqin enməsi, stenokardiya tutmalarının tezliyinin artması. Həzm sistemində baş verən pozğunluqlar:qastralgiya, ürəkbulanma, qusma, qastroezofageal reflüks, qıcqırma, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi, diareya, uzunmüddətli istifadə zamanı iştahanın pozulması. Allergik reaksiyalar: dəri səpkiləri, qaşınma, qızdırma. Digər: sinədə ağrı, taxipnoe, üz nahiyəsində “qan axını”, albuminuriya, hematuriya, hipoqlikemiya, diurezin güclənməsi, yüksək tərləmə. Preparatın dozası azaldıldıqda, əlavə təsirlər azalır.

Doza həddinin aşılması

Simptomları İştahanın pozulması, qastralgiya, diareya, ürəkbulanma, qusma (o cümlədən, qan ilə), mədə- bağırsaq qanaxmaları, taxipnoe, üz dərisinin hiperemiyası, taxikardiya, mədəcik aritmiyalar, yuxusuzluq, hərəki oyanıqlıq, həyəcan, işıqdan qorxma, tremor, qıcolmalar. Ağır zəhərlənmə zamanı epileptoid tutmaların (xüsusən uşaqlarda heç bir əlaməti olmadan), hipoksiya, metabolik asidoz, hiperqlikemiya, hipokaliemiya, arterial təzyiqin enməsi, skelet əzələlərin nekrozu, şüurun dumanlanması, mioqlobinuriya ilə böyrək çatışmazlığı. Müalicəsi Preparatın ləğv edilməsi, mədənin yuyulması, aktiv kömür və bağırsaq işlədici dərman vasitələrinin təyini, sürətli diurez, hemosorbsiya, plazmosorbsiya, hemodializ (effektivliyi azdır, peritoneal dializ effektiv deyil), simptomatik müalicə (o cümlədən, qusma zamanı metoklopramid və ondansetron). Qıcolmaların yaranması zamanı tənəffüs yollarının keçiriciliyini təmin etmək və oksigenoterapiya aparmaq lazımdır. Tutmaları blokada etmək üçün 0,1-0,3 mq/kq dozada venadaxili diazepamın yeridilməsi vacibdir (lakin 10 mq-dan artıq olmamaqla). Güclü ürəkbulanma və qusma zamanı venadaxili metoklopramid və ondansetron yeridilir.

Buraxılış forması

10 tablet, konturlu-yuvalı qablaşdırmada. 1 və ya 3 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırlır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eufillin 150 mq N30 tablet” üçün ilk rəyi siz yazın.