Eritromisin 100 mq N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün antibakterial vasitə. Makrolidlər. Eritromisin
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,10 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERİTROMİSİN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Erythromycin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq eritromisin vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmeloza, natrium laurilsulfat, kolloidal susuz silisium dioksid, maqnezium stearat.

Təsviri

Yumru formalı, ağ və ya ağımtıl və ya sarımtıl çalarlı ağ rəngli, ikitərəfli qabarıq səthli tabletlərdir. Zəif sezilən çillərin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial vasitə. Makrolidlər. Eritromisin. ATC kodu: J01FA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Eritromisin – bakteriostatik təsirli makrolid antibiotikdir. Yüksək konsentrasiyalarda və yüksək həssas mikroorqanizmlərə qarşı bakterisid effektə malik ola bilər. Bakteriyaların hüceyrə membranlarından keçir və 50S bakterial ribosomların subvahidi ilə geridönən birləşir; zülalın gələcək sintezinin qarşısını alaraq, donora qarşı ribosomun akseptor sahəsindən peptidlərin translokasiyasını tormozlayır. Qrammüsbət bakteriyalar: Streptococcus pyogenes, Streptococcus viridans, Streptococcus pneumoniae, Staphylococcus aureus, Corynebacterium diphteriae, Corynebacterium minutissimum, Listeria monocytogenes; qrammənfi bakteriyalar: Bordetella pertussis, Legionella pneumophilia, bəzi Haemophilus influenzae ştammları, Mycoplasma pneumoniae, həmçinin Entaemoeba hystolitica, Chlamydia trachomatis, Treponema pallidum qarşı aktivdir. Eritromisinin təsirinə qarşı qrammənfi çöplər davamlıdır: bağırsaq, göy irin, həmçinin şiqellalar, salmonellalar. Farmakokinetikası Həzm traktından sorulur, bu zaman sorulma sürəti orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Biomənimsənilmə 30-65% təşkil edir. Qanda maksimal konsentrasiyaya qəbulundan 2 saat sonra çatır. Orqanizmin əksər toxumalarında və mayelərində paylanılır, plasentar baryerdən keçir və ana südünə daxil olur. Plazma zülalları ilə birləşmə 70-90% təşkil edir. Hissəvi qeyri-aktiv metabolitlər əmələ gətirərək qaraciyərdə metabolizə olunur. Eritromisinin əksər hissəsi orqanizmdən ödlə və yalnız 2-5%- dəyişilməmiş şəkildə sidiklə xaric olunur. Yarımxarıcolma dövrü – böyrəklərin normal funksiyası zamanı 1,4-2 saatdır.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının infeksiyaları, o cümlədən atipik pnevmoniya, LOR orqanlarının infeksiyası (tonzillit, otit, sinusit), irinli-iltihabi dəri xəstəlikləri və onun törəmələri, eritrazma, difteriya, süzənək, sifilis, listerioz, legioner xəstəliyi, stomatoloji və oftalmaloji infeksiyalar, beta-laktam antibiotiklərə, penisillinə, tetrasiklinə, levomisetinə, xloramfenikola, streptomisinə davamlı mikroorqanizmlərin törətdiyi infeksiyalar.

Əks göstərişlər

• Eritromisinə və ya dərman vasitəsinin digər komponentlərinə, makrolidlərə qarşı yüksək həssaslıq; • ağır qaraciyər çatışmazlığı; • xəstənin anamnezində QT intervalının uzanması (anadangəlmə və ya qazanılmış, sənədləşdirilmiş) və ya “torsades de pointes” də daxil olmaqla mədəcik ürəyin aritmiyasının olması • elektrolit balansının pozulması (hipokaliemiya, hipomaqniemiya – QT intervalının uzanması riski səbəbindən); • simvastatin, domperidon, tolterodin, mizolastin, amisulprid, terfenadin, astemizol, pimozid və ya sizapirid, erqotamin və dihidroerqotamin ilə eyni vaxtda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Eritromisini istifadə etməzdən əvvəl pasiyentin eritromisinə, digər makrolidlərə və ya digər allergenlərə dair yüksək həssaslıq reaksiyalarına dair müfəssəl anamnezini toplamaq lazımdır. Kəskin generalizasiyalı ekzantematik pustuloz (AGEP) daxil olmaqla nadir hallarda ciddi allergik reaksiyalar bildirilmişdir. Eritromisin preparatının istifadəsi zamanı yüksək həssaslıq reaksiyası yaranarsa, preparatın qəbulunu dayandırmaq və simptomatik müalicəyə başlamaq lazımdır. Həkimlər nəzərə almalıdırlar ki, simptomatik terapiya dayandırıldıqda allergik simptomların təkrarlanması baş verə bilər. Preparatı istifadə etməzdən əvvəl bakteriyaların davamlı formalarının inkişaf riskini azaltmaq üçün xəstəliyin törədicisini təyin etmək məqsədəuyğundur. Lakin, eritromisinlə müalicəni antibiotikoqramı həyata keçirməzdən əvvəl başlamaq olar, nəticənin alınmasından sonra isə müalicəni davam etdirmək və ya preparatı müvafiq preparatla əvəz etmək lazımdır. Eritromisin dərman vasitəsinin istifadəsi zamanı “qaraciyər” fermentlərinin qan zərdabında yüksəlməsi, hepatosellülyar və/və ya sarılıqla və ya onsuz xolestatik hepatit daxil olmaqla qaraciyər funksiyasının pozulması barədə məlumat verilir. Eritromisin əsasən qaraciyər tərəfindən xaric olunur, bu səbəbdən qaraciyər funksiyası pozulmuş xəstələrdə, anamnezdə sarılıq olan və ya potensial hepatotoksik dərmanlarla müalicə olunan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Dərman vasitəsilə uzunmüddətli müalicə və ya yüksək dozaların qəbulu zamanı qaraciyər funksiyalarını yoxlamaq lazımdır. Yaşla əlaqədar qaraciyər və /və ya böyrəklərin funksional dəyişikliklərini nəzərə alaraq yaşlı xəstələrdə, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ototoksik effektin yaranma riski artır. Eritromisin də daxil olmaqla, makrolidləri qəbul edən xəstələrdə QT intervalının uzanması müşahidə edilmişdir ki, bu da ürəyin repolarizasiyasına təsirini əks etdirir və ürək aritmiyasının inkişaf riskini yaradır, o cümlədən “torsades de pointes”, bəzən ölümlə nəticələnə bilər. Eritromisin işemik ürək xəstəliyi olan, ürək çatışmazlığı, keçiricilik pozğunluğu və ya klinik cəhətdən əhəmiyyətli bradikardiya olan xəstələrə eyni zamanda QT intervalının uzanması ilə bağlı digər dərman vasitələrini qəbul edən xəstələrə (xüsusilə yaşlı xəstələrdə) ehtiyatla istifadə olunmalıdır. Makrolidlərin istifadəsi zamanı mənfi ürək-damar təsirlərinin riskini araşdıran epidemioloji tədqiqatlar müxtəlif nəticələr göstərmişdir. Bəzi observasiya tədqiqatları eritromisin də daxil olmaqla makrolidlər ilə əlaqəli kiçik qısamüddətli aritmiya, miokard infarktı və ürək-damar ölümü riskini müəyyən etmişdir. Bu nəticələri nəzərə alaraq, həkim eritromisin təyin etməzdən əvvəl dərman müalicəsinin faydalarını və risklərini qiymətləndirməlidir. EKQ-də QT intervalının uzanması, mədəcik aritmiyasının, o cümlədən mədəcik taxikardiyası və “torsades de pointes” tipli aritmiyalar kimi əlavə təsirlərin yaranması riski olduğundan, anamnezində aritmiyası olan xəstələrə dərman vasitəsi ehtiyatla təyin edilməlidir. Teofillin və eritromisin qəbul edən bronxial astmalı xəstələrə nəzarət edilməli, o cümlədən intoksikasiyanın qarşısını almaq üçün qanda teofillinin səviyyəsi qiymətləndirilməlidir. Dərman vasitəsi myasthenia gravis olan xəstələrdə xəstəliyin simptomlarını gücləndirə bilir. Eyni zamanda eritromisinlə lovastatin qəbul edən ağır xəstələrdə böyrək çatışmazlıqlı /və ya onsuz rabdominoliz hadisələri müşahidə olunmuşdur. Bu səbəbdən lovastatin və ya digər HMG-CoA reduktaza inhibitorları və eritromisin ilə kombinəolunmuş müalicə təyin edilməsinə ehtiyac yarandıqda fayda/risk nisbəti diqqətlə qiymətləndirilməli, əzələlərdə ağrı, zəiflik kimi simptomların yaranmasını müşahidə etməli və qan zərdabında kreatinkinaza və transaminaz səviyyələri diqqətlə yoxlanılmalıdır. Antibakterial dərman vasitələri ilə müalicə yoğun bağırsağın mikroflorasının pozulmasına gətirib çıxarır və toksinləri psevdomembranoz kolitin yaranmasının əsas səbəbi olan Clostridium difficile rezistent ştammlarının həddən artıq inkişafını törədə bilər. Psevdomembranoz kolit həm dərman vasitəsinin bilavasitə qəbulu zamanı, həm də antibakterial müalicənin qurtarmasından sonra 2 ay ərzində yaranır. Yüngül formasından həyati təhlükəli formasına qədər psevdomembranoz kolitin yaranması halları barədə demək olar ki, bütün antibakterial dərman vasitələrinin istifadəsi zamanı məlumat verilmişdir. Bu səbəbdən antibakterial dərman vasitələrinin qəbulundan sonra diareyalı xəstələrdə psevdomembranoz kolitin olması ehtimalının nəzərə alınması vacibdir. Yüngül hallarda adətən dərman vasitəsinin kəsilməsi, ağır hallarda isə – metronidazol və ya vankomisin təyin edilməlidir. Bağırsaqların peristaltikasını zəiflədən vasitələrin qəbulu əks göstərişdir. Digər antibakterial preparatlar kimi, eritromisinin uzunmüddətli və təkrar istifadəsi qeyri-həssas mikroorqanizmlərin, xüsusilə göbələklərin həddindən artıq inkişaf etməsinə gətirib çıxara bilər. Əgər müalicə prosesində superinfeksiya inkişaf edərsə, eritromisinin qəbulunu dayandırmaq və müvafiq tədbirlər görmək lazımdır. Hamilə qadınlarda sifilisin müalicəsi zamanı nəzərə almaq lazımdır ki, döldə preparat müalicəvi terapevtik konsentrasiyalara çatmır, ona görə də uşağın doğulmasından sonra anaları eritromisin qəbul etmiş südəmər uşaqlara penisillin təyin etmək lazımdır. Bildirilmişdir ki, uşaqlarda hipertrofik pilorostenoz (IHPS) körpələrdə eritromisin terapiyasından sonra baş verir. Metaanalizlərin məlumatlarını ehtiva edən epidemioloji tədqiqatlar IHPS-in yaranma riskinin 2-3 dəfə, xüsusilə də həyatın ilk 14 günündə artmasını nəzərdə tutur. Mövcud məlumatlar bu müddət ərzində eritromisin təsirindən sonra 2,6% (95% di: 1,5-4,2%) riskini göstərir. Ümumi populyasiyada IHPS riski 0,1-0,2% təşkil edir. Preparat sidikdə katexolaminlərin flüorometrik yolla təyini zamanı nəticələri təhrif edə bilər. Mədə şirəsinin turşuluğunu yüksəldən preparatlar və turş içkilər eritromisini inaktivləşdirir. Eritromisin süd və süd məhsulları ilə qəbul etmək olmaz. Preparatın tərkibində natrium (natrium kroskarmeloz, natrium laurilsulfat) var, bunu natrium tərkibinə nəzarətli pəhrizə riayət edən xəstələr nəzərə almalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eritromisinin birgə istifadəsi əks göstərişdir: • astemizol və ya terfenadin, sizaprid, klaritromisin, pimozid ilə: kardiotoksiklik yaranması riski yüksəlir: QT intervalının uzanması, ürək ritminin ağır pozulmaları, o cüm., “torsades de pointes” tipli aritmiyalar, ürəyin dayanması; • erqotamin və ya dihidroerqotamin ilə: damarların spazmı ilə kəskin toksiki reaksiyalar baş verə bilər, dizesteziya ilə (erqotamin ilə əlaqəli damarların spazmını gücləndirərək, eritromisin erqotaminin, dihidroerqotaminin metabolizmini ləngidir). Eritromisinin biotransformasiyası əsasən qaraciyərdə, sitoxrom P sistemin iştirakı ilə baş verir.450 Eritromisin sitoxrom P aktivliyinə təsiri nəticəsində aşağıdakı dərman vasitələri ilə qarşılıqlı450 təsirə girir: • teofillinlə, aminofillinlə, kofeinlə: onların qan zərdabında konsentrasiyasını və toksikliyini artırır – gərək bu dərman vasitələrinin dozasını azaltmaq və onların qan zərdabında konsentrasiyasina nəzarət etmək lazımdır; Eritromisinin teofillinlə eyni vaxtda peroral tətbiqi ilə qan zərdabında eritromisin konsentrasiyasında əhəmiyyətli dərəcədə azalma müşahidə olunduğunu bildirildi. Bu azalma eritromisin subterapevtik konsentrasiyasına səbəb ola bilər; • diqoksinlə: absorbsiyasını və onun zərdabda konsentrasiyasını yüksəldir; • siklosporinlə: konsentrasiyasını artırır və onun nefrotoksikliyini gücləndirir; • karbamazepinlə: qaraciyər metabolizmini azaltma qabiliyyətinə malikdir, bu isə dərman vasitələrinin birlikdə istifadəsi zamanı karbamazepinin dozasını 50%-ə qədər azaltmağa imkan verir; • CYP3A4 induksiya edən preparatlar (rifampisin, fenitoin, karbamazepin, fenobarbital, St John-nun preparatları): eritromisin metabolizmasını induksiya edə bilərlər. Bu, qanda eritromisin subterapevtik səviyyəsinə və təsirinin azalmasına səbəb ola bilər. CYP3A4 induktorları ilə müalicəni dayandırdıqdan sonra induksiya iki həftə ərzində tədricən azalır. Eritromisin CYP3A4 induktorları ilə müalicədən sonra iki həftə ərzində istifadə edilməməlidir; • fenitoinlə, alfentanillə, metilprednizolonla, benzodiazepinlə (triazolam, alprazolam, midazolam kimi), heksobarbital, valproy turşusu, takrolimus, rifabutin, zopiklonla, bromkriptinlə, kaberqolinlə: konsentrasiyasını artırır və onların toksikliyini yüksəldir – bu dərman vasitələrinin dozalarının korreksiyası lazımdır; • dizapiramid, xinidin, prokainamidlə: QT intervalını uzada və ya mədəcik taxikardiyasını törədə bilir; • peroral kontraseptivlər ilə – onların hepatotoksikliyi riskini artırır, effektivliyini azaldır; bağırsaqdakı steroid konjugatların bakterial hidrolizinə müdaxilə edir və bununla da qeyri-steroid reabsorbiyasi nəticəsində plazmadakı aktiv steroid səviyyəsi azala bilər; • göbələkəleyhinə preparatlarla: kardiotoksikliyin yaranması (QT intervalının uzanması, “piruet” tipli paroksizmal mədə taxikardiyası) və bunun nəticəsi olaraq ürək dayanması. Bu preparatların birlikdə istifadəsi əks göstərişdir; • antikoaqulyantlar ilə (varfarin, asetokumarol) onların effektini gücləndirir, bu isə daha çox yaşlı şəxslərdə təzahür edir. Bu səbəbdən protrombin vaxtına daima nəzarət edilməlidir;eritromisin və peroral antikoagulyant rivaroksabanın eyni vaxtda istifadəsi ilə antikoaqulyant effektlərinin gücləndirilməsi bildirilmişdir; • HMG-CoA reduktaza inhibitorlarının (məsələn, lovastatin, simvastatin) qanda konsentrasiyasını artırır – rabdomioliz riski yüksəlir, bu isə adətən eritromisin ilə müalicənin bitməsindən sonra yarana bilir; • sildenafilin (viaqra) sistem təsirini gücləndirir – sildenafilin dozasının azaldılması lazımdır; • felodipin, verapamil kimi kalsium kanalı blokatorlarının effektini gücləndirir və eliminasiyasını zəiflədir. Eritromisin ilə birlikdə istifadəsi zamanı hipotoniya, bradiaritmiya, laktatasidozun yaranması barədə məlumat verilir. • zafirlukastla: qan plazmasında konsentrasiyanı azaldır; • sulfanilamidlər, tetrasiklin, streptomisin ilə birgə istifadə edildikdə eritromisinin təsirini artırır; • kolxisinlə, vinblastinlə: eritromisinlə təsirində toksikliyi barədə məlumat verilir; • simetidinlə: onun toksiklik riskinin artmasına, o cümlədən geridönən karlığa gətirib çıxarır; • levadopa ilə (karbidopa ilə birlikdə): karbidopanın absorbsiyası inhibə oluna bilər və qan plazmasında levadopanın səviyyəsi aşağı düşə bilər. Belə vəziyyətdə klinik mənzərənin monitorinqi keçirilməlidir. Levadopanın dozası korreksiya oluna bilər; • bakterisid beta-laktam antibiotiklərlə (məsələn, penisilin, sefalosporin): eritromisin və bakterisid beta-laktam antibiotiklərin arasında in vitro antagonizmi var; • linkomisinlə, klindamisinlə və xloramfenikolla: eritromisin onların təsirlərinə qarşı çıxır, həmçinin bu preparatlar eritromisini inaktivləşdirir, bu səbəbdən onları eritromisinlə birlikdə istifadə edilə bilməz. Bu həmçinin streptomisin, tetrasiklin və kolistinə aiddir; • preparatları ilə, mədə şirəsinin turşuluğunu artıran, həmçinin turş içkilərlə: birlikdə qəbul etmək olmaz, belə ki, bunlar eritromisini inaktivləşdirir. • proteaz inhibitorları: eritromisin və proteaz inhibitorlarının eyni vaxtda istifadəsi ilə eritromisin parçalanmasının dayandırılması müşahidə olunur. Dərman vasitəsi flüorometrik üsulla sidikdə katexolaminlərin səviyyəsinin təyinin nəticələrinə təsir göstərə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmayıb. Lakin, insanlarda observasiya tədqiqatları, eritromisin ehtiva edən dərman preparatlarının hamiləliyin erkən mərhələlərində tətbiqindən sonra ürək-damar malformasiyasını göstərdi. Buna görə də preparatın hamiləlik zamanı istifadəsi əks-göstərişdir. Dərman vasitəsi ciftdən keçir, lakin dölün qan zərdabında konsentrasiyası aşağıdır. Bildirilmişdir ki, doğuşdan sonra 7 həftə ərzində analarla makrolid antibiotiklərinin istifadəsi yenidoğulmuşlarda (IHPS) hipertrofik pilorostenozun inkişaf riskini artırır. Eritromisin ana südünə keçir, bu səbəbdən müalicə dövründə südvermə dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Əlavə təsirlərin yaranması ehtimalının olmasını nəzərə alaraq (başhərlənmə, hallüsinasiyalar, qıcolmalar, huşun dolaşması, eşitmənin geridönən itməsi), preparatla müalicə müddətində nəqliyyat vasitələrindən və mexanizmlərdən istifadə edilməməlidir.

İstifadə qaydası və dozası

İnfeksiyanın lokalizasiyası və gedişinin ağırlığı, törədicinin həssaslığından asılı olaraq fərdi təyin edilir. Daxilə yeməkdən 1-1,5 saat əvvəl və ya yeməkdən 2-3 saat sonra təyin edilir. Böyüklərə gündə 4 dəfə 200-500mq, ən yüksək birdəfəlik doza- 500mq, gündəlik- 2 q. Uşaqlara: 30-dan 50 mq/kq-a qədər bədən kütləsinə doza gündə hər 6 saatdan bir 4 qəbula bölünür; 3 yaşdan 6 yaşa qədər- gündə 500-700mq; 6 yaşdan 8 yaşa qədər- gündə 700mq; 8 yaşdan 14 yaşa qədər- gündə 1 q-a qədər, gündəlik doza 4 qəbula bölünür; 14 yaşdan yuxarı- böyüklərə olan dozada. Yaşlı xəstələr üçün dozalanmanın dəyişməsi tələb olunmur; bu yaş qrupunda qaraciyər funksiyasının pozulması mümkün olduğundan ona nəzarət tələb olunur. Müalicə kursu- 5-14 gündür, xəstəliyin simptomları itdikdən sonra dərman vasitəsi 2 gün daha qəbul edilir. Uşaqlar. Preparat 3 yaşdan “İstifadə qaydası və dozası” bölməsindəki tövsiyələrə uyğun istifadə olunur.

Əlavə təsirləri

Qan və limfotik sistemə: aqranulositoz, eozinofiliya. Ürək sisteminə: EKQ-də QT intervalının uzanması, ürəkdöyünmə hissi, mədəcik aritmiyası, o cüm. mədəcik taxikardiyası, mədəcik fibrilasiyası və “torsades de pointes” tipli aritmiya. Eşitmə və tarazlıq orqanları: eşitmənin zəifləməsi və/və ya qulaqlarda küy, dərman vasitəsinin qəbulu dayandırıldıqdan sonra keçib gedir. Ayrı-ayrı hallarda, xüsusən böyrək çatışmazlığı olan və yüksək dozalarda eritromisin qəbul edən (4q/gün-dən artıq) xəstələrdə eşitmənin keçici itməsi. Həzm sisteminə: eritromisin peroral preparatlarının istifadəsi zamanı ən tez-tez yan reaksiyalar dozadan asılı olan mədə-bağırsaq pozğunluqlarıdır. Bu cür reaksiyalar bildirilmişdir: epiqastral ağrı, ürəkbulanma, qusma, diareya, pankreatit, anoreksiya, uşaqlarda hipertrofik pilorostenoz. Nadir hallarda barədə psevdomembranoz kolit məlumat verilir. Ümumi pozuntular və yerində tətbiqi pozuntular: sinə ağrısı, qızdırma, halsızlıq. Hepatobiliar sistemə: xolestatik hepatit, sarılıq, qaraciyər disfunksiyası, hepatomeqaliya, qaraciyər çatışmamazlığı, hepatosellülyar hepatit. İmmun sistem: allergik reaksiyalar, anafilaksiya reaksiyası daxil olmaqla, o cümlədən anafilaktik şok. Tədqiqatlar: qan zərdabında “qaraciyər” fermentlərinin səviyyəsinin yüksəlməsi. Sinir sisteminə: huşun dolaşması, qıcolmalar, başgicəllənmə, qorxulu yuxugörmələr dahil olmaqla mərkəzi sinir sisteminin tranzit yan reaksiyaları barədə tək-tək məlumatlar daxil olmuşdur, lakin səbəb-nəticə əlaqəsi dəqiq təyin edilməmişdir Psixi pozğunluqlar: halüsinasiyalar. Görmə orqanları: mitokondrial optik neyropatiya. Sidik sisteminə: interstisial nefrit. Dəri və dərialtı toxuma: dəri səpgisi, qaşınma, övrə, ekzantema, angionevrotik ödem, Stivens- Conson sindormu, toksik epidermal nekroliz, multiformalı eritema; kəskin generalizasiya olunmuş eksantematik pustuloz (AGEP). Damar sisteminə: hipotenziya. İnfeksiyalar və parazitar xəstəliklər: eritromisinlə uzunmüddətli və ya təkrar müalicə kursu zamanı preparata qarşı davamlı bakteriyalar tərəfindən törədilən superinfeksiya inkişaf edə bilər. Digərləri: kimyəvi terapevtik təsiri ilə əlaqədar effektlər: ağız boşluğunun kandidozu, uşaqlıq yolunun kandidozu; miastenik sindromun simptomlarının təzahürü/ mövcud olan myasthenia gravis kəskinləşməsi.

Doza həddinin aşılması

Simptomları Ürəkbulanma, qusma, diareya və mədə nahiyəsində diskomfort hissi; qaraciyər funksiyasının pozulması, kəskin qaraciyər çatışmazlığına qədər mümkündür; eşitmənin itməsi, qulaqlarda küy, başhərlənmə (xüsusən böyrək və/və ya qaraciyər çatışmazlığı olan xəstələrdə). Müalicəsi Mədənin yuyulması, aktivləşmiş kömürün istifadəsi, simptomatik müalicə. Hemodializ, peritoneal dializ və forsirə edilmiş diurez effektiv deyil.

Buraxılış forması

20 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 С-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasinda buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi EİM “Borşaqovskiy kimya-əczaçılıq müəssisəsi” İSC. Ukrayna , 03134, Kiyev şəh., Mir küç., 17.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eritromisin 100 mq N20 tablet” üçün ilk rəyi siz yazın.