Etodin SR 600 mq N14 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Sirkə turşusunun törəmələri və ona oxşar maddələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,02 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ETODİN SR 600 mq təsiredici maddəsi tədricən azad olan tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Etodolac
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 600 mq mikronizəedilmiş etodolak vardır. Köməkçi maddələr: hidroksipropilmetil sellüloza (Mezosel K100 Premium LVCR), laktoza monohidrat, ikiəsaslı natrium dihidrat fosfat, etilsellüloza (Ezosel Standart 4 Premium), talk, maqnezium stearat. Örtük: № 13 opadray ağ YS-1-7003 (titan dioksid (E171), HPMC 2910/hipromelloza 3 cP (E464), HPMC 2910/hipromelloza 6 cP (E464), makroqol/PEG 400 (E1521), polisorbat 80 (E433)).
Təsviri
Ağ rəngli, oval formalı, ikitərəfli qabarıq, tədricən əriyən, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Sirkə turşusunun törəmələri və ona oxşar maddələr. ATC kod: M01AB08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Prostaqlandin sintezinin və SOQ-2-nin selectiv inhibə edilməsi: bütün qeyri-steroid iltihab- əleyhinə preparatlar (QSİƏP) prostaqlandinlərin əmələ gəlməsini inhibə edir. Məhz bu effekt onların həm terapevtik təsirinə və həm də bəzi əlavə təsirlərin əmələ gəlməsinə görə cavabdehdir. Etodolakın köməyi ilə müşahidə olunan prostaqlandin sintezinin inhibə edilməsi digər QSİƏP-rın təsirindən fərqlənir. İltihab əleyhinə təsirləri: eksperimentlər göstərmişdilər ki, etodolak bir neçə klinik müəyyən olunmuş QSİƏP-dən daha güclü ifadə olunmuş iltihabəleyhinə təsirə malikdir. Farmakokinetikası Sorulması Etodolak, insanlarda peroral qəbuldan sonra yaxşı absorbsiya olunur. Paylanması Etodolak zərdab züllaları ilə yüksək səviyyədə birləşir. Eliminasiyası İnsanlarda yarımxaricolma dövrünün orta vaxtı yeddi saat təşkil edir. Əsas xaricolma yolu sidik vasitəsilədir, əsasən, metabolitlər şəklində. Xəttilik Üç günlük bir dövr ərzində sabit tarazlıq vəziyyətinin səviyyəsinə kimi gündəlik 400 mq və ya 600 mq dozada etodolak qəbul edən subyektlərdə maksimal plazma konsentrasiyaları 7,9 saatlarda 7,5 mkq/ml və 7,8 saatlarda 11,9 mkq/ml təşkil etmişdir.
İstifadəsinə göstərişlər
– Etodin SR revmatoid artrit və osteoartritin kəskin və ya uzunmüddətli müalicəsi üçün göstərişdir.
Əks göstərişlər
– Etodin SR əvvəllər etodolak və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq olan xəstələrdə istifadə edilməməlidir. – Etodin SR ağır ürək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. – Etodin SR aktiv və ya anamnezdə residivləşən peptik xora və ya xəstəlik tarixində peptik xora xəstəliyi (iki və ya daha çox fərgli sübut olunmuş xoralaşma və ya qanaxma epizodları ilə) olan xəstələrdə istifadə edilməməlidir. – QSİƏP-ə ibuprofen, aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicə zamanı əvvəllər hiperhəssaslıq reaksiyaları (məs., astma, rinit, angionevrotik ödem və ya övrə) müşahidə olunan xəstələrə əks göstərişdir. – Ağır dərəcəli ürək çatışmazlığı, qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı. – Hamiləliyin son trimestri. – Əvvəllər QSİƏP-lə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və ya perforasiya halları.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Arzuolunmayan təsirləri minimuma endirmək üçün, ən qısa müddət ərzində ən aşağı effektiv doza istifadə etməklə, simptomlara nəzarət etmək lazımdır. Etodin SR-i siklooksigenaza-2-nin selektiv inhibitorları daxil olmaqla QSİƏP-lə birgə istifadəsindən çəkinmək lazımdır. Yaşlılar Yaşlılarda QSİƏP-lə bağlı əlavə təsirlərin, xüsusilə də ölümə səbəb ola biləcək mədə-bağırsaq qanaxması və perforasiyasının yüksək rast gəlmə tezliyi müşahidə olunur. Ürək-damar və serebrovaskulyar təsirləri Anamnezdə hipertoniya və/və ya mülayim və ya orta dərəcəli durğunluq ürək çatışmazlığı olan xəstələr üçün müvafiq nəzarət və məsləhətlər tələb olunur, çünki QSİƏP-ın müalicəsi ilə əlaqədar mayenin saxlanması və ödem barəsində məlumatlar verilmişdir. Klinik tədqiqatlar və epidemioloji məlumatlar, bəzi QSİƏP-ın (xüsusilə müalicənin uzunmüddət olaraq yüksək dozalarla aparılması zamanı) istifadəsi miokard infarktı və ya insult kimi arterial trombotik halların yaranma riskinin nisbətən artmasını ehtimal edirlər. Etodin SR-i belə bir riskdən istisna etmək üçün, kifayət qədər məlumat yoxdur. Nəzarət olunmayan hipertoniya, durğunluq, ürək çatışmazlığı, müəyyən edilmiş ürəyin işemik xəstəliyi, periferik arteriyalar xəstəliyi və/və ya serebrovaskulyar xəstəliyi olan xəstələr diqqətlə nəzərdən keçirildikdən sonra yalnız Etodin SR ilə müalicəyə başlamalıdırlar. Analoji müayinə ürək-damar xəstəliklərinin (məs., hipertoniya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə) risk faktorları olan xəstələrin uzunmüddətli müalicəsinə başlamazdan əvvəl tətbiq edilməlidir. Tənəffüs sistemində baş verən pozğunluqlar Etodin SR bronxial astmadan əziyyət çəkən və ya anamnezdə əvvəllər bronxial astması olan xəstələrə ehtiyatla təyin olunmalıdır, çünki qeyd olunduğu kimi, QSİƏP-lər belə xəstələrdə bronxospazmı sürətləndirə bilər. Ürək-damar, böyrək və qaraciyər çatışmazlığı Böyrək, ürək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə, xüsusilə də diuretiklər qəbul edən və yaşlılarda, böyrək funksiyasına nəzarət edilməlidir. Ehtiyatlı olmaq lazımdır, çünki QSİƏP-rın istifadəsi prostaqlandinin yaranmasının dozadan asılı olaraq azalmasına və böyrək çatışmazlığının ağırlaşmasına gətirib çıxara bilər. Doza mümkün qədər aşağı səviyyədə saxlanmalıdır. Lakin digər səbəblərə görə, böyrək və ya qaraciyər funksiyalarının pozulması dərman vasitəsinin maddələr mübadiləsinə təsir göstərə bilər; uzunmüddətli yanaşı terapiya ilə müalicə alan xəstələr, xüsusən də yaşlılar, potensial əlavə təsirlərin yaranmasına görə müşahidə olunmalıdırlar və lazım gəldiyi halda dozaya düzəliş olunmalıdır və ya dərman vasitəsinin qəbulu dayandırılmalıdır. Mədə-bağırsaq qanaxması, xoralaşma və perforasiya QSİƏP-lar ilə müalicə qəbul edən və ya anamnezdə ağır mədə-bağırsaq hadisələri olan xəstələrdə ölümlə nəticələnə bilən və istənilən vaxt simptom ilə və ya simptomsuz yarana bilən qanaxma, xora və perforasiya kimi mədə-bağırsaq sistemi tərəfindən ağır dərəcəli əlavə təsirlər haqqında məlumat verilmişdir. Mədə-bağırsaq qanaxmasının hər hansı bir əlamətləri yaranarsa, Etodin SR-in qəbulu dərhal dayandırılmalıdır. Trombositlər Baxmayaraq ki, qeyri-steroid iltihab əleyhinə preparatlar aspirin kimi trombositlərə bilavasitə təsir göstərmirlər, prostaqlandinlərin biosintezini inhibə edən bütün dərman vasitələri müəyyən dərəcədə trombositlərin funksiyasına təsir göstərə bilərlər. Bu kimi hallara məruz qalmış, Etodin SR qəbul etmiş xəstələr ciddi qaydada müayinə olunmalıdırlar. Etodin SR ilə uzunmüddətli müalicə alan xəstələr ehtiyat tədbiri kimi mütəmadi şəkildə nəzarətdən keçirilməlidirlər, məsələn, böyrək funksiyası, hematoloji parametrlər və ya qaraciyər funksiyasının pozulması ilə əlaqəli olaraq. Anamnezdə xora, xüsusilə də qanaxma və perforasiya ilə fəsadlaşdığı hallarda xəstələrdə və yaşlılarda mədə-bağırsaq sistemində qanaxma, perforasiya və xora riski QSİƏP-rın dozalarının artırıldığı halda daha yüksəkdir. Bu xəstələrdə müalicəyə ən aşağı dozalarla başlamaq lazımdır. Bu xəstələr üçün və eyni zamanda aşağı dozalarda yanaşı aspirin ilə müalicə qəbul edən xəstələr üçün, və ya mədə-bağırsaq riskini artıra biləcək digər dərman vasitələri ilə müalicə tələb edən xəstələr üçün qoruyucu dərman vasitələri (məs., mizoprostol və ya proton pompa inhibitorları) ilə birgə müalicə nəzərdə saxlanmalıdır. Anamnezdə mədə-bağırsaq toksikliyi olan xəstələr, xüsusilə də, yaşlılar, qarın boşluğunda (xüsusilə mədə-bağırsaq qanaxması) hər hansı bir qeyri-adi simptomlar barədə, xüsusilə də, müalicənin başlanğıc mərhələlərində, məlumat verməlidirlər. Xoralaşma və qanaxma riskini artıra bilən peroral kortikosteroidlər, varfarin kimi antikoaqulyantlar, serotonin geriyə tutulmasının selektiv inhibitorları və ya aspirin kimi antitrombositar dərman vasitələrini yanaşı qəbul edən xəstələrdə ehtiyatlı olmaq lazımdır. Etodolak qəbul edən xəstələrdə mədə-bağırsaq sistemində qanaxma və ya xoralama müşahidə olduqda, müalicə dayandırılmalıdır. Anamnezdə mədə-bağırsaq xəstəliyi (xoralı kolit, Kron xəstəliyi) olan xəstələrə QSİƏP-lar ehtiyatla təyin edilməlidir, çünki bu vəziyyətlər kəskinləşə bilərlər. Sistemli qırmızı qurdeşənəyi və birləşdirici toxumanın qarışıq xəstəliyi Sistemli qırmızı qurdeşənəyi (SQQ) və birləşdirici toxuma qarışıq pozulmaları olan xəstələrdə aseptik meninqit riski artmış ola bilər. Dermatoloji təsir Nadir hallarda, bəzən ölümcül olan eksfoliativ dermatit, Stivens-Jonson sindromu və toksik epidermal nekroliz daxil olmaqla, dermatoloji ağır reaksiyalar haqqında QSİƏP-rın istifadəsi ilə əlaqədar məlumat verilmişdir. Xəstələr, təsəvvür edildiyi kimi, bu reaksiyalara ən yüksək risklə terapiyanın əvvəlində məruz qalırlar: reaksiyaların başlanması əksər hallarda müalicənin ilk ayı ərzində baş verir. Dəri səpgisi, selikli qişaların zədələnməsi və ya hiperhəssaslıq reaksiyalarının digər əlamətlərinin ilk əmələ gəldiyi hallarda Etodin SR ilə müalicə dayandırılmalıdır. Qadın fertilliyinin pozulması Etodin SR-ın istifadəsi qadınlarda fertilliyin pozulmasına səbəb ola bilər və hamilə qalmağa çalışan qadınlarda istifadəsi tövsiyə edilmir. Hamilə qalmaqda çətinlik çəkən və ya sonsuzluq səbəbindən müayinə keçən qadınlarda Etodin SR-lə müalicənin dayandırılması məsləhət görülür. Natrium Bu dərman preparatının bir dozasında 27 mq natrium var. Natrium nəzarəti ilə pəhrizdə olan xəstələrdə bu diqqətə alınmalıdır. Laktoza Galaktozaya qarşı dözümsüzlük kimi, nadir irsi problemlər, Lapp laktaza çatışmazlığı və ya qlükoza-galaktoza malabsorbsiyası olan xəstələr bu dərman preparatını qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Etodin SR zülallarla geniş şəkildə birləşməsi səbəbindən, digər yüksək dərəcədə zülallarla birləşən digər dərman vasitələrinin dozalarının korreksiyalarına ehtiyac yarana bilər. Siklooksigenaza-2 selektiv inhibitorları da daxil olmaqla digər analgetiklər İki və ya daha çox QSİƏP-rı (aspirin daxil olmaqla) birgə istifadəsindən qaçınmaq lazımdır, çünki beləliklə mənfi təsirlərin riski artırıla bilər. Antihipertenziv dərman vasitələri Antihipertenziv təsiri azalır. Diuretiklər Diuretik təsiri azalır. Diuretiklər QSİƏP-lərın nefrotoksikliyini artırır. Ürək qlikozidləri QSİƏP-lər ürək çatışmazlığını daha da ağırlaşdırır, YFS-i azalda və plazmada qlikozid səviyyələrini artıra bilər. Litium Litiumun xaric olması azalır. Siklosporin Nefrotoksiklik riski artır. Antikoagulyantlar QSİƏP-lər varfarin kimi antikoaqulyantların təsirini gücləndirə bilər. Antitrombositar vasitələr və serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) Mədə-bağırsaq qanaxması riski artır. Takrolimus QSİƏP-lər takrolimusla yanaşı qəbul edildiyi zaman nefrotoksiklik riskinin artması mümkün- dür. Zidovudin QSİƏP-rın zidovudinlə birgə qəbul edildiyi zaman hematoloji toksikliyin yaranma riski artır. Zidovudin və ibuprofen ilə eyni zamanda müalicə qəbul edən İİV (+) hemofiliyalı xəstələrdə hemartroz və hematomanın yaranma riskinin artması barədə hallar qeydə alınmışdır. Etodin SR-in fenol metabolitlərinin sidikdə aşkar olması səbəbindən bilirubin testləri yanlış müsbət nəticə verə bilərlər. Mifepriston QSİƏP-lər mifepristonun tətbiqindən sonra 8-12 gün ərzində istifadə edilməməlidir, çünki QSİƏP-lər mifepristonun təsirini zəiflədə bilər. Kortikosteroidlər Mədə-bağırsaq xorası və ya qanaxma riski artır. Xinolon qrupundan olan antibiotiklər Heyvanlar üzərindən əldə olunmuş məlumatlar göstərir ki, QSİƏP-lər, xinolon antibiotikləri ilə əlaqəli qıcolmaların yaranma riskini artıra bilər. QSİƏP-lər və xinolonlar qəbul edən xəstələrdə qıcolmaların yaranma riski yüksək ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik İnsanlarda QSİƏP-lərın qəbul edilməsi ilə əlaqədar anadangəlmə anomaliyalar barəsində məlumat verilmişdir; baxmayaraq ki, onların rast gəlmə tezliyi aşağıdır və elə görünür ki, hər hansı bir aydın sxemə uyğun deyillər. QSİƏP-lər dölün ürək-damar sisteminə məlum təsirlər göstərir, prostaqlandin biosintezinin bəzi inhibitorları arterial axacağın zamanından tez bağlanma riskini artırır, hamiləliyin son trimestrində istifadə edilməsi əks göstərişdir. Doğuşun başlanmasını ləng edir və həm anada, həm də körpədə qanaxmalara meylliliyin artıraraq, doğuşun müddətini uzada bilər. Hamiləliyin ilk iki trimestrində və ya doğuş zamanı, QSİƏP-lər, xəstə üçün potensial faydanın döl üçün potensial riskdən üstün olması müəyyən edilməyənə kimi istifadə olunmamalıdır. Laktasiya Bu günə qədər mövcud olan məhdud tədqiqatlara əsasən, QSİƏP-lər çox aşağı konsentrasiyalarda ana südünə nüfuz edə bilər. Ana südü ilə qidalandırma zamanı mümkün olduğu qədər QSİƏP-lərin istifadəsindən qaçınmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Etodin SR başgicəllənmə, yuxululuq, yorğunluq və ya anormal görmənin yaranmasına səbəb ola bilər. Xəstələr nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarə və istifadə etməkdən əvvəl, bu dərman preparatına necə reaksiya vermələri haqda xəbərdar olmalıdırlar.
İstifadə qaydası və dozası
Peroral qəbul üçün nəzərdə tutulub. Qida ilə birgə yaxud yeməkdən sonra qəbul edilməsi daha məsləhətlidir. Ən aşağı effektiv dozanı simptomları nəzarət etmək üçün tələb olunan ən qısa müddət istifadə etməklə, arzuolunmaz təsirləri minimuma endirmək olar. Böyüklər 600 mq Etodin SR tabletləri. Bir tablet bütöv halda gündə bir dəfə stəkan dolu su ilə udulmalıdır. Gündə 600 mq-dan çox olan dozaların qəbulunun təhlükəsizliyi müəyyənləşdirilməyib. Tolerantlıq və ya taxifilaksiyanın yaranması haqqında məlumat verilməmişdir. Yaşlılar Yaşlılarda adətən ilkin dozada heç bir dəyişiklik edilməsi tələb olunmur. Yaşlılar əlavə reaksiyaların ciddi nəticələrin yaranma riskinə daha çox məruz qalırlar. Əgər QSİƏP-rı zəruri hesab edilərsə, ən aşağı effektiv doza və ən qısa müddətdə istifadə edilməlidir. QSİƏP-la müalicə zamanı xəstələr mədə-bağırsaq qanaxmasına görə müntəzəm olaraq nəzarət olunmalıdır. Uşaqlar İstifadəsi tövsiyə olunmur.
Əlavə təsirləri
Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Qeyd olunmuş əlavə təsirlərə daxil olan ürəkbulanma, epiqastrik nahiyədə ağrı, ishal, mədə pozuntusu, mədə qıcqırması, meteorizm, qarın ağrısı, qəbizlik, qusma, xoralı stomatit, dispepsiya, hematemezis, melena, rektal qanaxma, kolitin ağırlaşması, vaskulit, baş ağrısı, başgicəllənmə, anormal görmə, pireksiya, yuxululuq, tinnitus, səpgi, qaşınmalar, yorğunluq, depressiya, yuxusuzluq, huşun qarışıqlığı, paresteziya, tremor, zəiflik/halsızlıq, dispnoe, palpitasiyalar, bilirubinuriya, qaraciyər funksiyasının pozğunluqları və sarılıq, sidik ifrazının artmış tezliyi, dizuriya, angionevrotik ödem, anafilaktoid reaksiya, fotohəsasslıq, övrə və Stivens-Conson sindromu və Kron xəstəliyi qəbuldan sonra qeyd edilmişdir. Daha az hallarda qastrit müşahidə olunmuşdur. Pankreatit çox nadir hallarda qeyd olunmuşdur. Hiperhəssaslıq reaksiyaları QSİƏP-lər ilə müalicədən sonra hiperhəssaslıq reaksiyaları haqqında məlumat verilmişdir. Bunlara (a) qeyri-spesifik allergik reaksiyalar və anafilaksiya, (b) astma daxil olmaqla, tənəffüs yollarının reaktivliyi, ağırlaşmış astma, bronxospazm və ya dispnoe və ya (c) fərqli dəri xəstəlikləri, müxtəlif növ səpgilər daxil olmaqla, qaşınma, övrə, purpura, angionevrotik ödem və daha nadir hallarda eksfoliativ və bullyoz dermatozlar (epidermal nekroliz və multiformalı eritema daxil olmaqla) ola bilər. Ürək-damar və serebrovaskulyar pozğunluqlar QSİƏP-lər müalicəsi ilə bağlı ödem, hipertoniya və ürək çatışmazlığı haqqında məlumat verilmişdir. Klinik tədqiqat və epidemioloji məlumatlara görə bəzi QSİƏP-lərın (xüsusən yüksək dozalarda və uzunmüddətli müalicə zamanı) istifadəsi arterial tromboz hallarının (məs., miokard infarktı və ya insult) yaranma riskinın yüksəlməsi ilə bağlı ola bilər. Böyrəklərdə baş verən pozğunluqlar İnterstisial nefrit, nefrotik sindrom və böyrək çatışmazlığı daxil olmaqla müxtəlif formalarda nefrotoksiklik. Qaraciyərdə baş verən pozğunluqlar Qeyri-normal qaraciyər funksiyası, hepatit və sarılıq. Nevroloji pozğunluqlar və xüsusi hisslər Görmə pozğunluqları, optik nevrit, baş ağrısı, paresteziya, aseptik meninqit (xüsusən sistemli qırmızı qurdeşənəyi, birləşdirici toxumanın qarışıq xəstəliyi kimi, autoimmun xəstəlikləri mövcud olan xəstələrdə) barədə məlumatlar, sərt boyun, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma və ya dezoriyentasiya ilə depressiya, şüurun qarışıqlığı, hallüsinasiyalar, tinnitus, vertiqo, başgicəllənmə, zəiflik, yorğunluq və yuxululuq kimi simptomlar. Hematoloji pozğunluqlar Trombositopeniya, neytropeniya, aqranulositoz, aplastik anemiya və hemolitik anemiya. Dermatoloji pozğunluqlar Stivens-Conson sindromu və toksik epidermal nekroliz (çox nadir hallarda) daxil olmaqla bullyoz reaksiyalar. Fotohəsasslıq reaksiyaları. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
Simptomları Simptomlara başağrısı, ürəkbulanma, qusma, epiqastrik nahiyədə ağrı, mədə-bağırsaq qanaxması, nadir hallarda ishal, dizorientasiya, həyəcan, koma, yuxululuq, başgicəllənmə, tinnitus, bayılma, bəzən isə konvulsiyalar daxildir. Əhəmiyyətli dərəcədə zəhərlənmələrdə kəskin böyrək çatışmazlığı və qaraciyərin zədələnməsi mümkündür. Terapevtik tədbirlər Xəstələrə zərurət olduğu halda simptomatik müalicə təyin edilməlidir. Potensial zəhərli miqdarın qəbul edilməsindən sonra bir saat ərzində aktivləşdirilmiş kömürün qəbulu nəzərə alınmalıdır. Alternativ olaraq, böyüklərdə həyat üçün təhlükəli olan doza həddinin aşılması ilə əlaqədar, qəbul olunduqdan bir saat sonra müddətində mədənin yuyulması nəzərə alınmalıdır. Sidiyin tam xaric olunması təmin edilməlidir. Böyrək və qaraciyər funksiyasına ciddi nəzarət olunmalıdır. Potensial zəhərli miqdarların udulmasından sonra xəstələr ən azı dörd saat ərzində müşahidə altında olmalıdırlar. Tez-tez və ya uzunmüddətli tutmalar zamanı venadaxili diazepam ilə müalicə edilməlidir. Digər tədbirlər xəstənin klinik vəziyyətinə görə təyin oluna bilər. Mədənin yuyulması, aktivləşdırılmiş kömürün qəbul olunması və ümumi dəstəkləyici terapiya üçün standart tədbirlər həyata keçirilməlidir.
Buraxılış forması
Etodin SR 600 mq təsiredici maddəsi tədricən azad olan tabletlər, ağ qeyri-şəffaf PVX/PE/PVDX-Al blisterdə. 14 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ˚C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.