Erybenz 20 q gel

Dərman formasıGel
Farmakoloji təsirSizanaqələyhinə preparat
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

26,08 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERİBENZ xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Benzoyl Peroxide Erythromycin

Tərkibi

Təsiredici maddə: benzil peroksid tubu: 1 q gelin tərkibində 142,8 mq benzoil peroksid; eritromisin tubu: 1 q gelin tərkibində 60 mq eritromisin vardır. Köməkçi maddələr: benzil peroksid tubu: etanol (96 %), hiproloza, limon yağı, metil salisilat, butilhidroksianizol, natrium hidroksid və yaxud limon turşusu, təmizlənmiş su; eritromisin tubu: hiproloza, butilhidroksianisol, etanol 96%.

Təsviri

Ağdan bej rəngə gədər yumşaq geldir.

Farmakoterapevtik qrupu

Sizanaqələyhinə preparat ATC kodu : D10AF52

İstifadəsinə göstərişlər

Eribenz gelin tərkibində 5 % Benzoil peroksid və 3% Eritromisin vardır. Eribenz sizanaqların müalicəsində istifadə olunan preparatdır.

Əks göstərişlər

Əgər sizdə benzoil peroksidə , eritromisinə yaxud preparatın tərkibindəki hər hansı bir inqredientə qarşı hiperhəssaslığınız varsa, bu halda Eribenzi istifadə etməyin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Digər antibakterial preparatlarda olduğui kimi eritromisinlə əlaqəli psevdomembranoz kolit haqda məlumat verilmişdir. Eribenz yalnız yerli istifadə olunmalıdır. Preparatın gözə, buruna, ağız boşluğuna və digər selikli qişaların üzərinə düşməsinə imkan verilməməlidir. Sarışın və dərisi qabıqlanan insanlar Eribenzlə müalicənin başlanğıcında sutkada bir dəfə, axşam yatmazdan qabaq istifadə etməlidirlər. Eribenz saçları yaxud boyanmış saçları rəngsizləşdirə bilər. Antibiotik preparatların Erinbenzlə birlikdə istifadəsi , mikroorqanizmlərdə, həmçinin göbələklərdə dözümlülük yarada bilər. Bu haqda həkimlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər sizanaq üçün preparatlarla Eribenzin birlikdə yerli müalicəsində, kumulyativ qiciqlanma reaksiyasının yaranmasından ehtiyatlı olmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Eribenzin istifadəsinin təhlükəsizliyi müəyyən olunmamışdır. Yalnız həkimin göstərişi ilə istifadə oluna bilər. Pediatriyada istifadəsi Eribenzin uşaqlara istifadəsi məsləhət deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabilliyyətinə təsiri Eribenz nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir etmir.

İstifadə qaydası və dozası

Eribenzi istifadə etməzdən əvvəl hər iki tubiki, qutuya qoyulmuş xüsusi qabın içərisində qarışdırın. Xüsusi qaşıqla homogen gel alınana kimi qarışdırın. Qarışdırdıqdan sonra preparat istifadəyə hazırdır. Xəbərdarlıq: Tubiklərin içərisində olan mohtəviyyatı ayrı-ayrılıqda istifadə etməyin. Qarişdırdırqdan sonra qarışığın saxlanılma müddəti 2 aydır. Hazırlanmış gel sutkada 2 dəfə , səhər və axşam , zədələnmiş sahə uzərinə yaxud həkimin təyinatı ilə istifadə olunur. Zədələnmış sahə əvvəlcə yuyulur , isti su ilə yaxalanır və qurulanır. Sonra gel zədələnmiş dəri sahəsinə, nazik qatla , barmağın ucu ilə yüngülcə gel sorulana kimi massaj olunaraq sürtülür. Gelin istifadəsindən sonra əllər yuyulmalıdır. Əgər dozanın istifadəsini unutmusunuzsa Əgər siz Eribenz gelin istifadəsini unutmusunuzsa , əgər növbəti dozanin vaxtı deyilsə , xatırlayan kimi dərhal geli sürtün. Lakin, buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Həkimlə məsləhətləşmədən Eribenz gelin istifadəsini dayandırmayın.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi Erinbenzdə əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Əlavə təsirlərə, dərinin quruması, övrə, sifətin ödemi, eritema, kontakt dermatit, işiğa qarsı həssaslıq, dərinin qabıqlanması, yağlanması və qıcıqlanması, yanğı hissi, qaşınma, sifətin, gözlərin, burunun iltihabı. Əgər sizdə yuxarıda sadalanan və yaxud qeyd olunmayan əlavə təsirlərdən hər hansı biri rast gəlinərsə, həkimə müraciət edin.

Doza həddinin aşılması

Eribenz yerli istifadə olunduğu üçün artiq dozalanma halları qeyd olunmamışdır.

Buraxılış forması

20 q gel, tubda. 2 tub, plastik şpatel və 1 plastik qab, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən aşağı temperaturda və uşaqların əli çatmadığı yerdə saxlamaq lazımdır. İki tub qarışdırıldıqdan sonra saxlanılma müddəti 2-8 º C temperaturda 2 aydır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında.

İstehsalçı

Help SA. Pedini İoanninon, İoannina, 45501, Yunanıstan. Dərman vasitəsinin lisenziya sahibi Verisfield (UK) LTD, Birləşmiş Krallıq. 8 Vyronos str. & Gytheiou, 15231, Athens, Yunanıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Erybenz 20 q gel” üçün ilk rəyi siz yazın.