Dramina 50 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirH -histamin reseptorlarının blokatoru.1
İstehsal ölkəsiXorvatiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,67 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DRAMİNA tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Dimenhidrinat

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq dimenhidrinat vardır. Köməkçi maddələr: ludipress (laktoza monohidrat, povidon, krospovidon) mikrokristallik sellüloza, maqnezium stearat.

Təsviri

Ağ rəngdə yumru, yastı və hamar, faskalı tabletlərdir. Bir tərəfində bölmə xətti vardır.

Farmakoterapevtik qrupu

H -histamin reseptorlarının blokatoru.1 ATC kodu: R06AX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası MSS-də olan H -histamin reseptorları və M-xolinoreseptorları blokada edir. İlk növbədə otolitlərə,1 yüksək dozalarda – yarımdairəvi kanallara təsir edərək daxili qulaqda yerləşən vestibulyar aparatın stimullaşmasını inhibə edir. Qusma əleyhinə, anoreksigen, sedativ, mülayim allergiya əleyhinə təsir göstərir, başgicəllənməni aradan qaldırır. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra yaxşı sorulur, orqan və toxumalara paylanır. Preparatın təsiri 15-30 dəqiqədən sonra başlayır və 3-6 saat ərzində davam edir. 24 saat müddətində praktiki olaraq tamamilə sidik vasitəsilə orqanizmdən xaric olunur. Az miqdarı ana südü ilə xaric olunur.

İstifadəsinə göstərişlər

− Hərəkət xəstəliyi (dəniz xəstəliyi, nəqliyyat xəstəliyi, təyyarə xəstəliyi); − Şiş əleyhinə terapiya zamanı yaranan əlamətləri istisna etməklə vestibulyar və labirint pozğunluğu əlamətlərinin müalicə və profilaktikası (başgicəllənmə, ürəkbulanma, qusma); − Menyer xəstəliyi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, epilepsiya, bronxial astma, kəskin ekssudativ və vezikulyar dermatozlar, 3 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qıcolma sindromu, qapalı bucaqlı qlaukoma, prostat vəzinin hiperplaziyası, bronxial astma, ürək- damar xəstəlikləri, aritmiyalar, hipertireoz, stenozlaşan peptik xora, piloroduodenal obstruksiya və sidik kisəsi boynunun obstruksiyası zamanı, eləcə də yanaşı olaraq ototoksik dərmanlar istifadə edərkən diqqətli olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Atropinin, trisiklik antidepressantların, katexolaminlərin, barbituratların, alkoqolun, sedativ və yuxugətirici vasitələrin, neyroleptiklərin effektlərini gücləndirir, kortikosteroidlərin, antikoaqulyantların təsirini zəiflədir. Apomorfinə olan reaksiyanı azaldır. Asetilxolinin ürək əzələsinə depressiv təsirini aşağı salır. Vismut preparatları ilə, skopolaminlə, ağrıkəsici və psixotrop vasitələrlə birgə təyini görmə pozğunluğu ehtimalını artırır. Ototoksik antibiotiklərlə (streptomisin, neomisin, biomisin, amikasin, kanamisin və s.) uyuşmur, çünki ototoksiklik əlamətlərini gizlədə və eşitmə funksiyasının geri dönməz pozğunluğunun inkişafına səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I trimestrində preparatın istifadəsi əks göstərişdir. Hamiləliyin II və III trimestrlərində xüsusi ehtiyatla – ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilə bilər. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhıükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Əlavə effektləri nəzərə alaraq yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyətlə məşğul olarkən və nəqliyyat vasitələrini idarə edərkən ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Yeməkdən əvvəl daxilə qəbul edilir: − hərəkət xəstəliyi (dəniz xəstəliyi, nəqliyyat xəstəliyi, təyyarə xəstəliyi): 3-6 yaş arası uşaqlar – gündə 2-3 dəfə ¼-½ tablet; 7-12 yaş arası uşaqlar – gündə 2-3 dəfə ½-1 tablet; 12 yaşdan yuxarı uşaqlar və böyüklər – 1-2 tablet gündə 2-3 dəfə; − şiş əleyhinə terapiya zamanı yaranan əlamətləri istisna etməklə, vestibulyar və labirint pozğunluq əlamətlərinin müalicə və profilaktikası (başgicəllənmə, ürəkbulanma, qusma): 3-6 yaş arası uşaqlar – gündə 2-3 dəfə ¼-½ tablet; 7-12 yaş arası uşaqlar – gündə 2-3 dəfə ½-1 tablet; 12 yaşdan yuxarı uşaqlar və böyüklər – gündə 2-3 dəfə 1-2 tablet; − Menyer xəstəliyi: 3-12 yaş arası uşaqlar – gündə 2-3 dəfə ½-1 tablet; 12 yaşdan yuxarı uşaqlar və böyüklər – gündə 2-3 dəfə 1-2 tablet. Böyüklər üçün maksimal sutkalıq doza 7 tabletdən çox olmamalıdır. Kinetozların profilaktikası üçün nəzərdə tutulan səyahətdən 30 dəqiqə əvvəl 1-2 tablet qəbul etmək lazımdır. Preparatdan istifadənin davam etmə müddətini və təkrar müalicə kursları həkimlə razılaşdırmaq lazımdır.

Əlavə təsirləri

Əlavə təsirlərin yaranma tezliyinin parametrləri: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir (≥1/10000, <1/1000), çox nadir (<1/10000), məlum olmayan tezlikdə. Qan və limfa sisteminə Çox nadir: hemolitik anemiya, aqranulositoz, neytropeniya, leykopeniya, trombositopeniya və ya pansitopeniya. İmmun sistemə Nadir: anafilaktik şok. Psixi pozğunluqlar Tez-tez: əhval-ruhiyyənin dəyişkənliyi, narahatlıq, hərəkət məhdudluğu. Az hallarda: yuxusuzluq. Sinir sisteminə Tez-tez: yuxululuq. Az hallarda: tarazlıq hissinin pozulması, diqqəti toplama qabiliyyətinin zəifləməsi, yaddaşın pisləşməsi (daha çox yaşlı pasiyentlərdə), tremor, koordinasiya pozğunluqları, şüurun qarışması, hallüsinasiyalar. Nadir: baş ağrısı, yuxunun pozulması, başgicəllənmə, ortostatik hipotenziya. Çox nadir: MSS-nin paradoksal stimulyasiyası (əsasən uşaqlarda). Görmə orqanlarına Nadir: qlaukoma, görmə problemləri (göz bəbəyinin genişlənməsi, görmənin dumanlanması və ya diplopiya). Eşitmə orqanına və labirintə Nadir: qulaqlarda cingilti. Ürəyə Nadir: tezləşmiş ürəkdöyünmə, taxikardiya və hipotoniya. Tənəffüs sisteminə, döş qəfəsinə və divararalığı orqanlarına Tez-tez: burun tutulması. Mədə-bağırsaq sisteminə Tez-tez: ağızda quruluq, qəbizlik, diareya, ürəkbulanma, qarın nahiyəsində ağrı. Qaraciyərə və ödçıxarıcı yollara Məlum olmayan tezlikdə: qaraciyər funksiyasının pozulması (xolestatik sarılıq). Dəriyə və dərialtı toxumalara Nadir: səpgi, qızartı. Böyrəklərə və sidikçıxarıcı yollara Tez-tez: sidik ifrazının pozulması (antixolinergik təsirin hesabına sidiyin ləngiməsi). Ümumi pozğunluqlar və yeridilmə yerində baş verən pozğunluqlar Nadir: ödem (daha az – Kvinke ödemi). İçlik vərəqində qeyd olunan hər hansı bir əlavə təsir ciddiləşərsə və ya içlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsir baş verərsə, o zaman həkimə məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması əlamətləri: ağızda, burunda və boğazda quruluq, üzün qızarması, tənəffüsün ləngiməsi və çətinləşməsi, şüurun qarışması, uşaqlarda – qıcolmalar, hallüsinasiyalar. Qeyd olunan əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək lazımdır. Müalicəsi: aktivləşdirilmiş kömürün suda suspenziyası (20-30 q) ilə mədənin yuyulması, işlədici duzların təyini (natrium sulfat 10-15 q), simptomatik terapiya, uşaqlarda qıcolma tutmaları zamanı – fenobarbital (5-6 mq/kq), diazepam.

Buraxılış forması

50 mq-lıq tabletlər. 5 və ya 10 tablet PVX/Al blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablasdırılır.

Saxlanma şəraiti

º 25 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Jadran-Galenski Laboratorij d.d., Republic of Croatia. Svilno 20, 51 000 Rijeka, Republic of Croatia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Dramina 50 mq N10 tablet” üçün ilk rəyi siz yazın.