Disinon 250 mq N100 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Digər sistem hemostatiklər |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
22,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİSİNON 250 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Etamsylate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq etamzilat vardır. Köməkçi maddələr: susuz limon turşusu (E330), qarğıdalı nişastası, laktoza monohidrat, povidon, maqnezium stearat.
Təsviri
Ağ və ya ağ rəngə yaxın, yumru, ikitərəfli qabarıq tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər sistem hemostatiklər. ATC kodu: B02BX01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Etamzilat sintetik qankəsici və angioprotektor vasitə olub, hemostazın başlanğıc mərhələsində təsir göstərir (endoteli və trombositlərin arasında qarşılıqlı təsir mərhələsində). Trombositlərin adgeziyasını yaxşılaşdırması və kapilyar müqaviməti bərpa etməsi nəticəsində o, qanaxma müddətini və qan itkisinin həcmini azaldır. Etamzilat damardaraldıcı təsirə malik deyil, fibrinolizə və laxtalanmanın plazma amillərinə təsir etmir. Farmakokinetikası Daxilə qəbul etdikdən sonra etamzilat mədə-bağırsaq traktından yavaş və tam sorulur.Tam biomənimsənilməsi müəyyən olunmayıb. 500 mq dozanın daxilə qəbulundan sonra qan plazmasında 15 mkq/ml-ə bərabər maksimal konsentrasiyasına təxminən 4 saatdan sonra çatır. Plazma zülalları ilə birləşməsi təxminən 95% təşkil edir. Plasentar baryeri keçir. Ana və cift qanında preparatın eyni səviyyələri müşahidə edilir. Ana südünə etamzilatın keçməsi barədə məlumat yoxdur. Plazmadan orta yarımxaricolma dövrü 8 saat təşkil edir. Dozanın təxminən 70-80 %-i ilk 24 saat ərzində sidiklə dəyişilməmiş şəkildə xaric olur. Böyrək və/ və ya qaraciyər funksiyalarının pozulması olan xəstələrdə etamzilatın farmakokineti- kasının dəyişilməsi məlum deyil.
İstifadəsinə göstərişlər
Cərrahiyədə Bütün mürəkkəb cərrahi əməliyyatlar və ya yaxşı vaskulyarizasiya olunmuş toxumalar üzərində əməliyyatlar zamanı – əməliyyatdan öncə və ya sonrakı kapilyar qanaxmaların profilaktikası: otolarinqologiyada, mamalıq və ginekologiyada, urologiyada, stomatologiyada, oftalmologiyada və ya plastik və bərpaedici cərrahiyyədə. Terapiyada Müxtəlif mənşəli və lokalizasiyalı kapilyar qanaxmaların müalicə və profilaktikası: hematuriya, qanlı qusma, melena, burun qanaxmaları, diş ətindən qanaxmalar. Ginekologiyada Metrorragiya, ilkin menorragiya və ya üzvi patologiya olmadığı hallarda uşaqlıqdaxili kontraseptiv vasitələrlə törədilmiş menorragiya.
Əks göstərişlər
• Kəskin porfiriya. • Preparatın təsiredici maddəsinə və ya köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Bronxial astma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər preparat həddindən çox miqdarda və/və ya uzunmüddətli menstrual qanaxmaların azalması üçün təyin edilibsə və bununla belə lazımı effekt əldə edilməyibsə, belə halların əmələ gəlməsinə səbəb ola bilən digər patologiyaların olduğunu nəzərə alıb, istisna etmək lazımdır. Pediatrik xəstələr Uşaqlarda tövsiyə olunan dozalarda istifadə edilə bilər. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə etamzilatın təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Əsasən böyrək vasitəsilə xaric olduğu üçün böyrək çatışmazlığı zaman dozanın azaldılması lazım gələ bilər. Laborator testlər Terapevtik dozalarda, etamzilat kreatinin enzimatik qiymətləndirilməsinə təsir göstərərək aşağı nəticələr verə bilər. Etamzilat ilə müalicə dövrü ərzində laborator testlər üçün nümunənin yığılması (məsələn, qan nümunəsi) tələb olunarsa, etamzilat ilə laborator testin aparılması arasında hər hansı qarşılıqlı təsiri minimuma endirmək üçün dərman vasitəsinin birinci gündəlik dozasından əvvəl bunu etmək lazımdır. Preparatın tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozulması kimi nadir irsi patologiyası olan xəstələrdə bu preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla uyuşmazlığı və dərmanlarla qarşılıqlı təsiri bu günə qədər aşkar olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda preparatın istifadəsinə dair klinik məlumatlar məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə dair birbaşa və ya dolayı zərərli təsirini göstərməmişdir. Ehtiyat tədbiri kimi etamzilatın hamiləlik dövründə istifadəsindən qaçmaq lazımdır. Preparatın ana südünə keçmə qabiliyyəti barədə məlumat olmadığı ilə əlaqədar müalicə zamanı ana südü ilə qidalandırma məsləhət görülmür. Əgər əmizdirmə davam edirsə, preparatın istifadəsi ləğv olunmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Böyüklər və yeniyetmələr Əməliyyatdan əvvəl: cərrahi müdaxilədən 1 saat əvvəl 1-2 tablet Disinon 250 mq (250-500 mq). Əməliyyatdan sonra: 1-2 tablet Disinon 250 mq (250-500 mq), qanaxmaların riski saxlanarsa, hər 4-6 saatdan bir tabletlərin qəbulu davam etdirilir. Terapiyada: adətən 2 tablet Disinon 250 mq (500mq) sutkada 2-3 dəfə (1000-1500mq) yemək vaxtı bir qədər maye ilə qəbul edilir. Meno-metrorragiya zamanı ginekologiyada: sutkada 3 dəfə 2 tablet Disinon 250 mq (500 mq) (1500 mq) yemək vaxtı bir qədər maye ilə qəbul edilir. Müalicə menstruasiya qanaxmalarının ehtimalı vaxtından 5 gün əvvəl başlanıb 10 gün ərzində davam etdirilir. Uşaqlarda Böyüklər üçün nəzərdə tutulan dozaların yarısı. Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə klinik tədqiqatlar aparılmayıb. Buna görə belə xəstələrə Disinon 250 mq tabletləri təyin etdikdə ehtiyatlı olmaq lazımdır.
Əlavə təsirləri
Aşağıda təqdim olunmuş siyahıda etamzilatın təyini zamanı dərman vasitəsinin əlavə təsirləri barədə əldə olunan məlumatlar verilmişdir. Çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1000), çox nadir hallarda (<1/10 000), tezliyi məlum deyil (əldə edilmiş məlumatlara əsaslanaraq müəyyən etmək mümkün olmur). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Tez-tez: ürəkbulanma, diareya, qarın nahiyəsində xoşagəlməz hiss. Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Tez-tez: səpgilər. Ümumi pozğunluqlar və yeridilən nahiyədə pozğunluqlar Tez-tez: asteniya. Çox nadir hallarda: qızdırma. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: baş ağrısı. Damarlarda baş verən pozğunluqlar Çox nadir hallarda: tromboemboliya. Qan və limfa sistemində baş verən pozğunluqlar Çox nadir hallarda: aqranulositoz, neytropeniya, trombositopeniya. Skelet-əzələ və birləşdirici toxumalarda baş verən pozğunluqlar Nadir hallarda: artralgiya(oynaqlarda ağrı), beldə /belin aşağı hissəsində ağrılar. İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir hallarda: hiperhəssaslıq. Endokrin sistemdə baş verən pozğunluqlar Çox nadir hallarda: kəskin porfiriya. Müalicə ləğv edildikdən sonra belə reaksiyalar adətən keçib gedir. Dəri reaksiyaları və ya qəzdərma zamanı müalicə dayandırılmalı və bu barədə həkimə məlumat verilməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması simptomları məlum deyil. Doza həddinin aşılması baş verərsə, standart tibbi müalicə tövsiyə edilir.
Buraxılış forması
10 tablet, alüminium/PVX/PVDX blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın axırıncı gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Lek Pharmaceuticals d.d ., Verovşkova 57, 1526 Lyublyana, Sloveniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Lek Pharmaceuticals d.d., Sloveniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.