Buderen 10 ml sprey

Dərman formasıSprey
Farmakoloji təsirYerli istifadə olunan qlükokortikoid
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,37 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BUDEREN 10 ml nazal sprey Beynəlxalq patentləşdirilməmiş adı: Budesonide

Tərkibi

Təsiredici maddə: 1 dozada 100 mkq budezonid vardır. Köməkçi maddələr: mikrokristallik selluloza, karmelloza natrium, susuz dekstroza, polisorbat 80, dinatrium edetat, kalium sorbat, xlorid turşusu, təmizlənmiş su.

Təsviri

Ağ rəngli homogen mayedir.

Farmakoterapevtik qrupu

Yerli istifadə olunan qlükokortikoid. ATC kodu: R01AD05.

Farmakoloji xüsusiyyətləri

İltihabəleyhinə, antiallergik və ödeməleyhinə. Qısa müddətdə burunun selikli qişasına antiallergik və iltihabəleyhinə təsir göstərir.Təyin edilən dozalarda sistem təsir göstərmir və praktik olaraq hipotalamo-hipofizar-adrenal sistemə mənfi təsir etmir. İntranazal istifadə zamanı biomənimsənilməsi 20%-ə qədərdir.

İstifadəsinə göstərişlər

Mövsümi və ilboyu müşahidə olunan allergik rinitlərin profilaktikası və müalicəsi. Burun daxili poliplərin müalicə və profilaktikasında.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı həssaslıq olduqda. Tənəffüs yollarının virus, bakteria və göbələk mənşəli infeksion xəstəliklərində. Ağciyər vərəmində.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

− Daxilə qəbul olunan steroidlərdən nazal sprey formasına keçən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır – hipotalamo-hipofizar-adrenal sistemin pozulması müşahidə oluna bilər. − Uzun müddətli müalicə zamanı burunun selikli qişasının müayinəsi aparılmalıdır, məsələn hər 6 aydan bir. − Qaraciyərin funksiyasının azalması kortikosteroidlərin eliminasiyasını azaldır və sistemli əlavə təsirlərin meydana çıxması ehtimalını artırır. − Bəzi hallarda, xüsusilə yüksək dozada və uzun müddət ərzində istifadə edildikldə, sistemli əlavə təsirlər meydana çıxa bilər. Bu halların yaranmaq ehtimalı daxilə qəbul olunan kortikosteroidlərlə müqayisədə daha aşağıdır. Əlavə sistemli təsirlərə potensial olaraq aiddir: Kuşinq sindromu, Kuşinqoid əlamətlər, adrenal supressiya, uşaqlarda və yeniyetmələrdə boy artımının gecikməsi, katarakta, qlaukoma və daha nadir hallarda, bir sıra psixoloji və davranış pozğunluqları meydana çıxa bilər: psixomotor hiperreaktivlik, yuxu pozulmaları, narahatlıq, depressiya və ya aqressiya (xüsusilə uşaqlarda). − İn vivo tədqiqatlar göstərmişdir ki, itrakonazol və ketokonazolun daxilə qəbulu budesonidin sistemli təsir törətmə ehtimalını artırır. Bu, uzun müddət ərzində təyin edildikdə nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Fenitoin, fenobarbital, rifampisin preparatın effektivliyini azalda, metandienon, estrogenlər, ketokonazol və CYP3A4 izofermentinin digər ingibitorları artıra bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Buderen preparatının istifadəsinə yalnız ana üçün gözlənilən fayda döl üçün mümkün riskdən daha yüksək olduqda icazə verilir. Laktasiya dövründə preparatın təyinatı vacib olarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Buderen avtomobil və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

İntranazal təyin edilir. İstifadə etməzdən öncə çalxalanmalıdır. Allergik rinitin profilaktikası və müalicəsi zamanı: – böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 2 püskürtmə olmaqla (sutkalıq doza 400 mkq); və yaxud sutkada 2 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə və axşam hər bir burun dəliyinə 1 püskürtmə olmaqla (sutkalıq doza 400 mkq). – Burun poliplərinin müalicə və profilaktikasında: sutkada 2 dəfə, səhər və axşam vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə olmaqla (sutkalıq doza 400 mkq) təyin edilir.Müalicə müddəti 3 aya qədərdir. Maksimal sutkalıq doza 400 mkq-dır (gündə 2 dəfə hər burun dəliyinə 2 püskürtmə). İstifadə etdikdən sonra flakonun nazal başlığını salfet və ya dəsmal ilə qurudun və qoruyucu başlıqla bağlayın.

Əlavə təsirləri

Bəzən: dəri səpgiləri, sifətin, dilin və udlağın ödemləşməsi, allergik reaksiyalar, asqırma, burunda quruluq hissi və qıcıqlanma hissi. Nadir hallarda: adrenal supressiya və boy artımının gecikməsi daxil olmaqla, sistemli kortikosteroid təsirlərinin yaranması. Tez-tez: qanlı ifrazat və burundan qanın gəlməsi. Çox nadir hallarda: selikli membranın xoralaşması, nazal septum perforasiyası.

Doza həddinin aşılması

Simptomları (xroniki doza həddinin aşılması zamanı): sızanaq, Kuşinq sindromu, dismenoreya. Müalicəsi: preparatın istifadəsinin tədricən kəsilməsi.

Buraxılış forması

10 ml məhlul (200 dozaya ekvivalent) qoruyucu başlığı olan flakonda. 1 flakon içlik vərəqə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

 25 C-dən aşağı temperaturda,quru və sərin yerdə saxlamalı.Flakonu dondurmayın yaxud soyuducuda saxlamayın..

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Thesi Ponsi-Xatzi Agiou Louka Paiania, Attiki,19002, Yunanıstan. Dərman vasitəsinin lisenziya sahibi Balu S.A. 30 km,Athens-Lavrio, 19003 Markopoulo,Afina,Yunanıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Buderen 10 ml sprey” üçün ilk rəyi siz yazın.