Central-B N30 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirBitki mənşəli sedativ vasitələr
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,04 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SENTRAL-B bərk jelatin kapsullar

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 25 mq passifloranın quru sulu-spirtli ekstraktı, 25 mq yemişanın yarpaqlarının və çiçəklərinin quru sulu-spirtli ekstraktı, 100 mq pişikotunun quru sulu-spirtli ekstraktı vardır. Köməkçi maddələr:yüngül maqnezium karbonat, susuz kolloidal silisium dioksid, maqnezium stearat, mikrokristallik sellüloza, laktoza monohidrat. Kapsul: titan dioksid, xlorofillin, jelatin, təmizlənmiş su.

Təsviri

№ 0 ölçülü, yaşıl rəngli qapağı, ağ rəngli gövdəsi olan, silindrik formalı, möhtəviyyatı xarakterik qoxulu ağ çilli qəhvəyi tozdan ibarət bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Bitki mənşəli sedativ vasitələr. ATC kodu: N05CM.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sentral B sedativ təsirə malik kombinəolunmuş fitopreparatdır. Onun tərkibinə üç komponent daxildir-passifloranın quru sulu-spirtli ekstraktı, yemişan yarpaqlarının və çiçəklərinin quru sulu- spirtli ekstraktı, pişikotunun quru sulu-spirtli ekstraktı. Passiflora ekstraktının tərkibində alkaloidlər və flavonoidlər-viteksin vardır, mərkəzi sinir sisteminə yüngül sakitləşdirici təsir edir, yuxunun bərpa olmasına səbəb olur, narahatlığı və əsəbiliyi azaldır, saya əzələlərə spazmolitik təsir göstərir, ürəyin işini yaxşılaşdırır, sedativ təsir göstərir. Yemişan ekstraktının tərkibində flavonoidlər, xolin, asetilxolin, aşı maddələri, fitoserinlər və s. vardır. Triterpin birləşmələrinin və flavonoidlərin hesabına ürək və baş beyin damarlarını genişləndirirərək, spazmolitik təsir göstərir; hipotenziv təsir göstərir; venoz təzyiqin normallaşmasına səbəb olur, damar divarlarının funksiyasının yaxşılaşdırır. Yüngül sedativ təsirə malikdir. Pişikotu ekstraktının tərkibində əsas komponenti mürəkkəb efir borneol və izovalerian turşusu olan efir yağı, eləcə də, sərbəst valerian turşusu və borneol, üzvi turşular (o cümlədən, spazmolitik təsir göstərən valerian turşusu), alkaloidlər (valerian və xatinin), aşı maddələri, şəkər və digər bioliji aktiv maddələr vardır. Sedativ təsirə malikdir, psixi yorğunluğa və nevrasteniyaya xas olan gərginliyi və qıcıqlanmanı azaldır. Spazmolitik təsir göstərir. Farmakokinetikası Preparatın təsiri onun tərkibinə daxil olan komponentlərinin birləşmiş təsirilə əlaqədardır, bu səbəbə görə kinetik müşahidələrin aparılması mümkün deyil.

İstifadəsinə göstərişlər

– Yüksəlmiş sinir oyanıqlığı; – əsəb gərginliyi; – qıcıqlanma; – həyəcan hissi, ruh düşkünlüyü; – yuxunun pozulması, yuxusuzluq.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – 12 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə kursunun müddəti xəstəliyin xüsusiyyəti, əldə edilən effekt və dərman vasitəsinə qarşı dözümlülüyü nəzərə alınmaqla, həkim tərəfindən müəyyən edilir. Preparatın ləğv edilməsindən sonra ləğvetmə sindromu inkişaf etmir. Preparat yuxu pozğunluğunun yüngül formalarında və sinir oyanıqlığı zamanı istifadə edilir. Mədə-bağırsaq sisteminin kəskin xəstəlikləri olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilir. Preparatın qəbulu zamanı alkoqoldan istifadə etmək məsləhət görülmür. Preparatın tərkibində laktoza vardır ki, bunu, laktaza çatışmazlığı olan pasiyentlərdə nəzərə almaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sentral B ürək qlikozidlərinin, trankvilizatorlarn, mərkəzi sinir sisteminə zəiflədici təsir göstərən maddələrin, eləcə də, alkoqolun təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan mümkün riskdən üstün olduğu halda təyin edilir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə avtonəqliyyat idarə etdikdə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda, ehtiyatlı olmaq lazımdır, belə ki, gün ərzində yuxululuğun inkişafı mümkündür.

İstifadə qaydası və dozası

Sentral B kifayət qədər su ilə yeəkdən əvvəl daxilə qəbul edilir. Preparat böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulur. Yüksək sinir oyanıqlığı, əsəb gərginliyi, qıcıqlanma, həyəcan hissi və ruh düşkünlüyü zamanı adətən gündə 3 dəfə 1-2 kapsul təyin olunur. Maksimal sutkalıq doza 6 kapsuldur. Yuxunun pozulması və yuxusuzluq zamanı preparatın dozası yatmazdan yarım saat əvvəl 2 kapsul təşkil edir. Xüsusi qrup pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlər Ağır böyrək çatışmazlığı olan pasiyentlər preparatdan istifadə etməməlidirlər. Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Qaraciyər xəstəlikləri olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Uşaqlar Preparat 12 yaşdan yuxarı uşaqlarda istifadə edilir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Sentral B preparatı adətən pasiyent tərəfindən yaxşı mənimsənilir. Pişikotu Mədə-bağırsaq sistemində baş verən pozuntular: məlum deyil-ürəkbulanma, qarın nahiyəsində spazm. Passiflora Ürəkdə və damarlarda baş verən pozuntular: məlum deyil-taxikardiya. Mədə-bağırsaqda baş verən pozuntular: məlum deyil-ürəkbulanma. Vaskulit şəklində bir hiperhəssaslıq halı qeyd edilmişdir. Yemişan Sinir sistemində baş verən pozuntular: məlum deyil-başağrı. Ürəkdə və damarlarda baş verən pozuntular: məlum deyil-taxikardiya. Mədə-bağırsaq sistemində baş verən pozuntular: məlum deyil-ürəkbulanma. Dəridə və dərialtı toxumada baş verən pozuntular: səpgi. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər aşkar edildikdə və ya bu bölmədə qeyd edilməyən yeni arzuolunmayan təsirlar yarandıqda, müvafir Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları: başgicəllənmə, qarın nahiyəsində spastik ağrı, döş qəfəsində sıxılma hissi, bəbəklərin genəlməsi, ürəkbulanma, qusma. Müalicəsi: mədənin yuyulması mümkündür, ehtiyac olduqda, simptomatik terapiya aparılır.

Buraxılış forması

Bərk jelatin kapsullar. 15 kapsul, blisterdə. 1, 2 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25С-dən yüksək olmayan temperaturda, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

S.C. “WORLD MEDICINE EUROPE S.R.L.” Str.Eroilor nr.1C, cod 075100, Oraş Otopeni, Ilfov, Romania. Qeydiyyat vəsiqəsinin və ticarət nişanının sahibi “ROTAPHARM LIMITED”, GREAT BRITAIN”. Ground Floor, Gadd House, Arcadia Avenue, Finchley, London N3 2JU, United Kingdom.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Central-B N30 kapsul” üçün ilk rəyi siz yazın.