Biotriven 10000 IU 1 ml N10 inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Hemostatik vasitələr. Proteinaza inhibitorları |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
25,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BİOTRİVEN inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml preparatda 10 000 BV aprotinin vardır. Köməkçi maddələr: inyeksiya üçün su, natrium xlorid. Beynəlxalq patentləşdirilməmiş adı: Aprotinin
Təsviri
Şəffaf, rəngsiz və ya sarımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Hemostatik vasitələr. Proteinaza inhibitorları. ATC kodu: B02AB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Aprotinin geniş spektrli proteazanın inhibitoru olub, antifibrinolitik aktivliyə malikdir. Dönər «ferment — inhibitor» stexiometrik kompleksi əmələ gətirməklə, aprotinin insan orqanizmində tripsinin, plazminin, plazma və toxuma kallikreininin inhibitoru kimi təsir göstərir ki, bu da fibrinolizin inhibə olunmasına gətirib çıxarır. Bundan başqa, o, qanın laxtalanmasının kontakt fazasının aktivləşməsini inhibə edir, hansı ki, laxtalanma mexanizmini işə salır və fibrinolizi stimullaşdırır. Aortokoronar şuntlama (CABG) keçirmiş pasiyentlərin iştirakı ilə müxtəlif ölkələrdə aparılmış bütün plasebo-nəzarət olunan tədqiqatlardan alınan məlumatlar onu göstərir ki, qan zərdabında kreatininin konsentrasiyasının >0,5 mq/dl yüksəlməsi aprotininin tam dozasını alan qrupda 9% (185/2 047) və plasebo alan qrupda 6,6% (129/1 957) təşkil etmişdir (müalicəyə qədər alınmış qiymətlərlə müqayisədə). Qruplar arasındakı fərq statistik əhəmiyyət daşıyır, şansların nisbəti 1,41 (1,12-1,79). Əksər hallarda böyrək funksiyasının əməliyyatsonrası pozulması dönər və yüngül olmuşdur. Plazmada kreatininin konsentrasiyasının >2 mq/dl yüksəlməsinin tezliyi başlanğıc səviyyə ilə müqayisədə aprotininin tam dozasını alan qrupda və plasebo alan qrupda oxşar olmuşdur (1,1% vs 0,8%), şansların nisbəti 1,16 (0,73-1,85) təşkil etmişdir (bax: «Xüsusi göstərişlər»). Bütün randomizəolunmuş klinik tədqiqatların nəticələrinə görə stasionar ölüm halları (populyasiya: bütün ölkələrdə təhlükəsizlik seçiminə daxil olan, bütün aortokaronar şuntlama (CABG) keçirmiş pasiyentlər) Aprotininin tam dozası Plasebo Şansların nisbəti Populyasiya (95% )n/N % n/N % CABG keçir- 65/2249 2,9 55/2164 2,5 1,09 (0,78, 1,52) miş bütün pasiyentlər Birincili 36/1819 2,0 39/1785 2,2 0,92 (0,62, 1,38) Təkrar CABG 22/276 8,0 13/255 5,1 1,47 (0,75, 2,87) Farmakokinetikası Sorulma, paylanma: venadaxili yeridilmədən sonra Aprotinin sürətlə bütün hüceyrəxarici nahiyələrə paylanır ki, bu da plazmada Aprotininin konsentrasiyasının sürətlə azalması ilə müşayiət olunur; yarımxaricolma dövrü 0,3-dən 0,7 saata qədər təşkil edir. Daha gec (daha doğrusu yeridilmədən 5 saat sonra) eliminasiyanın terminal fazası başlayır, bu zaman yarımxaricolma dövrü 5-dən 10 saata qədər təşkil edir. Plasenta güman edilir ki, Aprotinin üçün tam keçilməz deyildir, lakin nüfuzetmə göründüyü kimi çox ləng baş verir. Biotransformasiya, xaricolma: Aprotinin molekulu böyrəklərdə lizosomal fermentlərin təsiri altında daha qısazəncirli peptidlərə və ya amin turşularına parçalanır. İnsanda Aprotininin yeridilmiş dozasının 5%-dən az hissəsi sidiklə xaric olur. Aprotininin sağlam könüllülərə venadaxili yeridilməsindən sonra nişanlanmış maddənin 131I, 25–40%-ə qədəri 48 saat müddətində metabolitlər şəklində sidiklə xaric olmuşdur. Bu metabolitlər heç bir ferment-inhibə aktivliyinə malik deyillər. Terminal mərhələdə böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsinə dair tədqiqatlar aparılmamışdı. Böyrək funksiyaları pozulmuş pasiyentlərdə klinik əhəmiyyətli farmakokinetik dəyişikliklər və ya aşkar əlavə effektlər müşahidə edilməmişdir. Bununla əlaqədar olaraq, belə hallarda dozanın xüsusi korreksiyası tələb olunmur.
İstifadəsinə göstərişlər
Aprotinin, izolə edilmiş aorta-koronar şuntlama əməliyyatı (yəni digər ürək-damar əməliyyatları ilə birləşdirilməyən aorta-koronar şuntlama əməliyyatı) keçirən qan itkisi riski yüksək olan böyüklərdə qan itkisini və qan köçürülməsini azaltmaq üçün profilaktik istifadə üçün göstərilmişdir. Aprotinin yalnız faydaları və riskləri diqqətlə nəzərdən keçirildikdən və alternativ müalicələrin mövcudluğunu nəzərə alaraq istifadə edilməlidir.
Əks göstərişlər
“Tərkibi” bölməsində sadalanan təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq. Aprotininə spesifik olan IgG anticismi olan pasiyentlərdə Aprotininlə müalicə zamanı anafilaksiya riski yüksəkdir. Вununla əlaqədar olaraq, belə pasiyentlərə Aprotininlə müalicə əks göstərişdir. Əgər müalicənin başlanmasından əvvəl Aprotininə qarşı spesifik IgG anticisminin testini keçirmək mümkün deyilsə, lakin güman edilirsə ki, pasiyent əvvəlki 12 ay ərzində Aprotininlə, həmçinin fibrin yapışqanı ilə müalicə alıb, o zaman Aprotininin yeridilməsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər ürək-damar əməliyyatları ilə aorta-koronar şuntlama (AKŞ) əməliyyatı keçirərkən aprotinin istifadə etmək tövsiyə olunmur, çünki digər ürək-damar əməliyyatlarında aprotininin istifadəsi zamanı “fayda/risk” nisbəti məlum deyil. Aorto-koronar şuntlama zamanı antikoaqulyasiyanın laborator göstəricilərinin monitorinqinin aparılması. Aprotinin heparinqoruyucu preparat deyildir, ona görə də heparinin istifadəsi ilə meydana çıxan adekvat antikoaqulyant aktivliyin aprotininlə müalicə zamanı saxlanması çox vacibdir. Aprotininlə müalicə alan pasiyentlərdə əməliyyat zamanı və əməliyyatdan sonra bir neçə saat ərzində qismən tromboplastin vaxtının (QTV) və qanın laxtalanmasının selit-aktivləşmə vaxtının (selit-LAV) yüksəlməsi gözlənilir. Ona görə də qismən tromboplastin vaxtının göstəricisi heparinin köməyilə adekvat antikoaqulyant aktivliyin saxlanması üçün istifadə edilməməlidir. Aprotininin istifadəsi ilə aortokoronar şuntlama aparılmalı olan pasiyentlərdə adekvat antikoaqulyant aktivliyi saxlamaq üçün aşağıdakı 3 metoddan birini istifadə etmək tövsiyə olunur: qanın laxtalanmasının aktivləşmə vaxtı (LAV), heparinin fiksəolunmuş dozasının yeridilməsi və ya heparinin dozasının titrlənməsi (aşağı bax). Adekvat antikoaqulyant aktivliyin saxlanması üçün hemodilyusiya effektlərindən və hipotermiyadan asılı olmayaraq, laxtalanmanın aktivləşmə vaxtından (LAV) istifadə zamanı selitlə LAV testinin minimal tövsiyə olunan müddət – 750 saniyə və ya koalinlə LAV testinin müddəti – 480 saniyədir (aprotininin iştirakı ilə). Süni qan dövranı şəraitində preparatın istifadəsinə dair əlavə qeydlər Aprotininin istifadəsi ilə aorta-koronar şuntlama əməliyyatı keçirmiş pasiyentlərdə süni qandövranı fonunda adekvat antikoaqulyant aktivliyi saxlamaq üçün aşağıdakı metodlardan istənilən birindən istifadə etmək tövsiyə olunur: Акtivləşmiş qanın laxtalanma vaxtı (ALV) ALV-yə koaqulyasiyaya standart test deyil; bu testin nəticələrinin şərhi Aprotininin iştirakından asılıdır. Bundan başqa, testin nəticələrinə aorta-koronar şuntlama zamanı istifadə olunan durulaşdırma ilə və temperaturla bağlı fərqlər təsir göstərir. Qeyd edilir ki, kaolin ALV-nə münasibətdə Aprotininin təsiri daha az ifadə olunmuşdur, nəinki diatom torpaq əsaslı (selitin) istifadə olunması ilə ALV-yə. Protokolların müxtəlifliyinə baxmayaraq, Aprotininin iştirakı ilə hemodilyusiya və hipotermiya dərəcəsindən asılı olmayaraq, 750-saniyəlik selitin istifadəsi ilə ALV testi və ya kaolinin istifadəsi ilə 480-saniyəlik ALV testinin keçirilməsi tövsiyə olunur. Aprotininin iştirakı ilə analizin nəticələrinin şərhinə münasibətdə məsləhət üçün ALV-testi üçün reaktivlərin istehsalçısına müraciət etmək lazımdır. Heparinin daimi dozalarının yeridilməsi Heparinin ürəyin kateterizasiyasına qədər yeridilən standart yükləmə dozası, həmçinin süni qandövranı aparatının ilkin doldurulması üçün məhlula əlavə edilən heparinin miqdarı 350 BV/kq-dan az olmamalıdır. Heparinin əlavə dozası pasiyentin bədən kütləsi və süni qandövranı şəraitlərində müdaxilənin davametmə müddəti nəzərə alınmaqla müəyyən edilir. Heparinin səviyyəsinin müəyyən edilməsi Protaminin titrlənməsi – aprotininin iştirakına təsir göstərməyən metoddur və bu metod heparinin səviyyəsini ölçmək üçün istifadə edilməlidir. Aprotininin yeridilməsinə qədər heparinin yüklənmə dozasını təyin etmək üçün protaminin titrlənmə metodundan istifadə etməklə heparinin dozasına cavab reaksiyasını qiymətləndirmək lazımdır. Heparinin əlavə miqdarını heparinin səviyyəsi baxımından protaminlə titrləmə növünün köməyi ilə yeritmək lazımdır. Süni qandövranı şəraitlərində heparinin konsentrasiyası 2,7 TV/ml (2 mq/kq) səviyyəsindən aşağı və ya Aprotininin yeridilməsinə qədər aparılmış cavabın heparinin dozasından asılılıq testi zamanı müəyyən olunmuş dozadan aşağı olmamalıdır. Aprotinin alan pasiyenti süni qandövranı aparatından ayırdıqdan sonra heparini protaminin yeridilməsi ilə neytrallaşdırmaq lazımdır. Protaminin miqdarını yeridilmiş heparinin miqdarına görə təyin edilən fiksəolunmuş nisbətə görə hesablamaq və ya protaminin titrlənmə metodunun köməyilə hesablamaq lazımdır. Vacibdir: aprotinin heparinqoruyucu vasitə deyil. Transplantın saxlanması Aprotininin yeridilməsi üçün infuziya xəttindən alınan qanı transplantatı saxlamaq üçün istifadə etmək olmaz. Aprotininin təkrar yeridilməsi Aprotininin istifadəsi zamanı “risk/fayda” nisbəti diqqətlə qiymətləndirilməlidir, əsasən də əvvəllər aprotinin qəbul etmiş pasiyentlərdə (o cümlədən aprotinin tərkibli fibrin hermetiklər) çünki onlarda allergik reaksiyalar yarana bilər (“Əks göstərişlər” və “Əlavə təsirlər” bölməsinə bax). Baxmayaraq ki, əksər hallarda anafilaksiya 12 ay müddətində yolverilən dozanın yeridilməsindən sonra inkişaf edir, anafilaktik reaksiyanın 12 aydan sonra təkrar baş verməsi barədə ayrı-ayrı məlumatlar vardır. Aprotininlə müalicə zamanı allergik və anafilaktik reaksiyaların müalicəsi üçün lazım olan hazır təcili standart yardım vasitələri olmalıdır. Allergik reaksiyaların yaranması zamanı risklərin qiymətləndirilməsi: aprotininlə, müalicə alan bütün pasiyentlərə allergik reaksiyalara meylliyin olmasını qiymətləndirmək üçün əvvəlcə test-dozanın yeridilməsi vacibdir (“İstifadə qaydası və dozası” bölməsinə bax). Sınaq dozasını pasiyentə yalnız kəskin inkişaf edən anafilaktik reaksiyalar zamanı təcili yardım göstərmək üçün lazım olan tibbi vasitə və avadanlığın olduğu təqdirdə yeritmək lazımdır. Böyrəklərin funksional pozğunluğu: son zamanlar aparılan müşahidələr təsdiq edir ki, aprotininlə müalicə, xüsusilə də o pasiyentlərdə ki, artıq onlarda böyrəklərin zədələnməsi baş vermişdir, böyrək funksiyalarının pozulmasına gətirib çıxara bilər. Aorta-koronar şuntlama əməliyyatı keçirilmiş pasiyentlər üzərində aparılan plasebo-nəzarət olunan tədqiqatların nəticələrinin analizi zamanı Aprotinin alan qrupda zərdab kreatininin səviyyəsinin normal qiymətlə müqayisədə >0,5 mq/dl yüksəlməsi müşahidə olunmuşdur. Müvafiq olaraq, böyrək funksiyaları pozulmuş və ya böyrəklərin zədələnmə riski olan (məsələn, aminoqlikozidlərlə yanaşı müalicə zamanı) pasiyentlərə aprotininin təyin edilməsindən əvvəl fayda/risk nisbəti diqqətlə qiymətləndirilməlidir. Aprotinin alan pasiyentlərdə yaşa görə müqayisə edilən kontrol qrupla müqayisədə böyrək çatışmazlığının və letal sonluqların inkişaf tezliyinin yüksəlməsi qeyd edilmişdir (bu qrupda da aortanın döş şöbəsində süni qandövranı şəraitində dərin hipotermiya fonunda qandövranının dayandırılması ilə əməliyyat keçirilmişdir). Heparinlə lazım olan antikoaqulyant müalicə aparılmalıdır (yuxarıya bax). Ölüm halları: randomizəolunmuş klinik tədqiqatların nəticələrinə görə ölüm halları barədə məlumatlar “Farmakodinamika” bölməsində təqdim edilmişdir. Aprotininin istifadəsi ilə ölüm hallarının sayının artması arasında əlaqə bəzi randomizəolunmamış müşahidə tədqiqatlarında aşkar edilmişdir (məsələn, Mangano 2007, Schneeweiss 2008, Olenchock 2008, Shaw 2008), halbuki digər tədqiqatlarda belə əlaqə müşahidə edilməmişdir (məsələn, Karkouti 2006, Mangano 2006, Coleman 2007, Pagano 2008, Ngaage 2008, Karkouti, 2009). Bu tədqiqatlarda aprotinin, digər müalicə qruplarında olan pasiyentlərlə müqayisədə adətən, əməliyyat başlayana qədər pasiyentə daha yüksək ölüm riski ilə yeridilmişdir. Əksər tədqiqatlarda risk dərəcəsində olan bu başlanğıc fərqlər lazımi qaydada nəzərə alınmamışdır, həmçinin bu risk faktorlarının nəticəyə təsiri barədə məlumat yoxdur. Вu müşahidə tədqiqatlarının məlumatlarının şərhi məhduddur, ölüm hallarının sayının artması ilə aprotininin istifadəsi arasında qarşılıqlı təsiri nə təsdiq, nə də inkar etmək mümkün deyildir. Beləliklə, izoləedilmiş aortakoronar şuntlama əməliyyatlarının gedişində yalnız “risk/fayda” nisbətini ciddi qiymətləndirdikdən sonra aprotinini qeyd edilmiş göstərişlərə görə istifadə etmək lazımdır. Fergusson və həmmmüəllifləri 2008-ci ildə öz məqalələrində ( «Randomizəolunmuş tədqiqatda antifibrinolitiklərin istifadəsi ilə qanın saxlanması” (BART)) randomizəolunmuş nəzarətolunan klinik tədqiqatın gedişində alınmış məlumatları analiz etmiş və o nəticəyə gəlmişlər ki, aprotinin alan pasiyentlərdə ölüm hallarının sayı traneksam turşusu və ya aminokapron turşusu alan pasiyentlərlə müqayisədə yüksəkdir. Lakin, metodologiyada olan bir neçə fərqə görə (BART tədqiqatının nəticələri üzrə) ürək-damar riskləri barədə hər hansı nəticə çıxarmaq olmaz. Uyuşmazlıq: belə qeyd olunur ki, aprotinin heç bir dərman vasitəsi ilə uyuşmur. Onu infuziya məhlulları ilə istifadə etmək olmaz. Lazım olduqda preparat 0,9%-li natrium xlorid və ya minimum 500ml-lik 5%-li qlükozanın sulu məhlulu ilə durulaşdırılır. Hazırlanmış məhlul 4 saat ərzində istifadə olunmalıdır. Aprotinini kortikosteroidlərlə və ya tərkibində amin turşuları və yağlar olan qida məhlulları ilə qəbul etmək olmaz, çünki bu maddələr kimyəvi cəhətdən aprotininlə uyuşmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aprotinin trombolitik vasitələrin təsirini dozadanasılı inhibə edir – məsələn, streptokinazanın, urokinazanın və alteplazanın (p-TAP). Aprotininin istifadəsi, artıq böyrək funksiyaları pozulmuş pasiyentlərdə böyrəklərin funksional pozğunluğuna gətirib çıxara bilər. Həmçinin aminoqlikozidlərin istifadəsi böyrək funksiyasının pozulması riskini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatların nəticələri Aprotininin teratogen və ya embriotoksik təsirinin olmasını göstərməmişdir. Hamiləlik dövründə aprotininin yalnız gözlənilən fayda potensial riskdən yüksək olarsa istifadə etmək olar. Ciddi arzuolunmaz reaksiyaların meydana çıxdığı təqdirdə (anafilaktik reaksiya, ürəyin dayanması və s. kimi) və “risk/ fayda” nisbətinin qiymətləndirilməsi zamanı onların müalicəsi zamanı dölə zərər vura biləcək potensial təhlükə nəzərə alınmalıdır. Laktasiya dövrü: aprotininin ana südünə keçməsi məlum deyil. Lakin, aprotinin daxilə qəbul zamanı biomənimsənilmədiyindən preparatın ana südünə keçən istənilən miqdarı südəmər uşağın orqanizminə sistem təsir göstərmir. Fertillik: aprotininin kişi və qadınların fertilliyinə təsiri haqda adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmayıb. Pediatriyada istifadəsi 18 yaşa qədər uşaqlarda aprotininin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Əlaqəli deyil.
İstifadə qaydası və dozası
Yeridilməzdən əvvəl aprotininə spesifik olan (bax bölmə “Əks göstərişlər”) IgG anticismi testi etmək lazımdır. Dozası Böyüklər: allergik /anafilaktik reaksiyanın inkişaf riski ilə əlaqədar olaraq bütün pasiyentlərə başlanğıc dozanın yeridilməsinə ən azı 10 dəqiqə qalmış venadaxili 1ml (10000 KİV) aprotinin yeritmək lazımdır. Əgər başlanğıc 1 ml dozalanma allergik reaksiya törətməzsə, o zaman müalicəvi dozanı yeritmək olar. H1 və H2 antaqonistlərini aprotininlə test keçirilməsinə 15 dəqiqə qalmış yeritmək olar. Hər halda anafilaktik və allergik reaksiyaların təcili müalicəsini həyata keçirmək üçün hazır lazım olan standart preparatlar olmalıdır( «Xüsusi göstərişlər” bölməsinə bax»). Anesteziyaya başlayandan sonra və sternotomiyanın keçirilməsindən əvvəl 1-2mln. doza yeridilməsi tövsiyə olunur. KİV 20-30 dəqiqə müddətində yavaş-yavaş venadaxili və ya infuziya şəklində. Sonrakı 1-2mln. КİV “ürək-ağciyər” süni qan dövranı aparatının doldurulmasının ilkin həcminə əlavə edilir. Aparatın ilkin doldurulması məhluluna əlavə edilən aprotininlə heparinin fiziki uyuşmazlığından qaçmaq üçün hər bir preparatı resirkulyasiya prosesində əlavə etmək lazımdır – bu, hər bir preparatı onun digər komponentlə qarışdırılmasına qədər kifayət qədər durulaşmasını təmin edir. İlkin bolyus infuziyasından sonra əməliyyat qurtarana qədər fasiləsiz infuziya yolu ilə saatda 250000- 500000 KİV yeritmək lazımdır. Bütövlükdə müalicə sikli dövründə yeridilən aprotininin ümumi miqdarı 7 mln. KİV-dən artıq olmamalıdır. Böyrəklərin funksional pozğunluğu: bu vaxta qədər toplanmış klinik təcrübəyə əsasən böyrək funksiyası aşağı olanlar üçün dozanın korreksiyası tələb olunmur. Qaraciyərin funksional pozğunluğu: qaraciyərin funksional pozğunluğu ilə əlaqədar pasiyentlər üçün tövsiyə olunan doza haqqında məlumat yoxdur. Yaşlı pasiyentlərdər: bu vaxta qədər olan klinik təcrübəyə əsasən yaşlı pasiyentlərdə müalicəyə qarşı hər hansı xüsusi reaksiya müşahidə olunmamışdır. İstifadə qaydası Aprotininin mərkəzi venoz kateter vasitəsilə yeritmək lazımdır. Həmin kateteri başqa dərman vasitələrinin yeridilməsi üçün istifadə etmək olmaz. Bir neçə deşiyi olan kateterdən istifadə zamanı aprotininin yeridilməsi üçün ayrıca kateter tələb olunmur. Aprotininin, yalnız kürəyi üstdə uzanıqlı vəziyyətdə olan pasiyentlərə yeritmək olar; yeridilmə venadaxili inyeksiya və ya qısamüddətli infuziya yolu ilə tədricən (maksimal sürət -5-10 ml/dəq) həyata keçirilməlidir.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi Aprotininin təhlükəsizliyi aprotinin alan 3800-dən artıq pasiyentin iştirakı ilə 45-dən çox II və III faza tədqiqatda qiymətləndirilmişdir. Ümumiyyətlə aprotinin qəbul etmiş pasiyentlərin 11%-də əlavə təsirlər inkişaf etmişdi. Ən ciddi əlavə təsir miokard infarktı idi. Əlavə təsirlər cərrahi əməliyyatlar zamanı qiymətləndirilməlidir. Əlavə təsirlərin cədvəl üzrə sadalanması Aprotininin plasebo-nəzarət olunan klinik tədqiqatlarının gedişində qeydə alınmış əlavə dərman reaksiyaları (ƏDR) Beynəlxalq Elmi-tibbi Təşkilat Şurası III–ün tələblərinə uyğun olaraq başvermə tezliyinə görə qruplaşdırılmışdır (CIOMS – Council for International Organizations of Medical Sciences) (aprotinin =3 817 və plasebo n=2 682; 2005-ci ilin aprelinə olan məlumat). ƏDR aşağıdakı cədvəldə sadalanmışdır: Tezlik aşağıdakı kimi təyin olunub: Tez-tez: ≥1/100 – <1/10 Bəzən: ≥1/1 000 – <1/100 Nadir: ≥1/10 000 – <1/1 000 Çox nadir: <1/10 000 Məlum deyil: əldə olunan məlumatlara görə tezliyi müəyyənləşdirmək olmaz. MedDRA-ya görə sistem- Tez- Bəzən Nadir Çox nadir orqan təsnifatı tez İmmun sistemdə baş verən Allergik reaksi- Anafilaktik şok pozğunluqlar yalar. (həyat üçün təh- Anafilaktik/Ana- lükəli) filaktoid reaksi- yalar Qan və limfatik sistemdə Disseminəolunmuş baş verən pozğunluqlar damardaxili laxtalanma sindromu; Koaqulopatiya Ürəkdə baş verən poz- Miokardın ğunluqlar işemiyası Koronar arteriyaların okklüziyası/ tromboz Miokard infarktı Perikardial ekssudat Damarlarda pozğunluqlar Tromboz Arterial tromboz Ağ ciyər (və onun arteriyasının böyrəklər, ağ tromboemboliyası ciyər və ya beyin kimi həyativacib orqanlar tərəfindən spesifik təzahürləri) Böyrəklərdə və sidikçıxa- Oliquriya rıcı yollarda baş verən Kəskin pozğunluğu böyrək çatışmazlığı Tubulyar nekroz Ümumi pozğunluqlar və İnyeksiya və ya yeridilmə yerində poz- infuziya yerində ğunluqlar yaranan reaksiyalar (tromboflebit) • Barəsində qeydiyyatdansonrakı istifadə zamanı məlumat verilmiş ƏDR, yağlı şriftlə qeyd edilmişdir. Seçilmiş əlavə təsirlərin təsviri Allergik/anafilaktik reaksiyalar əvvəllər aprotinin qədul etməyən pasiyentlərdə nadir halda yaranır. Aprotininin təkrar istifadəsi zamanı allergik/anafilaktik reaksiyaların yaranma tezliyi 5%-ə çata bilər. Allergik/anafilaktik reaksiyaların retrospektiv analizi zamanı müəyyən edilmişdir ki, əgər təkrar yeridilmə ilk istifadədən sonra 6 ay müddətində həyata keçirilirsə, onların tezliyi yüksəlir (6 ay müddətində təkrar yeridilmə zamanı tezlik 5% və 6 ay qurtardıqdan sonra təkrar yeridilmə zamanı 0,9% təşkil edir. Bundan başqa, retrospektiv analiz zamanı aşkar edilmişdir ki, ağır anafilaktik reaksiyaların tezliyi 6 ay ərzində 2 dəfədən çox aprotinin almış pasiyentlərdə əlavə olaraq 2 dəfədən çox arta bilər. Hətta əgər pasiyent aprotininin ikinci yeridilməsini yaxşı qəbul etmişsə (hər hansı bir simptomlarsız) sonrakı yeridilmə ağır allergik reaksiya və ya anafilaktik şok, çox nadir halarda ölümcül hal törədə bilər. Allergik/anafilaktik reaksiyaların simptomlarına aşağıdakılar daxil ola bilər: Tənəffüs sistemi: bronxial astma (bronxospazm) Ürək-damar sistemi: arterial hipotenziya Dəri və dərialtı toxumalar:qaşınma, səpgi, övrə Həzm sistemi:ürəkbulanma Əgər allergik reaksiyalar inyeksiya və ya infuziyanın istifadəsi zamanı zamanı yaranarsa preparatın yeridilməsi dayandırılmalıdır. Təcili standart tədbirlər tələb oluna bilər- məsələn, adrenalin / epinefrin, kortikosteroidlər və əvəzedici infuzion terapiya. Ürək-damar sistemi: bütün plasebo-nəzarət olunan klinik tədqiqatların yekun analizi göstərdi ki, tədqiqatçıların məlumatlarına görə aprotinin alan pasiyentlərdə miokard infarktının (Mİ) inkişaf tezliyi plasebo alan qrupla müqayisədə (4,8%) 5,8% təşkil etmişdir, qruplar arasındakı fərq 0,98% təşkil etmişdir (aprotinin=3 817 və plasebo n=2 682; 205-ci ilin aprel ayına olan məlumat). Вəzi tədqiqatlarda aprotinindən istifadə zamanı Mİ-nin inkişaf tezliyinin yüksəlməsinə meyillik müşahidə edilmişdir, halbuki digər tədqiqatlarda plasebo alan qrupla müqayisədə Mİ-nin inkişaf tezliyinin azalması müşahidə edilmişdir. Ölüm halları: aprotinindən istifadə zamanı ölümlə nəticələnmə riski “Xüsusi göstərişlər” bölməsində təqdim edilmişdir.
Doza həddinin aşılması
Spesifik antidotu yoxdur.
Buraxılış forması
1 ml (10000 BV) və ya 5 ml (50000 BV), şüşə ampulda. 5 ampul (1 ml), blistredə. 5 ampul (5 ml) blisterdə. 2 blister (1 ml) və ya 1 blister (5 ml), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, quru, işıqdan uzaq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Biofarma” ƏZ MMC. Ukrayna 09100, Kiyev vilayəti Belaya Serkov şəh. Kiyev küç. ev. 37.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.