Bolalgen N100 tablet

Dərman formasıTablet
Farmakoloji təsirQızdırmasalıcı və spazmolitik vasitə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,00 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BOLALGEN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Dicyclomin hydrochloride +Paracetamol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq disiklomin hidroxlorid, 500 mq parasetamol vardır. Köməkçi maddələr:nişasta, povidon, limon turşusu monohidrat, natrium metilhidroksibenzoat, natrium propilhidroksibenzoat, maqnezium stearat, talk, susuz kolloidal silisium, natrium nişasta qlikolyat.

Təsviri

Ağ rəngli, yasti dairəvi formalı, bir tərəfində xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Qızdırmasalıcı və spazmolitik vasitə. ATC kodu: N02BE51.

Farmakoloji xüsusiyyətləri

Disiklomin zəif antimuskarin preparat olub, birbaşa spazmolitik təsir göstərir. Disiklomin bağırsağın qıcıqlanma sindromu ilə əlaqədar olan əzələ spazmını, mədə-bağırsaq traktının spazmı daxil olmaqla, mülayim şəkildə yüngülləşdirir. Parasetamol effektiv ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Parasetamol mədə simptomlarına meyilli pasiyentlərdə qeyri-iltihabi, zəif halların müalicəsində istifadə edilir.

İstifadəsinə göstərişlər

Bolalgen ağrı və iltihabla əlaqədar olan sancılarda istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – obstruktiv uropatiya; – mədə-bağırsaq traktının obstruktiv xəstəlikləri; – ağır xoralı kolit; – reflüks ezofaqit; – kəskin hemorragiya ilə qeyri-sabit kardiovskulyar vəziyyət; – qlaukoma; – Myasthenia gravis; – 6 aylıqdan kiçik uşaqlar; – laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İsti havada preparatı qəbul etdikdə, istivurma yarana bilər (tərləmənin azalması ilə əlaqədar olaraq bədən temperaturu yüksələ və ürək tutması baş verə bilər). Qeyd edilən simptomlar baş verdikdə, müalicəni dayandırmaq və müvafiq tədbirlər görmək lazımdır. Diareya, natamam bağırsaq keçməzliyinin erkən simptomu ola bilər (xüsusilə, ileostoma və kolostoma olan pasiyentlərdə). Belə halda bu preparatla müalicə əsassız və ziyanlı ola bilər. Həssas şəxslərdə antixolinergik preparatların istifadəsi zamanı psixoz baş verə bilər. MSS – də baş verən simptomlar aşağıdakılardır: konfuziya, dezoriyentasiya, şüurun qısamüddətli itməsi, halüsinasiya, disartriya, ataksiya, koma, eyforiya, yorğunluq, oyanıqlığın azalması, yuxusuzluq, ajitasiya, manerizm, davranış pozulması. Bu simptomlar, adətən preparatın qəbulundan 12-24 saat sonra aradan qalxır. Disiklomin 6 aylıqdan kiçik körpələrə və laktasiya dövründə əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıdakı preparatlar antixolinergik vasitələrin əsas və əlavə təsirlərini artıra bilər: amantadin, antiaritmik preparatlar sinifinə aid olan vasitələr (xinidin), anhistamin, atipsixotik (məsələn, fenotiazinlər), benzodiazepinlər, MAO inhibitorları, narkotik analgetiklər (meperidin), nitrat və nitritlər, simpatomimetiklər, trisiklik antidepresantlar və digər antixolinergik təsir göstərən preparatlar. Antixolinergik preparatlar qlaukomaəleyhinə vasitələrlə antaqonist təsirə malikdir. Antixolinergik preparatlar kortikosteroidlərlə eyni vaxtda istifadə edilməsi, gözdaxili təzyiqin yüksəlməsi zamanı təhlükəli ola bilər. Antixolinergik preparatlar bəzi preparatların mədə-bağırsaq sistemindən absorbsiyasına təsir edir (diqoksinin ləng həll olunan forması (bunun nəticəsində diqoksinin qan zərdabında konsentrasiyası artır)). Antixolinergik preparatlar mədə-bağırsaq motorikasına təsir edən metoklopramid kimi preparatlarla antaqonist təsir göstərir. Antixolinergik preparatlarla antasid preparatları eyni vaxtda istifadə etmək olmaz, belə ki, ikinci birincinin absorbsiyasına təsir edir. Axlorhidriyanın müalicəsində istifadə edilən preparatların effekti, antixolinergik vasitələrin mədənin xlorid turşusunun ifrazını inhibə edən effekti ilə antaqonistdir və bu, mədə sekresiyası testində istifadə edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Desiklomin yuxululuğa və dumanlı görməyə səbəb ola bilər. Bu səbəbə görə nəqliyyat vasitəsini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Böyüklərə gündə 3 dəfə 10-20 mq təyin edilir. Uşaqlar 2-12 yaş – gündə 3 dəfə 10 mq . 6 aylıq-2 yaş – gündə 3-4 dəfə 5-10 mq . Yalnız həkim təyinatı ilə istifadə edilməlidir.

Əlavə təsirləri

Ciddi əlavə təsirlər – Yorğunluq, ajitasiya və ya konfuziya; – ağır başgicəllənmə və huşun itməsi hissi; – sürətli ürəkdöyünmə; – başgicəllənmə; – dəri səpgisi və ya övrə. Qeyri-ciddi əlavə təsirlər – Ürəkbulanma; – qəbizlik; – köp; – iştahanın azalması; – ağizda quruluq; – burun tutulması; – görmənin pozulması və ya fokusun çətinləşməsi; – sidiyəgetmənin çətinləşməsi.

Doza həddinin aşılması

Disiklomin Simptomları Başağrısı, ürəkbulanma, qusma, dumanlı görmə, hərarət, dəridə quruluq, başgicəllənmə, ağızda quruluq, udqunmanın çətinləşməsi, MSS-in stimulyasiyası. Kurareyəbənzər təsir baş verə bilər (əzələ zəifliyinə və mümkün əzələ iflicinə səbəb ola bilən neyroəzələ blokadası). Preparatın oral letal dozası (LD 50) siçanlarda 625 mq/kq təşkil edir. Disiklominin dializə məruz qalması məlum deyil. Müalicəsi Mədənin yuyulması, qusdurucu vasitələrin və aktivləşdirilmiş kömürün təyini. Oyanıqlığın aydın simptomlarının müalicəsi məqsədilə sedativ preparatlardan istifadə etmək olar (qisa təsirli barbituratlar, benzodiazepinlər). Həkim təyinatı ilə parenteral xolinergik preparatlar- dan antidot kimi istifadə edilə bilər. Parasetamol Simptomları Parasetamol ilə doza həddinin aşılması zamanı ilk 24 saat ərzində aşağıdakı əlamətlər baş verir: avazıma, ürəkbulanma, qusma, anoreksiya və abdominal ağrı. Qaraciyərin zədələnməsi doza həddinin aşılmasında 12-48 saatdan sonra təzahür edə bilər. Qlükozanın metabolizmi- nin pozulması və metabolik asidoz mümkündür. Hətta ağır qaraciyər çatışmazlığı olmadıq- da belə, kəskin tubulyar nekroz ilə kəskin böyrək çatışmazlığı baş verə bilər. Ürək aritmiyalarının yaranması halları qeyd edilmişdir. Kəskin zəhərlənmədən sonra baş verən ilk iki gün ərzində yaranan simptomlar doza həddinin aşılmasının potensial ciddiliyini əks etdirmir. Ürəkbulanma, qusma, anoreksiya və abdominal ağrı 1 həftə və daha artıq müddət ərzində qoruna bilər. Qaraciyərin zədələnməsi 2-ci gün (hətta daha gec), təzahür edə bilər. İlk növbədə transaminazaların konsentrasiyasının yüksəlməsi və laktatdehidrogenazanın aktivliyinin artması, bilirubinin konsentrasiyasının artması və protrombinn vaxtının uzanması baş verir. Qaraciyər zədələnməsi, ensefalopatiyaya, komaya və ölümə səbəb ola bilər. Eləcə də serebral ödem və qeyri-spesifik miokard infarktının baş verməsi mümkün- dür. Doza həddinin aşılması zamanı dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır. İxtisaslaşdırılmış müalicəyə mümkün qədər tez başlamaq lazımdır. Təxirəsalınmayan müalicə vacibdir. 7,5 q-dan artıq parasetamol qəbul edən pasiyentlərin mədəsi doza həddinin aşılmasından sonra 4 saatdan gec olmayaraq yuyulmalıdır. Asetilsistein və ya metionin kimi antidotların istifadəsi zəruri ola bilər. Həkim təyinatı olduqda, asetilsistein dərhal intravenoz təyin edilə bilər.

Buraxılış forması

10 tablet, blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Geno Pharmaceuticals PVT. LTD. Ünvan Karaswada, Mapusa, Goa 403526.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bolalgen N100 tablet” üçün ilk rəyi siz yazın.