Blokavit B12 3 ml N6 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparatlar
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

33,85 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BLOKAVİT B12 inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac + Betamethasone + Cyanocobalamin

Tərkibi

Təsiredici maddə: 1 ampulda (3 ml) 75 mq diklofenak natrium, 2,0 mq betametazon (natrium fosfat şkəlində), 10,0 mq hidroksikobalamin (sulfat şəklində) vardır. Köməkçi maddələr:benzil spirti, propilenqlikol, natrium metabisulfat, inyeksiya üçün su.

Təsviri

Şəffaf qırmızımtıl rəngli, əlavə qarışığı olmayan məhluldur.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparatlar. ATC kodu: M01AB55.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Diklofenak – şiddətli iltihab əleyhinə, analgeziyaedici (ağrıkəsici), revmatizm əleyhinə və mülayim qızdırmasalıcı və aqreqasiya əleyhinə təsirlərə malik QSİƏP-dir (qeyri-steroid iltihab əleyhinə preparatdır). Təsir mexanizmi araxidon turşusunun metabolizmində iştirak edən əsas fermentin – siklooksigenaza fermentinin aktivliyinin tormozlanması ilə əlaqəlidir və bunun nəticəsində araxidon mənbələrinin reaksiyaları blokadaya alınır. Analgeziyaedici təsiri iki mexanizm vasitəsi ilə həyata keçirilir: periferik (prostaqlandin sintezinin tormozlanması hesabına) və mərkəzi (mərkəzi və periferik sinir sistemlərində prostoqlandin sintezinin inhibə olunması hesabına). Betametazon – iltihab əleyhinə, antieksudativ (ödem əleyhinə) və immunosupressiv təsirlərə malik qlükokortikoid preparatdır. Betametazon iltihab mediatorlarının (eozinofillərin və tosqun hüceyrələrin daxilindən), interleykin 1-in və 2-in, γ-interferonun (limfositlərin və makrofaqların daxilindən) ifraz olunmasını aşağı salır, hialuronidaza fermentinin aktivliyini tormozlayır və damar divarının keçiricilik qabiliyyətinin zəifləməsinə səbəb olur. Hüceyrə sitoplazmasında spesifik reseptorlarla qarşılıqlı təsir göstərir, RNT sintezini stimullaşdırır, zülalların, o cümlədən, hüceyrə effektlərinin meydana çıxmasına səbəb olan lipokortinin əmələ gəlməsini induksiya edir. Lipokortin fosfolipaza A2 fermentini tormozlayır, araxidon turşusunun liberasiyasını (azad olmasını) və iltihabın, allergiyanın və digər patoloji proseslərin inkişafına səbəb olan endoperoksidlərin, leykotrienlərin biosintezini blokadaya alır. B vitamini – hüceyrələrin inkişafını və replikasiyasını təmin edir. Həmin vitamin yüksək bioloji12 aktivliyə malikdir və karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Toxumaların regenerasiyasını yüksəldir, qanyaranma prosesini, qaraciyərin və sinir sisteminin funksiyalarını normalaşdırır. Orqanizmdə kofaktora – kobamidə çevrilir ki, bu da çoxsaylı fermentlərin, o cümlədən, fol turşusunun tetrahidrofol turşusuna qədər bərpa olmasına səbəb olan reduktaza fermentinin tərkibinə daxildir. Kobamid metil və digər birkarbonlu fraqmentlərin daşınmasında iştirak edir və bu səbəbdən, dezoksiribozanın və DNT-nin, metioninin və S-adenozilmetioninin və homosisteinin, kreatinin əmələ gəlməsi üçün onun mövcudluğu tələb olunur; kobamid lipotrop faktorlar tərəfindən xolinin sintezində iştirak edir, metilmalon turşusunun mielinin tərkibinə daxil olan kəhrəba turşusuna çevrilməsinə səbəb olur. Farmakokinetikası Diklofenakı 75 mq dozada əzələ daxilinə yeritdikdən dərhal sonra, onun sorulması başlayır. Qan plazmasında maksimal konsentrasiyası təxminən 20 dəqiqədən sonra əldə olunur və bunun orta göstəricisi təxminən 2,5 mkq/ml (8 mkmol/l) təşkil edir. Maksimal konsentrasiya əldə edildikdən dərhal sonra, qan plazmasında preparatın konsentrasiyasının sürətlə azalması müşahidə olunur. Sorulan təsiredici maddənin miqdarı, preparatın istifadə edilən dozasından xətti asılıdır. Diklofenakı orqanizmə yeritdikdən sonra “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) göstəricisi, preparatın peroral və ya rektal yolla istifadəsindən sonrakı göstəricilərlə müqayisədə, təxminən 2 dəfə yüksəkdir – çünki, peroral və ya rektal yollarla istifadə edildiyi hallarda, diklofenakın miqdarının təxminən yarısı qaraciyərdən “ilk keçid” müddətində metabolizmə məruz qalır. Diklofenakın qan plazmasının zülalları ilə birləşməsi 99,7 % təşkil edir, birləşmə, əsasən, albuminlə (99,4 %) qeyd olunur. Paylanma həcmi 0,12-0,17 l/kq təşkil edir. Diklofenak sinovial mayeyə nüfuz edir və burada onun maksimal konsentrasiyası, qan plazması ilə müqayisədə 2-4 saat gec əldə edilir. Sinovial mayedən zahiri yarımxaricolma dövrü 3-6 saat təşkil edir. Qan plazmasında maksimal konsentrasiyası əldə edildikdən 2 saat sonra, sinovial mayedə diklofenakın konsentrasiyası, qan plazması ilə müqayisədə daha yüksəkdir və bu göstəricilər 12 saat müddətində yüksək olaraq qalır. Diklofenak metabolizmə qismən dəyişilməmiş molekulun qlükuronlaşması yolu ilə, lakin, əsasən birdəfəlik və çoxsaylı metoksilləşmə vasitəsi ilə məruz qalır ki, bu da bir neçə fenol metabolitin (3′-hidroksi-, 4′-hidroksi-, 5′- hidroksi -, 4 ‘, 5-dihidroksi- və 3′- hidroksi -4′- metoksidiklofenakın) əmələ gəlməsinə gətirib çıxarır və həmin metabolitlərin əksəriyyəti qlükuronid konyuqatlara çevrilir. Göstərilən fenol metabolitlərin ikisi bioloji cəhətdən aktivdir, lakin, həmin aktivlik diklofenakın aktivliyi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Diklofenakın ümumi sistem klirensi 263 ± 56 ml/dəqiqədə təşkil edir. Son yarımxaricolma dövrü 1-2 saat təşkil edir. Farmakoloji cəhətdən aktiv olan 2 metabolit də daxil olmaqla, 4 metabolitin yarımxaricolma dövrü uzummüddətli deyildir və 1-3 saat təşkil edir. Metabolitlərdən biri – 3′- hidroksi-4’-metoksidiklofenak daha uzunmüddətli yarımxaricolma dövrünə malikdir, lakin bu metabolit tamamilə qeyri-aktivdir. Preparatın istifadə edilən dozasının təxminən 60 %-i sidiklə birlikdə dəyişilməmiş təsiredici maddənin qlükuron konyuqatları şəklində və eləcə də, əksəriyyəti qlükuron konyuqatlar olan metabolitlər şəklində xaric olunur. Diklofenakın 1 %-dən az miqdarı dəyişilməmiş halda xaric olunur. Preparatın digər dozaları metabolitlər şəklində ödlə və nəcislə birlikdə xaric olunur. Betametazon natrium fosfat – yeridildiyi nahiyədən sürətlə absorbsiya olunan, asanlıqla həll olunan komponentdir ki, bu da onun terapevtik təsirinin sürətlə başlanmasını təmin edir. Betametazonun qan plazmasının züalları ilə birləşməsi 64 % təşkil edir; 5-6 saatlıq yarımxaricolma dövrünə malikdir. B vitamini – əsasən, qaraciyər parenximasının hüceyrələrinə daxildir ki, bunlar da onun əsas12 ehtiyatlarını təşkil edir. Qanda transkobalamin I və II ilə birləşir ki, bunlar da onun toxumalara nəql edilməsində iştirak edir. Qan plazmasının zülalları ilə birləşməsi 90 % təşkil edir. Yeridildikdən sonra maksimal konsentrasiyanın əldə olunma müddəti (TC ) təxminən 1 saatmax təşkil edir. Qaraciyərdən ödlə birlikdə bağırsağa xaric olunur və sonra yenidən qana sorulur. Qaraciyərdən yarımxaricolma dövrü (T ) 500 gün təşkil edir. Böyrək funksiyaları normal1/2 olduqda – 7-10 %-i böyrəklər vasitəsi ilə, təxminən 50 %-i nəcislə xaric olunur; böyrək funksiyaları aşağı olduqda – 0-7%-i böyrəklər vasitəsi ilə və 70-100 %-i nəcislə xaric olunur. Plasentar baryerdən nüfuz edir.

İstifadəsinə göstərişlər

Blokavit B12 sümük-sinir-əzələ aparatının, oynaq revmatizminin iştirakı ilə kəskin, mülayim və mülayim ağrılı müxtəlif mənşəli iltihabi proseslərin qısamüddətli terapiyası üçün göstərişdir. Fibroz, mialgiya, lümbaqo, işias, travma və dartılmalar.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya digər QSİƏP-ə qarşı yüksək həssaslıq. Aktiv qastroduodenal xora. Qastrointestinal qanaxma və ya perforasiya. Ağır böyrək və qaraciyər çatışmazlığı. Dekompensasiyalı ürək çatışmazlığı. Hipertonik xəstəliyin ağır forması. Sistem mikoz. Aktiv vərəm. Osteoporoz. İtsenko-Kuşinq sindromu. Şəkərli diabet. A, B, C hepatiti, digər viruslu infeksiyalar. Vaksinasiya dövrü. Hamiləlik və laktasiya dövrü. İdiopatik trombositopenik purpuralı pasiyentlər. Podaqra. Sistem koaqulyantlarla müalicə. Uşaq yaşı. Durğun ürək çatışmazlığı (NYHA II-IV). Stenokardiyası olan, miokard infarktı keçirən pasiyentlərdə ürəyin işemik xəstəliyi. İnsult və ya ötüb keçən işemik həmlə epizoduna malik pasiyentlərdə serebrovaskulyar xəstəliklər. Periferik arteriyaların xəstəliyi. Aortakoronar şuntlama (və ya süni qan dövranı aparatının istifadəsi) əməliyyatdan sonrakı ağrının müalicəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Görmə sinirinin irsi atrofiyası zamanı xəstəliyin inkişafının erkən dövründə sianokobalamin istifadə edilməməlidir. Blokavit-B12 preparatının tərkibində diklofenakın mövcudluğunu nəzərə alaraq, böyrək, ürək və ya qaraciyər pozğunluqları qeyd olunan pasiyentlərdə və ciddi əməliyyatlara məruz qalan pasiyentlərdə və eləcə də, DEQH (dövr edən qan həcmi) aşağı olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. Qaraciyər porfiriyası qeyd olunan pasiyentlərdə və eləcə də bronxial astmadan əziyyət çəkən pasiyentlərdə diklofenak xəstəliklərin mənzərəsinin kəskinləşməsinə səbəb ola bilər. Duodenal xora (onikibarmaq bağırsaq xorası), xoralı kolit və ya Kron xəstəliyi qeyd olunan pasiyentlərin tibbi müşahidəsini təmin etmək lazımdır. Qanın laxtalanma sisteminin pozğunluqları qeyd olunan pasiyentlər və ya oral antikoaqulyantlardan istifadə edən pasiyentlər həmçinin nəzarət altında olmalıdırlar. Bundan əlavə, Blokavit-B12 preparatının tərkibində betametazonun mövcudluğunu nəzərə alaraq, divertikuliti, bağırsaq anastomozu, mədə xorası, xoralı koliti, absesi və ya digər irinli xəstəlikləri, hipertoniyası, osteoporozu və Qravis miasteniyası olan pasiyentlər preparatı ehtiyatla istifadə etməlidirlər. Gözdə sadə herpes, emosional qeyri-stabillik və ya psixotik meylliliklər və hipertireoidizm qeyd olunan pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Blokavit-B12 preparatının istifadəsi ilə uzunmüddətli müalicə aparıldıqda, qanın, böyrək və qaraciyər funksiyalarının müayinəsi aparılmalıdır. Yaşlı pasiyentlər Blokavit-B12 preparatının ən aşağı effektiv dozasını istifadə etməlidirlər. Blokavit-B12 preparatının tərkibində diklofenak vardır və digər qeyri-steroid iltihab əleyhinə preparatlar kimi o da, müalicə müddətinin istənilən mərhələsində MBT-dən (mədə-bağırsaq traktından) qanaxmanın meydana çıxmasına səbəb ola bilər. Bu əlamətin meydana çıxması yaşlı pasiyentlərdə daha çox ehtimal edilir. Nadir hallarda diklofenak ciddi anafilaktik və ya anafilaktoid reaksiyanın meydana çıxmasına səbəb ola bilər. Betametazon infeksiyanın bəzi əlamətlərini maskalaya bilər. İmmun cavabın dəyişməsi ehtimalını nəzərə alaraq, Blokavit-B12 preparatı ilə müalicə müddətində pasiyentlər immunlaşma proseduralarına məruz qalmamalıdırlar. Bundan əlavə, strongiloidoz infeksiyası ehtimal edildiyi halda, pasiyentlər preparatı ehtiyatla istifadə etməlidirlər, çünki o, əlamətlərin yayılmasına meyilliliyi yüksəldə bilər və bu da həyat üçün təhlükəli ola bilər. Gizli vərəm və ya tuberkulinə qarşı reaktivlik qeyd olunan pasiyenlər hərtərəfli müayinə olunmalıdırlar, çünki preparat xəstəliyin başlanmasına səbəb ola bilər. Uzunmüddətli müalicə müddətində həmin pasiyentlərin xemoprofilaktikası aparılmalıdır. AKTH-nin (adrenokortikotrop hormonun) inhibə olunmasını nəzərə alaraq, kortikosteroidlərin istifadəsi ilə 2 həftədən artıq müddət ərzində aparılan müalicə böyrəküstü vəzilərin çatışmazlığı riski ilə əlaqəlidir ki, bu da böyrəküstü vəzilərin atrofiyasına gətirib çıxara bilər. Belə hallarda, böyrəküstü vəzilərin çatışmazlığı stress (əməliyyat, ciddi travmatizm, ciddi infeksiyalar) ilə əlaqəli ola bilər və ya steroidlərlə müalicənin qəflətən dayandırılmasının nəticəsi ola bilər. Həmin vəziyyətlərdə kortikosteroidlərin tezliklə istifadəsi, böyrəküstü vəzilərin çatışmazlığının qarşısını alır. Kortikosteroidlərin istifadəsi ilə aparılan uzunmüddətli müalicənin dayandırılması tələb olunduğu təqdirdə, preparatın dozasının tədricən aşağı salınması tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Blokavit-B12 preparatının və digər sistem qeyri-steroid iltihab əleyhinə dərman preparatlarının eyni zamanda istifadəsi, mənfi effektlərin meydana çıxmasına səbəb ola bilər. Oral antikoaqulyantlardan istifadə edən pasiyentlərdə qanın laxtalanması göstəricilərinə ciddi nəzarətin aparılması tövsiyə olunur. Blokavit-B12 preparatı diuretiklərin farmakoloji təsirini inhibə edə bilər. Bundan əlavə, diuretiklərin inhibə olunması nəticəsində, preparat həmçinin kaliumun orqanizmdə ləngiməsini də artıra bilər. Metotreksatın dozasının istifadəsindən 24 saat əvvəl və ya sonra, preparatı ehtiyatla istifadə etmək lazımdır, çünki bu, qanda metotreksatın səviyyəsinin və onun toksikliyinin yüksəlməsinə gətirib çıxara bilər. Blokavit-B12 preparatının və litium duzlarının eyni zamanda istifadəsi, doza həddinin aşılması əlamətləri olmadan, qanda litium duzlarının səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Blokavit-B12 preparatının tərkibində steroid (betametazon) vardır və preparatın gələcəkdə istifadəsi zamanı bu nəzərə alınmalıdır. İstifadəsi üçün əks göstəriş olan preparatların kombinasiyaları Eritromisin v/d (vena daxilinə), astemizol, bepridil, halofantrin, pentamidin, terfenadin, sultoprid, vinkamin – mədəciklərin titrəməsi, səyriməsi riski mövcuddur (hipokaliemiya, bradikardiya və QT intervalının uzanması – həmin aritmiyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur). İstifadəsi zamanı ehtiyat tədbirlərinin aparılması tələb olunan preparatların kombinasiyaları Amiodaron, bretilium, dizopiramid, kvinidin, sotalol kimi aritmiya əleyhinə preparatlar mədəciklərin titrəməsinin, səyriməsinin inkişaf etməsinə səbəb ola bilər. Hipokaliemiya zamanı digitalis preparatları toksik təzahürlər riskini yüksəldir. V/d yeridildikdə, hipokaliemiyanın inkişaf etməsinə gətirib çıxaran preparatlara amfoterisin B, tiazid diuretiklər və işlədici preparatlar aiddir. Asetilsalisil turşusu Kortikosteroidlər salisilatın xaricolmasını artırır. Bu səbəbdən, kortikosteroidlərlə müalicə dayandırıldıqdan sonra, doza həddinin aşılması riski mövcuddur. Kortikosteroidlərlə müalicə dayandırıldıqdan sonra, salisilatın dozasını korreksiya etmək tövsiyə olunur. Oral antikoaqulyantlar və parenteral yolla istifadə edilən heparin Kortikosteroidlər qansızmalar riskinin yüksəlməsinə səbəb olur və bu səbəbdən, göstərilən hallarda pasiyentlərin müşahidəsini gücləndirmək tövsiyə olunur. Kortikosteroidlərin yüksək dozalarını on gündən artıq müddət ərzində istifadə etdikdə, həmin effekt daha aşkar müşahidə oluna bilər. İnsulin, metformin, sulfanilamidlər, qanda qlükoza səviyyəsini aşağı salan preparatlar Kortikosteroidlərlə müalicə müddətində və müalicə dayandırıldıqdan sonra, pasiyentdə qlükoza səviyyəsinə müşahidəni gücləndirmək və diabet əleyhinə preparatların dozalarını tənzimləmək tövsiyə olunur. İzoniazid İzoniazidi kortikosteroidlərlə birlikdə istifadə etdikdə, qanda izoniazidin səviyyəsi aşağı düşür. Belə hallarda klinik və mikrobioloji monitorinqin aparılması tövsiyə olunur. Fenobarbital, fenitoin, primidon, karbamazepin, rifabutin, rifampisin Bu preparatların hamısı kortikosteroidlərin effektivliyini aşağı salan fermentlərin induktorlarıdır. Bu səbəbdən, göstərilən dərman preparatları ilə müalicə müddətində və müalicədən sonra, preparatın dozasını tənzimləmək tövsiyə olunur. Nəzərə alınması tələb olunan preparatların kombinasiyaları Antihipertenziv preparatlar: kortikosteroidlər bu preparatların terapevtik effektlərinin zəifləməsinə səbəb olur. Alfa interferon: kortikosteroidlər bu preparatın terapevtik təsirini dayandıra bilər. Zəifləmiş canlı mikrob tərkibli vaksinlər – son nəticədə ölümün baş verməsinə səbəb olan sistem xəstəliklərin inkişaf etmə riski mövcuddur. Əsas xəstəlik nəticəsində əvvəlcədən immunodepressiv pasiyentlərdə həmin riskin daha yüksək olacağı ehtimal edilir. Tərkibində təsirsiz mikroorqanizmlər olan vaksinlərin istifadəsinə üstünlük verilməlidir. Uyuşmazlığı Yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Blokavit B12 mütləq səbəb olmadığı halda hamiləlik dövründə istifadə edilməməlidir, xüsusilə hamiləliyin sonuncu üç ayı ərzində, belə ki, diklofenak uşaqlığın yığılmasını dayandıra və arterial axacağın vaxtından əvvəl bağlanmasına səbəb ola bilər. Kortikosteroidlər qismən ana südünə nüfuz edir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Böyüklərdə əzələ daxilinə istifadə üçün nəzərdə tutulmuşdur. İnyeksiya gündə 1 və ya 2 dəfə bir neçə saatlıq fasilələrlə əzələ daxilinə (hər bir sarğı əzələsinə 1 inyeksiya) mümkün qədər dərin yeridilməlidir. Alternativ vasitə şəklində 1 ampulu preparatın digər dərman formaları ilə (məsələn, tabletlərlə) kombinasiya etmək olar – bu zaman diklofenak natriumun ümumi maksimal sutkalıq dozası 150 mq-dan artıq olmamalıdır. Hər bir fərdi pasiyent üçün müalicənin məqsədlərini nəzərə alaraq, preparatı ən effektiv dozalarda ən qısa müddət ərzində istifadə etmək lazımdır. Xüsusi pasiyent qruplarında preparatın istifadəsi Qaraciyər və böyrək çatışmazlığı Ağır qaraciyər və ya böyrək çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir. Ürək çatışmazlığı Dekompensasiya olunmuş ürək çatışmazlığı zamanı və hipertoniya xəstəliyinin ağır formalarında, stenokardiya qeyd olunan pasiyentlərdə ürəyin işemik xəstəliyi zamanı, miokard infarktı keçirmiş pasiyentlərdə, insult keçirmiş və ya tranzitor (müvəqqəti) işemiya həmləsi epizodları qeyd olunan pasiyentlərdə serebrovaskulyar xəstəliklər zamanı preparatın istifadəsi əks göstərişdir. Qastroduodenal xəstəliklər Aktiv qastroduodenal xora (mədə-bağırsaq xorası), qastrointestinal (mədə-bağırsaq) qanaxmalar və ya perforasiyalar zamanı preparatın istifadəsi əks göstərişdir.

Əlavə təsirləri

Mədə-bağırsaq sistemində baş verən pozuntular: ürəkbulanma, qusma, anoreksiya, meteorizm, qəbizlik, diareya, kəskin dərman eroziyası və MBT-nin xorası, mədə-bağırsaq qanaxması. Sinir sistemində baş verən pozuntular: qıcolma, görmə siniri diskinin ödemi ilə kəllədaxili təzyiqin yüksəlməsi (adətən müalicə bitdikdən sonra), başgicəllənmə, başağrı, qıcıqlanma. Qaraciyərdə baş verən pozuntular: bəzən – transaminazaların yüksəlməsi və ya nadir hallarda – sarılıqla və ya onsuz hepatitlər. Dəri örtüyündə baş verən pozuntular: bəzən – dəridə eritema və səpgi, dermatit, səpgi, angionevrotik ödem; nadir hallarda – övrə. Stivens-Conson sindromu, ekssudativ polimorf eritema və toksik epidermoliz barədə ayrı-ayrı hallar qeyd edilmişdir. Yaraların sağalmasının pisləşməsi, dərinin nazikləşməsi, petexiya və ekximoz, üzün eriteması. Yeridilmə zamanı – yanma, infiltratın yaranması. Böyrəklərdə baş verən pozuntular: ayrı-ayrı hallarda kəskin böyrək çatışmazlığı, hematuriya və proteinuriya, oliquriya, interstisial nefrit, papilyar nekroz, azotemiya. Qanyaradıcı orqanda baş verən pozuntular: ayrı-ayrı hallarda leykopeniya, hemolitik anemiya və aqranulositoz halları. Ürək-damar sistemində baş verən pozuntular: arterial hipertenziya, durğun ürək çatışmazlığı və ürəkdöyünmənin tezləşməsi. Su-elektrolit balansında baş verən pozuntular: natriumun ləngiməsi, ödem, kaliumun yüksək xaric olması və hipokaliemik alkaloz. Sümük-əzələ sistemində baş verən pozuntular: əzələ zəifliyi, miopatiya, əzələ kütləsinin itməsi, osteoporoz, kompressiya nəticəsində onurğanın sınması, omba sümüyünün başının aseptik nekrozu və/və ya uzun sümüklərin patoloji sınması, vətərlərin cırılması, oynaqlarda qeyri- stabillik (çoxsaylı yeridilmədən sonra). Endokrin sistemdə baş verən pozuntular: menstrual siklin pozulması, kuşinqoid konstitusiyasının inkişafı, uşağın inkişafının dayanması, adrenalin çatışmazlığı, xüsusilə stress vəziyyəti yarandıqda (travmadan, cərrahi müdaxilədən, sistem xəstəliklərindən sonra). Karbohidratlara qarşı tolerantlığın azalması. Psixonevroloji pozuntular: eyforiya, əhval ruhiyyənin dəyişməsi, depressiya (kəskin psixotik reaksiyalarla), yüksək qıcıqlanma, yuxusuzluq. Hiss orqanlarında baş verən pozuntular: arxa subkapsulyar katarakta, göxdaxili təzyiqin yüksəlməsi, qlaukoma, ekzoftalm və qulaqlarda küy. Metabolizmin pozulması: zülal katabolizminin nəticəsində mənfi azot balansı. Digər: bronxospazm, sistem anafilaktik reaksiyalar. Klinik tədqiqatların məlumatları və epidemioloji məlumatlar əsasən yüksək terapevtik dozada (sutkada 150 mq) və uzun müddət diklofenakın istifadəsilə əlaqədar trombotik ağırlaşmanın (məsələn, miokard infarkti və ya insult) yüksək riskini göstərir.

Doza həddinin aşılması

Simptomları Preparatın istifadəsi ilə əlaqəli doza həddinin aşılmasının tipik klinik mənzərəsi barədə məlumat yoxdur. Doza həddinin aşılması nəticəsində qusma, bağırsaq qanaxmaları, diareya, başgicəllənmə, qulaqlarda cingilti və ya qıcolmalar kimi simptomlar meydana çıxa bilər. Ağır zəhərlənmə baş verdiyi halda, kəskin böyrək çatışmazlığı və qaraciyər zədələnməsi qeyd oluna bilər. Müalicəsi QSİƏP ilə kəskin zəhərlənmələrin müalicəsi ilk növbədə dəstəkləyici tədbirlərdən və simptomatik müalicədən ibarətdir. Qeyri-steroid iltihab əleyhinə preparatların qan plazmasının zülalları ilə yüksək birləşməsi nəticəsində və intensiv metabolizmi ilə əlaqəli sürətləndirilmiş diurez, dializ və ya hemoperfuziya ilə onların xaric olmasını təmin etmək olmaz. Betametazonun istifadəsi ilə əlaqəli doza həddinin aşılmasının simptomları Betametazonun istifadəsi nəticəsində doza həddinin kəskin aşılması, həyat üçün təhlükəli vəziyyətlərin meydana çıxmasına səbəb olmur. QKS-in (qlükokortikosteroidlərin) yüksək dozalarının bir neçə gün müddətində istifadəsi, arzuolunmayan nəticələrin müşahidə olunmasına gətirib çıxarmır (çox yüksək dozaların istifadəsi və ya şəkərli diabet, qlaukoma, MBT-in eroziv- xoralı zədələnmələrinin kəskinləşməsi zamanı və ya kaliumun xaric olmasına səbəb olan üskükotu preparatlarının və diuretiklərin istifadəsi ilə eyni zamanda müalicə qəbul edən pasiyentlər istisna olmaqla). Müalicəsi Pasiyentin vəziyyəti hərtərəfli müşahidə edilməlidir. Mayenin optimal istifadəsinin dəstəklənməsi, qan plazmasında və sidikdə elektrolitlərin miqdarına nəzarətin aparılması tələb olunur və bu zaman, orqanizmdə natriumun və kaliumun balansına xüsusi diqqət yetirilməlidir. Göstərilən ionların disbalansı aşkar olunduğu təqdirdə, müvafiq müalicə aparılmalıdır.

Buraxılış forması

3 ml məhlul ampulda. 3 ampul PVX örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu- yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.

Qeydiyyat vəsiqəsinin sahibi

OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Blokavit B12 3 ml N6 inyeksiya” üçün ilk rəyi siz yazın.