Atorvastatin 20 mq N30 tablet Borisov
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Hipolipidemik preparat. HMQ-KoA-reduktaza fermentinin inhibitorları |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı yalnız həkim tərəfindən təyin oluna bilər. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına baxmayaraq belə, preparat onlar üçün zərərli ola bilər. Əlavə effektlərdən hər hansı biri ağırlaşdıqda və ya bu içlik vərəqədə qeyd olunmayan istənilən əlavə effektlər aşkar olunduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. ATORVASTATİN 10 mq, 20 mq, 40 mq örtüklü tabletlər ATORVASTATIN Beynəlxalq patentləşdirilməmiş adı: Atorvastatin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 20 mq və 40 mq atorvastatin vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, krospovidon (A tipi), hipromelloza (metosel E6 Premium LV), polisorbat 80, natrium laurilsulfat, maqnezium stearat, kalsium karbonat, opadray II 85 F (qismən hidrolizəolunmuş polivinil spirti, makroqol 3350, talk, titan dioksid E171).
Təsviri
Girdə, hər iki tərəfi qabarıq, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Hipolipidemik preparat. HMQ-KoA-reduktaza fermentinin inhibitorları. ATC kodu: C10AA05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Atorvastatin, əsas təsirləri qanda ümumi xolesterin və ASLP (aşağı sıxlıqlı lipoproteinlər) xolesterinin səviyyələrinin aşağı salınmasından ibarət olan dərman preparatları qrupuna aiddir. Dərman preparatı həmçinin, qanda triqliseridlərin səviyyəsini aşağı salır və YSLP (yüksək sıxlıqlı lipoproteinlər) xolesterininin səviyyəsini yüksəldir. Atorvastatinin təsir mexanizmi əsasən, HMQ-KoA-nın mevalon turşusuna çevrilməsini katalizə edən 3-hidroksi-3metilqlutaril-koenzim A-(HMQ-KoA-) reduktaza fermentinin aktivliyinin inhibə olunmasından ibarətdir. Bu çevrilmə, orqanizmdə xolesterin sintezinin zəncirində erkən mərhələlərdən biridir. Atorvastatin tərəfindən xolesterin sintezinin tormozlanması qaraciyərdə və eləcədə, qaraciyərdən kənar toxumalarda ASLP reseptorlarının reaktivliyinin yüksəlməsinə gətirib çıxarır. Həmin reseptorlar ASLP hissəciklərini birləşdirir və onların qan plazmasından xaricolmasına səbəb olur ki, bu da qanda xolesterinin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bundan əlavə, atorvastatin qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlər xolesterininin sekresiyasını inhibə edir ki, bu da göründüyü kimi, triqliseridlərin səviyyəsinin aşağı salınması mexanizmini təşkil edir – çünki, onların ApoB daşıyıcı-zülalla birləşməsi zəifləyir və bununla da plazma klirensi artır. Atorvastatin tərəfindən YSLP xolesterininin səviyyəsinin yüksəlməsi mexanizmi müəyyən edilməmişdir. Qan plazmasında lipidlərin səviyyəsinə təsirindən əlavə, atorvastatin həmçinin, bir sıra digər effektlər də nümayiş etdirir ki, bu da onun antiaterogen potensialının bir hissəsidir. Digər təsirlərlə yanaşı atorvastatin, qan damarlarının daxili örtüyünün saya əzələli hüceyrələrinin inkişaf faktorları olan izoprenoidlərin sintezini də tormozlayır. Atorvastatin qan plazmasının özlülüyünü və koaqulyasiya və aqreqasiya faktorlarının bəzilərinin aktivliyini aşağı salır. Bununla preparat, hemodinamikanı yaxşılaşdırır və qan koaqulyasiyasının müsbət balansının formalaşmasına kömək edir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları həmçinin, makrofaqların metabolizminə təsir göstərir və bununla, makrofaqların aktivləşdirilməsini və aterosklerotik piləklərin üzülməsini inhibə edir. Farmakokinetikası Preparatın tərkibinə atorvastatin aktiv formada – kalsium duzu şəklində daxildir. Atorvastatinin təxminən 80 %-i mədə-bağırsaq traktından sorulur. Sürətlə absorbsiya olunur (T = 1-2 saat). Qida qəbulu preparatın absorbsiya səviyyəsini aşağı salır, bununla belə, qida,max atorvastatinin effektivliyinə təsir göstərmir. Qaraciyərdən “ilk keçid” zamanı intensiv metabolizmi ilə əlaqəli və mədə-bağırsaq traktının selikli qişasında presistem klirensi nəticəsində atorvastatinin biomənimsənilməsi cəmi 12 % təşkil edir. Atorvastatinin orta paylanma həcmi (V ) 381 litr təşkil edir. Atorvastatinin 98 %-dən çoxu qan plazmasının zülalları ilə birləşir.d Atorvastatin hematoensefalik baryerdən keçmir. Preparat qaraciyərdə P-450 sitoxrom sisteminin 3A4 izofermenti vasitəsi ilə metabolizmə məruz qalır və bu zaman onun orto- və parahidroksilləşmiş törəmələri və eləcədə, beta-oksidləşmə nəticəsində müxtəlif metabolitləri əmələ gəlir. HMQ-KoA-reduktaza fermentinə qarşı inhibəedici aktivliyin təxminən 70 %-i ) ortaatorvastatinin həmin aktiv metabolitlərinin hesabına baş verir. Yarımxaricolma dövrü (T1/2 hesabla 14 saat təşkil edir; hədəf-ferment üçün inhibəedici aktivliyin yarımxaricolma dövrü 20- 30 saat təşkil edir. Atorvastatinin təxminən 46 %-i nəcislə və 2 %-dən az miqdarı sidiklə xaric olunur. Preparatın farmakokinetikasında pasiyentin yaşından və ya cinsindən asılı olan fərqlər, dozanın korreksiyasını tələb etmək üçün əhəmiyyətli deyildir. Atorvastatin preparatının təsiri, bir qayda olaraq, istifadəsinə başladıqdan 2 həftə sonra meydana çıxır, maksimal effektivliyi isə müalicə başladıqdan 4 həftə sonra əldə olunur. Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlər Böyrək xəstəlikləri atorvastatinin və onun aktiv metabolitlərinin qan plazmasında konsentrasiyalarına və ya onların lipid mübadiləsi göstəricilərinə təsir göstərmir. Beləliklə, böyrək disfunksiyası qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlər Qaraciyərin xroniki alkoqol xəstəliyindən əziyyət çəkən pasiyentlərdə qan plazmasında və AUC göstəriciləriatorvastatinin konsentrasiyaları əhəmiyyətli dərəcədə yüksəlmişdir. Cmax qaraciyər funksiyalarının Çayld-Pyu şkalasına əsasən A dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə 4 dəfə və B dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə, müvafiq olaraq, təxminən 16 dəfə və 11 dəfə yüksək olmuşdur. Yaşlı pasiyentlər Atorvastatinin qan plazmasında konsentrasiyaları gənc insanlarla müqayisədə, sağlam yaşlı göstəricisi təxminən 40 % və AUC göstəricisişəxslərdə (> 65 yaşlı şəxslərdə) daha yüksək (Cmax təxminən 30 %) olmuşdur. Klinik məlumatlar, gənc yaşlı şəxslərlə müqayisədə yaşlı pasiyentlər populyasiyasında preparatın istənilən dozasının istifadəsi zamanı ASLP-in səviyyəsinin daha çox aşağı düşməsini təsdiq edir. Uşaqlar Uşaq yaşlı pasiyentlərin iştirakı ilə 8 həftə müddətində aparılan açıq tədqiqatda Tannerə görə cinsi inkişafın I mərhələsində (n=15) və Tannerə görə cinsi inkişafın ≥ II mərhələsində (n=24) olan heteroziqot irsi hiperxolesterinemiyalı və YSLP-Xs-in ilkin səviyyəsi ≥ 4 mmol/l olan 6-17 yaşlı pasiyentlər atorvastatini sutkada 1 dəfə müvafiq olaraq, 5 mq və ya 10 mq dozada çeynənilən tablet şəklində və ya 10 mq və 20 mq dozada örtüklü tablet şəklində istifadə etmişdirlər. Atorvastatin farmakokinetikasının populyasion modelində əhəmiyyət kəsb edən yeganə kovariat – bədən kütləsi olmuşdur. Uşaq yaşlı pasiyentlərdə peroral yolla istifadə edildikdən sonra, atorvastatinin zahiri klirensi, bədən kütləsi məlumatlarının allometrik miqyaslanması zamanı böyüklərdə qeyd olunan klirenslə eyni olmuşdur. Atorvastatinin və o- hidroksiatorvastatinin ekspozisiyası diapazonunda YSLP-Xs-nin və ümumi Xs-in (xolesterinin) səviyyələrinin davamlı enməsi qeyd olunmuşdur. Cins Qadınların qan plazmasında atorvastatinin konsentrasiyaları, kişilərdə qeyd olunan konsentrasiyalardan fərqlənmişdir (C göstəricisi təxminən 20 % yüksək və AUC göstəricisimax təxminən 10 % aşağı olmuşdur); bununla belə, atorvastatinin istifadəsi fonunda kişilər və qadınlar arasında, ASLP-in konsentrasiyasının azalmasında klinik əhəmiyyətli fərq aşkar edilməmişdir. SLCO1B1 polimorfizmi Qaraciyərə HMQ-KoA-reduktaza fermentinin bütün inhibitorlarının, o cümlədən, atorvastatinin daxil olması, ÜANP1B1 nəqledici zülalın iştirakı ilə baş verir. SLCO1B1 genə görə polimorfizm qeyd olunan pasiyentlərdə atorvastatinin ekspozisiyasının artması riski mövcuddur ki, bu da rabdomioliz riskinin yüksəlməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). ÜANP1B1 (SLCO1B1 C.521CC) zülalları kodlaşdıran gendə nukleotid polimorfizm, həmin genotip variantı qeyd olunmayan insanlarla müqayisədə (C.521TT), atorvastatinin AUC göstəricisinin 2,4 dəfə artması ilə assosiasiya olunmuşdur. Bundan əlavə, həmin pasiyentlərdə atorvastatinin qaraciyərə daxil olmasının genetik determinant pozğunluğu qeyd oluna bilər. Bunun atorvastatinin effektivliyinə təsiri məlum deyil. Preklinik təhlükəsizlik barədə məlumatlar Mutagenliyin öyrənilməsi istiqamətində in vitro və in vivo şəraitdə aparılan tədqiqatlarda atorvastatin mənfi nəticələr nümayiş etdirmişdir. Atorvastatinin siçovullarda kanserogenliyi təsdiq edilməmişdir, lakin, siçanlarda preparatın yüksək dozalarının istifadəsi, erkək siçanlarda hepatosellülyar adenomaların və dişi siçanlarda hepatosellülyar karsinomaların inkişaf etməsinə gətirib çıxarmışdır ki, bu da insanlarda ən yüksək tövsiyə olunan dozanın istifadəsindən sonra, AUC göstəricisindən təxminən 6-11 dəfə çoxdur.0-24 saat Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlardan, HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının embrionun və ya dölün inkişafına təsir göstərməsi barədə məlumatlar əldə olunmmuşdur. Atorvastatin siçovulların, evdovşanlarının və itlərin fertilliyinə təsir göstərməmişdir və teratogen olmamışdır, lakin, ana xəttinə aid heyvanlara toksik dozalar yeridildikdə, siçovullarda və evdovşanlarında preparatın dölə toksik təsiri müşahidə olunmuşdur. Atorvastatinin yüksək dozalarının dişi heyvanlara təsiri nəticəsində nəslin bətndaxili inkişafının ləngiməsi müşahidə olunmuşdur, postnatal sağqalma isə azalmışdır. Siçovullarda plasentanın qopması halları qeydə alınmışdır. Siçovullarda atorvastatinin plazma konsentrasiyaları, ana südündə qeyd olunan konsentrasiyalarla eyni olmuşdur. Atorvastatinin 225 mq/kq-a qədər (insanda istifadə edilən dozalardan 56 dəfə yüksək) dozaları, erkək siçovulların fertilliyinə mənfi effekt göstərməmişdir. Erkək siçovulların üzərində 175 mq/kq-a qədər (insana təsir göstərən dozalardan 15 dəfə yüksək) dozaların istifadəsi ilə aparılan tədqiqatlarda fertilliyin dəyişməsi aşkar edilməmişdir. 3 ay müddətində gündə 100 mq/kq dozada atorvastatin yeridilən 10 siçovuldan 2-in epididimisində (xaya artımında) aplaziya və aspermiya müşahidə olunmuşdur (insanda 80 mq dozanın istifadəsi zamanı AUC göstəricisindən 16 dəfə artıq); 30 mq/kq və 100 mq/kq dozaların istifadəsi zamanı xayaların çəkisinin əhəmiyyətli dərəcədə aşağı düşməsi, 100 mq/kq dozanın istifadəsi zamanı isə xaya artımlarının çəkisinin aşağı düşməsi qeyd olunmuşdur. Cütləşdirmədən əvvəl 11 həftə müddətində gündə/ 100 mq/kq dozada preparat yeridilən erkək siçovullarda spermatozoidlərin hərəkətliliyi və spermatozoid başcıqlarının konsentrasiyası aşağı düşmüşdür, spermanın qeyri-normallıqları isə artmışdır. Bir neçə il müddətində 10 mq/kq, 40 mq/kq və ya 120 mq/kq dozalarda istifadə edildikdə, atorvastatin itlərdə spermanın parametrlərinə və ya reproduktiv orqanın histopatologiyasına mənfi təsir göstərməmişdir.
İstifadəsinə göstərişlər
Hiperxolesterinemiya Atorvastatin ümumi xolesterin, ASLP (aşağı sıxlıqlı lipoproteinlər) xolesterini, apoliprotein B və triqliseridlər səviyyəsinin yüksəlməsi qeyd olunan pasiyentlərin müalicəsi üçün pəhrizə əlavə vasitə kimi təyin olunur və eləcədə, yetkin yaşlı pasiyentlərdə pəhriz və digər qeyri-farmakoloji tədbirlər yetərli effektin əldə olunmasını təmin etmədiyi hallarda, birincili hiperxolesterinemiya (irsi heteroziqot və qeyri-irsi hiperxolesterinemiya), kombinəolunmuş (qarışıq) hiperlipidemiya (Fredriksona əsasən, IIA və IIB tipi), qan plazmasında yüksək triqliserid səviyyəsi (Fredriksona əsasən, IV tip), birincili disbetalipoproteinemiya (Fredriksona əsasən, III tip) qeyd olunan pasiyentlərdə YSLP (yüksək sıxlıqlı lipoproteinlər) xolesterinin səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunur. Atorvastatin həmçinin, homoziqot irsi hiperxolesterinemiya qeyd olunan pasiyentlərdə lipidlərin səviyyəsinin aşağı salınması üçün aparılan digər tədbirlərə (məsələn, ASLP aferezi) əlavə olaraq və ya həmin müalicə variantlarının aparılması mümkün olmadığı hallarda, ümumi xolesterin və ASLP-lər xolesterinin səviyyəsinin aşağı salınması üçün göstərişdir. Yetkin yaşlı pasiyentlərdə ürək-damar xəstəliklərinin profilaktikası Ürək-damar xəstəliklərinin klinik əlamətləri qeyd olunmayan, lakin ürəyin işemik xəstəliyinin (ÜİX) inkişaf etməsi üçün çoxsaylı risk faktorları, məsələn, yaş, tütün istifadəsi, arterial hipertenziya, YSLP-in (X-YSLP) aşağı səviyyəsi və ya ailə anamnezində ürəyin erkən işemik xəstəliyi olan yetkin yaşlı pasiyentlərdə Atorvastatin preparatının istifadəsi aşağıdakı hallarda göstərişdir: – miokard infarktı riskinin aşağı salınması; – insultun inkişaf etmə riskinin aşağı salınması; – revaskulyarizasiya əməliyyatına məruz qalma riskinin və stenokardiyanın inkişaf etmə riskinin aşağı salınması. 2-ci tip şəkərli diabeti olan və ürəyin işemik xəstəliyinin şiddətli klinik təzahürləri olmayan, bununla belə, ÜİX-in inkişaf etməsi üçün çoxsaylı faktorlar, məsələn, retinopatiya, albuminuriya, tütün istifadəsi və ya hipertoniya qeyd olunan pasiyentlərdə Atorvastatin preparatının istifadəsi aşağıdakı hallarda göstərişdir: – miokard infarktı riskinin aşağı salınması; – insultun inkişaf etmə riskinin aşağı salınması. Ürək-damar xəstəliklərinin şiddətli klinik təzahürləri qeyd olunan yetkin yaşlı pasiyentlərdə Atorvastatin preparatının istifadəsi aşağıdakı hallarda göstərişdir: – qeyri-fatal miokardial infarkt riskinin aşağı salınması; – ölümlə nəticələnə bilən və ölümlə nəticələnməsi gözlənilməyən insult riskinin aşağı salınması; – revaskulyarizasiya əməliyyatına məruz qalma riskinin aşağı salınması; – XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı hospitalizasiya riskinin aşağı salınması; – stenokardiya riskinin aşağı salınması. Uşaqlarda istifadəsi (10-17 yaşlı pasiyentlər) Atorvastatinin istifadəsi, qızlarda menarxedən (ilk menstruasiyadan) sonra və anamnezlərində heteroziqot irsi hiperxolesterinemiya qeyd olunan 10-17 yaşlı oğlanlarda ümumi xolesterin, ASLP (aşağı sıxlıqlı lipoproteinlər) xolesterini, apoliprotein B səviyyəsini aşağı salmaq üçün pəhrizə əlavə vasitə olaraq, müvafiq sınaq müalicə pəhrizindən sonra aşağıdakı göstəricilər qeyd olunduğu halda göstərişdir: – ASLP xolesterini ≥ 190 mq/dl səviyyədə saxlanıldıqda və ya – ASLP xolesterini ≥ 160 mq/dl səviyyədə saxlanıldıqda və bu zaman: * ürək-damar xəstəliklərinin erkən inkişafına irsi meyllilik olduqda və ya * hazırda uşaqlarda ürək-damar xəstəliklərinin inkişaf etməsi üçün 2 və ya daha çox digər risk faktoru olduğu halda.
Əks göstərişlər
– Təsiredici maddəyə və ya dərman preparatının tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; – qaraciyər xəstəlikləri aktiv mərhələdə; – qan zərdabında qeyri-müəyyən mənşəli transaminazaların, normanın yuxarı həddinə nisbətən 3 dəfədən artıq davamlı yüksəlməsi; – skelet əzələlərinin xəstəlikləri; – hamiləlik və laktasiya dövrü; – müvafiq kontrasepsiya üsullarından istifadə etməyən reproduktiv yaş dövründə olan qadınlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Alkoqoldan sui-istifadə edən pasiyentlərdə və eləcədə, anamnezlərində qaraciyər xəstəlikləri qeyd olunan pasiyentlərdə atorvastatini ehtiyatla istifadə etmək lazımdır. Atorvastatin preparatı ilə müalicə qan zərdabında “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsinə gətirib çıxara bilər. Bu yüksəlmə, bir qayda olaraq, azdır və klinik əhəmiyyətə malik deyil; bununla belə, müalicəyə başlamazdan əvvəl qan zərdabında “qaraciyər” fermentlərinin aktivliyini müəyyən etmək və daha sonra müalicə müddətində həmin göstəricilərə müntəzəm nəzarət etmək tövsiyə olunur. AST (aspartataminotransferaza) və/və ya ALT (alaninaminotransferaza) fermentlərinin aktivliyinin norma diapazonunun yuxarı həddi ilə müqayisədə 3 dəfədən artıq yüksəlməsi qeyd olunduğu halda, Atorvastatin preparatı ilə müalicəni dayandırmaq lazımdır. SPARCL tədqiqatında (xolesterin səviyyəsinin aqressiv aşağı salınması yolu ilə insultun profilaktikası) göstərilmişdir ki, ÜİX-dən əziyyət çəkməyən son müddət ərzində insult və ya tranzitor işemik həmlə (TİH) keçirmiş və atorvastatinin 80 mq dozasının istifadəsi ilə müalicəyə başlamış pasiyentlərdə insultun yarımtiplərinin retrospektiv analizində plasebo qrupu ilə müqayisədə, hemorragik insultların daha yüksək tezliyi müşahidə olunmuşdur. Anamnezlərində hemorragik insult və ya lakunar infarkt qeyd olunan pasiyentlərdə riskin yüksəlməsi xüsusilə şiddətli olmuşdur. Hemorragik insult və ya lakunar infarkt qeyd olunan pasiyentlərdə atorvastatinin 80 mq dozası üçün risk/fayda nisbəti müəyyən olunmamışdır, bununla belə, hemorragik insultun inkişaf etməsinin potensial riski müalicəyə başlamazdan əvvəl hərtərəfli qiymətləndirilməlidir. Atorvastatin preparatı ilə müalicə mialgiyanın, miozitin və miopatiyanın meydana çıxmasına səbəb ola bilər ki, bunlar da, böyrək çatışmazlığının inkişaf etmə ehtimalı ilə müşayiət olunan qan zərdabında kreatinkinaza fermentinin səviyyəsinin yüksəlməsi (normanın yuxarı həddindən > 10 dəfə yüksək), mioqlobinemiya və mioqlobinuriya ilə xarakterizə olunan həyat üçün potensial təhlükəli vəziyyətə – rabdomiolizə gətirib çıxara bilər. Bəzi statinlərlə müalicə müddətində və ya müalicə tamamlandıqdan sonra, çox nadir hallarda nekrozlaşan autoimmun miopatiyanın (IMNM) inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. IMNM-in klinik xüsusiyyətlərinə davamlı proksimal əzələ zəifliyi və qan zərdabında kreatinkinaza fermentinin səviyyəsinin yüksəlməsi aid olmuşdur ki, bunlar da, statinlərlə müalicənin dayandırılmasına baxmayaraq belə, saxlanılır. Rabdomiolizə meylli pasiyentlərdə atorvastatin ehtiyatla istifadə edilməlidir. Pasiyentdə aşağıda göstərilən risk faktorları və ya xəstəliklər qeyd olunduqda, statinlərlə müalicəyə başlamazdan əvvəl kreatinkinaza fermentinin səviyyəsinin analizini həyata keçirmək lazımdır: – böyrək funksiyalarının pozulması; – hipotireoz; – şəxsi və ya ailə anamnezində irsi miopatiyaların qeyd olunması; – anamnezdə statinlərin və ya fibratların yeridilməsi ilə əlaqəli əzələ-toksik ağırlaşmaların qeyd olunması; – anamnezdə qaraciyər xəstəliklərinin və/və ya əhəmiyyətli dərəcədə alkoqolun istifadəsinin qeyd olunması; – yaşlı pasiyentlər (> 70 yaş). Bu səbəbdən, rabdomiolizin meydana çıxması üçün digər risk faktorlarının və qan plazmasında kreatinkinaza fermentinin səviyyələrinin yüksəlməsi müşahidə edilə bilən vəziyyətlərin, məsələn, dərman preparatları ilə qarşılıqlı təsirləri (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) və genetik subpopulyasiyalar daxil olmaqla, konkret pasiyent qruplarının mövcudluğunu nəzərə almaq lazımdır. Belə vəziyyətlərdə risk/fayda nisbətinin hərtərəfli qiymətləndirilməsi tələb olunur və dəqiq klinik monitorinqin aparılması təmin edilməlidir. Müalicəyə başlamazdan əvvəl kreatinkinaza fermentinin səviyyələri əhəmiyyətli dərəcədə (normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən artıq) yüksəldiyi halda, müalicəyə başlamaq olmaz. Atorvastatini, qan plazmasında atorvastatinin konsentrasiyasını yüksəldən bir sıra digər dərman preparatları, məsələn, CYP3A4 izofermentinin və ya nəqledici zülalların güclü inhibitorları (məsələn, siklosporin, telitromisin, klaritromisin, delavirdin, stiripentol, ketokonazol, volikonazol, itrakonazol, pozakonazol və ritonavir, lopinavir, atazanavir, indinavir, darunavir və s. daxil olmaqla, İİV-proteazasının bəzi inhibitorları) ilə birlikdə istifadə etdikdə, rabdomioliz riskinin yüksəlməsi qeyd olunur. Bundan əlavə, gemfibrozilin və digər fibratların, boseprevirin, eritromisinin, niasinin, ezetimibin, telaprevirin və ya tipranavir/ritonavir kombinasiyasının eyni zamanda istifadəsi, miopatiya riskinin yüksəlməsinə səbəb olur. Mümkün olduğu halda, yuxarıda qeyd olunan kombinasiyalar əvəzinə atorvastatinlə qarşılıqlı təsirləri olmayan alternativ dərman preparatlarının istifadəsini nəzərdən keçirmək lazımdır. Göstərilən dərman preparatlarının atorvastatinlə birlikdə istifadəsindən qaçınmaq mümkün olmadığı təqdirdə, fayda və risk və onlar arasında mövcud nisbət nəzərə alınmalıdır. Qan plazmasında atorvastatinin konsentrasiyasını yüksəldən dərman preparatlarından istifadə edən pasiyentlərdə, atorvastatinin tələb olunan ən aşağı maksimal dozası istifadə edilməlidir. CYP3A4 izofermentinin güclü inhibitorları ilə eyni zamanda istifadə edildikdə, atorvastatinin başlanğıc dozasını əlavə olaraq aşağı salmaq və pasiyentlərin klinik monitorinqini həyata keçirmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Fuzidi turşusu ilə müalicə dayandırıldıqdan sonra, hətta 7 gün müddətində belə, atorvastatini sistem təsirə malik fuzidi turşusu preparatları ilə eyni zamanda istifadə etmək olmaz. Pasiyentlər üçün fuzidi turşusunun istifadəsi tələb olunduğu halda, müalicə müddəti tam sona çatana qədər statinlərlin istifadəsi istisna edilməlidir. Fuzidi turşusunu statinlərlə kombinasiyada istifadə edən pasiyentlərdə rabdomiolizin meydana çıxması barədə məlumatlar daxil olmuşdur (ölümlə nəticələnən bəzi hallar daxil olmaqla) (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Əzələ zəifliyinin istənilən əlamətləri, ağrı və ya həssaslıq pozğunluqları aşkar edildikdə, pasiyentlər dərhal həkimə müraciət etməlidirlər. Fuzidi turşusunun sonuncu dozası istifadə edildikdən 7 gün sonra, statinlərlə müalicənin təkrar başlanması mümkündür. Müstəsna hallarda, məsələn ağır infeksiyaların müalicəsi üçün fuzidi turşusunun uzunmüddətli sistem yeridilməsi tələb olunduqda, atorvastatinin fuzidi turşusu ilə birlikdə istifadəsini fərdi qaydada və diqqətli tibbi monitorinq aparmaqla nəzərdən keçirmək tövsiyə olunur. Pasiyentdə miopatiyanın meydana çıxmasına səbəb olan kəskin, ciddi vəziyyət və ya rabdomiolizə nisbətən ikincili böyrək çatışmazlığının inkişaf etməsinə meylli olan risk faktoru (məsələn, kəskin infeksiya, hipotoniya, ciddi cərrahi müdaxilə, travma, ağır metabolik, endokrin və elektrolit pozğunluqlar və nəzarət olunmayan qıcolmalar) mövcud olduqda, atorvastatinlə müalicə müvəqqəti dayandırılmalıdır. Endokrin funksiyalar Statinlər xolesterin sintezinə daxil olur və nəzəri olaraq, böyrəküstü vəzilərdə və/və ya qonadalarda (cinsiyyət vəzilərində) steroidlərin sintezinə pozucu təsir göstərə bilər. Klinik tədqiqatlarda göstərilmişdir ki, atorvastatin qan plazmasında kortizolun bazal konsentrasiyalarında dəyişikliklərin və ya böyrəküstü vəzilərdə onun ehtiyatının pozulmasına səbəb olmur. Statinlərin kişi fertilliyinə təsiri yetərli sayda pasiyentlərin iştirakı ilə öyrənilməmişdir. Postmenopauza dövründə qadınlarda preparatın hipofiz-cinsiyyət vəziləri oxuna təsirinin olub-olmaması məlum deyil. Statinləri endogen steroid hormonların səviyyəsini və ya aktivliyini aşağı sala bilən dərman preparatları, məsələn, ketokonazol, spironolakton və simetidin ilə eyni zamanda istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. MSS-ə (mərkəzi sinir sisteminə) toksik təsiri 3 ay müddətində gündə 120 mq/kq dozanın istifadəsi ilə müalicə aparılan bir dişi itdə beyin qansızması müşahidə olunmuşdur. 11 həftə müddətində gündə 280 mq/kq-a qədər dozaların eskalasiyasından sonra öldürülən digər itdə, beyin qansızması və görmə sinirinin vakuollaşması müşahidə olunmuşdur. İnsan üçün gündə maksimal hesab edilən 80 mq dozanın istifadəsi əsasında əldə olunan əyri altındakı sahə (AUC, 0-24 saat) ilə müqayisədə, 120 mq/kq-a qədər doza, sistem ekspozisiyanın təxminən 16 dəfə artmasına gətirib çıxarmışdır. İki il müddətində davam edən tədqiqatda iki erkək itin hər birində (itlərdən birinə 10 mq/kq/gündə, digərinə isə 120 mq/kq/gündə doza yeridilmişdir) tək bir toniki qıcolma müşahidə olunmuşdur. 2 ilə qədər müddət ərzində gündə 400 mq/kq-a qədər dozaların istifadəsi ilə xroniki müalicədən sonra siçanlarda və ya gündə 100 mq/kq-a qədər dozalar yeridilən siçovullarda MSS-də heç bir zədələnmə müşahidə olunmamışdır. Həmin dozalar, insan üçün gündə maksimal hesab edilən 80 mq dozanın istifadəsi əsasında AUC (0-24) ilə müqayisədə 6-11 dəfə (siçanlarda) və 8-16 dəfə (siçovullarda) yüksəkdir. Digər statinlər yeridilən itlərdə perivaskulyar qansızmalarla, ödemlə və perivaskulyar boşluqların mononuklear hüceyrələri ilə infiltrasiya ilə xarakterizə olunan mərkəzi sinir sisteminin damarlarının zədələnməsi müşahidə olunmuşdur. Həmin sinfə aid preparatlar, klinik cəhətdən sağlam itlərdə dozadan asılı olaraq, görmə sinirinin degenerasiyasına (retinogen toxumaların degenerasiyası) səbəb olmuşdur ki, bu doza da, tövsiyə olunan ən yüksək dozalardan istifadə edən insanlarda dərman preparatının orta səviyyəsi ilə müqayisədə, preparatın 30 dəfə yüksək konsentrasiyalarını törətmişdir. Kreatinkinaza fermentinin səviyyəsinin müəyyən edilməsi Ağır fiziki yüklənmələrdən və ya kreatinkinaza fermentinin səviyyəsinin yüksəlməsinə səbəb olan ehtimal edilən digər faktorların təsirindən sonra, kreatinkinaza fermentinin səviyyəsini müəyyən etmək olmaz, çünki bu, göstərişlərin izahını cətinləşdirə bilər. Müalicəyə başlamazdan əvvəl kreatinkinaza fermentinin göstəriciləri əhəmiyyətli dərəcədə (normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən artıq) yüksəldiyi halda, 5-7 gündən sonra təkrar sınaq aparılmalıdır. Müalicə müddətində monitorinqin aparılması Pasiyentlər skelet əzələlərində ağrının, qıcolmaların və ya zəifliyin meydana çıxması barədə, xüsusilə, bu əlamətlər ümumi halsızlıq və ya qızdırma ilə əlaqəli olduğu hallarda, dərhal həkimi məlumatlandırmalıdırlar. Atorvastatinlə müalicə müddətində göstərilən simptomlar meydana çıxdıqda, kreatinkinaza fermentinin aktivliyini müəyyən etmək lazımdır. Kreatinkinaza fermentinin səviyyəsi əhəmiyyətli dərəcədə (normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən artıq) yüksəldiyi halda, müalicə dayandırılmalıdır. Daimi və ağır əzələ simptomları meydana çıxdıqda, hətta kreatinkinaza fermentinin göstəricilərinin əhəmiyyətli dərəcədə (normanın yuxarı həddi ilə müqayisədə 5 dəfədən az) yüksəlməsi qeyd olunmadığı hallarda müalicə dayandırılmalıdır. Simptomlar aradan qalxdıqda və kreatinkinaza fermentinin səviyyələri normal göstəricilərə qayıtdığı hallarda hərtərəfli monitorinq keçirildikdən sonra, atorvastatinin ən aşağı dozası ilə müalicənin təkrar başlanmasını və ya digər statin rejiminin istifadəsini nəzərdən keçirmək olar. Qan zərdabında kreatinkinaza fermentinin klinik əhəmiyyətli (normanın yuxarı həddi ilə müqayisədə 10 dəfədən artıq) səviyyələri müşahidə olunduqda və ya rabdomioliz diaqnozu təsdiq olunduqda və ya inkişafı ehtimal edildiyi halda, atorvastatinlə müalicəni dayandırmaq lazımdır. İnterstisial ağciyər xəstəlikləri Bəzi statinlərlə uzunmüddətli müalicə aparıldıqda, nadir hallarda interstisial ağciyər xəstəliklərinin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Pasiyentlərdə aşağıda göstərilən şikayətlər meydana çıxa bilər: təngnəfəslik, qeyri-məhsuldar öskürək və sağlamlığın ümumi pozğunluqları (məsələn, yorğunluq, bədən kütləsinin itirilməsi və qızdırma). Pasiyentdə interstisial ağciyər xəstəliyinin inkişaf etməsi ehtimalı meydana çıxdığı halda, statinlərlə müalicə dayandırılmalıdır. Şəkərli diabet Statinlər sinfinə daxil olan maddələrin qanda şəkərin miqdarının yüksəlməsinə və şəkərli diabetin yüksək inkişaf etmə riski qeyd olunan bəzi pasiyentlərdə hiperqlikemiyanın meydana çıxmasına səbəb ola bilməsi barədə məlumatlar mövcuddur ki, bu zaman da müvafiq müalicənin aparılması tələb olunur. Lakin, həmin risk damar riskinin aşağı düşməsi ilə kompensasiya olunur və bu səbəbdən, statinlərin istifadəsi ilə müalicənin dayandırılması tələb olunmamalıdır. Tövsiyələrə müvafiq, yüksək risk qeyd olunan pasiyentlərdə (acqarına qanda qlükozanın səviyyəsi 5,6 mmol/l-dən 6,9 mmol/l-ə qədər, BKİ (bədən kütləsi indeksi) > 30 kq/m , triqliseridlərin səviyyəsinin yüksəlməsi, hipertoniya) hərtərəfli klinik müşahidə və laborator göstəricilərə nəzarət aparılmalıdır. Dərman preparatının tərkibində laktoza vardır. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza və qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eyni zamanda istifadə edilən dərman preparatlarının atorvastatinə təsiri Atorvastatin P450 sitoxrom sistemin 3A4 (CYP3A4) izofermenti vasitəsi ilə metabolizmə məruz qalır və nəqledici zülalların, məsələn, qaraciyərin OATP1B1 nəqledici zülalının substratı funksiyasını daşıyır. Preparatın CYP3A4 izofermentin inhibitorları ilə və ya nəqledici zülallarla eyni zamanda istifadəsi, qan plazmasında atorvastatinin konsentrasiyasının yüksəlməsinə və miopatiya riskinin inkişaf etməsinin artmasına gətirib çıxara bilər. Risk həmçinin, atorvastatini miopatiyanın inkişaf etməsinə səbəb olan potensiala malik olan digər dərman preparatları ilə, məsələn, fibratlarla və ya ezetimiblə eyni zamanda istifadə etdikdə, yüksələ bilər. CYP3A4 izofermentin inhibitorları Göstərilmişdir ki, CYP3A4 izofermentin güclü inhibitorları atorvastatinin konsentrasiyasını əhəmiyyətli dərəcədə yüksəldir (Cədvəl 1-ə və qeydlərə bax). Preparatın CYP3A4 izofermentin güclü inhibitorları (məsələn, siklosporin, telitromisin, klaritromisin, delavirdin, stiperipentol, ketokonazol, volikonazol, itrakonazol, pozakonazol və ritonavir, lopinavir, atazanavir, indinavir, darunavir və s. daxil olmaqla, İİV-proteazasının bəzi inhibitorları) ilə eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Göstərilən dərman preparatlarının atorvastatinlə birlikdə istifadəsindən qaçınmaq mümkün olmadığı hallarda, daha aşağı başlanğıc və maksimal dozanın istifadəsi nəzərdən keçirilməlidir. Pasiyentin vəziyyətinin hərtərəfli klinik monitorinqini həyata keçirmək tövsiyə olunur (Cədvəl 1-ə bax). CYP3A4 izofermentin mülayim inhibitorları (məsələn, eritromisin, diltiazem, verapamil və flukonazol) qan plazmasında atorvastatinin konsentrasiyasını yüksəldə bilər (Cədvəl 1-ə bax). Eritromisin statinlərlə birlikdə istifadə edildiyi hallarda, miopatiyanın inkişaf etmə riskinin yüksəlməsi müşahidə olunmuşdur. Amiodaronun və ya verapamilin atorvastatinlə qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Amiodaron və verapamil CYP3A4 izofermentin məlum inhibitorlarıdır və bununla əlaqəli, onların atorvastatinlə eyni zamanda istifadəsi atorvastatinin təsirinin güclənməsinə gətirib çıxara bilər. Bu səbəbdən, CYP3A4 izofermentin mülayim inhibitorları ilə birlikdə aparılan müalicə zamanı, atorvastatinin daha aşağı maksimal dozasının istifadə imkanını nəzərdən keçirmək lazımdır. Pasiyentin vəziyyətinin müvafiq klinik nəzarətini həyata keçirmək tövsiyə olunur. Müalicəyə başladıqdan və ya inhibitorun dozasını korreksiya etdikdən sonra, müvafiq klinik nəzarət aparmaq tövsiyə olunur. CYP 3A4 izofermentin induktorları Atorvastatinin və P-450 sitoxrom sistemin 3A4 izofermentinin induktorlarının (məsələn, efavirenzin, rifampisinin, dazıotu preparatlarının) eyni zamanda istifadəsi, qan plazmasında atorvastatinin konsentrasiyasının müxtəlif səviyyələrinə gətirib çıxara bilər. Rifampisinin (P-450 sitoxrom sistemin 3A4 izofermentinin induktoru və hepatosellülyar OATP1B1 nəqledicinin inhibitoru) qarşılıqlı təsirinin ikili mexanizmini nəzərə alaraq, atorvastatinin və rifampisinin eyni zamanda istifadəsi tövsiyə olunur, çünki rifampisinin yeridilməsindən sonra atorvastatinin gec istifadəsi qan plazmasında atorvastatinin konsentrasiyasının şiddətli aşağı düşməsinə gətirib çıxarmışdır. Bununla belə, rifampisinin hepatositlərdə atorvastatinin konsentrasiyasına təsiri məlum deyil. Preparatların eyni zamanda istifadəsindən qaçınmaq mümkün olmadığı halda, dərman preparatlarının effektivliyinə diqqətlə nəzarət etmək lazımdır. Nəqledici zülalların inhibitorları Nəqledici zülalların inhibitorları (məsələn, siklosporin) atorvastatinin sistem təsirini gücləndirə bilər (Cədvəl 1-ə bax). Atorvastatinin hepatositlərdə konsentrasiyasına təsiri məlum deyil. Preparatların eyni zamanda istifadəsindən qaçınmaq mümkün olmadığı halda, dozanın aşağı salınması və preparatın effektivliyinin klinik monitorinqinin aparılması tövsiyə olunur (Cədvəl 1- ə bax). Gemfibrozil/fibratlar Fibratlarla monoterapiya müddətidnə bəzi hallarda rabdomioliz daxil olmaqla, əzələ sistemində pozğunluqlar meydana çıxır. Fibratların və atorvastatinin birlikdə istifadəsi qeyd olunan pozğunluqların meydana çıxma riskini yüksəldə bilər. Preparatların eyni zamanda istifadəsindən qaçınmaq mümkün olmadığı halda, atorvastatinin, terapevtik məqsədin əldə olunması üçün tələb olunan ən aşağı dozası istifadə edilməlidir. Bundan əlavə, müvafiq nəzarət həyata keçirilməlidir. Ezetimib Ezetimibin istifadəsi rabdomioliz daxil olmaqla, əzələ sistemində pozğunluq təzahürlərinin meydana çıxması ilə əlaqəlidir. Bu səbəbdən, ezetimibin və atorvastatinin birlikdə istifadəsi həmin simptomların meydana çıxma riskini yüksəldə bilər. Pasiyentin vəziyyətinin müvafiq klinik nəzarətini aparmaq tövsiyə olunur. Kolestipol Kolestipolu atorvastatinlə eyni zamanda istifadə etdikdə, qan plazmasında atorvastatinin və onun aktiv metabolitlərinin konsentrasiyaları azalmışdır. Bununla belə, dərman preparatlarının yalnız birinin istifadəsi ilə müqayisədə, atorvastatinin və kolestipolun eyni zamanda istifadəsi zamanı daha yüksək hipolipidemik effekt qeyd olunmuşdur. Fuzidi turşusu Fuzidi turşusunun sistem yeridilməsi və statinlərin birlikdə istifadəsi zamanı rabdomioliz daxil olmaqla, miopatiyanın inkişaf etmə riski yüksələ bilər. Göstərilən qarşılıqlı təsirin (farmakodinamik və ya farmakokinetik və ya hər ikisi) əsas mexanizmi hələ də məlum deyil. Qeyd olunan kombinasiyadan istifadə edən pasiyentlərdə rabdomiolizin (o cümlədən, olümlə nəticələnən bir neçə hadisə daxil olmaqla) inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Fuzidi turşusu ilə sistem müalicənin aparılması tələb olunduğu halda, fuzidi turşusu ilə müalicə kursunun davametmə müddəti sona çatana qədər atorvastatinlə müalicə dayandırılmalıdır. Kolxisin Atorvastatinin və kolxisinin istifadəsi ilə tədqiqatların aparılmamasına baxmayaraq, atorvastatinin kolxisinlə birlikdə istifadəsi nəticəsində miopatiyanın inkişaf etmə halları məlumdur. Atorvastatini və kolxisini eyni zamanda xüsusi ehtiyatla istifadə etmək lazımdır. Niasin Atorvastatini niasinlə birlikdə istifadə etdikdə, skelet əzələlərinin zədələnməsi riski yüksələ bilər və bu halda, atorvastatinin dozasının aşağı salınması tövsiyə olunur. Atorvastatinin eyni zamanda istifadə edilən dərman preparatlarına təsiri Diqoksin Atorvastatinin 10 mq və diqoksinin çoxsaylı dozaları qan plazmasında diqoksinin konsentrasiyasını əhəmiyyətsiz dərəcədə, təxminən 20 % yüksəldir. Bu səbəbdən, diqoksini eyni zamanda istifadə edən pasiyentlər müvafiq qaydada müşahidə olunmalıdırlar. Peroral kontraseptivlər Atorvastatinin peroral kontraseptivlərlə eyni zamanda istifadəsi, qan plazmasında noretisteronun və etinilestradiolun konsentrasiyalarının yüksəlməsinə gətirib çıxarmışdır. Varfarin Klinik tədqiqatda uzun müddət ərzində varfarinlə müalicə qəbul edən pasiyentlərə eyni zamanda 80 mq dozada atorvastatinin gündəlik yeridilməsi, müalicənin ilk 4 günü ərzində protrombin müddətinin bir qədər (təxminən 1,7 saniyə) qısalmasına gətirib çıxarmışdır və protrombin müddəti normal səviyyəyə 15 gündən sonra qayıtmışdır. Kumarin tipli antikoaqulyantlardan istifadə edən pasiyentlərdə klinik əhəmiyyətli qarşılıqlı təsirlərin çox nadir hallarda qeyd olunmasına baxmayaraq, protrombin müddətinin əhəmiyyətli dəyişikliklərinin baş verməməsini təmin etmək məqsədi ilə, atorvastatinin ilk istifadəsindən əvvəl və müalicənin birinci mərhələsində protrombin müddətini müəyyən etmək lazımdır. Protrombin müddəti stabil olduğu halda, nəzarətin davam etdirilməsi kumarin tipli antikoaqulyantlardan istifadə edən pasiyentlər üçün standart intervallarla aparılmalıdır. Atorvastatinin dozası dəyişdirildikdə və ya müalicə dayandırıldığı halda, eyni prosedura tətbiq edilməlidir. Antikoaqulyant müalicə aparılmayan pasiyentlərdə atorvastatinin istifadəsi qanaxmalarla və ya protrombin müddətinin dəyişməsi ilə əlaqəli olmamışdır. Uşaqlar və yeniyetmələr Qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində tədqiqatlar yalnız yetkin yaşlı pasiyentlərin iştirakı ilə aparılmışdır. Uşaqlarda qarşılıqlı təsirlərin dərəcəsi məlum deyil. Yuxarıda göstərilən qarşılıqlı təsirlər və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində qeyd olunan xəbərdarlıqlar uşaqlar üçün də nəzərə alınmalıdır. Dərman vasitələri ilə qarşılıqlı təsiri Cədvəl 1. Eyni zamanda istifadə edilən dərman preparatlarının atorvastatinin farmakokinetikasına təsiri Eyni zamanda Atorvastatin bistifadə edilən Dozası “Konsentrasiya/zaman Klinik tövsiyələr dərman preparatı (mq) ” asılılığını təsvir edən və onun dozası farmakokinetik əyri altındakı sahə a göstəricisi Tipranavir gündə 2 Birinci gün 9,4 Atorvastatinlə eyni zamanda dəfə 500 40 mq, 20- istifadəsi tələb olunduqda, mq/ritonavir gündə ci gün 10 atorvastatinin 10 mq/sutkada 2 dəfə 200 mq, 8 mq dozasını aşmaq olmaz. Həmin gün (14-21-ci pasiyentlərin klinik monitorinqi günlər) tövsiyə olunur. Atorvastatinin və göstərilən dərman preparatlarının birlikdə istifadəsindən qaçınmaq Telaprevir – hər 8 20 mq, bir 7,9 tövsiyə olunur. saatdan bir 750 mq, doza 10 gün Siklosporin, gündə Gündə 1 8,7 5,2 mq/kq-a, stabil dəfə 10 mq, doza 28 gün müddətində Lopinavir gündə 2 Gündə 1 5,9 Atorvastatinlə eyni zamanda dəfə 400 dəfə 20 mq, istifadəsi tələb olunduqda, mq/ritonavir gündə 4 gün atorvastatinin ən aşağı 2 dəfə 100 mq, 14 müddətində dəstəkləyici dozasını istifadə gün etmək tövsiyə olunur. Atorvastatini 20 mq-dan yüksək Klaritromisin Gündə 1 4,5 dozalarda istifadə etdikdə, klinik gündə 2 dəfə 500 dəfə 80 mq, monitorinqin aparılması tövsiyə mq, 9 gün 8 gün olunur. müddətində Sakvinavir 400 Gündə 1 3,9 Atorvastatinlə eyni zamanda mq/ritonavir dəfə 40 mq, istifadəsi tələb olunduqda, (gündə 2 dəfə 300 4 gün atorvastatinin 20 mq-dan artıq mq, 5-ci gündən 7- müddətində olmayan ən aşağı dəstəkləyici ci günə qədər, 8-ci dozasını istifadə etmək tövsiyə gün doza gündə 2 olunur. Atorvastatini 40 mq-dan dəfə 400 mq-a yüksək dozalarda istifadə etdikdə, qədər artırılır), 4- pasiyentlərin klinik 18-ci günlər, monitorinqinin aparılması tövsiyə atorvastatinin olunur. istifadəsindən 30 dəqiqə sonra Darunavir 300 Gündə 1 3,4 mq/ritonavir 100 dəfə 10 mq, mq, 9 gün 4 gün müddətində İtrakonazol 200 40 mq, tək 3,3 mq, gündə 1 dəfə, 4 bir doza gün şəklində Fosamprenavir 700 Gündə 1 2,5 mq gündə 2 dəfə dəfə 10 mq, /ritonavir 100 mq, 4 gün gündə 2 dəfə, 14 müddətində gün Fosamprenavir Gündə 1 2,3 1400 mq, gündə 2 dəfə 10 mq, dəfə, 14 gün 4 gün müddətində Nelfinavir 1250 Gündə 1 1,74 Atorvastatinin tövsiyə olunan mq, gündə 2 dəfə, dəfə 10 mq, dozası 40 mq-dan artıq 14 gün 28 gün olmamalıdır. Pasiyentin klinik müddətində vəziyyətinin monitorinqinin aparılması mütləqdir. Qreypfrut şirəsi 40 mq, tək 1,37 Çox miqdarda qreypfrut şirəsini 240 ml, gündə 1 bir doza və atorvastatini eyni zamanda c dəfə şəklində istifadə etmək olmaz. Diltiazem 240 mq, 40 mq, tək 1,51 Diltiazem ilə müalicəyə gündə 1 dəfə, 28 bir doza başladıqdan və ya dozasını gün şəklində korreksiya etdikdən sonra, pasiyentlərin müvafiq klinik monitorinqinin təmin edilməsi tövsiyə olunur. Eritromisin 500 10 mq, tək 1,33 Minimal maksimal dozanın mq, gündə 4 dəfə, 7 bir doza istifadəsi və həmin pasiyentlərin gün şəklində klinik monitorinqinin aparılması tövsiyə olunur. Amlodipin 10 mq, 80 mq, tək 1,18 Xüsusi tövsiyələr yoxdur. tək bir doza bir doza şəklində şəklində Simetidin 300 mq, Gündə 1 1,00 Xüsusi tövsiyələr yoxdur. gündə 4 dəfə, 2 dəfə 10 mq, həftə 2 həftə müddətində Kolestipol 10 q, Gündə 1 0,74** Xüsusi tövsiyələr yoxdur. gündə 2 dəfə, 24 dəfə 40 mq, həftə 8 həftə müddətində Maqnezium Gündə 1 0,66 Xüsusi tövsiyələr yoxdur. hidroksid və dəfə 10 mq, alüminium 15 gün hidroksid – antasid müddətində suspenziya 30 ml, gündə 4 dəfə, 17 gün Efavirenz 600 mq, 10 mq, 3 0,59 Xüsusi tövsiyələr yoxdur. gündə 1 dəfə, 14 gündən gün artıq Rifampisin 600 mq, 40 mq, tək 1,12 Preparatların eyni zamanda gündə 1 dəfə, 7 gün bir doza istifadəsi tələb olunduqda, (yanaşı yeridilmə) şəklində atorvastatinin və rifampisinin birlikdə istifadəsi, klinik monitorinq altında aparılmalıdır. Rifampisin 600 mq, 40 mq, tək 0,20 gündə 1 dəfə, 5 gün bir doza (sərbəst yeridilmə) şəklində Gemfibrozil 600 40 mq, tək 1,35 Daha aşağı başlanğıc dozadan mq, gündə 2 dəfə, 7 bir doza istifadə etmək və həmin gün şəklində pasiyentlərin klinik monitorinqini aparmaq tövsiyə olunur. Fenofibrat 160 mq, 40 mq, tək 1,03 Daha aşağı başlanğıc dozadan gündə 1 dəfə, 7 gün bir doza istifadə etmək və həmin şəklində pasiyentlərin klinik monitorinqini aparmaq tövsiyə olunur. Boseprevir 800 mq, 40 mq, tək 2,3 Daha aşağı başlanğıc dozadan gündə 3 dəfə, 7 gün bir doza istifadə etmək və həmin şəklində pasiyentlərin klinik monitorinqini aparmaq tövsiyə olunur. Boseprevirlə eyni zamanda istifadə edildikdə, atorvastatinin dozası 20 mq-dan yüksək olmamalıdır. a Müxtəlif müalicə variantları zamanı (atorvastatinlə müqayisədə atorvastatin + eyni zamanda istifadə olunan dərman preparatı) nisbət kimi göstərilmişdir. b Klinik əhəmiyyəti “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrində göstərilmişdir. c Tərkibində CYP3A4 izofermentini inhibə edən bir və ya bir neçə inqrediyent vardır və CYP3A4 izofermentin vasitəsi ilə metabolizmə məruz qalan dərman preparatlarının qan plazmasında konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bir stəkan qreypfrut şirəsi (240 ml) aktiv ortohidroksi-metabolitin “konsentrasiya/zaman” asılılığını təsvir edən farmakokinetik əyri altındakı sahə göstəricisinin 20,4 % aşağı düşməsinə gətirib çıxarmışdır. Qreypfrut şirəsinin çox miqdarı (5 gün müddətində gündə 1,2 litrdən çox) atorvastatinin “konsentrasiya/zaman” asılılığını təsvir edən farmakokinetik əyri altındakı sahə göstəricisini 2,5 dəfə, HMQ-KoA-reduktaza fermentinin aktiv inhibitorlarının (atrovastatin və onun metabolitləri) “konsentrasiya/zaman” asılılığını təsvir edən farmakokinetik əyri altındakı sahə göstəricisini 1,3 dəfə artırmışdır. ** Xarakteristika – istifadə edildikdən 8-16 saatdan sonra əldə edilən tək bir nümunəyə əsaslanır. Cədvəl 2. Atorvastatinin eyni zamanda istifadə edilən dərman preparatlarının farmakokinetikasına təsiri Atorvastatin və Eyni zamanda istifadə edilən dərman preparatları dozaları Dərman “Konsentrasiya/zaman Klinik tövsiyələr preparatı ” asılılığını təsvir edən və dozası farmakokinetik əyri (mq) altındakı sahə a göstəricisi Gündə 1 dəfə 80 Diqoksin, 1,15 Diqoksindən istifadə edən mq, 10 gün gündə 1 pasiyentlərin vəziyyətlərinə müddətində dəfə 0,25 müvafiq qaydada nəzarət etmək mq, 20 gün lazımdır. Gündə 1 dəfə 40 Peroral 1,28 Xüsusi tövsiyələr yoxdur. mq, 22 gün kontrasepti 1,19 müddətində vlər gündə 1 dəfə, 2 ay. Noretistero n 1 mq. Etinilestrad iol 35 mkq Gündə 1 dəfə 80 Fenazon 1,03 Xüsusi tövsiyələr yoxdur. mq, 15 gün 600 mq, tək müddətində bir doza b şəklində 10 mq, tək bir doza Tipranavir 1,08 Xüsusi tövsiyələr yoxdur. şəklində gündə 2 dəfə 500 mq/ritonavi r gündə 2 dəfə 200 mq, 7 gün müddətində Gündə 1 dəfə 10 Fosampren 0,73 Xüsusi tövsiyələr yoxdur. mq, 4 gün avir 1400 müddətində mq, gündə 2 dəfə, 14 gün Gündə 1 dəfə 10 Fosampren 0,99 Xüsusi tövsiyələr yoxdur. mq, 4 gün avir 700 müddətində mq gündə 2 dəfə /ritonavir 100 mq, gündə 2 dəfə, 14 gün a Müxtəlif müalicə variantları zamanı (atorvastatinlə müqayisədə atorvastatin + eyni zamanda istifadə olunan dərman preparatı) nisbət kimi göstərilmişdir. b Atorvastatinin və fenazonun eyni səviyyədə birlikdə istifadəsi, fenazonun klirensinə əhəmiyyətsiz təsir göstərmişdir və ya demək olar ki, effekti heç olmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamiləlik dövründə atorvastatinin istifadəsi əks göstərişdir. Preparatın hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi təsdiq edilməmişdir. Hamilə qadınların iştirakı ilə atorvastatinin öyrənilməsi istiqamətində nəzarət olunan klinik sınaqlar aparılmamışdır. HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının bətndaxili təsirindən sonra, anadangəlmə qüsurlar barədə nadir məlumatlar mövcuddur. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik nümayiş etdirilmişdir. Atorvastatinin istifadəsi ilə ananın müalicəsi, döldə xolesterin biosintezinin sələfi olan mevalonatın konsentrasiyasının aşağı düşməsinə səbəb ola bilər. Adətən, hamiləlik dövründə hipolipidemik müalicənin dayandırılması, birincili hiperxolesterinemiyanın inkişaf etməsinin uzunmüddətli riskinə əhəmiyyətsiz effekt göstərir. Bu səbəbdən, Atorvastatin preparatı hamilə qadınlar, hamilə olmağı planlaşdıran qadınlar və ya hamiləliyini ehtimal edən qadınlar tərəfindən istifadə edilə bilməz. Hamiləlik dövründə və ya qadının hamilə olub-olmaması məlum olmayana qədər Atorvastatin preparatının istifadəsini dayandırmaq lazımdır. Laktasiya dövrü Atorvastatinin və ya onun metabolitlərinin ana südünə nüfuz edib-etməməsi məlum deyil. Araşdırmalar zamanı siçovulların həm ana südündə, həm də qan plazmasında atorvastatinin və onun aktiv metabolitlərinin analoji səviyyələri əldə olunmuşdur. Atorvastatindən istifadə edən qadınlarda ciddi əlavə effektlərin inkişaf etmə ehtimalını nəzərə alaraq, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Laktasiya dövründə atorvastatinin istifadəsi əks göstərişdir. Reproduktiv yaş dövründə olan qadınlar Reproduktiv yaş dövründə olan qadınlar müalicə müddətində müvafiq kontrasepsiya üsullarından istifadə etməlidirlər. Reproduktiv funksiya Heyvanlar üzərində aparılan tədqiqatlarda atorvastatin erkək və ya dişi heyvanların reproduktiv funksiyalarına heç bir təsir göstərməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Atorvastatin preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Atorvastatin preparatı ilə müalicəyə başlamazdan əvvəl pasiyent, qanda lipidlərin miqdarının azalmasını təmin edən pəhrizin saxlanılmasına keçirilməlidir və həmin pəhriz, preparatın istifadəsi ilə müalicə sona çatana qədər saxlanılmalıdır. Preparatın tövsiyə olunan başlanğıc dozası hər gün 10 mq təşkil edir. Tələb olunan effektdən asılı olaraq, sutkalıq dozanın 80 mq-dan çox olmayan göstəriciyə qədər artırılması mümkündür. Pasiyent Atorvastatin preparatını günün istənilən vaxtı hər gün eyni zamanda 1 dəfə qəbul etməlidir. Dərman preparatını qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Preparatın istifadəsi ilə 2 həftə müddətində aparılan müalicədən sonra əhəmiyyətli terapevtik effekt qeyd olunur, maksimal effekt isə 4 həftədən sonra inkişaf edir. Bu səbəbdən, preparatın dozasını ilkin dozanın istifadəsi başladıqdan sonra, dörd həftədən tez dəyişmək olmaz. Birincili hiperxolesterinemiya və kombinəolunmuş (qarışıq) hiperlipidemiya Müalicəni tövsiyə olunan başlanğıc dozadan başlamaq lazımdır – dozanı, preparatın effektindən asılı olaraq, ilkin seçilmiş dozanın istifadəsi ilə aparılan müalicədən dörd həftə sonra, artırmaq olar. Maksimal sutkalıq doza 80 mq təşkil edir. Heteroziqot ailəvi hiperxolesterinemiya Başlanğıc doza – gündə 10 mq təşkil edir. Dozanın seçilməsi fərdi qaydada, 4 həftəlik interval ilə gündə 40 mq-a qədər aparılmalıdır. Bundan sonra, dozanı gündə 80 mq-a qədər artırmaq və ya kombinəolunmuş müalicədən – gündə bir dəfə 40 mq atorvastatini öd turşularının sekvestrantları ilə birlikdə istifadə etmək lazımdır. Homoziqot ailəvi hiperxolesterinemiya Yetkin yaşlı pasiyentlər. Dozalar diapazonu digər hiperlipidemiya növlərində olduğu kimidir. Preparatın başlanğıc dozası xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, fərdi qaydada seçilir. Preparatı sutkalıq 80 mq dozada istifadə edən homoziqot irsi hiperxolesterinemiyalı pasiyentlərin əksəriyyətində optimal effekt müşahidə olunmuşdur. Atorvastatin digər müalicə metodlarına (plazmaferez) əlavə müalicə vasitəsi şəklində və ya digər metodların istifadəsi ilə müalicənin aparılması mümkün olmadığı halda, əsas müalicə kimi istifadə olunur. Yaşlı pasiyentlərdə və böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə Atorvastatin preparatının tövsiyə olunan dozalarının dəyişdirilməsi tələb olunmur. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın orqanizmdən ləng xaricolmasını nəzərə alaraq, ehtiyatlı olmaq lazımdır. Belə vəziyyətlərdə klinik və laborator göstəricilərə diqqətlə nəzarət edilməli və əhəmiyyətli patoloji dəyişikliklər aşkar olunduğu halda, preparatın dozası aşağı salınmalı və ya müalicə dayandırılmalıdır. Pediatriyada istifadəsi Hiperxolesterinemiya Uşaqlarda preparatın istifadəsi yalnız, göstərilən sahədə təcrübəsi olan həkimlər tərəfindən aparılmalıdır. Effektin əldə olunması üçün müntəzəm olaraq, pasiyentlərin təkrar müayinəsi tövsiyə olunur. Yaşı 10 və daha yuxarı olan heteroziqot ailəvi hiperxolesterinemiyalı pasiyentlərdə atorvastatinin tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir. Preparatın dozasını, müalicəyə qarşı fərdi reaksiyanın və tolerantlığın nəzərə alınması ilə gündə 80 mq-a qədər artırmaq olar. Doza, müalicənin məqsədinə müvafiq fərdi qaydada seçilməlidir. Dozaların korreksiyası 4 həftədən az olmayan interval ilə aparılır. Dozanın sutkada 80 mq-a qədər titrlənməsi yetkin yaşlı pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlardan və heteroziqot ailəvi hiperxolesterinemiyalı uşaqların iştirakı ilə aparılan məhdud klinik tədqiqatlardan əldə olunan məlumatlar əsasında aparılır. Heteroziqot ailəvi hiperxolesterinemiya qeyd olunan 6 yaşdan 10 yaşa qədər uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi barədə məhdud məlumatlar mövcuddur. 10 yaşdan aşağı uşaqların müalicəsi üçün atorvastatinin istifadəsi göstəriş deyil. Kombinəolunmuş lipidazaldıcı müalicə Atorvastatini öd turşularının sekvestrantları ilə birlikdə istifadə etmək olar. HMQ-KoA- reduktaza ferment inhibitorlarının (statinlərin) və fibratların kombinasiyasını ehtiyatla istifadə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Siklosporindən, klaritromisindən, itrakonazoldan və ya müəyyən proteaza inhibitorlarından istifadə edən pasiyentlərdə preparatın dozalanması Atorvastatinin siklosporinlə, İİV proteazaları inhibitorları (tipranavir + ritonavir) və ya C hepatiti virusu proteazası inhibitorları (telaprevir) ilə eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Lopinavir + ritonavir kombinasiyasından istifadə edən İİV infeksiyasına yoluxmuş pasiyentlərə atorvastatin təyin edildikdə, ehtiyat tədbirlərinə riayət edilməli və preparatın ən aşağı dozası istifadə edilməlidir. Klaritromisindən və itrakonazoldan istifadə edən pasiyentlərdə və ya İİV infeksiyasına yoluxmuş sakvinavir + ritonavir, darunavir + ritonavir, fosamprenavir və ya fosamprenavir + ritonavir kombinasiyalarından istifadə edən pasiyentlərdə müalicə, atorvastatinin 20 mq dozasının istifadəsi ilə məhdudlaşdırılmalı və tələb olunan ən aşağı dozanın istifadəsini təmin etmək məqsədi ilə müvafiq klinik nəzarət aparılmalıdır. İİV proteazası inhibitoru olan nelfinavirdən, C hepatiti virusu proteazası inhibitoru olan boseprevirdən istifadə edən pasiyentlərdə müalicə, atorvastatinin 40 mq dozasının istifadəsi ilə məhdudlaşdırılmalı və ən aşağı dozanın istifadəsini təmin etmək məqsədi ilə müvafiq klinik nəzarət aparılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).
Əlavə təsirləri
Bütün digər dərman vasitələri kimi Atorvastatin preparatı da arzuolunmayan reaksiyaların meydana çıxmasına səbəb ola bilər, lakin bu reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Preparatın istifadəsi ilə əlaqəli aşağıda göstərilən arzuolunmayan reaksiyalar qeydə alınmışdır. Tez-tez – 10 pasiyentdən 1-dən azında meydana çıxa bilər: nazofaringit, allergik reaksiyalar, baş ağrısı, yuxusuzluq, başgicəllənmə, paresteziyalar, döş nahiyəsində ağrı, udlaq və qırtlaq nahiyəsində ağrılar, burun qanaxmaları, ürəkbulanma, meteorizm, dispepsiya, qəbizlik, diareya, dəri üzərində səpgilər, qaşınma, mialgiya, artralgiya, bel nahiyəsində ağrı, ətraf ağrıları, əzələ spazmları, oynaqların ödemi, asteniya, periferik ödemlər, qanda kreatininkinaza (KK) fermentinin səviyyələrinin yüksəlməsi. Bəzən – 100 pasiyentdən 1-dən azında meydana çıxa bilər: trombositopeniya, anoreksiya, amneziya, dəhşətli yuxugörmələr, yuxusuzluq, periferik neyropatiya, yuxuya meyllilik, hipesteziya, dadbilmə qabiliyyətinin pozulması, qeyri-aydın görmə, qulaqlarda cingilti, qusma, pankreatit, övrə, miopatiya, boyun nahiyəsində ağrı, əzələ zəifliyi, halsızlıq, bədən kütləsinin artması, döş nahiyəsində ağrı, qızdırma, qan zərdabında transaminazaların (ALT, AST) səviyyələrinin yüksəlməsi, sidikdə leykositlərin müəyyən edilməsi analizinin müsbət nəticələri. Nadir hallarda – 1000 pasiyentdən 1-dən azında meydana çıxa bilər: görmə qabiliyyətinin pozulması, hepatit, xolestaz, qarın nahiyəsinin yuxarı və aşağı hissələrində ağrı, gəyirmə, miozit, rabdomioliz, tendopatiya (bəzən vətərlərin üzülməsi ilə ağırlaşa bilər). Çox nadir hallarda – 10000 pasiyentdən 1-dən azında meydana çıxa bilər: anafilaksiya, eşitmə qabiliyyətinin itirilməsi, qaraciyər çatışmazlığı, angionevrotik ödem, alopesiya, bullyoz səpgilər (multiform eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz), ginekomastiya, hiperqlikemiya, hipoqlikemiya. Məlum deyil – əldə olunan məlumatlara əsasən, əlavə təsirlərin baş vermə tezliyini müəyyən etmək mümkün deyil: nekrozlaşan autoimmun miopatiya. “Çox nadir hallarda” kimi təsnif olunan bəzi əlavə reaksiyaların dərman preparatının istifadəsi ilə səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. Zərdab transaminazaları səviyyələrinin göstəriciləri dozanın miqdarından asılıdır və bütün pasiyentlərdə geri dönən xarakter daşıyır. Normanın yuxarı həddindən 10 dəfə yüksək olan KK səviyyələri pasiyentlərin 0,4 %-də aşkar olunmuşdur; həmin pasiyentlərin 0,1 %-də əzələ ağrıları və ya zəiflik müşahidə edilmişdir. Ciddi əlavə reaksiyalar meydana çıxdığı halda, müalicəni dayandırmaq lazımdır. Uşaqlar və yeniyetmələr Atorvastatinlə müalicə qəbul edən 10 yaşdan 17 yaşa qədər uşaqların və yeniyetmələrin əlavə effektlər profili, bir qayda olaraq, plasebodan istifadə edən pasiyentlərin profili ilə oxşar olmuşdur. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsindən asılı olmayaraq, hər iki qrupda ən tez- tez müşahidə olunan əlavə effektlər – infeksiyalar olmuşdur. 3 il müddətində aparılan tədqiqatın gedişində pasiyentlərin Tanner şkalasına və boy və bədən kütləsi göstəricilərinə əsasən qiymətləndirmənin nəticələrinə görə preparatın fiziki və cinsi inkişafa klinik əhəmiyyətli təsiri müşahidə edilməmişdir. Uşaqlarda və yeniyetmələrdə preparatın təhlükəsizlik profili, atorvastatinin yetkin yaşlı pasiyentlərin məlum təhlükəsizlik profilinə əhəmiyyətli dərəcədə müvafiqdir. Təhlükəsizlik üzrə klinik məlumatlar bazasında atorvastatindən istifadə edən 520 uşaq yaşlı pasiyentlər barədə məlumatlar mövcuddur. Onlardan 7 pasiyent 6 yaşdan kiçik, 121 pasiyent 6 yaşdan 9 yaşa qədər və 392 pasiyent 10 yaşdan 17 yaşa qədər olmuşdur. Mövcud məlumatlara əsasən, uşaqlarda əlavə effektlərin baş vermə tezliyi, növü və ağırlıq dərəcəsi böyüklərlə eyni olmuşdur. Bəzi statinlərin istifadəsi müddətində aşağıda göstərilən əlavə effektlər qeydə alınmışdır: – cinsi funksiyaların pozulması; – depressiya; – nadir hallarda – ağciyərlərin interstisial xəstəliyi, xüsusilə, uzunmüddətli müalicə zamanı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – şəkərli diabet – tezliyi risk faktorlarının (acqarına qanda qlükozanın səviyyəsi > 5,6 mmol/l, BKİ > 30 kq/m , triqliseridlərin səviyyəsinin yüksəlməsi, arterial hipertenziyanın qeyd olunması) mövcud olub-olmamasından asılıdır. Arzuolunmayan reaksiyalar barədə məlumatlar İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Qeyd olunan tövsiyə ehtimal edilən bütün arzuolunmayan reaksiyalara, o cümlədən, bu içlik vərəqədə göstərilməyən reaksiyalara aiddir. Arzuolunmayan reaksiyalar, o cümlədən, dərman preparatının qeyri-effektivliyi barədə həmçinin, dərman preparatlarının arzuolunmayan reaksiyaları (təsirləri) üzrə məlumatlar bazasına məlumat vermək olar. Arzuolunmayan reaksiyalar barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.
Doza həddinin aşılması
Atorvastatin preparatının istifadəsi ilə əlaqəli doza həddinin aşılmasının xüsusi müalicə metodları yoxdur. Doza həddinin aşılması baş verdikdə, simptomatik müalicə aparılmalı və zərurət yarandığı halda, dəstəkləyici tədbirlər həyata keçirilməlidir. Qaraciyər funksiyalarının monitorinqini aparmaq və qan zərdabında kreatinkinaza fermentinin səviyyələrini müəyyən etmək lazımdır. Atorvastatinin qan plazmasının zülalları ilə əhəmiyyətli dərəcədə birləşməsini nəzərə alaraq, hemodializin aparılması atorvastatinin klirensinin əhəmiyyətli sürətlənməsini ehtimal etmir.
Buraxılış forması
10 örtüklü tablet konturlu-yuvalı qablaşmada. 3 konturlu-yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan və nəmdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.