Artogistan 100 mq 2 ml N10 inyeksiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirToxumaların bərpasının stimulyatoru
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

29,59 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ARTOGİSTAN əzələdaxili inyeksiya üçün məhlul ARTOGYSTAN Beynəlxalq patentləşdirilməmiş adı: Chondroitin sodium sulfate

Tərkibi

Təsiredici maddə: 1ml məhlulun tərkibində 100 mq xondroitin natrium sulfat vardır. Köməkçi maddələr: benzil spiriti, natrium disulfit, 1 M natrium hidroksid məhlulu (pH 6,0-7,5 qədər), inyeksiya üçün məhlul.

Təsviri

Şəffaf və ya yüngül opalessensiyaedici, benzil spirti iyli rəngsiz və ya zəif rəngli mayedir.

Farmakoterapevtik qrupu

Toxumaların bərpasının stimulyatoru. ATC kodu: M01AX25. Farmakolojixüsusiyyətləri Farmakodinamikası Xondrostimullaşdırıcı, regenerasiyaedici, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Xondroitin sulfat sümük və qığırdaq toxumasında əsas maddənin qurulmasında iştirak edir. Xondroprotektor xüsusiyyətlərə malikdir, hiolin və lifli qığırdaqlarda, subxondral sümükdə maddələr mübadiləsini surətləndirir, oynaq qığırdağının degenrasiyasına (məhv) səbəb olan fermentləri tormozlayır, proteoqlikanların xondrositlər tərəfindən ifrazını stimulə edir; İltihab mediatorlarının və ağrı faktorlarının sinoviosit və mayeyə keçməsinin azalmasına səbəb olur, leykotrienlərin və prostaqlandlərin sekresiyasını tormozlayır. Sümük toxumasının rezorbsiyasını tormozlayır və kalsium itkisini azaldır, sümük toxumasının bərpasını sürətləndirir. Xondroitin sulfat osteoxondroz və osteoartrozun poqressivləşməsini ləngidir.Oynaq kisəsinin və oynaqların qığırdaq səthinin bərpasına kömək edir, birləşdirici toxumanın kollapsının qarşısını alır, oynaq mayesi hasilini normallaşdırır. Preparatın istifadəsi zamanı ağrıların azalmasına, zədələnmiş oynaqların hərəkətliliyinin yaxşılaşmasına səbəb olur və beləliklə müalicə kursundan sonra da müalicəvi təsiri uzun müddət saxlanılır. Degenerasiyaya uğramış ikincili sinovitlə müşahidə olunan oynağın müalicəsi zamanı yaxşılaşma 2-3 həftədən sonra müşahidə olunur.Heparinlə struktur oxşarlığa malikdir və beləliklə sinovial və subxondral mikrosirkulyator axında fibrin tromblarının meydana gəlməsinə potensial olaraq mane ola bilir. Farmakokinetikası Əzələ daxili yeridilmədən 30 dəqiqə sonra qanda yüksək konsentrasiyada, 15 dəqiqədən sonra isə sinovial mayedə aşkar edilir.Qan plazmasında maksimal konsentrasiyaya yeridilmədən 1 saat sonar çatır, daha sonra preparatın konsentrasiyası 2 sutka ərzində yavaş-yavaş azalır. Preparat əsasən qığırdaq toxumasında toplanır (oynaq qığırdağında maksimal konsentrasiyaya 48 saatdan sonra çatır); Sinovial örtük preparatın oynaq boşluğuna daxil olması üçün bir maneə deyildir. Böyrəklər vasitəsilə 24 saat ərzində xaric olunur.

İstifadəsinə göstərişlər

• Oynaq və onurğanın degenerativ-distrofik xəstəlikləri: osteoartroz və onurğanın osteoxondrozu. • Sınıqlar zamanı sümük döyənəyinin tez formalaşması üçün.

Əks göstərişlər

• Preparatın özünə və ya onun hər hansı komponentinə qarşı yüksək həssaslıq • Qanaxmalar və qanaxmaya meyillilik • Tromboflebitlər • Uşaq yaş dövrü 18 yaşadək (effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir)

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın dolayı təsirli antikoaqulyantlarla, antiaqreqantlarla, fibrinolitiklərlə birgə istifadə zamanı qanın laxtalanma göstəricisinə tez-tez nəzarət etmək tələb olunur. Allergik reaksiyalar və ya hemorragiyalar baş verərsə, müalicə dayandırılmalıdır. Sabit klinik effekt əldə etmək üçün prepaatın ən azı 25 inyeksiyası tələb olunur. Lakin effekt uzun müddət,müalicə kursu bitəndən sora bir neçə ay ərzində təsirini saxlayır. Ağırlaşmaların qarşısını almaq məqsədi ilə təkrar müalicə kursları göstərişdir. Digər dərmanlarla qarşılıqlı təsiri Dolayı təsirli antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirinin gücləndirilməsi mümkündür. Hamiləlik və laktasiya dövrü Hamiləlik vaxtı preparatın istifadəsi tövsiyə edilmir.Məlumat olmadığından, laktasitya dövründə istifadə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrinin idarə etmək, mexanizmlərlə işləmək və digər növ tez psixomotor reaksiya, yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olmaq qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Əzələdaxili günaşırı 100 mq. Doza yaxşı qəbul edildikdə, 4-cü inyeksiyadan sonra 200 mq-ə qədər artırıla bilər. Müalicə kursu 25-35 inyeksiyadır. Lazım olduqda, 6 aydan sonra təkrar müalicə kursu mümkündür.

Əlavə təsirləri

Allergik reaksiyalar (dəri qaşınmaları,səpgi, eritema, məxmərək, dermatit, ödem ); inyeksiya yerində hemorragiya.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları barədə məlumat qeydə alınmayıb.

Buraxılış forması

Əzələ daxilinə yeridilmə üçün məhlul 100 mq/ml. 1 ml və ya 2 ml məhlul, “HC-3” və ya 1-ci hidrolitik sinfə aid rəngsiz və ya rəngli şüşə ampullarda. 5 və ya 10 ampul polivinilxlorid və ya polietilentereftalat pyonkadan hazırlanmış konturlu-yuvalı qablaşdırmada, polimer plyonkalı və ya laklı alüminium folqalı və ya polimer pyonkasız və laklı alüminium folqasız və ya ampulların yerləşdirilməsi üçün yuvalı karton formada. Hərəsində 10 ampul olmaqla 1 konturlu-yuvalı qablaşdırma və ya karton forma, yaxud hərəsində 5 ampul olmaqla 2 konturlu-yuvalı qablaşdırma və ya karton forma ampul skarifikatoru ilə və ya ampul skarifikatorsuz, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C°-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il . Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı / İradları qəbul edən təşkilat MMC “Qroteks”. Rusiya, 195279, Sankt-Peterburq. İndustrial pr.d 71, k 2, lit.A. Tel.: +7 812 385 47 87. Faks: +7 812 385 47 88.

Qeydiyyat vəsiqəsinin sahibi

MMC “Qroteks”. Rusiya, 195279, Sankt-Peterburq. İndustrial pr.d 71, k 2, lit.A. Tel.: +7 812 385 47 87. Faks: +7 812 385 47 88.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Artogistan 100 mq 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.