Alora 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirSedativ vasitələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,81 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 694,444 mq рassifloranın duru ekstraktı vardır. Köməkçi maddələr: saxaroza (kristal və ya rafinəedilmiş şəkər), qliserin, etil spirti, nipagin, nipasol, təmizlənmiş su.

Təsviri

Tünd qəhvəyi, şəffaf maye şəklində şərbətdir.

Farmakoterapevtik qrupu

Sedativ vasitələr. ATC kodu: N05CM5.

Farmakoloji xüsusiyyətləri

Passiflora ekstraktı təbii bitki Passiflora incarnata-dan alınır. Tərkibində indol sırasından alkaloidlər 0,04% (harman, harmin, harmol), flavonoidlər (viteksin, kvertisin), kumarin, xinon və digərləri vardır. Ekstraktın komponentləri sinir impulsunun onurğa beyninə və baş beyinə ötürülməsini ləngidir, MSS oyanıqlığını azaldaraq sedativ effekti təmin edir. Bu dərman vasitəsi depressiv hallarda əhval-ruhiyyəni yaxşılaşdırır, narahatçılıq hissini və fiziki gərginliyi azaldır. Səhər depressiyası simptomunu yaratmadan zəif yuxugətirici effektə malikdir. Həmçinin qıcolmaəleyhinə xüsusiyyətlərə malikdir.

İstifadəsinə göstərişlər

istifadə edilir.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əldə olunan məlumatlar yetərli olmadığından 12 yaşdan aşağı olan uşaqlarda istifadəsi məsləhət görülmür və əlavə tibbi konsultasiya zəruridir. Preparatın tərkibində saxaroza vardır. Bu səbəbdən şəkərli diabet, fruktozaya qarşı dözümsüzlük, saxaraza- izomaltaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadəsi məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər sintetik sedativ preparatlar ilə qarşılıqlı təsiri barədə klinik məlumatlar olmadığından sedativ preparatların (benzodiazepinlər kimi) paralel qəbulu həkimin xüsusi göstərişi olmadan məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə həkim nəzarəti altında istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Diqqət tələb edən mexanizmlərdən və avtomobildən istifadə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Böyüklərdə: Sedativ effekt üçün gündə 3 dəfə 5-10 ml şərbət (1-2 ölçü qaşığı) qida qəbulundan öncə daxilə qəbul edilir. Yuxu pozğunluğunda – yatmazdan əvvəl 10 ml (2 ölçü qaşığı). 12 yaşdan aşağı uşaqlarda istifadəsi məsləhət görülmür.

Əlavə təsirləri

Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi təsnif edilir: Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir (≥1/10000 – <1/1000); çox nadir (<1/10000); məlum olmayan (əldə olunan məlumatlara əsasən qiymətləndirilə bilmir). İmmun sistemi: Məlum olmayan: hiperhəssaslıq (vaskulit) (bir hal qeydə alınıb) Ürək-damar sistemi: Məlum olmayan: QT intervalının uzanması, taxikardiya (bir hal qeydə alınıb), başgicəllənmə Mədə-bağırsaq sistemi: Məlum olmayan: ürəkbulanma (bir hal qeydə alınıb), qusma. Qan: Trombositopeniya Yuxarıda qeyd olunmayan hər hansı əlavə təsir əmələ gəldikdə həkimlə məsləhətləşmək lazımdır. GÖZLƏNİLMƏYƏN EFFEKTLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur. Doza həddinin aşılması olarsa, mədə yuyulmalı və simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

100 ml şərbət, plastik qapaqlı şüşə flakonda. 1 flakon, 5 ml-lik ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış forması 30 örtüklü tablet (3 blister) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, öz qutusunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Açıldıqdan sonra 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Sancaklar 81100 Düzce/Türkiye.

Qeydiyyat vəsiqəsinin sahibi

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Alora 100 ml sirop” üçün ilk rəyi siz yazın.