Ampisillin 250 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirBeta-laktam antibiotiklər-penisillinlər. Geniş təsir spektrli penisillinlər.
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AMPİSİLLİN TRİHİDRAT 250 mq tabletlər AMPICILLIN TRIHYDRATE Beynəlxalq patentləşdirilməmiş adı: Ampicillin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq ampisillin (ampisillin trihidrat şəklində) vardır. Köməkçi maddələr: kalsium stearat, talk, kartof nişastası.

Təsviri

Ağ rəngli , yastısilindrik formalı , kənarları kəsik , uzərində bölmə xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Beta-laktam antibiotiklər-penisillinlər. Geniş təsir spektrli penisillinlər. АТС Kodu: J01CA01. Farmakoloji xüsusiyyətlər Ampisillin trihidrat – yarımsintetik penisillinlər qrupundan olan antibiotikdir. Antibakterial (bakterisid) təsir göstərir. Geniş spektrli qram-müsbət (alfa– və beta-hemolitik streptokokklar, Streptococcus pneumoniae, Staрhylococcus spp., penisillinaza yaradan ştammlar istisna olmaqla, Bacillus anthracis, Clostridium spp., Enterococcus spp.) və qram-mənfi (Haemophilus influenzae, Neisseria meningitidis, Neisseria gonorrhoеae, Salmonella spp., Proteus mirabilis, Listeria monocytogenes, Shigella spp., Escherichia coli, Bordetella pertussis) mikroorqanizmlərə qarşı aktivdir. Penisillinazaların təsirindən parçalanır və bu səbəbdən penisillin-yaradan mikroorqanizm ştammlarına təsir göstərmir. İstifadəsinə göstərişləri Həssas mikroorqanizmlər tərəfindən yaranan bakterial infeksiyalar: LOR orqanların (burun- qulaq-boğaz) infeksiyaları, bronxit, pnevmoniya, sidikçıxarıcı yolların infeksiyaları, süzənək, ginekoloji infeksiyalar, septisemiya, peritonit, endokardit, meningit, qarın yatalağı, mədə- bağırsaq traktının infeksiyaları. Preparatın peroral istifadəsi mümkün olmadıqda onun parenteral dərman forması istifadə edilməlidir. Ək göstərişlər Yüksək həssaslıq (eləcə də, digər penisillinlərə, sefalosporinlərə, karbapenemə qarşı), infeksion mononukleoz, limfoleykoz, qaraciyər çatışmazlığı, anamnezində mədə-bağırsaq traktında xəstəliyi olanlar (xüsusilə, antibiotiklərin istifadəsi ilə əlaqədar olaraq yaranmış kolit), laktasiya dövrü, 6 yaşa qədər uşaqlar. Aşağıdakı hallarda preparat ehtiyatla istifadə edilməlidirı : bronxial astma, pollinoz və digər allergik xəstəliklər, böyrək çatışmazlığı, anamnezində qanaxma müəyyən edilənlər, hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicəyə başlamazdan qabaq pasiyentlərin beta-laktam antibiotiklərə qarşı hiperhəssaslıq göstərmədiklərinə əmin olmaq lazımdır. Beta-laktam qəbul edən pasiyentlərdə ağır hiperhəssaslıq reaksiyaları, bəzən isə ölümlə nəticələnən (anafilaksiya halları) hallar qeyd edilmişdir. Anafilaksiya hallarının daha çox preparatın parenteral dərman formasının istifadəsindən sonra rastlanmasına baxmayaraq, preparatın peroral dərman formasının istifadəsindən sonra da, anafilaksiya hallarının yaranmasına dair məlumatlar bildirilmişdir. Bu reaksiyalar ən çox anamnezində beta-laktam antibiotiklərə hiperhəssaslıq göstərən pasiyentlərdə baş verir. İnfeksion mononukleoz və/və ya limfoid mənşəli kəskin və ya xroniki leykemiyanın olmasına şübhə olduqda, dərman vasitəsinin istifadəsindən qaçınılmalıdır. Dəri səpgilərinin yaranması halları dərman vasitəsinin qəbulundan sonra hazırki vəziyyətlərlə əlaqələndirilmişdir. Ampisillin trihidratın uzunmüddətli istifadəsi zamanı dərmana həssas olan mikrofloranın böyüməsi nəticəsində süperinfeksiya inkişaf edə bilər ki, bu da antibakterial terapiyanın dəyişilməsini tələb edir. Böyrək çatışmazlığı olan xəstələrdə dərmanın dozasının tənzimlənməsi vacibdir. Müalicə kursu zamanı qanyaradıcı orqanların, qaraciyərin və böyrəklərin funksiyalarına daim nəzarət edilməlidir. Preparatın sepsisli xəstələrə təyini zamanı bakterioliz reaksiyalarının (Jarisch, Herxheimer reaksiyası) yaranması mümkündür. Yüngül diareyanın müalicəsi zamanı müalicə kursu fonunda bağırsaqların peristaltikanı zəiflədən diareya əleyhinə dərman vasitələrinin istifadəsindən qaçınılmalıdır; kaolin- və ya attapulqitdən ibarət diareya əleyhinə dərman preparatlarının istifadəsi mümkündür, preparatın istifadəsinin sonlandırılması göstərişdir. Ağır ishal hallarında həkimə müraciət edilməlidir. Müalicə xəstəliyin klinik əlamətlərinin aradan qalxmasından sonra növbəti 48-72 saat ərzində də mütləq davam etdirilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmasevtik olaraq aminoqlikozidlərlə uyuşmur. Antasidlər, qlükozamin, işlədici dərman vasitələri, qida və aminoqlikozidlər (enteral qəbulu zamanı) preparatın absorbsiyasını ləngidir və zəiflədir; askorbin turşusu absorbsiyanı artırır. Bakterisid antibiotiklər (eləcə də, aminoqlikozidlər, sefalosporinlər, sikloserin, vankomisin, rifampisin) sinergist təsirlər göstərir; bakteriostatik dərman vasitələri (makrolidlər, xloramfenikol, linkozamidlər tetrasiklinlər, sulfanilamidlər) – antaqonist təsirlər əks etdirir. Dolayı təsirli antikoaqulyantların effektivliyini artırır (bağırsaq mikroflorasına təsir göstərərək K vitamininin sintezini və protrombin indeksini azaldır); estrogen tərkibli peroral kontraseptivlərin (kontrasepsiyanın əlavə metodlarından istifadə edilməlidir), etinilestradiolun effektivliyini azaldır (axırıncı halda qanaxmanın yaranma riski artır). Diuretiklər, allopurinol, oksifenbutazon, fenilbutazon, aşağı molekullu yüksək sıxlıqlı polisaxaridlər və kanal sekresiyasını blokada edən digər dərman vasitələri ampisillinin plazmada konsentrasiyasını artırır (kanal sekresiyasının azalması hesabına). Allopurinol dəri səpgilərinin yaranması riskini artırır. Klirensi azaldır və metotreksatın toksikliyini artırır. Diqoksinin sorulmasını artırır. Hamiləlik və laktasiya dövründə istifadəsi. Preparatın laktasıya dövründə istifadəsi əks göstərişdir. Hamiləlik zamanı preparatın istifadəsi ana üçün gözlənilən fayda döl üçün potensial riski üstələdiyi halda mümkündür. Pediatriyada istifadəsi Ampisillinin bu dərman forması 6 yaşa qədər uşaqlara təyin edilmir Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən və yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olarkən ehtiyatlı olmaq tələb olunur.

İstifadə qaydası və dozası

Yeməkdən 0,5-1 saat əvvəl daxilə qəbul edilir. Böyüklər (yaşlı pasiyentlər də daxil olmaqla) LOR-orqanların infeksiyaları zamanı: gündə 4 dəfə 250 mq . Bronxit zamanı: standart müalicə rejimi: gündə 4 dəfə 250 mq, yüksək dozalı müalicə rejimi: gündə 4 dəfə 1 q. Pnevmoniya zamanı: gündə 4 dəfə 500 mq. Sidikçıxarıcı yolların infeksiyaları zamanı: gündə 3 dəfə 500 mq. Süzənək zamanı: 2 q ampisillin trihidrat 1 q probenesidlə birlikdə bir dəfə daxilə qəbul edilir. Qadınların müalicəsi üçün preparatın çox dəfəlik (təkrar ) istifadəsi tövsiyə olunur. Mədə-bağırsaq traktının infeksiyaları zamanı: gündə 3-4 dəfə 500-750 mq. Qarın yatalağı zamanı: kəskin dövrdə: 2 həftə ərzində gündə 4 dəfə 1-2 q, bakteriya daşiyicilarında: 4-12 həftə ərzində gündə 4 dəfə 1-2 q. Uşaqlar, 6 yaşdan başlayaraq: preparat bədən kütləsinin hər kiloqramına 100 mq dozada təyin edilir. Gündəlik doza 4-6 dəfəlik qəbula bölünür. Bütün təyin olunmuş dozalanma rejimləri tövsiyə xarakteri daşıyır. Zəruri hallarda, ağır infeksiyalar zamanı dozalar artırıla və ya preparatın inyeksiya dərman forması istifadə edilə bilər. Böyrək çatışmazlığı olan pasiyentlər Kəskin böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 10 ml/dəq-dən az) dozanın azaldılmasına və ya preparatın qəbulu arasındakı intervalların artırılmasına baxılmalıdır. Dializ prosedurundan sonra dərman vasitəsinin əlavə dozası təyin edilməlidir.

Əlavə təsirləri

Hiperhəssaslıq reaksiyaları Hiperhəssaslıq reaksiyalararının yaranması hallarında preparatın istifadəsi dayandırılmalıdır. Bəzən dəridə səpgilər, qaşınma və örənin yaranması barədə məlumatlar bildirilmişdir. Bu reaksiyaların infeksion mononukleoz və limfoid mənşəli kəskin və ya xroniki leykemiya müəyyən edilmiş pasiyentlərdə yaranması ehtimalı vardır. Həmçinin purpuranın baş verməsi barədə məlumatlar mövcuddur. Nadir hallarda polimorf eritema, Steven-Johnson sindromu və epidermal nekrolizin yaranması barədə məlumatlar verilmişdir. Nadir hallarda anafilaktik reaksiyalar yaranmışdır. Sidik-cinsiyyət sistemində baş verən pozğunluqlar: nadir hallarda interstisial nefritin yaranması mümkündür. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, diareyanın yaranması mümkündür. Nadir hallarda psevdomembranoz və hemorragik kolitin yaranması qeyd edilmişdir. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: nadir hallarda hepatit, xolestatik sarılığın yaranması barədə məlumat bildirilmişdir. “Qaraciyər” transaminazalarının aktivliyinin orta keçici (tranzitor) artımı müşahidə edilə bilər. Laborator göstəricilər: nadir hallarda müvəqqəti leykopeniya, trombopeniya və hemolitik anemiya, qanaxma və protrombin müddətinin artması barədə məlumatlar verilmişdir. Yuxarıda qeyd edilən və ya bu içlik vərəqdə daxil edilməyən əlavə effektlər və ya təsirlər müşahidə edildiyi halda həkimə müraciət edilməlidir.

Doza həddinin aşılması

Simptomları: mərkəzi sinir sisteminə toksik təsir göstərir (xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə); ürəkbulanma, qusma, ishal, su-elektrolit balansının pozulması (qusma və ishal nəticəsində). Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömür, duz əsaslı laksativlər, su-elektrolit balansını normallaşdıran dərman vasitələri və simptomatik terapiya. Hemodializ vasitəsilə xaric edilir.

Buraxılış forması

10 tablet, konturlu-yuvalı qablaşdırmada Bir və ya iki konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Stasionarlar üçün qablaşdırma: 240 konturlu-yuvalı qablaşdırma müvafik sayda iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Eksporta təqdim olunduqda kontorlu-yuvalı qablaşdırma müvafik sayda içlik vəırəqə ilə birlikdə qrup şəkilli qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 ˚С-dən yüksək olmayan temperaturda, nəmişlikdən və işıq şüalarından uzaq yerdə saxlanmalıdır. Üşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Respublika Unitar Müəssisəsi “ Belmedpreparatı”. Belorusiya Respublikası, 220007, Minsk şəhəri, Fabrisius k., 30. Tel.:/Faks: (+375 17) 220 37 16. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ampisillin 250 mq N10 tablet” üçün ilk rəyi siz yazın.