XOLUDEKSAN 250 MG N20 KAPS

Təsiredici maddə: URSODEOXYCHOLIC ACID
Təsiredici maddəURSODEOXYCHOLIC ACID
Dərman formasıKapsul
Farmakoloji təsirBiliar patologiyada istifadə edilən vasitələr. Öd turşuları və onların törəmələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

17,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

XOLUDEKSAN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid

Tərkibi

Xoludeksan 250 mq Təsiredici maddə: 1 kapsulda 250 mq ursodeoksixol turşusu vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Kapsul: titan dioksid, sarı dəmir oksidi, jelatin. Xoludeksan 300 mq Təsiredici maddə: 1 kapsulda 300 mq ursodeoksixol turşusu vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Kapsul: jelatin, titan dioksid, qırmızı dəmir oksidi.

Təsviri

Xoludeksan 250 mq “0” ölçülü, qeyri-şəffaf, gövdəsi və qapağı sarı rəngli, içərisində ağ və ya praktik olaraq ağ rəngli toz olan, bərk jelatin kapsullardır. Xoludeksan 300 mq “0” ölçülü, qeyri-şəffaf, gövdəsi çəhrayı, qapağı qırmızı-qəhvəyi rəngli, içərisində ağ və ya praktik olaraq ağ rəngli toz olan, bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Biliar patologiyada istifadə edilən vasitələr. Öd turşuları və onların törəmələri. ATC kodu: A05AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ursodeoksixol turşusu (UDXT) xenodeoksixol turşusunun 7 beta-epimeridir; UDXT insan ödünün tərkibində ümumi öd turşularına nisbətən bir qədər aşağı miqdarda fizioloji mövcud olan öd turşusudur. UDXT insan ödündə xolesterini həll etmək qabiliyyətini yüksəltmək xüsusiyyətinə malikdir; nəticədə, daşların əmələ gəlməsinə səbəb olan ödü kökündən dəyişərək, bu cür effekti olmayan öd halına gətirib çıxarır. Bu effektin həyata keçirilməsi üçün çoxsaylı mexanizmlər mövcuddur: bağırsaqda sorulmanın azaldılması və qaraciyərdə xolesterinin özünün sintezinin tormozlanması yolu ilə xolesterinin ödə sekresiyasının aşağı düşməsi; xolesterinin misellyar həll olmasına səbəb olan öd turşularının ümumi miqdarının artması; xolesterinin tarazlıq fazasından daha çox qeyri- misellyar həll olmasına imkan verən, maye-kristallik mezofazanın əmələ gəlməsi. Nəticədə Xoludeksan preparatı ilə aparılan müalicə xolesterin ilə doymamış və həll olunma üçün uyğun olan duz tərkibi ilə zəngin öd turşularının əmələ gəlməsinə gətirib çıxarır ki, bu da həmçinin, ödün müntəzəm ifraz olunmasına və öd kisəsinin boşaldılmasına səbəb olur. Uşaqlar Kistoz fibroz Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular fonunda kistoz fibrozdan əziyyət çəkən uşaqlarda istifadə olunan UDXT ilə aparılan müalicə ilə bağlı klinik hesabatlarda təsvir olunan, uzunmüddətli (10 il və daha çox) təcrübə məlumatları mövcuddur. UDXT ilə aparılan müalicənin öd axacaqlarının proliferasiyasının aşağı düşməsinə, histoloji zədələnmələrin proqressivləşməsinin dayanmasına və eləcə də, qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar fonunda kistoz fibrozun başlanğıc mərhələsində hepatobiliar dəyişikliklərin geri dönməsinə səbəb ola biləcəyi barədə məlumatlar mövcuddur. Müalicənin effektivliyini optimallaşdırmaq üçün qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozulmalar fonunda kistoz fibroz diaqnozu təsdiq olunduqdan dərhal sonra UDXT ilə müalicəni başlamaq lazımdır. Farmakokinetikası UDXT-nin daxilə qəbulundan sonra bağırsaqda asanlıqla sorulur, qaraciyərə hopur və əsasən qlikokonyuqasiyalı şəkildə ödlə xaric olur, beləliklə, qaraciyər-bağırsaq sirkulyasiyasına düşür; UDXT qismən bağırsaq florasının təsirilə metabolizmə uğrayır və onun metabolitləri nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

Böyüklər – Öd kisəsində daş olmasına baxmayaraq, öd kisəsinin funsksiyası davam edən pasiyentlərdə ölçüsü 15 nm-dən kiçik və rentgenoşəffaf daşların həll olunmasında. – Birincili biliar sirroz. Uşaqlar 6-18 yaşlı uşaqlarda kistoz fibrozla əlaqədar hepatobiliar pozğunluqlar.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və öd turşularına qarşı yüksək həssaslıq; – mədənin və onikibarmaq bağırsağın aktiv fazada xorası; – öd kisəsinin və öd axarlarının kəskin iltihabi xəstəlikləri; – öd axarlarının tutulması (öd axarlarının ümumi və ya kistoz etiologiyalı tutulması); – tez-tez baş verən öd sancıları; – kalsiumlaşmış rentgen-kontrast daşlar; – öd kisəsinin hərəkiliyinin azalması. Uşaqlar Portoenterostomiya və ya öd axarlarının atreziyası ilə ödün normal axarının bərpası olmadan uğursuz poroenterostomiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın qəbulunu həkim nəzarəti altında həyata keçirmək lazımdır. UDXT-in istifadəsi tez-tez öd sancılarından əziyyət çəkən pasiyentlərdə, öd kisəsi infeksiyaları olan pasiyentlərdə, öd turşularının qaraciyər-bağırsaq sirkulyasiyasının dəyişməsinə gətirib çıxara bilən mədəaltı vəzinin və ya bağırsaqların ciddi xəstəliklərindən (qalça bağırsağın rezeksiyası və stoması, yerli ileit və s.) əziyyət çəkən pasiyentlərdə məsləhət görülmür. Daşların əridilməsi üçün uzunmüddətli müalicənin başlanğıcında, transaminazaların və qələvi fosfatazanın səviyyələrinə əvvəlcədən nəzarət etmək məqsədəuyğun hesab edilir. Daşların əridilməsi üçün UDXT ilə aparılan müalicənin əsasını, həmin daşların xolesterin mənşəli olması təşkil edir; bu mənada daşların rentgenşəffaflığı etibarlı göstəricidir. Aparılan müalicənin ilk 3 ayı müddətində 4 həftədən bir, daha sonra isə 3 aydan bir həkim fərdi olaraq, qaraciyər funksiyalarının göstəricilərinin (aspartataminotransferaza (AST), alaninaminotransferaza (ALT) və qamma-qlutamiltransferaza (γ-QTF)) monitorinqi aparmalıdır. Birincili biliar sirrozun müalicəsinə qarşı həssas və qeyri-həssas pasiyentlərin identifikasiyasına əlavə olaraq, bu cür monitorinq eləcə də, xüsusilə birincili biliar sirrozun gecikmiş mərhələlərində olan pasiyentlərdə qaraciyərin vəziyyətinin potensial pisləşməsinin ilkin diaqnostikasını asanlaşdırmalıdır. Xolesterin daşlarının əridilməsi üçün istifadəsi Terapevtik yaxşılaşmanı və ölçülərindən asılı olaraq, daşların kalsifikasiyasını müvəqqəti aşkar edilməsini təsdiq etmək məqsədi ilə, müalicə başladıqdan 6-10 ay sonra, öd kisəsini, eyni zamanda həm şaquli vəziyyətdə, həm də arxası üstə uzanılı vəziyyətdə (ultrasəs müayinəsi vasitəsi ilə nəzarət) tutulmuş öd axacaqlarını vizuallaşdırmaq (xolesistoqrafiya) lazımdır. Öd konkrementlərinin əridilməsi üçün müalicə qəbul edən pasiyentlərdə hər 6 aydan bir xolesistoqrafiya və ya exoqrafiya müayinəsi apararaq, dərman preparatının effektivliyinə nəzarət etmək məqsədəuyğundur. Rentgenoqramda öd kisəsini vizuallaşdırmaq mümkün olmadığı halda və ya kalsifikasiya olunmuş daşlar olduqda, öd kisəsinin motorikası pozulduqda və ya tez-tez öd sancıları olduğu hallarda UDXT-in istifadəsi qadağandır. Hormonal kontraseptivlərin öd daşı xəstəliyinin ağırlaşmasına gətirib çıxara bilməsini nəzərə alaraq, öd kisəsində daşların əridilməsi üçün Xoludeksan preparatından istifadə edən qadın cinsli pasiyentlərə, effektiv qeyri-hormonal kontrasepsiya üsullarından istifadə etmək lazımdır. Qaraciyərin birincili biliar sirrozunun (QBBS) gecikmiş mərhələsinin müalicəsi üçün istifadəsi Çox nadir hallarda qaraciyər sirrozu müşahidə olunmuşdur; bu vəziyyət müalicə dayandırıldıqdan sonra, qismən aradan qalxmışdır. Birincili biliar sirrozdan əziyyət çəkən pasiyentlərdə nadir hallarda klinik simptomlar əvvəlcə pisləşə bilər; məsələn, qaşınma güclənə bilər. Belə halda, preparatın dozasını azaltmaq lazımdır. Fəaliyyətdə olan öd kisəsində kiçik ölçülü daşların əriməsi üçün daha yüksək ehtimal mövcuddur; ödün xolesterin ilə doymaması müalicənin müvəffəqiyyətlə tamamlanmasının mühüm proqnostik, lakin müəyyən olmayan elementidir, çünki maye kristalların əmələ gəlməsinin fiziki prosesi nəticəsində ərimənin baş verməsi, doyma vəziyyətindən asılı olmayaraq mümkündür. Diareya baş verdikdə, dozalanmanı azaltmaq lazımdır; persistəedici diareya inkişaf etdikdə, müalicəni dayandırmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

UDXT-nin xolesterinlə, kolestipolla və ya tərkibində alüminium hidroksid və/ya smektit (alüminium oksid) olan antasidlərlə eyni vaxtda istifadəsi qadağandır, belə ki, UDXT-nu bağırsaqda bağlayır və preparatın sorulmasını və effektivliyini ləngidir. Tərkibində yuxarıda göstərilən maddələrdən biri olan preparatların istifadəsinə ehtiyac olduqda, bu zaman onu Xoludeksan kapsullarının qəbulundan 2 saat əvvəl və ya sonra qəbul etmək lazımdır. Preparat siklosporinin bağırsaqdan sorulmasına təsir edə bilər. Siklosporinlə terapiya alan pasiyentlərdə bu maddənin qandakı konsentrasiyasına həkim tərəfindən nəzarət olunmalı və ehtiyac olduqda, siklosporinin dozası korreksiya edilməlidir. Tək-tək hallarda UDXT siprofloksasinin sorulmasının azalmasına səbəb ola bilər. Klinik tədqiqatlarda sağlam könüllülərdə UDXT (500 mq/gün) ilə rozuvastatinin (20 mq/gün) eyni vaxtda istifadəsi qan plazmasında rozuvastatinin səviyyəsinin əhəmiyyətsiz artmasına səbəb olmuşdur. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti, digər statinlər də daxil olmaqla, məlum deyil. Müəyyən edilib ki, sağlam könüllülərdə UDXT kalsium antaqonisti olan nifedipinin qan plazmasında maksimal konsentrasiyasının (C ) və əyri altındakı sahənin (AUC) azalmasınamax səbəb olur. Nitrendipinlə UDXT-nin eyni vaxtda istifadəsi zamanı ciddi monitorinqin aparılması məsləhət görülür. Nitrendipinin dozasının artırılmasına ehtiyac yarana bilər. Eləcə də, dapsonun terapevtik effektinin azalması ilə qarşılıqlı təsiri qeydi edilib. İn vitro tədqiqatların gedişində əldə edilən məlumatlarla bu müşahidələrin nəticəsi, aşağıdakı nəticəni göstərir: UDXT P450 3A sitoxromun induksiyasına səbəb ola bilər. Buna baxmayaraq, məlum P450 3A sitoxrom substratı olan budesonidlə qarşılıqlı təsiri çərçivəsində induksiya müşahidə edilməyib. Estrogenlər, hormonal kontraseptivlər, bəzi hipolipidemik vasitələr və qan zərdabında xolesterinin səviyyəsini azaldan agentlər (klofibrat kimi) qaraciyərdə xolesterinin sekresiyasının artmasına səbəb olur və uyğun olaraq, UDXT-nin daşlara qarşı həlledici effektindən fərqli olaraq, öddaşı xəstəliyinin yaranmasına səbəb ola bilər. Qaraciyərə zərərli təsir göstərən dərman vasitələrilə eyni vaxtda istifadəsi məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılan tədqiqatlar UDXT-nin reproduktiv funksiyaya təsirini təsdiq etməmişdir. UDXT ilə müalicədən sonra insanın reproduktiv funksiyasına təsiri barədə məlumat yoxdur. Hamiləlik dövründə qadınlarda UDXT-nin istifadəsi barədə məlumat yoxdur və ya məhdud sayda təqdim edilib. Heyvanlar üzərində aparılan tədqiqatların nəticəsinə əsasən reproduktiv funksiyaya toksiki təsiri müəyyən edilmişdir, əsasən, hamiləliyin başlanğıc fazasında. Hamiləlik dövründə preparatın istifadəsi qadağandır, mütləq zərurət halları müstəsna olmaqla. Doğmaq qabiliyyəti yaşında olan qadınlarda istifadəsi, yalnız etibarlı kontraseptiv üsuldan istifadə şərtilə icazə verilir: qeyri-hormonal kontraseptivlərin və ya tərkibində az miqdarda estrogenlər olan peroral kontraseptivlərin istifadəsi məsləhət görülür. Buna baxmayaraq, daşların həll olması üçün UDXT qəbul edən pasiyentlərdə effektiv qeyri-hormonal kontraseptivlərin istifadəsi məsləhət görülür, belə ki, hormonal peroral kontraseptivlər öddaşı xəstəliyinin dərinləşməsinə səbəb ola bilər. Hamiləlik ehtimalını müalicə başlamazdan əvvəl istisna etmək lazımdır. Laktasiya dövründə istifadəsinin az sayda qeydiyyatdan keçmiş hallara əsasən, ana südü ilə qidalandırmanın davam etdirib-etdirilməməsinə, həkim fayda/risk əmsalını qiymətləndirdikdən sonra qərar verməlidir. Pediatriyada istifadəsi Preparat kistoz fibrozlu 6-18 yaşlı uşaqlarda istifadə edilir. Ehtiyac olduqda, Xoludeksanın peroral suspenziya formasından istifadə etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri UDXT nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir.

İstifadə qaydası və dozası

Böyüklər Daşın yaranmasına səbəb olan ödün xarakteristikasının azalması üçün uzun müddətli istifadəsi zamanı orta sutkalıq doza 5-10 mq/kq təşkil edir; əksər hallarda sutkalıq doza gündə 300-600 mq təşkil edir (axşam yeməkdən sonra və ya yemək zamanı); daşların həll olmasına səbəb olan şəraitin dəstəklənməsi üçün müalicənin müddəti 4-6 aydan az olmamalıdır, eləcə də, 12 ay və ya artıq, rentgenoloji və ya exoqrafik tədqiqatın nəticələrinə əsasən daşların itməsi təsdiqləndikdən sonra 3-4 ay ərzində müalicə davam etməlidir. Buna baxmayaraq, müalicə müddəti 2 ili aşmamalıdır. Dispeptik sindromlarda və dəstəkləyici müalicə zamanı gündə 2-3 qəbula bölünmüş 300 mq doza kifayət hesab edilir. Doza həkim tərəfindən dəyişilə bilər. Uşaqlar Kistoz fibrozlu 6-18 yaşlı uşaqlar 2-3 qəbula bölünmüş 20 mq/kq/gün doza, sonradan ehtiyac olduqda, 30 mq/kq/gün dozaya qədər artırılır. Xoludeksanın peroral suspenziyasının istifadəsi mümkündür.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Klinik tədqiqatlarda adətən testşəkilli nəcis və ya UDXT terapiyası zamanı ishal epizodları qeyd edilir. Çox nadir hallarda ilkin biliar sirrozun müalicəsi zamanı qarın nahiyəsinin yuxarı sağ dörddən bir hissəsində güclü ağrılar yaranmışdır. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar UDXT ilə müalicə zamanı çox nadir hallarda öd kisəsində daşların kalsiumlaşması baş verə bilər. İlkin biliar sirrozun gecikmiş mərhələsinin müalicəsi zamanı çox nadir hallarda qaraciyərin sirrozunun dekompensasiyası müşahidə edilmişdir ki, bu da, preparat ləğv edildikdən sonra tədricən reqressiya olur. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Çox nadir hallarda övrə yarana bilər. Məsləhət görülən dozalarda substansiyaya qarşı dözümlülük, bir qayda olaraq, yaxşıdır. Nadir hallarda qarın nahiyəsində pozulmalar qeyd edilmişdir ki, bu da, adətən müalicə davam etdirildiyi zaman itmişdir.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı diareya mümkündür. Ümumilikdə, doza həddinin aşılmasının digər simptomları az ehtimal olunandır, belə ki, UDXT-nin dozasının artması ilə onun absorbsiyası azalır, nəcis kütləsilə xaric olması isə artır. Gündə 4 q-dan artıq qəbulu zamanı doza həddinin aşılması halları qeyd edilməyib (bu doza, pasiyent tərəfindən yaxşı keçirilən dozadır). Xüsusi əks təsir tədbirlərinin istifadəsinə ehtiyac yoxdur; diareyanın fəsadlarını maye həcminin bərpası və elektrolit balansın bərpası ilə simptomatik olaraq müalicə etmək lazımdır. UDXT-nin yüksək dozalarda təsadüfən daxilə qəbulu zamanı zəhərlənmələrdə tövsiyə edilən adi ehtiyat tədbirləri görmək məsləhət görülür və öd turşuları ilə xelatlar əmələ gətirmək xüsusiyyətini nəzərə alaraq xolestiramin qəbul etmək lazımdır. Xüsusi qruplar haqqında əlavə məlumat İlkin sklerozlaşan xolangiti olan pasiyentlərdə (qeydiyyata alınmamış göstərişlər üzrə istifadəsi) uzun müddətli terapiya və UDXT-nin yüksək dozalarla istifadəsi zamanı terapiaya (28-30 mq/kq/gün) daha tez-tez ciddi arzuolunmaz təsirlərin ağır forması ilə əlaqədar olmuşdur.

Buraxılış forması

Kapsullar. 10 kapsul, blisterdə. Xoludeksan 250 mq 1, 2, 3, 5 və ya 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Xoludeksan 300 mq 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Vörld Medisin İlaç San. ve Tic. A.Ş.”, Türkiyə. Ünvan 15 Temmuz Mahellesi, Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XOLUDEKSAN 250 MG N20 KAPS” üçün ilk rəyi siz yazın.