Oblepixovoe maslo (Çaytikanı yağı) 500 mq N10 rektal şam Nijfarm
| Təsiredici maddə | HIPPOPHAE OIL |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Babasilin müalicəsi üçün bitki tərkibli vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,58 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ÇAYTİKANI YAĞI rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Oleum Hippophaes rhamnoides
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 500 mq murdarçaşəkilli çaytikanı meyvəsinin yağı (400 mq%-1,2 mq betakarotin hesabı ilə tərkibində karotinoidlər olan 300 mq çaytikanı yağı konsentratı hesabı ilə) vardır. Köməkçi maddələr:günəbaxan yağı, butilhidroksianizol, butilhidroksitoluol,qliserol monostearat, bərk yağ (H 15, W 35 markalı Vitepsol, NA 15, NAS 50 markalı Supposir).
Təsviri
Narıncı rəngdən tünd narıncı rəngdə qədər, torpedoyabənzər suppozitoriyalardır. Kəsikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Babasilin müalicəsi üçün bitki tərkibli vasitə. ATC kodu: C05AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Çaytikanı yağı dəridə və selikli qişalarda reparativ prosesləri stimullaşdırır, zədələnmiş toxumaların sağalmasını sürətləndirir, iltihabəleyhinə təsir göstərir. Antioksidant və sitoprotektor təsir göstərir (yağda həll olan bioantioksidantların hesabına sərbəstradikallı proseslərin intensivliyini azaldır və hüceyrə və subhüceyrə membranını zədələnmədən qoruyur). Farmakokinetikası Qeyd edilməmişdir.
İstifadəsinə göstərişlər
Babasil, anal çat, düz bağırsağın eroziv-xoralı zədələnməsi (o cümlədən, eroziv-xoralı sfinkterit və proktit), kataral və atrofik proktit, yoğun bağırsağın aşağı şöbəsinin selikli qişasının şüa zədələnməsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, diareya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olduğu halda mümkündür. Həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın yüksək diqqət və sürətli psixomotor reaksiya sürəti tələb edən potensial təhlükəli fəaliyyət növlərilə (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək) məşğul olmaq qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Bağırsağın boşalmasından sonra düz bağırsağa dərinə yeridilir. Böyüklər və 14 yaşdan yuxarı uşaqlara gündə 2 dəfə 1 suppozitoriya təyin edilir. Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda, həkimlə məsləhətləşdikdən sonra müalicə kursu 4-6 həftədən sonra təkrarlanır.
Əlavə təsirləri
Allergik reaksiyalar, anus nahiyəsində yanma hissi. İçlik vərəqədə sadalanan əlavə təsirlər kəskinləşdikdə və ya pasiyent istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməmişdir.
Buraxılış forması
Rektal suppozitoriyalar 500 mq. 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırlır.
Saxlanma şəraiti
15С temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
1 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.