Nikotin turşusu 50 mq N50 tablet
| Təsiredici maddə | NICOTINIC ACID |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Periferik vazodilatatorlar. Nikotin turşusu və onun törəmələri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİKOTİN TURŞUSU tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nicotinic acid
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq nikotin turşusu vardır. Köməkçi maddələr: qlükoza monohidrat, maqnezium stearat.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli, üzərində bölmə xətti olan ikitərəfli qabarıq səthə malik tabletlər.
Farmakoterapevtik qrupu
Periferik vazodilatatorlar. Nikotin turşusu və onun törəmələri. ATC kodu: C04AC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Nikotin turşusu hidrogen daşıyan və oksidləşmə-reduksiya proseslərini həyata keçirən fermentlərin – kodehidraza I və kodehidraza II fermentlərinin prostetik qrupudur . Kodehidraza II fosfatın nəqlində rol oynayır. Nikotin turşusunun çatışmazlığı pellaqranın baş verməsinə gətirib çıxarır. Nikotin turşusu karbohidrat mübadiləsini yaxşılaşdırır, damarları genişləndirir. Lipoproteinemik aktivliyə malikdir, hiperxolesterinemiya zamanı xolesterin/fosfolipidlər göstəricisini aşağı salır. Farmakokinetikası 6-8 saat ərzində sorulur, belə ki, nikotin turşusu tabletdən tədricən və bərabər şəkildə azad olur. Birinci saat ərzində təqribən 50%-i sorulur, səkkizinci saata isə – təqribən 96%-i. Qaraciyərdə, böyrəklərdə və əzələlərdə metabolizə olunur. Metabolizm məhsulları böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
– Pellaqranın (avitaminoz PP) profilaktikası və müalicəsi; – ateroskleroz; – hipasid qastrit; – damarların spazmı (baş beyin, böyrəklərin və ətrafların damarları); – üz sinirinin nevriti; – uzun müddət sağalmayan yaralar və müxtəlif lokalizasiyalı və mənşəli xoralar.
Əks göstərişlər
Nikotin turşusuna və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Arterial hipertenziya (ağır formaları), mədənin və 12-barmaq bağırsağın xorası (kəskinləşmə mərhələsində), qaraciyər funksiyalarının ifadə olunmuş pozulmaları, aktiv hepatit, dekompensasiya olunmuş şəkərli diabet, sidikdaşı xəstəliyi, hiperurikemiya, podaqra.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əlavə təsirləri minimuma endirmək və müalicəyə dözümlülüyü yaxşılaşdırmaq üçün aşağıdakılar tövsiyə olunur: – müalicənin başlanğıc fazasında nikotin turşusunun əlavə təsirlərini aşkar etmək üçün qanda qlükozanın miqdarına və qaraciyər funksiyalarına nəzarət etmək lazımdır; – nikotin turşusunu yalnız qida ilə birlikdə qəbul etmək lazımdır, bu, preparatın tədricən sorulmasına və əlavə təsirlərin azalmasına səbəb olur; – nikotin turşusunu isti içkilərlə (xüsusilə kofe ilə), alkoqolla qəbul etmək tövsiyə olunmur; – preparatın qəbulundan dərhal sonra isti duş (vanna) qəbul etmək olmaz. Hemorragiyası olan pasiyentlərdə, qlaukoma zamanı, böyrək çatışmazlığında, orta dərəcəli arterial hipotenziya zamanı, hiperasid qastritdə, mədənin və 12-barmaq bağırsağın xora xəstəliyində (remissiya mərhələsində) ehtiyatla istifadə etmək lazımdır. Nikotin turşusunu alkoqoldan sui-istifadə edən şəxslərdə, qeyri-stabil stenokardiyası və kəskin miokard infarktı olan, nitratlar, kalsium kanallarının blokatorları və beta-blokatorlar alan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Nikotin turşusunun uzun müddət yüksək dozalarda istifadəsi zamanı qaraciyərin piy infiltrasiyasının inkişafı mümkündür, ona görə də qaraciyər funksiyalarına nəzarət etmək lazımdır. Uzun müddətli müalicə zamanı sidik turşusunun səviyyəsinin yüksəlməsi mümkün olduğundan müntəzəm olaraq onun səviyyəsinin monitorinqini aparmaq lazımdır. Qaraciyərdə fəsadların yaranmasının qarşısını almaq üçün pəhrizə metioninlə zəngin olan qida məhsulları (kəsmik) daxil etmək və ya metionin və ya digər lipotrop vasitələr istifadə etmək lazımdır. Preparatın tərkibində qlükoza vardır. Şəkərli diabeti olan xəstələr bunu nəzərə almalıdırlar. Şəkərli diabeti olan xəstələrdə dislipidemiyanın korreksiyası üçün istifadəsi məqsədəuyğun hesab edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Nikotin turşusunun antitrombotik vasitələrlə və ya asetilsalisil turşusu ilə birlikdə istifadəsi zamanı qanaxmanın inkişaf riski mümkündür. Hipotenziv vasitələrlə birlikdə istifadə arterial hipotenziyanın güclənməsinə, antidiabetik vasitələrlə birlikdə istifadəsi isə – sonuncuların şəkərsalıcı effektinin azalmasına gətirib çıxarır. Digər hipolipidemik vasitələrlə birlikdə istifadəsi preparatın toksik effektlərinin inkişaf riskinin yüksəlməsinə, spazmolitiklərlə birlikdə istifadəsi – spazmolitiklərin effektinin güclənməsinə səbəb olur. Nikotin turşusu ilə müalicə zamanı alkoqolun istifadəsi kəskin damar çatışmazlığına səbəb ola bilər. Metildopa və ya beta-adrenoreseptorların blokatorları ilə birlikdə istifadəsi arterial təzyiqin güclü enməsinə, probenesidlə birlikdə istifadəsi – probenesidin effektinin azalmasına gətirib çıxarır. Nikotin turşusu B , B , B vitaminləri ilə, eufillinlə, salisilatlarla, tetrasiklinlə, simpatomimetik-1 12 6 lərlə, hidrokortizonla uyuşmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın reaksiya sürətinə təsiri tədqiq edilməmişdir, lakin, nəzərə almaq lazımdır ki, nikotin turşusunun istifadəsi zamanı başgicəllənmə və yuxuyameyilliliyin baş verməsi mümkündür.
İstifadə qaydası və dozası
Yeməkdən sonra daxilə qəbul edilir. Pellaqra zamanı böyüklərə 15-20 gün müddətində gündə 2-4 dəfə 100 mq təyin edilir; 12 yaşdan yuxarı uşaqlara – gündə 2-3 dəfə 50 mq. Digər xəstəliklərdə böyüklərə gündə 2 dəfə 50 mq (100 mq-a qədər), 12 yaşdan yuxarı uşaqlara – gündə 2 dəfə 25 mq (tabletlərin üzərində bölmə xətti vardır) təyin edilir. Böyüklər üçün yüksək dozaları: birdəfəlik – 100 mq, gündəlik – 500 mq. Uşaqlar üçün yüksək dozaları: birdəfəlik – 50 mq, gündəlik – 200 mq. Ateroskleroz zamanı (əlavə təsirlər olmadıqda) birdəfəlik dozanı tədricən 500 mq-1 q-a qədər, gündəlik dozanı isə – 2-3 q-a qədər yüksəltmək olar.
Əlavə təsirləri
Ürək-damar sisteminə: təngnəfəsliklə, taxikardiya ilə, ürək döyünməsi ilə, tərləmə ilə, titrətmə ilə, ödemlərlə müşayiət oluna bilən qandolma hissi. MSS-ə və periferik sinir sisteminə: paresteziyalar, başgicəllənmə, baş ağrısı. Dəriyə: üzün və bədənin yuxarı hissəsinin dərisinin sancma və yanğı hissi ilə müşayiət olunan hiperemiyası, dərinin və gözün selikli qişasının quruluğu, üzücü dəri qaşınması. Hepatobiliar sistemə: uzunmüddətli istifadə zamanı – qaraciyərin piy distrofiyası, qanda aspartataminotransferazanın (ATS), laktatdehidrogenazanın (LDG), qələvi fosfatazanın miqdarının artması. Maddələr mübadiləsinə: uzun müddət yüksək dozalarda istifadə zamanı – hiperurikemiya, qlükozaya qarşı tolerantlığın azalması, qanda qlükozanın, sidik turşusunun səviyyəsinin yüksəlməsi. Digər: allergik reaksiyalar (o cümlədən övrə). Çox nadir hallarda ÜİX olan pasiyentlərdə nikotin turşusunun qəbulu fonunda qulaqcıq aritmiyalarının tezliyi artır, həmçinin akantoz (dəridə məxmər səthli qəhvəyi ləkələr) baş verir. Nadir hallarda gözün torlu qişasında ödem əmələ gəlir. Bu simptomlar davamsızdır və preparatın ləğv edilməsindən sonra aradan qalxırlar. Yüksək dozaların qəbulu zamanı : hiperpiqmentasiya, qıcolmalar, diareya, ürəkbulanma, qusma, anoreksiya, mədə xorasının kəskinləşməsi, ambliopiya, sarılıq, hipofosfatemiya, trombositlərin miqdarının azalması, protrombin vaxtının uzanması. Yuxusuzluq, mialgiya, arterial hipotenziya, rinit baş verə bilər. Görmənin dumanlanması, göz qapaqlarının ödemi, miopatiya, eksfoliativ dermatit mümkündür. Nikotin turşusunun lovastatinlə birlikdə istifadəsi zamanı rabdomiolizin baş verməsi barədə məlumat verilmişdir.
Doza həddinin aşılması
Simptomları: nikotin turşusunun böyük dozaları periferik vazodilatasiya, dərinin qızarması, ürəkbulanma, qusma, qıcqırma, diareya, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsini, dərinin qəhvəyi piqmentasiyasını, nadir hallarda – hiperurikemiya, dəri qaşınması, başağrısı, arterial hipotenziya, şüurun mümkün itməsini, başgicəllənmə, dəri paresteziyaları (sancma, yandırma hissi, istilik hissi, ürpəşmə), qlükoza mübadiləsinin pozulmasını, görmənin pozulmasını, xolestatik sarılıq törədə bilər, müalicəsi – simptomatikdir.
Buraxılış forması
50 mq-lıq 50 tablet, polimer konteynerdə. 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Texnoloq” ÖSC. Ukrayna, 20300, Uman ş., Çerkassk vil. Stara prorizna k. 8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.