Qalazolin 0,1 % 10 ml burun damcısı

Təsiredici maddə: XYLOMETAZOLINE HCL
Təsiredici maddəXYLOMETAZOLINE HCL
Dərman formasıDamcı
Farmakoloji təsirBurun xəstəliklərinin müalicəsi üçün vasitələr; dekonqestantlar və rinologiyada xaricə istifadə üçün digər vasitələr.
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QALAZOLİN 1 mq/ml burun damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Xylometazoline

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq ksilometazolin hidroxlorid vardır. Köməkçi maddələr: natrium dihidrofosfat monohidrat, dinatrium fosfat dodekahidrat, natrium xlorid, sorbitol, dinatrium edetat, benzalkonium xlorid məhlulu, təmizlənmiş su. 1 damcının tərkibində 0,05 mq ksilometazolin hidroxlorid vardır.

Təsviri

Rəngsiz və ya demək olar ki, rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Burun xəstəliklərinin müalicəsi üçün vasitələr; dekonqestantlar və rinologiyada xaricə istifadə üçün digər vasitələr. АТC kodu: R01AA07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası QALAZOLİN preparatının tərkibində təsiredici maddə kimi ksilometazolin vardır. O, simpatomimetik təsirli imidazol törəməsidir. Bilavasitə α-adrenergik reseptorları stimullaşdırır. Burunun selikli qişasına yaxılmış QALAZOLİN preparatı qan damarlarını daraldır, burun-udlaq boşluğunun selikli qişasında ödemi və hiperemiyanı azaldır, ifrazatın xaric olmasını azaldır. Farmakokinetikası Ksilometazolinin təsiri istifadə edildikdən 5-10 dəqiqə sonra başlayır və 10 saat müddətində saxlanılır. Burunun selikli qişasına yaxılmış QALAZOLİN preparatı qan damarlarının yerli spazmını törədir. Adətən klinik əhəmiyyətli miqdarda sorulmur və sistem təsir göstərmir.

İstifadəsinə göstərişlər

Simptomatik müalicə: − virus və ya bakterial mənşəli kəskin rinitin; − əlavə burun ciblərinin kəskin və ya xroniki residivverici iltihabının; − allergik rinitin; − orta qulağın kəskin iltihabının (eşitmə borusunun keçiriciliyini bərpa etmək üçün) simptomatik müalicəsi. QALAZOLİN, 1 mq/ml, burun damcısı, məhlul” preparatı böyüklərdə və 12 yaşdan böyük uşaqlarda istifadə üçün nəzərdə tutulmuşdur.

Əks göstərişlər

• Ksilometazolin hidroxloridə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Hipofizin xaric edilməsindən sonra və ya bərk beyin qişasının açılması ilə aparılan digər cərrahi əməliyyatlardan sonra pasiyentlərdə istifadə edilməməlidir. • Аtrofik rinit.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

QALAZOLİN preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. − Digər simpatomimetik preparatlar kimi, QALAZOLİN preparatını adrenomimetik vasitələrə yuxusuzluq, başgicəllənmə, tremor, ürək ritminin pozulması, arterial təzyiqin yüksəlməsi kimi simptomlarla təzahür edən yüksək həssaslığı olan pasiyentlərdə istifadə edərkən ehtiyatlı olmaq lazımdır. − QT-intervalının uzanması sindromu olan pasiyentlər yüksək dərəcədə ciddi mədəcik aritmiyalarının başvermə riskinə məruz qala bilər. − Xroniki və vazomotor riniti olan pasiyentlərdə QALAZOLİN preparatı istifadə edilməməlidir, belə ki, onlarda preparatı uzun müddət, 5 gündən çox müddət ərzində istifadə etməyə meyillilik vardır. Preparatın tövsiyə edildiyindən daha uzun müddət ərzində istifadə edilməsi qan damarlarının ikincili genişlənməsinə və nəticədə ikincili medikamentoz rinitə (rhinitis medicamentosa) gətirib çıxara bilər. Bu xəstəliyin həqiqətə ən uyğun olan səbəbi presinaptik α -adrenoreseptorların qıcıqlanması2 nəticəsində sinir uclarında adrenalinin azad olmasının tormozlanmasıdır. − QALAZOLİN preparatı arterial hipertenziyası, stenokardiyası və qan dövranının digər xəstəlikləri, şəkərli diabeti, bağlıbucaqlı qlaukoması, prostat vəzinin hiperplaziyası, hipertireozu olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. − Tövsiyə olunduğundan yüksək dozalar istifadə edilməməlidir, xüsusilə uşaqlarda və ahıl yaşlı pasiyentlərdə. − QALAZOLİN preparatı monoaminooksidazanın inhibitorları və trisiklik antidepressantlarla müalicə zamanı istifadə olunmamalıdır. − Tərkibində olan benzalkonium xloridə görə preparat burunun selikli qişasına qıcıqlandırıcı təsir göstərə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, hazırda və ya yaxın zamanlarda istifadə edilən bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır. Ksilometazolinin trisiklik antidepressantlarla və monoaminooksidazanın (MAO) inhibitorları ilə qarşılıqlı təsir halları qeyd edilmişdir. Bu preparatlarla müalicə zamanı QALAZOLİN preparatından istifadə edilməməlidir. Təsirlərin toplanmasına görə ksilometazolinin digər simpatomimetiklərlə (məsələn, efedrin, psevdoefedrin) birlikdə istifadəsi tövsiyə olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər pasiyent hamilədirsə və ya südəmər uşağı varsa, əgər hamilə olduğundan şübhələnirsə və ya hamilə qalmağı planlaşdırırsa, bu preparatı istifadə etməzdən əvvəl o, həkimə və ya əczaçıya müraciət etməlidir. Hamiləlik Preparat hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya dövrü Ksilometazolinin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur. Laktasiya dövründə preparatdan istifadə zamanı ehtiyatlı olmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

QALAZOLİN preparatı tövsiyə olunduğu dozalarda və qısa müddət ərzində istifadə edildiyi zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Preparatın uzun müddət ərzində və ya yüksək dozalarda istifadəsi zamanı ürək-damar sistemində və mərkəzi sinir sistemində əlavə təsirlərin (məsələn, sürətli və qeyri-ritmik ürəkdöyünmələr, arterial təzyiqin yüksəlməsi, başağrısı, yuxululuq) meydana çıxması mümkündür ki, belə hallarda simptomlar aradan qalxmayana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Preparatı həmişə istifadə üzrə təlimata və ya həkimin və ya əczaçının tövsiyələrinə uyğun olaraq istifadə etmək lazımdır. Hər hansı şübhə olarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozası Böyüklər və 12 yaşdan böyük uşaqlar Hər 8-10 saatdan bir hər burun girişinə 2-3 damcı damızdırılır. Gündə hər bir burun girişinə 3 dozadan artıq istifadə edilməməlidir. Preparat 3-5 gündən artıq istifadə edilməməlidir. Əgər 3-5 gündən sonra yaxşılaşma baş verməzsə və ya pasiyent özünü pis hiss edərsə, həkimə müraciət etmək lazımdır. İstifadə qaydası İntranazal istifadə. Preparat yalnız buruna yeridilməlidir (həmçinin orta qulağın iltihabı zamanı). Gigiyenik nöqteyi- nəzərdən preparat yalnız bir xəstədə istifadə edilə bilər. Preparatın istifadəsinin buraxılması Preparatın buraxılmış dozasını əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz. Preparatın istifadəsinə dair hər hansı şübhə yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Hər bir dərman vasitəsi kimi, QALAZOLİN də hər kəsdə olmasa da əlavə təsirlər törədə bilər. Aşağıda ksilometazolinin istifadəsi zamanı hallarda meydana çıxan əlavə təsirlər təqdim edilmişdir. Yan təsirlərin baş vermə tezliyinin aşağıdakı tərifi qəbul edilmişdir: tez-tez (≥ 1/10); tez(≥1/100 – <1/10); nadir hallarda (≥1/1000 – <1/100); bəzən (≥ 1/10 000 – <1/1000); çox nadir hallarda (<1/10 000), tezliyi naməlum (mövcud məlumatlar əsasında müəyyən edilə bilməz). İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir: angionevrotik ödem, boğulma hissi. Sinir sistemində baş verən pozğunluqlar Çox nadir: başağrısı, yuxululuq. Görmə orqanında baş verən pozğunluqlar Çox nadir: görmənin pozulması. Ürəkdə baş verən pozğunluqlar Çox nadir: ürəkdöyünmə, nəbzin düzləşməsi. Damarlarda baş verən pozğunluqlar Çox nadir: arterial təzyiqin yüksəlməsi (xüsusilə qan dövranının xəstəlikləri olan pasiyentlərdə). Tənəffüs, torakal və mediastinal pozğunluqlar Nadir hallarda: burundan qanaxma. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Çox nadir: ürəkbulanma. Ümumi pozğunluqlar və yeridilmə yerində baş verən pozğunluqlar Çox nadir: zəiflik, yorğunluq. Yerli: burunun selikli qişasının qıcıqlanması, burunda və boğazda yanma hissi, asqırma baş verə bilər. Preparatın tövsiyə edildiyindən artıq müddət ərzində və (və ya) yüksək dozalarda istifadəsi ikincili medikamentoz rinitin yaranmasına gətirib çıxara bilər. Bəzi pasiyentlərdə preparatla müalicə zamanı digər əlavə təsirlər də meydana çıxa bilər. Yuxarıda qeyd edilən əlavə təsirlərdən istənilən biri və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Böyüklərdə preparatın doza həddinin aşılması halları qeyd edilməmişdir. Uşaqlarda doza həddinin aşılması nadir hallarda təsdiq olunmuşdur. Simptomları Preparatın artıq miqdarda istifadəsi və ya təsadüfən udulması, xüsusilə uşaqlarda, aşağıdakı simptomların meydana çıxmasına səbəb ola bilər: sürətli və qeyri-ritmik ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, yuxululuq, tənəffüsün tormozlanması və ya qeyri-müntəzəm tənəffüs, şüurun pozulması. Uşaqlarda tormozlanma baş verə bilər. Müalicəsi Xüsusi müalicəsi yoxdur. Simptomatik müalicə aparmaq tövsiyə olunur.

Buraxılış forması

10 ml məhlul, damcıladıcı dozalayıcısı və zəmanətli halqalı qapağı olan polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Açılmış flakon 12 həftə müddətində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Əczaçılıq Müəssisəsi “POLFARMA” SC. Seradzdakı Medana şöbəsi küç. Vladislava Loketka 10, 98-200 Seradz, Polşa.

Qeydiyyat vəsiqəsinin sahibi

SC Varşava əczaçılıq zavodu Polfa. Karolkov küç. 22/24, 01-207 Varşava, Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Qalazolin 0,1 % 10 ml burun damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar