Nikotin turşusu 10 mq 1 ml N10 inyeksiya Darnitsa
| Təsiredici maddə | NICOTINIC ACID |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Periferik vazodilatatorlar. Nikotin turşusu və onun törəmələri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,40 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİKOTİN TURŞUSU-DARNİTSA inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1ml məhlulun tərkibində 10 mq nikotin turşusu vardır. Köməkçi maddələr: natrium hidrokarbonat, inyeksiya üçün su.
Təsviri
Rəngsiz, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Periferik vazodilatatorlar. Nikotin turşusu və onun törəmələri. ATC kodu: C04AC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Nikotin turşusu (PP vitamini) sərbəst və ya amid şəklində kodehidraza I (difosfopiridinnukleotid – NAD) və kodehidraza II (trifosfopiridinnukleotid – NADF) fermentlərin prostetik qrupudur ki, bu fermentlər oksidləşmə-reduksiya reaksiyalarında hidrogenin, eləcə də fosfatın ötürülməsini həyata keçirir. Maddələr mübadiləsində, toxuma tənəffüsündə, sintez proseslərində iştirak edərək, nikotin turşusu qanda lipoproteidlərin və triqliseridlərin səviyyəsini normallaşdırır. Prearteriol və arteriol səviyyəsində (o cümlədən, baş beyində) vazodilatasiyəedici təsir göstərir ki, bununla da, mikrosirkulyasiyanı yaxşılaşdırır. Zəif antikoaqulyant təsir göstərir (qanın fibrinolitik aktivliyini artırır), qaraciyər və böyrəklərin dezintoksikasiya funksiyasının güclənməsi nəticəsində dezintoksikasiya xüsusiyyətlərinə malikdir. PP vitaminin defisitini aradan qaldırır, pellaqraəleyhinə spesifik vasitədir. Farmakokinetikası Parenteral yeridilmə zamanı nikotin turşusu yeridilən nahiyədən tez sorulur. Bütün orqan və toxumalarda bərabər şəkildə paylanır. Əsasən metilləşmə yolu, az dərəcədə konyuqasiya yolu ilə inaktivləşir. Biotransformasiya məhsulları sidiklə ekskresiya olunur. Orqanizmə nikotin turşusunun yüksək dozası daxil olduqda, sidikdə nikotin turşusu aktiv formada aşkar oluna bilər.
İstifadəsinə göstərişlər
Pellaqranın müalicəsi (PP vitaminin avitaminozu). Beyin qan dövranının işemik pozuntuları. Ətraflarda damarların spazmı (obliterasiyəedici endarteriit, Reyno xəstəliyi). Böyrək damarlarının spazmı. Uzun müddət sağalmayan yaralar, xoralar. Şəkərli diabetin ağırlaşmaları (diabetik polineyropatiya, mikroangiopatiya). Hipasid qastrit, enterokolit, kolit. Qaraciyər xəstəlikləri (kəskin və xroniki hepatitlər). Üz sinirinin nevriti. Müxtəlif mənşəli intoksikasiyalar: peşəkar, alkoqol, medikamentoz (anilin törəmələri, barbituratlar, vərəməleyhinə vasitələr və sulfanilamidlər tərəfindən törədilmiş).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (ağırlaşma mərhələsi), podaqra, hiperurikemiya, ağır qaraciyər çatışmazlığı (o cümlədən, sirroz), arterial hipertenziyanın ağır formaları və ateroskleroz (damardaxili yeridilmə zamanı), dekompensasiyalı şəkərli diabet, yaxınlarda keçirilmiş miokard infarktı, anamnezdə periferik damar müqavimətinin qəflətən azalması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın uzunmüddətli istifadəsinin qaraciyərin piy distrofiyasına səbəb ola biləcəyini nəzərə alaraq, sonuncunun profilaktikası üçün pasiyentlərin pəhrizinə metioninlə zəngin ərzaqlar və ya metionin, lipoy turşusu əlavə etmək lazımdır. Müalicə prosesində qaraciyər funksiyasına nəzarət etmək lazımdır. Preparata qarşı yüksək həssaslıq yarandığı zaman (damargenişləndirici vasitə kimi istifadəsi istisna olmaqla) onu nikotinamidlə əvəz etmək olar. Preparatı hiperasid qastritdə, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində (kəskin mərhələ istisna olunmaqla), hemorragiyalarda, qlaukomada, böyrək çatışmazlığında, orta səviyyəli arterial hipotenziyada, alkoqoldan sui istifadə zamanı, qeyri-stabil stenokardiyada (nitratlar, kalsium kanallarının antaqonistlərini, β-blokatorlar qəbul edən pasiyentlər) ehtiyatla istifadə etmək lazımdır. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsi insulinə təlabatın artmasına səbəb ola bilər. Şəkərli diabetli pasiyentlərdə dislipidemiyanın korreksiyası üçün istifadə edilməsi məqsədəuyğun deyil. Qlükozaya qarşı tolerantlığın azalması ilə əlaqədar olaraq, müntəzəm olaraq qlükozanın monitorinqinin aparılması vacibdir, eləcə də uzunmüddətli terapiya nəticəsində qan zərdabında sidikcövhərinin yüksəlməsini nəzərə alaraq zərdabda onun səviyyəsini yoxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral kontraseptiv vasitələr və izoniazid triptofanın nikotin turşusuna çevrilməsini azaldır və bununla nikotin turşusuna tələbatı artıra bilər. Nikotin turşusu probenesidin, neomisinin, barbituratların, vərəməleyhinə vasitələrin, sulfanilamidlərin effektivliyini və toksikliyini azaldır. Antibiotiklər dərinin nikotin turşusu tərəfindən törədilmiş qızartısını artıra bilər. Asetilsalisil turşusu dərinin nikotin turşusu təsirindən yaranan qızartısını azaldır. Siprofibratı nikotin turşusu ilə birgə istifadə etmək məsləhət görülmür. Əlavə təsirlərin əmələ gəlmə riskinin yüksəlməsini nəzərə alaraq, lovastatin və pravastatini nikotin turşusu ilə kombinasiyası məsləhət görülmür. Lovastatinlə eyni vaxtda istifadəsi zamanı rabdomioliz halları qeyd edilmişdir. Hipotenziv vasitələrlə (hipotenziv təsir güclənməsi mümkündür), antikoaqulyantlarla, asetilsalisil turşusu ilə (hemorragiyaların inkişafı riski) eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq vacibdir. Preparat fibrinolitik vasitələrin, spazmolitik və ürək qlikozidlərinin, alkoqolun qaraciyərə qarşı toksik təsirini gücləndirir. Uyuşmazlıq Tiamin xlorid (tiamin parçalanması baş verir), piridoksin hidroxlorid, sianokobalamin, eufillin, salisilatlar, tetrasiklinlər, simpatomimetiklər, hidrokortizon ilə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi 15 yaşdan yuxarı uşaqlara təyin edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsirini müəyyən edən tədqiqatlar aparılmayıb. Lakin müalicə dövründə başgicəllənmə və yuxululuq kimi əlamətlər müşahidə edildiyi üçün nəqliyyat və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Böyüklər və 15 yaşdan yuxarı uşaqlara venadaxili (asta-asta), əzələdaxili və dərialtı təyin edilir (əzələdaxili və dərialtı inyeksiyalar ağrılıdır). Venadaxili şırnaq üsulu ilə yeridilmə zamanı preparatın birdəfəlik dozası 0,9%-li natrium xloridin 10 ml məhlulunda həll edilir, 5 dəqiqədən az olmamaq şərtilə yeridilir (1 dəqiqə ərzində 2 mq nikotin turşusu yeridilir). Venadaxili damcı üsulu ilə yeridilmə üçün preparatın birdəfəlik dozası 0,9%-li natrium xlori- din 100-200 ml məhlulunda həll edilir, yeridilmənin sürəti dəqiqədə 30-40 damcıdır. Pellaqra Sutkada 1-2 dəfə 10 mq (1ml) venadaxili və ya əzələdaxili təyin edilir. Müalicə kursu 10-15 gündür. Beyin qan dövranının işemik pozuntuları 10 mq (1 ml) venadaxili (asta-asta) təyin edilir. Digər göstərişlər Gündə 1 dəfə 10 mq (1 ml) dərialtı və ya əzələdaxili 10-15 gün ərzində təyin edilir. İnfuziya məhluluna əlavə olunması mümkündür: 10 mq (1 ml) nikotin turşusu 100-200 ml infuzion məhlula qarışdırılır. Venadaxili yeridilmə zamanı yüksək dozaları: birdəfəlik 100 mq (10 ml), sutkalıq 300 mq (30 ml).
Əlavə təsirləri
Ürək-damar sistemində baş verən pozuntular: təngnəfəslik, taxikardiya, ürəkdöyünmə, yüksək tərləmə, titrətmə, ödem, sancma və yanma hissiyyatı ilə müşayiət olunan qan axması hissiyyatı; aritmiyalar; sürətli yeridilmə zamanı-arterial təzliyiqin əhəmiyyətli dərəcədə enmə- si, ortostatik hipotenziya, kollaps. Mərkəzi və periferik sinir sistemində baş verən pozuntular: başgicəllənmə, paresteziyalar, başağrı. İmmun sistemdə, dəri və dərialtı toxumada baş verən pozuntular: sancma və yanğı hissiyyatı ilə müşayiət olunan sifət dərisinin və bədənin yuxarı yarısının hiperemiyası, dəridə və gözlərin selikli qişasında quruluq, nadir hallarda torlu qişanın ödemi, çox nadir hallarda ürəyin işemik xəstəliyi olan pasiyentlərdə akantoz. Bu simptomlar davamlı deyil və preparatın istifadəsi dayandırıldıqdan sonra itir. Hiperhəssaslıq reaksiyaları, o cümlədən, tənəffüs orqanlarında baş verən, övrə, qaşınma, səpgi. Yerli reaksiyalar: dərialtı və əzələdaxili inyeksiya nahiyəsində ağrı, şişkinlik. Yüksək dozalarda uzunmüddətli istifadə zamanı-hiperurikemiya, qlükozaya qarşı tolerantlığın azalması, qaraciyər funksiyasının pozulması, qaraciyərin yağ distrofiyası, sarılıq, aspartataminotransferazanın, laktatdehidrogenazanın, qələvi fosfatazanın, sidik cövhərinin səviyyəsinin yüksəlməsi, hipofosfatemiya, tombositlərin miqdarının azalması, protrombin vaxtının uzanması, hiperpiqmentasiya, hiperkeratoz, qıcolma, diareya, ürəkbulanma, qusma, anoreksiya, mədə xorasının kəskinləşməsi, ambliopiya, yuxusuzluq, mialgiya, arterial təzyiqin enməsi, rinit, görmənin dumanlanması, göz qapaqlarının ödemi, miopatiya, eksfoliativ dermatit.
Doza həddinin aşılması
Simptomları Ürək-damar sistemində baş verən əlavə təsirlərin güclənməsi – arterial hipotenziya, başağrısı, huşun itməsi mümkündür, başgicəllənmə, qan axını hissi. Müalicəsi Preparatın qəbulunun dayandırılması, dezintoksikasion terapiya, simptomatik müalicə. Spesifik antidotu məlum deyil.
Buraxılış forması
1ml məhlul, ampulda. 5 ampul, konturlu- yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC, Ukrayna Ünvan Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.