Mezaton 1 % 1 ml N10 inyeksiya Zdorovye

Təsiredici maddə: PHENYLEPHRINE HCL
Təsiredici maddəPHENYLEPHRINE HCL
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAdrenergik və dopaminergik preparatlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEZATON inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq fenilefrin hidroxlorid vardır. Köməkçi maddələr: qliserin, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Adrenergik və dopaminergik preparatlar. ATC kodu: С01СА06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mezaton – α -adrenomimetik maddədir cüzi olaraq ürəyin β-adrenoreseptorlarına təsir göstərir.1 Aromatik nüvəsində, yalnız bir hidroksil qrupu olduğu üçün, katexolamin deyildir. Arteriolların daralmasını və arterial təzyiqin yüksəlməsini (mümkün olan reflektor bradikardiya ilə) yaradır. Norepinefrin və epinefrin ilə müqayisədə, arterial təzyiqi daha az kəskin yüksəldir, lakin daha davamlı təsir göstərir, belə ki, katexol-о-metiltransferazanın təsirinə az meyillidir. Qanın dəqiqə- lik həcminin artmasına təsir göstərmir. Təsiri yeridilməsindən dərhal sonra başlayır və venadaxili yeridilmədən sonra 5-20 dəqiqə ərzində davam edir. Dərialtı yeridilməsi zamanı təsiri 50 dəqiqə- yə qədər uzanır. Əzələdaxili yeridilmə zamanı 1-2 saata qədər. Farmakokinetikası Əzələdaxili yeridilmədən sonra tezliklə sistem qan axınına sorulur. Qanın plazma zülalları ilə birləşməsi aşağıdır. Praktiki olaraq tamamilə qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasi- təsilə metabolitlər şəklində xaric olunur.

İstifadəsinə göstərişlər

– Arterial hipotenziya; – Şok (travmatik, toksik); – Vazodilatatorların doza həddinin aşılması zamanı damar çatışmazlığı; – Yerli anesteziyanın aparılması zamanı vazokonstriktor kimi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Arterial hipertenziyaların bütün növləri, kardioskleroz, halotan və ya siklopropan narkozu, hipertrofik kardiomiopatiya, feoxromositoma, mədəciklərin fibrillyasiyası, damarların okklüziv xəstəlikləri: arterial trombo- emboliya, ateroskleroz, obliterasiyaedici trombangiit (Bürger xəstəliyi), Reyno xəstəliyi, donma zamanı damarların spazmlara meyilliyi, diabetik endarteriit, tireotoksikoz, taxiaritmiya, metabo- lik asidoz, hiperkapniya, hipoksiya, bağlıbucaqlı qlaukoma, aorta mənfəzinin ağır stenozu, kəs- kin miokard infarktı, porfiriya, qlükoza-6-fosfatdehidrogenaza defisiti, şəkərli diabet. Sidiyin ləngiməsinin yüksək riski olan, prostat vəzin xəstəlikləri olan pasiyentlər. MAO inhibitorları ilə eyni vaxtda istifadə edilməsi və ya onların qəbulu dayandırıldıqdan sonra 14 gün ərzində. Yaşlı xəstələr.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şok vəziyyətlərin müalicəsinə başlamazdan əvvəl və ya müalicə zamanı hipovolemiyanın, hi- poksiyanın, asidozun və hiperkapniyanın korreksiya edilməsi mütləqdir. Qulaqcıqların fibrillyasiyası, kiçik qan dövranında arterial hipertenziya, hipovolemiya, mədəcik aritmiyası zamanı dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır. Müalicə dövründə EKQ, arterial təzyiqə, qanın dəqiqəlik həcminə, ətraflarda və inyeksiya nahi- yəsində qan dövranına nəzarət etmək lazımdır. Medikamentoz kollaps hadisəsi zamanı arterial hipertenziyası olan pasiyentlərdə sistola arterial təzyiqini adi səviyyədən 30-40 mm civə sütunu qədər aşağı saxlamaq kifayət edir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Diuretiklərin və hipotenziv dərman vasitələrinin hipotenziv effektini azaldır. Neyroleptiklər, fenotiazin törəmələri dərman vasitəsinin hipertenziv effektini azaldır. MAO inhibitorları, oksi- tosin, acı yovşan alkaloidləri, trisiklik antidepressantlar, metilfenidat, adrenomimetiklər Meza- tonun pressor effektini və aritmogenliyini gücləndirir. β-adrenomimetiklər dərman vasitəsinin kardiostimuləedici aktivliyini azaldır. Əvvəldən rezerpin qəbulu fonunda dərman vasitəsinin istifadəsi, adrenergik sinir uclarında katexolaminlərin ehtiya- tının tükənməsi və adrenomimetiklərə qarşı həssaslığın yüksəlməsi nəticəsində hipertonik krizin inkişaf etməsini yarada bilər. İnhalyasion anestetiklər (o cümlədən, xloroform, enflutan, halotan, izofluran, metoksifluran) ağır qulaqcıq və mədəcik aritmiyalarının yaranması riskini yüksəldir, belə ki, miokardın simpatomimetiklərə qarşı həssaslığını kəskin artırır. Erqometrin, erqotamin, metilerqometrin, oksitosin, doksapram vazokonstriktor effektin ifadəliliyini artırır. Nitratların antianginal effektini azaldır, bunlar isə öz növbəsində Mezatonun pressor effektini və arterial hipotenziyanın yaranması riskini azalda bilir (eyni vaxtda istifadəsi lazım olan terapevtik effektin əldə olunmasından asılı olaraq yol verilir). Tireoid hormonlar dərman vasitəsinin effektivliyini və onunla bağlı koronar çatışmazlıq (xüsusən koronar ateroskleroz zamanı) yaranması riskini ar- tırır (qarşılıqlı olaraq). Doğuş fəaliyyətini stimulə edən vasitələrin istifadəsi fonunda (vazopressin, erqotamin, erqomet- rin, metilerqometrin), doğuş zamanı arterial hipotenziyanın korreksiyası üçün Mezatonun istifa- dəsi, doğuşdansonrakı dövrdə arterial təzyiqin davamlı yüksəlməsinə səbəb ola bilər. Uyuşmazlıq Dərman vasitəsini digər dərman vasitələri ilə bir yerdə qarışdırmaq məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. Laktasiya dövründə dərman vasitəsinin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Dərman vasitəsi uşaqlarda istifadə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsindən istifadə edən zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək əks göstərişdir.

İstifadə qaydası və dozası

Dərman vasitəsi böyüklərə venadaxili, əzələdaxili və dərialtı təyin edilir. Kollaps vaxtı venada- xili yeridilmə zamanı dərman vasitəsinin birdəfəlik dozası 0,1-0,3-0,5 ml 1%-li məhlul təşkil edir. Venadaxili yeridilmə zamanı dərman vasitəsinin birdəfəlik dozasını 20 ml 5%-li qlükoza məhlulunda və ya 0,9%-li natrium xlorid məhlulunda durulaşdırılır, yavaş-yavaş şırnaqla yeri- dilir. Ehtiyac olduqda, yeridilmə təkrar edilə bilər. Preparatı venadaxili damcı üsulu ilə yeridilməsinə icazə verilir, bunun üçün 1ml 1%-li Mezaton məhlulunu 250-500 ml 5% -li qlükoza məhlulunda həll etmək lazımdır. Əzələdaxili və dərialtı yeridilmə zamanı böyüklər üçün birdəfəlik doza 0,3-1 ml 1%-li məhlul təşkil edir. Yerli anesteziya zamanı 10 ml anestetik məhluluna 0,3-0,5 ml 1%-li məhlul əlavə edilir. “Ləğvetmə sindromu”nun qarşısını almaq üçün preparatın davamlı infuziyasından sonra (dərman vasitəsinin kəsilməsi zamanı arterial təzyiqin təkrar enməsi) dozanı tədricən azaltmaq lazımdır. Sistolik təzyiq əgər 70-80 mm civə sütununa qədər aşağı düşdükdə, infuziyanı bərpa etmək lazımdır. Əzələdaxili və dərialtı yeridilmə zamanı böyüklər üçün yüksək dozalar: birdəfəlik 10 mq, gündəlik 50 mq. Venadaxili yeridilmə zamanı böyüklər üçün yüksək doza: birdəfəlik 5 mq, gündəlik 25 mq.

Əlavə təsirləri

Ürək-damar sistemində baş verən pozğunluqlarr: stenokardiya tutmaları, bradikardiya, arterial təzyiqin yüksəlməsi və ya enməsi, taxikardiya, mədəcik aritmiyaları (xüsusən yüksək dozaların istifadəsi zamanı), ürəkdöyünmənin güclənməsi. Sinir sistemindən baş verən pozğunluqlarr: başağrısı, qıcıqlanma, hərəki narahatlıq, başhərlənmə, qorxu hissi, təşviş, zəiflik, üz dərisinin avazıması, tremor, qıcolmalar, beyinə qansızma. Həzm sistemində baş verən pozğunluqlarr: ürəkbulanma, qusma. Tənəffüs sistemində baş verən pozğunluqlarr: dispnoe. Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma. Görmə orqanlarında baş verən pozğunluqlarr: gözlərdə ağrı, konyunktivanın hiperemiyası, göz qapaqları tərəfindən allergik reaksiyalar, midriaz. Sidik-ifrazat sistemində baş verən pozğunluqlarr: sidikburaxmanın pozulması, sidiyin ləngiməsi. Digər: yüksək tərləmə, hipersalivasiya, ətraflarda iynəbatma və soyuma hissi, istibasmalar, hiperqlikemiya. Dərman vasitəsi qıcıqlandırıcı təsir göstərir, yeridilmə nahiyəsində dəyişikliklər, nekroz ola bilər.

Doza həddinin aşılması

Simptomları Mədəcik ekstrasistoliyası, mədəcik taxikardiyasının qısa paroksizmləri, başda və ya ətraflarda ağırlıq hissi, arterial təzyiqin həddən artıq yüksəlməsi. Müalicəsi Vena daxilinə qısa təsirli α-adrenoblokatorların (fentolamin) yeridilməsi. Ürək ritminin pozulması zamanı β-adrenoblokatorlar (propranolol) yeritmək lazımdır.

Buraxılış forması

1 ml məhlul, ampulda. 10 ampul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda,orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il . Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Zdorovye” Əczaçılıq Şirkəti” MMC, Ukrayna. İstehsalçının və ərizəçinin ünvanı Ukrayna, 61013, Xarkov vil., Xarkov ş., Şevçenko küç., ev 22. (“Zdorovye” Əczaçılıq Şirkəti” MMC, Ukrayna). Ukrayna, 61057, Xarkov vil., Xarkov şəh., Vorobyov küç., ev 8. (“GNCLS” Eksperimental Müəssisə” MMC, Ukrayna).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Mezaton 1 % 1 ml N10 inyeksiya Zdorovye” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar