TIAMINA XLORID 5% 1 ML N10 AMP ZDOROVYE
| Təsiredici maddə | THIAMINE CHLORIDE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Vitaminlər. B vitamininin sadə preparatları. Tiamin (B vitamini).1 1 |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,99 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TİAMİN XLORİD – ZDOROVYE inyeksiya üçün məhlul THIAMINЕ CHLORIDE – ZDOROVYE Beynəlxalq patentləşdirilməmiş adı: Thiamine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq tiamin hidroxlorid vardır. Köməkçi maddələr: unitiol, inyeksiya üçün su.
Təsviri
Sarımtıldan yaşıl çalarlı sarımtıla qədər rəngli, şəffaf, zəif xarakterik qoxulu məhluldur.
Farmakoterapevtik qrupu
Vitaminlər. B vitamininin sadə preparatları. Tiamin (B vitamini).1 1 ATC kodu: A11DA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tiamin xlorid-Zdorovye – suda həll olunan B vitamininin sintetik preparatıdır. İnsan orqanizmində1 fosforlaşma prosesləri nəticəsində kokarboksilazaya çevrilir ki, bu da bir çox fermentativ reaksiyaların kofermentidir. Preparat, maddələr mübadiləsində və sinir-reflektor tənzimlənmədə mühüm rol oynayan B1 vitamininin çatışmazlığını bərpa edir, sinapslarda sinir oyanıqlığının ötürülməsinə təsir göstərir, qanqlioblokadaedici və kurareyəbənzər effekt nümayiş etdirir. Farmakokinetikası Əzələ daxilinə yeridildikdən sonra, preparat sürətlə absorbsiya olunur. Preparatın fosforlaşması qaraciyərdə baş verir. Qaraciyərdə, ürəkdə, beyin toxumasında, böyrəklərdə və dalaqda toplanır. Böyrəklər və bağırsaq vasitəsi ilə eliminasiya olunur – təxminən 8-10 %-i dəyişilməmiş halda.
İstifadəsinə göstərişlər
B hipo- və avitaminozu (o cümlədən zond vasitəsi ilə qidalanan, hemodializ proseduraları aparılan,1 malabsorbsiyadan əziyyət çəkən pasiyentlərdə). Kompleks terapiyanın tərkibində – neyrotrofik dəyişikliklərlə və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunan nevritlərin, polinevritlərin, radikulitlərin, nevralgiyaların, periferik parezlərin və ifliclərin, neyropatiyaların (o cümlədən, diabetik, alkoqol), ensefalopatiyaların (o cümlədən Vernike-Korsakov ensefalopatiyasının), nevrasteniyaların, qaraciyərin xroniki zədələnmələrinin, miokardiodistrofiyanın, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin, bağırsaq atoniyasının, endarteriitin, dermatozların (o cümlədən ekzemanın, atopik dermatitin, piodermiyanın, psoriazın, qırmızı yastı dəmrovun) müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq, allergik xəstəliklər, idiosinkraziya, qadınlarda preklimakterik və klimakterik dövrlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır dərəcəli allergik reaksiyaların meydana çıxma ehtimalını nəzərə alaraq, inyeksiya həyata keçirildikdən sonra 30 dəqiqə müddətində pasiyentin vəziyyətinə nəzarət etmək lazımdır. Tiaminin inyeksiyalarını, piridoksinin inyeksiyalarından sonra 12 saatdan tez olmamaq şərti ilə həyata keçirmək tövsiyə olunur. Əzələ daxilinə istifadə edildikdə, preparatı əzələyə mümkün qədər dərin yeritmək lazımdır. Məhlulun pH səviyyəsinin aşağı olmasını nəzərə alaraq, əzələ daxilinə yeridilən inyeksiyalar ağrılı ola bilər. B vitamininin sutkalıq tələbatı: yetkin yaşlı kişilər üçün – 1,2-2,1 mq, yaşlı şəxslər üçün – 1,2-1,41 mq, qadınlar üçün – 1,1-1,5 mq – hamilə qadınlara 0,4 mq və laktasiya dövründə qadınlara 0,6 mq əlavə etməklə, uşaqlara yaşından asılı olaraq – 0,3-0,5 mq təşkil edir. Preparat balanslaşdırılmış pəhrizin əvəzi olaraq istifadə edilə bilməz – yalnız, pəhriz terapiyası ilə kompleks şəkildə istifadə edilməlidir. Bağırsağın sorulma qabiliyyətinin pozulması qeyd olunan və ya mədə rezeksiyası aparılan pasiyentlərin müalicəsi aparıldıqda, tiaminin tablet formasının istifadəsi mümkün olmadığı halda (məsələn, ürəkbulanma, qusma, əməliyyatdan əvvəlki və sonrakı dövr) və eləcədə, xəstəliyin ağır formalarında və ya müalicənin əvvəlində terapevtik effektin daha sürətlə əldə edilməsi məqsədi ilə preparatın inyeksiya üçün dərman formasından istifadə etmək lazımdır. Preparatın parenteral yolla yeridilməsinə aşağı (yetkin yaşlı pasiyentlərə 0,5 ml-dən artıq olmayan) dozaların istifadəsindən başlamaq və yalnız, preparat pasiyentlər tərəfindən yaxşı qəbul edildiyi halda, daha yüksək dozaların istifadəsinə keçmək lazımdır. Sinir sisteminin yüksək oyanıqlığı, onikibarmaq bağırsağın xora xəstəliyinin hiperasid formaları qeyd olunduqda, preparat ehtiyatla təyin edilməlidir. Vernike ensefalopatiyası zamanı qlükoza yeridilməzdən əvvəl tiaminin istifadəsi tələb olunur. B vitamininə qarşı allergiya aşkar olunduğu halda, pasiyent düyüdən, qarabaşaqdan, ətdən,1 çörəkdən (kəpəkli undan hazırlanmış növlərindən) istifadə etməməlidir. Alkoqolizmdən əziyyət çəkən pasiyentlərdə preparatın əlavə təsirlərinin simptomlarının güclənməsi mümkündür. Tiamin depolyarizəedici miorelaksantların, adrenomimetik və simpatomimetik preparatların təsirinin zəifləməsinə səbəb ola bilər. Preparat (yüksək dozalarda istifadə edildikdə) qan zərdabında spektrofotometrik metodla teofillinin və Erlix reagenti vasitəsi ilə urobilinogenin müəyyən edilməsinin nəticələrini dəyişə bilər. Pediatriyada istifadəsi Uşaqlarda adətən, tiamin hidroxloridin 2,5 %-li məhlulu istifadə edilir. 8 yaşdan yuxarı uşaqlara preparatın göstərilən dozalanmada (5 %-li məhlul) yeridilməsi mümkündür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə eyni zamanda istifadə edildikdə, aşağıda göstərilən qarşılıqlı təsirlər müşahidə oluna bilər. Depolyarizəedici miorelaksantlar (suksametonium xlorid), xolin törəmələri – həmin preparatların terapevtik effektlərinin zəifləməsi. Tiosemikarbazon, 5-flüorurasil – tiaminin aktivliyinin inhibə olunması. Kofein, kükürd tərkibli preparatlar və estrogenlər – orqanizmin tiaminə olan tələbatının yüksəlməsi. Qıcolmaəleyhinə preparatlar (fenobarbital, fenitoin, karbamazepin), diqoksin, indometasin, antasid preparatlar – tiamin çatışmazlığının inkişaf etməsi. Sianokobalamin, piridoksin – tiaminin fosforlaşmış bioloji aktiv formaya çevrilməsinin çətinləşməsi və onun allergiyatörədici təsirinin güclənməsi. Parenteral yolla tiaminin piridoksinlə (B vitamini) və ya sianokobalaminlə (B vitamini) eyni zamanda yeridilməsi tövsiyə olunmur.6 12 Etanol – tiaminin sorulma sürətinin ləngiməsi. Adrenomimetiklər, simpatomimetiklər – həmin preparatların terapevtik təsirinin zəifləməsi. Qələvi və neytral məhlullarda tiamin qeyri-stabildir və bu səbəbdən, preparatın karbonatlarla, 2+ sitratlarla, barbituratlarla, Cu (mis ionları) tərkibli preparatlarla, yodidlərlə, dəmir-ammonium sitratla, tanin turşusu ilə eyni zamanda istifadəsi tövsiyə olunmur. Uyuşmazlığı Preparatı aşağıda göstərilən məhlullarla qarışdırmaq olmaz: – sulfit tərkibli məhlullarla və nikotin turşusu ilə – tiaminin parçalanması baş verir; – benzilpenisillinlə və ya streptomisinlə – antibiotiklərin parçalanması baş verir; 2+ – karbonatlarla, sitratlarla, barbituratlarla, Cu tərkibli preparatlarla, yodidlərlə, tanin turşusu ilə – qələvi və neytral məhlullarda tiamin qeyri-stabildir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat yalnız, göstərişlərə əsasən tövsiyə olunan dozalarda həkim nəzarəti altında istifadə edilə bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Sinir sistemində əlavə reaksiyaların inkişaf etmə ehtimalını nəzərə alaraq, müalicə müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat əzələ daxilinə (əzələyə mümkün qədər dərin) istifadə üçün nəzərdə tutulmuşdur. Böyüklərə – hər gün sutkada 1 dəfə 25-50 mq (0,5-1 ml preparat) təyin edilir. Preparatın yeridilməsinə aşağı (25 mq-dan (0,5 ml-dən) artıq olmayan) dozaların istifadəsindən başlamaq və yalnız, preparat pasiyentlər tərəfindən yaxşı qəbul edildiyi halda, daha yüksək (50 mq (1 ml)) dozaların istifadəsinə keçmək lazımdır. Müalicə kursu 10-30 inyeksiya təşkil edir. Vernike-Korsakov ensefalopatiyası zamanı – preparat, klinik yaxşılaşma qeyd olunana qədər sutkada 2 dəfə 50-100 mq (1-2 ml) dozada istifadə edilir. Preparatdan istifadə etdikdə, pasiyentdə B vitamininin yeridilməsinə qarşı allergik reaksiyanın inkişaf etmə ehtimalı nəzərə alınmalıdır.1 8 yaşdan yuxarı uşaqlar – hər gün sutkada 1 dəfə 12,5 mq (0,25 ml preparat) təyin edilir. Müalicə kursu 10-30 inyeksiya təşkil edir.
Əlavə təsirləri
Əlavə reaksiyaların baş vermə tezliyi aşağıda göstərilən parametrlərlə müəyyən edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100, ≤ 1/10), bəzən (≥ 1/1000, ≤ 1/100), nadir hallarda (≥ 1/10000, ≤ 1/1000), çox nadir hallarda (< 1/10000), məlum deyil (mövcud məlumatlar əsasında tezliyin qiymətləndirilməsi mümkün deyil). Ürək-damar sistemində baş verən pozğunluqlar: məlum deyil – taxikardiya, ürək çırpınması hissi, kollaps. Sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – baş ağrısı, başgicəllənmə, narahatlıq, paresteziyalar. Görmə orqanlarında baş verən pozğunluqlar: məlum deyil – görmə sinirinin zədələnməsi. Tənəffüs sistemində baş verən pozğunluqlar: məlum deyil – tənəffüsün çətinləşməsi, təngnəfəslik. Həzm traktında baş verən pozğunluqlar: məlum deyil – udma qabiliyyətinin çətinləşməsi, ürəkbulanma, bağırsaq hemorragiyaları (qanaxmaları). İmmun sistemdə baş verən pozğunluqlar: məlum deyil – səpgilər, qaşınma (o cümlədən inyeksiya nahiyəsində), dermatit, hiperemiya, övrə, angionevrotik ödem, qıcolmalarla müşayiət olunan bronxospastik sindrom, anafilaktik şok. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: məlum deyil – qaraciyər fermentlərinin aktivliyinin pozulması. Ümumi pozğunluqlar: məlum deyil – tər ifrazının yüksəlməsi, vicə, tremor, ümumi zəiflik, ödemlər, qızdırma. Digər dəyişikliklər: məlum deyil – sinaptoplegiya vəziyyəti – tiaminin müxtəlif mediatorlarla komplekslər əmələ gətirmə qabiliyyəti arterial təzyiqin aşağı düşməsi, ürək aritmiyalarının meydana çıxması, skelet əzələlərinin (o cümlədən tənəffüs əzələlərinin) yığılma qabiliyyətinin pozulması, mərkəzi sinir sisteminin tormozlanması ilə müşayiət oluna bilər; tiamin stafilokokkların antibiotiklərə qarşı rezistentliyinin formalaşmasına səbəb olur.
Doza həddinin aşılması
Simptomları: preparatın əlavə təsirlərinin simptomlarının güclənməsi müşahidə oluna bilər. Hiperkoaqulyasiyanın, purin mübadiləsi pozğunluqlarının inkişaf etməsi istisna edilməməlidir. Müalicəsi: preparatın istifadəsinin dayandırılması, simptomatik müalicənin aparılması.
Buraxılış forması
1 ml, ampullarda. 10 ampul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Zdorovye” Əczaçılıq şirkəti” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.
Qeydiyyat vəsiqəsinin sahibi
“Zdorovye” Əczaçılıq şirkəti” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.