Ozempic 1 mq qələm (4 dəfəlik)
Ozempic 1 mq qələm (4 dəfəlik) Original price was: 233,40 ₼.Current price is: 219,90 ₼.
Məhsullara qayıt

Remaksol 400 ml infuziya

Təsiredici maddə: SUCCINIC ACID + RIBOXINE + NICOTINAMIDE + MEGLUMINE + METHIONINE
Təsiredici maddəSUCCINIC ACID + RIBOXINE + NICOTINAMIDE + MEGLUMINE + METHIONINE
Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirMetobolik vasitələr
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,91 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REMAKSOL infuziya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 1 litr məhlulun tərkibində 5,28 q kəhrəba turşusu, 8,725 q meqlumin (N-metil- qlükamin), 2 q inozin (riboksin), 750 mq metionin, 250 mq nikotinamid vardır. Köməkçi maddələr: natrium xlorid, kalium xlorid, maqnezium xlorid heksahidrat, natrium hidrok- sid, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz, cüzi xarakterik qoxulu məhluldur.

Farmakoterapevtik qrupu

Metobolik vasitələr. ATC kodu: A05BA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İnfuziya üçün hepatoprotektor təsirə malik balanslaşdırılmış məhlul. Preparatın təsiri nəticəsində anaerob proseslərin aerob proseslərə keçməsi sürətlənir, hepatositlərin enerji təminatı yaxşılaşır, makroergik birləşmələrin sintezi artır, hepatosit membranların lipidlərin peroksid oksidləşməsinə qarşı davamlığı yüksəlir, antioksidant müdafiə fermentlərinin aktivliyi bərpa edilir. Remaksol sitolizi azaldır, bu isə ALT və AST indikator fermentlərin azalması ilə özünü büruzə verir. Remaksol bilirubinin və onun fraksiyalarının azalmasına səbəb olur, sərbəst bilirubinin ödə ekskresiyasını yaxşılaşdırır. Hepatositlərin ekskretor fermentlərin – QQT və QF aktivliyini azaldır, xolesterinin öd turşularına oksidləşməsinə səbəb olur. Farmakokinetikası Damcı üsulu ilə venadaxili yeritmə zamanı preparatın tərkibindəki təbii komponentlər orqanizmin toxumalarında tez paylanır, praktiki olaraq tez utilizasiya olunur. Metabolizmin məhsulları sidiklə xaric olunur və orqanizmdə yığılmır.

İstifadəsinə göstərişlər

– Qaraciyərin kəskin və ya xroniki zədələnməsi nəticəsində (toksik, alkoqol, dərman hepatitləri); – virus hepatitlərin kompleksli müalicəsində (etiotrop müalicəyə əlavə kimi).

Əks göstərişlər

– Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük. – hamiləlik; – laktasiya dövrü; – uşaqlar;

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Venadaxili istifadə olunan digər dərman vasitələri ilə bir flakonda qarışdırmaq məsləhət görülmür. Ehtiyatla: nefrolitiaz, podaqra, hiperurekimiya.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Venadaxili istifadə olunan digər dərman vasitələri ilə bir flakonda qarışdırmaq məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.

İstifadə qaydası və dozası

Remaksol xəstəliyin ağırlığından asılı olaraq 400ml-dən 800ml-ə qədər sutkalıq dozalarla 3-12 gün ərzində yalnız damcı üsulu ilə venadaxili yeridilir. Venadaxili yeritmə sürəti dəqiqədə 40-60 damcı (2-3 ml).

Doza həddinin aşılması

Preparatla doza həddinin aşılması barədə məlumat yoxdur.

Əlavə təsirləri

Məhlulu sürətlə yeritdikdə – dəri örtüklərinin müxtəlif dərəcəli hiperemiyası, istilik hissi, boğazda qıcıqlanma, ağızda quruluq (preparatın ləğv olunması tələb edilmir). Allergik reaksiyalar ehtimalı, yəni səpgilər və dəridə qaşınma ola bilər (antihistamin preparatların istifadəsi ilə aradan qaldırılır). Nadir hallarda – ürəkbulanma, başağrısı və başgicəllənmə. Orqanizmdə preparatla aerob proseslərin aktivləşməsi nəticəsində qanda qlükozanın konsentrasiyasının azalması və sidik turşusunun səviyyəsinin artması mümkündür.

Buraxılış forması

400 ml məhlul, şüşə flakonda. 1 flako, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Polisan MMC Elmi-texnoliji əczaçılıq firması. Ünvan 192102, Rusiya, Sankt Peterburq, Salova küç, ev 72, коrp. 2, lit. А.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Remaksol 400 ml infuziya” üçün ilk rəyi siz yazın.