Inyeksiya üçün su 2 ml N10 inyeksiya Lekxim

Təsiredici maddə: WATER FOR INJECTION
Təsiredici maddəWATER FOR INJECTION
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHəlledicilər və durulaşdırma üçün vasitələr
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,43 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqini diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. ● Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. ● Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. ● Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara vermək olmaz. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onların simptomları eyni olduğu hallarda. ● Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. İNYEKSİYA ÜÇÜN SU venadaxili, əzələdaxili və parenteral yeritmə üçün məhlul

Tərkibi

Təsiredici maddə: 1 ampulda 2 ml və ya 5 ml inyeksiya üçün su vardır.

Təsviri

Rəngsiz şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Həlledicilər və durulaşdırma üçün vasitələr. ATC kodu: V07AB.

Farmakoloji xüsusiyyətləri

Apirogen, kimyəvi inyeksiya üçün qeyri-aktiv su, farmakoloji təsir göstərmir.

İstifadəsinə göstərişlər

İnyeksiya üçün su, dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün təyin edilmiş dərman vasitələri və diaqnostik vasitələrin steril məhlullarının hazırlanması üçün istifadə edilir.

Əks göstərişlər

Əgər, preparatın tibbi istifadəsi üzrə təlimatda digər həlledici göstərilibsə, inyeksiya üçün su təyin edilmiş dərman vasitələri və diaqnostik preparatların həlledicisi kimi istifadə olunmur. Oftalmoloji əməliyyatlar zamanı gözlərin yuyulması üçün istifadə etməyin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İnyeksiya üçün su yalnız dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün göstərilən dərman və diaqnostik vasitələrin steril məhlullarının hazırlanması üçün istifadə olunur, hansıların ki, istifadə üsulunda inyeksiya üçün suyun istifadəsi nəzərdə tutulur. Aşağı osmotik təzyiq səbəbilə yarana biləcək hemoliz təhlükəsini nəzərə alaraq, inyeksiya üçün su bir başa damardaxili yeridilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İnyeksiya üçün su, dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün təyin edilmiş dərman vasitələri və diaqnostik vasitələrə farmakoloji və ya kimyəvi qarşılıqlı təsirə malik deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

İstifadə qaydası və dozası

İnyeksiya üçün suyun istifadəsi ilə dərman və diaqnostik vasitələrin steril məhlullarının hazırlanması steril şəraitdə həyata keçirilir (ampulun açılması, dərman vasitələri ilə şpris və həcmlərin su ilə dolması). Dərman vasitəsinin məhlulunun hazırlanması məqsədi ilə inyeksiya üçün suyun miqdarı dərman vasitəsinin tibbi istifadəsi üzrə təlimatla müəyyən edilir. Uşaqlarda istifadəsi Pediatrik praktikada istifadə edilir.

Əlavə təsirləri

Qeyd olunmayıb.

Doza həddinin aşılması

İnyeksiya üçün suyun çox yeridilməsi yorğunluq hissiyyatı və dərinin solğunluğuna səbəb ola bilər.

Buraxılış forması

2 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikidə karton qutuya qablaşdırılır. 5 ampul blisterdə. 2 blister içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul blisterdə. 2 blister içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Joint Stock Company «Lekhim-Kharkiv» Ukraine. Ukraine, 61115, Kharkiv region, Kharkiv, Severyna Pototskoho street, building 36. Tel.: +38 (057) 7 147 790. Faks: +38 (057) 7 147 791.

Qeydiyyat vəsiqəsinin sahibi

Joint Stock Company «Lekhim-Kharkiv» Ukraine. 61115, Kharkiv region, Kharkiv, Severyna Pototskoho street, building 36.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Inyeksiya üçün su 2 ml N10 inyeksiya Lekxim” üçün ilk rəyi siz yazın.