Broksol 15 mq 150 ml sirop
| Təsiredici maddə | AMBROXOL |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Mukolitik dərman vasitəsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,59 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BROKSOL pediatrik şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol
Tərkibi
Təsiredici maddə: 5 ml məhlulun tərkibində 15ml ambroksol hidroxlorid vardır. Köməkci maddələr: sorbitol 70%, qliserol, natrium metabisulfit, hidroksietilsellüloza, çaxır turşusu, albalı ətirləndiricisi, təmizlənmiş su.
Təsviri
Rəngzir mayedir.
Farmakoterapevtik qrupu
Mukolitik dərman vasitəsi. ATC kodu: R05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ambroksol mukolitik dərman vasitəsi olub, tənəffüs yollarında olan seliyin özlülüyünü və sıxlığını azaldır. Bu isə öskürək zamanı gərginliyin azalmasına və tənəffüsün asanlaşmasına səbəb olur.. Ambroksol tənəffüs yollarının epitelisini aktivləşdirməklə seliyin ifrazını yaxşılaşdırır və onun tənəffüs yollarından xaric olmasını asanlaşdırır. Müəyyən edilmişdir ki, ambroksol qəbul edən xəstələrdə immunoqlobulinin miqdarı artır. Ambroksolun təsirindən tənəffüs yolları toxumalarının epitelial hüceyrələrinin müdafiə funksiyaları normallaşır. Bundan əlavə, ambroksolun sərbəst radikalı oksidləşməni zəiflədir. Müəyyən edilmişdir ki,ambroksol ampisilinin, amoksasillinin və eritromisinin sorulmasını sürətləndirir. Farmakokinetikası Qəbul edildikdən sonra ambroksol organizmdə tam absorbsiya olunur. Biomənimsənilməsi 70- 80% təşkil edir. Plazmada maksimal konsentrasiyası 10 saatdan sonra yaranır. 90%-i qanda zülallarla birləşir. Ambroksol dəyişilməmiş şəkıldə (5-6%) və metabolit şəklində (85%) böyrəklərlə xaric olur.
İstifadəsinə göstərişlər
Qeyri-normal bəlğəm ifrazı və bəlğəmin xaric olmasının pozulması ilə müşayiət olunan kəskin və xroniki bronxopulmonar xəstəliklər.
Əks göstərişlər
Ambroksol və bromheksinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ambroksolu kodeinlə və kaliumun antaqonistləri ilə birlikdə təyin etmək olmaz. Qaraciyər və böyrək çatışmazlığında ehtiyatla təyin olunur. Mədə və 12-barmaq bağırsağın xoralarında ehtiyatla təyin olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ambroksolun təsiri barədə məlumat olmadığına görə hamiləliyin birinci 3 ayında təyin olunmur. Laktasiya dövründə ehtiyatla təyin olunur.
İstifadə qaydası və dozası
Əgər həkim təyinatı yoxdursa,onda: 0-2 yaşda -2 dəfə 2,5ml(1/2ölcü qaşığı) 2-5yaşda-3dəfə2,5-5ml(1/2-1ölcü qaşığı) 5-12yaşda-2dəfə5-10ml(1-2ölcü qaşığı).
Əlavə təsirləri
Broksol orqanizm tərəfindən yaxşı qəbul olunur. Bəzi hallarda ürəkbulanma, qusma, diareya, zəiflik yarana bilər. Preparatın qəbulu dayandırıldıqda bu əlamətlər itir. Gözlənilməyən reaksi- yaları müşahidə edən kimi həkimə müraciyət edin. Broksol şərbəti digər preparatlarla, xüsusilə bronxitin müalicəsində istifadə edilən preparatlarla (qlikozidlər, kortikosteroidlər, bronxodilatatorlar, diuretiklər, antibiotilkər) birlikdə təyin edilə bilər. Allergik reaksiyalar (şok baş verə bilən anafilaktik reaksiyalar, Kvinke ödemi, səpgi, övrə, qaşnma, təngnəfəslik, qızdırma, başagrı)
Buraxılış forması
150 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Əlavə buraxılış formaları Broksol şərbət 150 ml.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Bilim İlaç Sanaye ve Ticaret A.Ş.,Türkiyə Gebze Oraganize Sanayi Bolgesi 1900 Sokak, No:1904 41480 Gebze-Kocaeli/Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Bilim İlaç Sanaye ve Ticaret A.Ş.,Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.