Angioflux 600 IU 2 ml N10 inyeksiya

Təsiredici maddə: SULODEXIDE
Təsiredici maddəSULODEXIDE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAnti-trombotik/Heparinəbənzər dərman vasitəsi
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

41,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ANGİOFLUKS 600 LRU/2 ml inyeksiya üçün məhlul

ANGIOFLUX
Beynəlxalq patentləşdirilməmiş adı: Sulodexide

Tərkibi

Təsiredici maddə: 2 ml (1 ampul) inyeksiya məhlulunun tərkibində 600 LRU sulodeksid vardır.
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Tünd şüşə ampullarda açıq saman rəngli şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Anti-trombotik/Heparinəbənzər dərman vasitəsi.
ATC kodu: B01AB11

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
ANGİOFLUKS ekstraktiv mənşəli sulodeksiddən hazırlanmışdır. ANGİOFLUKS trombotik prosesin əmələ gəlməsi və inkişaf etməsinə təsir edən bütün hemokoaqulyasiya və hemoreoloji faktorlara təsir göstərir. Əsas təsir mexanizmi aktivləşmiş X koaqulyasiya faktorunu inaktivləşdirməsi ilə əlaqədardır. Bununla yanaşı, trombinlə az dərəcədə qarşılıqlı əlaqə antikoaqulyant təsirin nəticələrindən çəkinməyə imkan yaradır. Sulodeksid sirkulyator və divar fibrinolitik sistemi aktivləşdirir, trombositlərin aqreqasiyanı azaldır və plazmanın viskozimetrik parametrlərinin dəyişməsinə müsbət təsir göstərir.

Farmakokinetikası
İnyeksiya zamanı sulodeksid orqanlara və toxumalara sürətlə yayılır. Daxilə qəbul zamanı absorbsiya daha tədrici xarakter alır və maksimum hematik konsentrasiyaya 60 dəqiqədən sonra çatır. Sulodeksid əsasən sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Xroniki venoz xoralar.

Əks göstərişlər

– Preparatın tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
– Molekul quruluşu heparinlə oxşar olduğundan, ANGİOFLUKS heparin və ya heparinoidlərə qarşı yüksək həssaslığı olan pasiyentlərə təyin edilməməlidir.
– Hemorragik diatez.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xəstə preparatın qəbulu ilə bağlı bütün suallarla mütləq həkimə müraciət etməlidir.
Preparatın inyeksiya forması natrium pəhrizində olan xəstələrə təsir edə bilər.
Antikoaqulyantlarla müalicə alan xəstələrin hemokoaqulyasiya parametrlərini nəzarət altında saxlamaq tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sulodeksidin molekul quruluşu heparinlə oxşar olduğundan, birgə istifadə zamanı heparinin və daxilə qəbul olunan antikoaqulyantların antikoaqulyant təsiri güclənə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatla müalicənin yalnız kəskin ehtiyac olduğu hallarda və həkim nəzarəti altında aparılması tövsiyə olunur.
Fetal toksik təsir üzrə aparılan tədqiqatlar embrio-fetal toksik təsirin olmadığını göstərsə də, preparatın hamiləlik dövründə istifadəsi tövsiyə edilmir.

Pediatriyada istifadəsi

1 yaşa qədər uşaqlarda preparatla müalicənin yalnız kəskin ehtiyac olduğu hallarda və həkim nəzarəti altında aparılması tövsiyə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Angiofluks nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Gündə 1 dəfə 2 ml (1 ampul) əzələ daxilinə və ya vena daxilinə yeridilir.
Müalicəni 15-20 gün ərzində əzələdaxili inyeksiya ilə başlayıb, 30-40 gün ərzində kapsullarla davam etdirmək tövsiyə olunur.
Müalicə kursu ildə ən azı iki dəfə aparılmalıdır. Həkimin təyinatından asılı olaraq, dozanın həcmi və tezliyi dəyişdirilə bilər.

Əlavə təsirləri

İnyeksiya dərman formasından istifadə zamanı inyeksiya yerində yanma hissi yarana və hematoma baş verə bilər. Bu əlamətlər keçici xarakter daşıyır. Buna baxmayaraq, belə əlamətlər əmələ gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.
Bu içlik vərəqəsində təqdim olunan qaydalara riayət etdiyiniz halda, əlavə təsirlərin yaranması ehtimalı aşağı olur.
Əgər burada qeyd olunmayan hər hansı digər əlavə təsir yaranarsa, bu haqda mütləq həkimə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Doza artıqlığının yarada biləcəyi tək vəziyyət hemorragik sindromdur. Qanaxma zamanı 1% protamin sulfat (3 ml venadaxili = 30 mq) inyeksiya etmək lazımdır.

Buraxılış forması

2 ml inyeksiya məhlulu, ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddəti bağlı, tamlığı pozulmamış, düzgün şəraitdə saxlanan preparata aiddir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mitim S.r.l., İtaliya.
Ünvan: Via G.B. Cacciamali 34/36/38 – 25125 Brescia, Italy.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Angioflux 600 IU 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar