Benipin 8 mq N30 tablet
| Təsiredici maddə | BENIDIPINE HCL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Kalsium kanallarının vazoselektiv blokatorları (dihidropridin törəmələri) |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,93 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmanı istifadə edərkən, həkimə və ya xəstəxanaya müraciət zamanı bu dərmanı qəbul etdiyinizi söyləyin. • Bu içlik vərəqədəki təlimatları dəqiq yerinə yetirin. Tövsiyə edilən dozadan daha yüksək və ya aşağı doza qəbul etməyin. BENİPİN 4 mq; 8 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Benidipine hydrochloride
Tərkibi
Təsiredici maddə: 4 mq doza: 1 tabletin tərkibində 4 mq benidipin hidroxlorid vardır. 8 mq doza: 1 tabletin tərkibində 8 mq benidipin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, povidon K30, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat. Örtük: titan dioksid, laktoza monohidrat, HPMS 2910/hipromelloza 15 mPas, makroqol/PEG 4000, HPMS 2910/hipromelloza 3mPas, HPMC 2910/hipromelloza 50mPas, sarı dəmir oksidi.
Təsviri
Dairəvi formalı, sarı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Kalsium kanallarının vazoselektiv blokatorları (dihidropridin törəmələri). ATC kodu: C08CA15.
İstifadəsinə göstərişlər
Preparatın təsiredici maddəsi benidipin hidroxlorid, qan təzyiqini aşağı salan preparatlara aiddir və aşağıdakı hallarda istifadə olunur: − hipertenziya (yüksək təzyiq), − böyrək parenximatoz hipertenziyası (böyrək problemləri nəticəsində yaranan yüksək təzyiq), − stenokardiya (ürək qan damarlarının daralması / tıxanması nəticəsində yaranan sinə ağrısı).
Əks göstərişlər
− Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq − Kardiogen şok (ürəyin nasos funksiyasının azalması səbəbindən, toxumalara kifayət qədər qan axınının olmaması). Preparat kardiogen şokun əsas səbəblərini ağırlaşdıra bilər. − Hamiləlik. − Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparat ehtiyatla istifadə edilməlidir: − çox aşağı təzyiq, − ağır qaraciyər disfunksiyası, − yaşlı pasiyentlərdə. Kalsium kanallarının blokatorları ilə müalicə birdən dayandırıldıqda simptomlar daha da pisləşə bilər. Benipin ilə müalicənin müvəqqəti dayandırılması tələb olunduqda, doza tədricən azaldılmalı və pasiyent ciddi müşahidə altında olmalıdır. Həkimlə məsləhətləşmədən Benipin preparatı ilə müalicəni dayandırmayın. Qan təzyiqi çox aşağı olduqda, həkim preparatın dozasını azalda bilər və ya müalicəni dayandıra bilər. Davamlı ambulator peritoneal dializ zamanı, Benipin dializ məhlulunun görünüşünü dəyişə bilər, onu ağ və bulanıq edə bilər. Bu vəziyyətdə, peritonit və digər hallar arasında differensial diaqnoz qoymaq lazımdır. Benipin preparatının qida və içkilərlə birlikdə istifadəsi Qreypfrut şirəsi qaraciyərdə preparatın metabolizmini azaldır, bu səbəbdən qanda Benipinin konsentrasiyası artır və bu da öz növbəsində qan təzyiqinin həddən artıq azalmasına səbəb ola bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatının tərkibində laktoza vardır, bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu xəbərdarlıqlar istifadə edilən, son vaxtlar istifadə edilmiş və ya gələcəkdə istifadə oluna bilən preparatlara şamil olunur. Aşağıdakı dərmanlarla birlikdə Benipin preparatını qəbul edərkən diqqətli olun: − Benipin digər antihipertenziv dərmanlarla birlikdə istifadə edildikdə, antihipertenziv təsir cəmlənərək qan təzyiqində həddindən artıq azalma baş verə bilər. − Ürək xəstəliklərində istifadə olunan digoksinin xaricolması, Benipin kimi kalsium kanal blokatorları tərəfindən azala bilər, bu səbəbdən mövcud digoksinin miqdarının artması və zəhərlənmə baş verə bilər. Benipin ilə birlikdə istifadəsi zamanı, diqoksinin qan konsentrasiyası və ürəyin funksiyası izlənilməlidir. Anormal bir vəziyyət müşahidə olunarsa, diqoksinin dozası tənzimlənməlidir və ya Benipin ilə müalicə dayandırılmalıdır. − Simetidin mədə turşuluğunu azaldır, bu da bəzi dərmanların mədə absorbsiyasının artmasına səbəb olur. Bu səbəbdən Benipin ilə birlikdə simetidin istifadə edən pasiyentlər, qan təzyiqinin həddindən artıq azalması ilə qarşılaşa bilərlər. − Rifampisin dərman vasitələrinin metabolizmi ilə əlaqəli fermentləri stimullaşdırır və qan konsentrasiyalarını azaldır. Rifampisin ilə eyni zaman istifadəsi, Benipin preparatının antihipertenziv təsirini azalda bilər. Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu barədə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Preparat hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Laktasiya dövründə preparat yalnız zəruri hesab edildikdə, istifadə edilə bilər. Ana südü ilə qidalanmanın uşağa faydasını və Benipin terapiyasının faydasını nəzərə alaraq ana südü ilə qidalandırmanın dayandırılması və ya preparatla müalicənin dayandırılması barədə qərarı həkim verəcək.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın antihipertenziv təsiri başgicəllənmə və s. kimi əlavə təsirlərinin yaranmasına səbəb ola bilər, nəqliyyat idarə etmə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Hipertenziya (yüksək təzyiq) və böyrək parenximal hipertenziyası (böyrək problemləri nəticəsində yaranan yüksək təzyiq): Böyüklərə adətən yarım və ya bir tablet Benipin, səhər yeməyindən sonra gündə bir dəfə təyin olunur. Bu doza kifayət deyilsə, həkim pasiyentin yaşı və simptomlarının ağırlığından asılı olaraq, dozanı gündə 2 tabletə (8 mq-a qədər) qədər artıra bilər. Ağır hipertenziya halında (yüksək təzyiq) gündə bir dəfə səhər yeməyindən sonra 1-2 tablet (4-8 mq-a qədər) Benipin təyin olunur. Stenokardiya (ürək qan damarlarının daralması/tıxanması nəticəsində yaranan sinə ağrısı): Böyüklərə adətən səhər yeməyi və axşam yeməyindən sonra gündə 2 dəfə 1 tablet (4 mq) Benipin təyin olunur. Həkim, pasiyentin yaşı və simptomlarının ağırlığına görə dozaya düzəliş edə bilər. Preparatın qəbulu − Benipin yalnız peroral istifadə üçündür. − Tablet hər gün bir az su ilə eyni vaxtda qəbul edilməlidir. Müxtəlif yaş qrupları Uşaqlar: uşaqlarda istifadəsi barədə məlumat yoxdur Yaşlılar: yaşlılarda dozanın tənzimlənməsi barədə məlumat yoxdur. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi haqqında məlumat yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparat ehtiyatla və həkim nəzarəti altında istifadə olunmalıdır. Benipin preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Benipin preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Benipin ilə müalicə dayandırılarsa Preparatı qəbul etməyi dayandırdıqda, xəstəliyin əlamətləri daha da pisləşə bilər. Benipin ilə müalicənin müvəqqəti dayandırılması tələb olunduqda, preparatın dozası tədricən azaldılmalıdır və pasiyent həkimin ciddi nəzarəti altında olmalıdır. Həkiminizlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkim və ya əczaçıyla əlaqə saxlayın.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da preparata həssas olan insanlarda əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Aşağıdakı əlavə təsirlərdən hər hansı yarandıqda, Benipin preparatının qəbulunu dayandırmaq, dərhal həkimə məlumat vermək və ya ən yaxın xəstəxananın təcili yardım otağına getmək tövsiyyə olunur: − Dilin, dodağın, qırtlağın şişməsi və nəfəsalmada çətinlik, təngnəfəslik, dəri qızartısı, qaşınma və yanma hissi. − Qanda sidikcövhəri azotunun və kreatinin səviyyələrinin artması (böyrək funksiyasını yoxlamaq üçün istifadə olunan maddə) − Pollakiuriya (az miqdarda tez-tez sidiyə getmə) − Leykopeniya (ağ qan hüceyrələrinin sayının azalması) − Eozinofiliya (eozinofillərin sayının artması) − Qan təzyiqinin enməsi − Sinədə təzyiq və yanma hissi − Ürək ritminin azalması − Ürək döyüntülərinin artması − Əlavə ürək döyüntüləri − Kreatinin fosfokinazanın (CPK) artması − Ortostatik hipotenziya Aşağıdakı hallarda preparatın istifadəsi dayandırılmalıdır. SGOT, SGPT, a-GTP, bilirubin, qələvi fosfataza, LDH yüksəlməsi − Dəridə qızartı − Qaşınma − İşığa həssaslıq − Kişilərdə süd vəzisinin böyüməsi (ginekomastiya) Sadalanlar çox ciddi əlavə təsirlərdir və təcili tibbi müdaxilə tələb oluna bilər. Bu ciddi əlavə təsirlər çox nadir hallarda baş verir. Aşağıdakı əlavə təsirlər yarandıqda həkimə məlumat verin: − Palpitasiya − Üzün qızarması − İstilik hissi − Baş ağrısı − Üz, ayaq və əllərdə ödem − Başgicəllənmə − Vertigo − Yuxusuzluq − Yuxululuq − Qəbizlik − Abdominal ağrı − Ürəkbulanma − Qusma − İshal − Susuzluq − Halsızlıq − Tinnitus − Barmaqlarda qızartı və istilik hissi − Çiyində gərginlik − Öskürək − Göz qapaqlarında qanın toplanması − Bulanıq görmə − Qanaxını − Diş ətinin şişməsi − Həddindən artıq tərləmə − Davamlı susuzluq − Qanda kaliumun səviyyəsinin artması − Trombositlərin sayının azalması (qan laxtalanmasında iştirak edən qan hüceyrələri) Bunlar zəif əlavə təsirlərdir Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07- 12).
Doza həddinin aşılması
Tövsiyə olunduğundan daha çox Benipin preparatını qəbul etdikdə, qəfildən qan təzyiqinin azalması baş verə bilər. Qan təzyiqində əhəmiyyətli azalma baş verdiyi zaman, ayaqları bədəndən daha yüksək yerə qoymaq və bol maye qəbul etmək tövsiyə olunur. Dozadan artıq preparat qəbul etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək tövsiyə olunur.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qutunun və etiketin üzərində qeyd olunan son istifadə tarixindən sonra preparatdan istifadə edilmir. Yararlılıq müddətinin bitmə tarixi ayın axırıncı gününə müvafiqdir. Tabletlərin görünüşündə dəyişikliyi olan və ya qablaşdırması zədələnmiş preparatı istifadə etməyin. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DEVA Holding A.Ş. Kapakli – Tekirdağ/TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
Saba İlaç San. ve Tic. A.Ş., Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.